Açılan qapının səsini eşidirəm və Mikala içdən gülümsəməyə özümü hazırlayıram, çiynəmiş olduğum armudu tez uduram, amma bir az sonra səhv etdiyimi görürəm, gələn o deyil, əynində qara köynək və ağ damalı, armud kimi qırmızı şort var, şort ona çox böyükdür, atasının şortunu geyinərək yoxlayan oğlan uşağına oxşayır, xırda və mexaniki addımlarla mənə tərəf gəlir, yuxuda gəzən adam kimi fikirli və gözləri az qala bağlıdır, mənə fikir vermədən kolidorun sonundakı tualetə tərəf gedir, unitazın qarşısında dayanır və konsentrasiya olaraq işəməyə başlayır, qapı açıq olduğu üçün qırıq-qırıq fışqıran sidiyinin səsi kəlir, gözlərimi ondan çəkə bilmirəm, gülmə krizinə tutulmamaq üçün armuddan dişləyirəm və su içən pişik kimi təəccüblə tualetə baxır, başı unitaza çox yaxındır və dört tərəfə boylanaraq baxır, sanki nədənsə şübhələnmiş kimi, sonra sifonu çəkmədən düzəlir və tualetdən çıxır, mətbəxə keçir, su qızdırıcının düyməsini basır, nəsə əksikliyin olmadığını görmək üçün ətrafa baxır və yalnız o an məni görür.
Qəflətən gülməyə başlamasaydım böyük ehtimal məni görməyəcəkdi, amma özümü saxlaya bilmirəm, divara söykənir və boğazım ağrayana qədər gülməyə başlayıram, o çaşqın halda qarşım dayanıb və mənə düşmən kimi baxır və bir qədəh şərabı onu şərəfinə qaldırırmış kimi armudu havaya qaldırıram. Möhtəşəm armudlarınız var, deyə mızıldanıram, düşünürdüm ki, onlar həqiqi deyil və o bəlli olacaq dərəcədə mənə qəzəblidir. “Biz tanışıq?” – deyə soyuq səslə sual verir, mənim qədər əylənmədiyi səsindən açıq hiss olunur. “Tam olaraq tanış deyilik, mən Gilinin anasıyam, Mikal Yotamla oynaması üçün onu bura dəvət edib, düşünürəm biz çox tez gəlmişik. Sizi utandırdığım üçün təəssüf edirəm”, deyirəm və yenə qəhqəhə çəkərək gülməyə başlayıram, amma o, mənim gülüşümə qarşılıq vermir. “Ən azından nəsə deyə bilərdiniz, məsələn sabahınız xeyir deyə bilərdiniz, tək olmadığımı anlamaq üçün məni xəbərdar edə bilərdiniz, izləndiyimi bilmirdim”. Cəld tualetə gedib sifonu çəkir. “Sizi izləmədim, deyirəm, mən, sadəcə, burada idim, təəssüf edirəm, unudaq getsin, amma xahiş etsəm unitazın içində nə axtardığınızı deyə bilərsiniz?” Marağıma əngəl ola bilmirəm və o, “qan” deyə cavab verir, təəccüb içində soruşuram: Qan? Niyə? “Problemli genetik quruluşu olan insanlar üçün bu normal haldır, deyir”.
“Bəs, tapa bildiniz qanı?” “Çox şükür ki, yox, sabah yenə baxacam, istəsəniz gəlib məni izləyə bilərsiniz”, o gülümsəyərək deyir. “Qəhvə istəyirsiniz?” deyə soruşur, madəm ki, buradasınız, bir şeylər için”. Mən təlaşla: “xeyr, təşəkkür edirəm”, deyirəm, “getməliyəm, belə görürəm ki, Gilinin mənə ehtiyacı olmayacaq”. Amma o israrla, “gözləyin, demək olar ki, qəhvə artıq hazırdı”, deyir, qaynamış suyu tez qəhvənin üzərinə tökür, qəhvənin kəskin ətri ətrafa yayılır və mən bu gözəl ətrin məni başdan çıxartmasına göz yumuram, qarşımdakı insana maraq dolu gözlərlə baxmamaq üçün bu dəfə icazə alaraq divardakı rəsmlərə və soyuducunun üstündəki notlara baxıram. O hələ də o geyimlə fırlanır və qəhvələri süzür, qarşıma şəkər və süd qoyur, bir də ulduz formalı şokoladlı peçenyelərlə dolu bir qab qoyur və mən narahatlıqla uzun kolidora baxıram, Mikal gəldiyində məni onun əri ilə qarşılıqlı oturub qəhvə içdiyimizi görəndə nə düşünəcək, görəsən?
“Düşünürəm ki, üstünüzə nəsə geyinsəniz yaxşı olar”, adını belə bilmədiyim adama məsləhət verirəm, “yoxsa Mikal bizi səhv başa düşər”, gülərək kvadrat formalı dişlərini göstərir, “məni utandırmaq sizi narahat etmədi, indi isə utanmaq sırası sizdədir”. Fitnə ilə dolu olan səs tonu xoşuma gəlir, əslində bu məni elə də maraqlandırmır, bu onun problemidir, mənim deyil, buna baxmayaraq Mikala dərin və uzun yuxu arzulayıram. Evdəki səslərə diqqətlə qulaq asıram, bir anlıq otaqlardan birindən xəfif bir inilti gəldiyini eşidirəm, uşaqların sevinc dolu səslərindən güclə eşidiləcək bir inilti. Narahatlıqla ətrafıma baxıram, amma o, mənə fikir vermir və peçenyelərə tərəf uzanır, şokoladlı peçenyedən götürür və çayında isladır, peçenye islanaraq qopub çaya düşməsin deyə tez ağzına aparır, buna baxmayaraq barmaqlarının arasından tökülür və isti qəhvənin üzündə qırıntılar qalır, nəsə mövzu açmır söhbət etməyə, mən də həmçinin, söhbət etmirəm və onun peçenyelərlə olan oynunu izləyirəm.
“Nəsə yeyin”, – israrla deyir. “Ac deyiləm”, deyirəm. “Başqa nəsə istəyirsiniz?” – deyə soruşur, – “yenə armud istəyirsiniz?” İmtina mənasında başımı yelləyirəm, icazəsiz götürdüyüm armudun sulu və yapışqan çöpü nədənsə hələ də əlimdədir, danışmağa bir mövzu da tapa bilmirəm, eynən onun kimi az danışıram, bəlkə də bilərəkdən söhbət açmır, nə siyasətdən, nə uşaqlardan, nə də yeni məktəb haqqında danışmır, harada yaşadığımı və nə işlə məşqul olduğumu da soruşmur, sanki bu etapları çoxdan keçmişik, sanki danışmağa ehtiyac duymayan səmimi cütlük kimi qısa jestlərlə yetərlənirik. Arada bir özümdən aslı olmadan kıkırdayaraq gülürəm, o zaman əlindəki peçenyeni yerə qoyub gülümsəyərək mənə baxır, eynən su dolu qabları aşağı atan Yotamla Gili kimi, əyləncəli oyun zamanı eyni günahı işləmiş iki yaramazlar kimiyik, onun haqda nələrsə öyrənmiş olsaydım, təbii ki, bu məni məmnun edərdi, lakin buna baxmayaraq suallarımla onu narahat etmirəm, zəif bədəninə baxıram, gördüklərimlə yetinməyə çalışıram, dik çiyinlər, uşaq ayaqlarına oxşayan çılpaq ayaqlar, uzun üzü, yanaqlarında batıq, qalın qaşlarının altında çuxura düşmüş gözlər, dolğun və tünd rəngli dodaqlar, indi məni öpsə üstümə yüklənmiş bu narahatçılığı bir anlıq unudardım. Dodaqları dodaqlarımda qışda örtündüyüm isti adyal kimi olurdu, məni sakitləşdirər və rahatlıq verərdilər, ona diqqətlə baxıram, heç vaxt bu qədər canlı və belə mənalı dodaqlar görməmişəm, əslində mənə aid olmayan, gözlənilməz bir öpüşə hiss etdiyim bu arzunu daha əvvəl heç dadmamışam. Qəflətən çeynəməyi dayandırır və mənə baxır, barmaqlarını yalayır və mənə baxaraq soruşur: -“ Hər şey yaxşıdır”? Gülümsəməyə çalışıram: “bunu niyə soruşdunuz?” “Narahat görünürsünüz, ona görə soruşdum”. Ona cavab vermək əvəzinə salfet götürüb gözlərimdəki yaşı silirəm, hər yaxşıdır deməyə çalışıram, öncəki gülüşüm və indiki ağlamağım bir-birinə qarışır, dadlı və duzlu, içimdə yüksələn iniltini gizlətmək üçün dodaqlarımı bir-birinə sıxıram.
“Nəsə eşidirsiz? Ağlayan, görəsən, uşaqlardandı”, – narahatlıqla soruşuram, o isə, “xeyr, heç nə eşitmirəm”, deyir və davam edir, “dünən Şabata gəlmişdiniz? Dünən sizi gördüyüm yadıma gəlmir, ah, hə, çox