Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
o saat özümü müdafiə etməyə başalayıram, örtük gətirmək lazım olduğunu bilmirdim, heç mənə bunu deməyib, bu vəziyyətdə sanki Amnon günahkardı və mən ona günahlandırıcı halda nəzər yetirirəm, amma o hər zaman olduğu kimi səbirsizcə öz yolunu açaraq irəliləyir, təkəbbürlü əl hərəkəti ilə bizə onun arxası ilə getməyimizi işarə edir.

      Miller ailəsi, gəlin davam etməyimiz üçün oturun, – müəllimə israrla yanındakı boş yeri göstərir və mən getməmək üçün dirənən Gilini arxamca dartıram, dirsəklərin və dizlərin arasından güclə keçərək irəliləyirəm, süfrənin kənarına ilişib bir şüşəyə dəyirəm, ağzı açıq olan, içi uşaq bezləri ilə bəzədilmiş dolu bir çantaya su tökürəm və üçümüz birlikdə müəllimənin yanında əyləşirik. Hər kəs bizim fəqrliliyimizi bir örtüyün olmamasından rahatca hiss edə bilər. Hər zaman ailənin yanlarını üzərində birləşdirən, bütün ailə üçün ortaq bir altlıq yaradan, evin bir hissəsi olan köhnəlmiş örtükdür, sadəcə, biz fərqliyik, biz onlara aid deyilik və bir-birimizə də aid deyilik, həyətin örtüksüz torpağında oturmaq məcburiyyətindəyik, aramızdakı kədərli Gili utanaraq ərtafına baxır.

      Ən kiçik ailə bizik, – deyə üzgün halda qulağıma pıçıldayır və mən köhnədən adət etdiyim kimi şərəfimizi müdafiə etmək təlaşına düşürəm, niyə kiçik, atan çox böyükdür və sən də eləsən, amma o, o saat bir səbəb tapır, çünki biz, sadəcə, üç nəfərik. Həqiqətən də, elədir, örtünün üzərində oturmuş çoxlu sayda ailələrə nəzər yetirdikdə orada böyük və kiçik uşaqları görürəm, körpələr və yeniyetmələr ya da bir nənə və ya bir baba, ağ şalvarları və köynəkləri ilə bayram paltarlarını geyiniblər, hətta bir neçə itaətli it də var və fərqlilik böyüyür, bu bir damğa kimi alnımı dağlayır, çünki biz bu cürə qalacağız, biz həyatının gözəl çağlarında ölən biri kimiyik, biz bundan sonra böyük bir ailə olmayacağıq.

      Merivada, o gün çöldə Massada olduğu kimi qəlblərinizi möhürləməyin, dua kitabından mətni izləyərək coşquyla deyirlər, müəllimə mətnin yazılı olduğu kağızı mənə uzadır və mən kağıza diqqətlə baxıram, başqaları ilə birlikdə oxumağa çalışıram, kəlmələr boğazımda düyümlənir, onlar ürəyi pis yola gedən bir xalqdır və onlar mənim yollarımı bilmirlər, buna görə qəzəblə özümə söz verdim ki, onlar mənim əmin-amanlıq içində olan diyarıma gəlməyəcəklər… İlahinin kölgəsində söhbətlər edilir, kəlmələr misraların arasına pıçıldanır. Burada olanların çoxusu bir-birini tanıyırlarmış kimi görünür, daha öncə birlikdə yaşanan xatirələr, Şabatı qarşılarkən bərabər bayramlar keçiriblər, örtüklərdən gözəl ətirli bir istilik yayılır, sanki gizli bir ocaqda yemək bişir. Hər ailə öz ailəsinin xoş ətrini, öz nəfəsinin və öz yeməklərinin, öz yuyucu vasitələrinin və şampunlarının ətrini, təslim olmanın və uyğunluğun, yaxınlığın və vərdişin, çox keçmişlərdə qalmış hakimiyyət savaşlarının və fərqinə varmadan qurulmuş dostluqların gözəl ətirini bərabər paylaşır və bütün bu ətirlər birləşərək böyük bir sirri paylaşırlar. Onlara baxarkən, bir-birilərinə söykənərək necə tamamlanmış şəkillər, qeometrik fiqurlar yaratdıqlarını incələyirəm, az bir müddət sonra onlara mənə də daha yad olmayacaqlar, amma indilik mənə bir gülümsəmə yaxın gəlir, yaşılımtıl balaca gözlərdən süzülən bir gülümsəmə, ayağını digər ayağına aşıraraq oturub, kürəyini bir az əyərək əllərini oğlunun boynuna dolayıb, dizlərinin üstündə qırmızı məxməri donda oğlandan daha böyük bir qız uzanır və yelpik kimi açılmış parlaq buruqların arxasında solğun bir adamın kirləşmiş saçları, tünd rəngli gözləri və onları kölgələyən qalın qaşları ilə alnı görünür, adamın melodiyanın ritmində hərəkət edən əlləri qadının kürəyini və çiyinlərini masaj edir.

      Rabbin bir bəyin gəlininə sevindiyi kimi sevinir, sənin… Uşaqlar indidən səbirsizcəsinə gülərkən, böyüklərin səsləri müəllimin səsinə ağır bir karvan kimi qoşulmağa çalışır, itaətkar, lakin emosiyasız. Əmin-amanlıq içində gəl, bəyin baş tacı, xoşbəxtlik və sevinc nidaları içində inananların, öz xalqının, Rabbinin arasına, gəl gəlin, gəl gəlin… Özümü bir anlıq sanki bir toya gəlmişik kimi hiss edirəm və bu an, ayrılığımızın Şabatında duyğu yüklü toy mahnıları oxumağa məhkumuq və müəllimə mənim şübhəmi yüksək səslə təsdiqləyir, təəccüblənmiş uşaqlara tapmaca verir, kraliça Şabat gəlindirsə, sizcə bəy kimdir? Mən bilirəm, mən bilirəm, Tanrı, qızıl saçları dağınıq vəziyyətdə olan bir qız uşağı deyir və xeyir, cavab yalnışdır, müəllimə deyir, Tanrı deyil, qulaq asın, dünya yaranandan sonra Günlərin Kraliçası bir yoldaşı olmadığı üçün əbədi olaraq bir dərdlə yandı, buna baxmayaraq həftənin digər günlərinin yoldaşları var idi və Tanrı onu ovudaraq ona İsrail xalqının onun yoldaşı, onun bəyi olacağına söz verdi.

      Bir gəlin üçün bu qədər çox bəy? Gili mənə şübhə içində baxır, bu necə mümkün ola bilər? Lakin müəllimə detallarla izah etmir, görünür, bu əhvalatı o dəfələrlə danışıb, tez-tələsik izah etməyə davam edir:

      –Bilirsiniz, yüz il əvvəl ravvinlər ağ paltar geyinərdilər və Kraliça Şabatı qarşılamaq üçün çöllərə gedərdilər, deyir və ayağa qalxır, dodağının yuxarısında tər damlaları parıldayır, bəlkə indi biz də onu qarşılamağa çıxıb Kraliça Şabatı ilk olaraq kimin tapacağını görə bilərik. Uşaqların çoxu o saat bu dəvətdən təsirlənir, ailə örtüklərindən qalxaraq müəllimənin ətrafına yığışırlar, mən isə mənə sığınmış və başını çiynimə qoymuş olan tərəddüdlü Gilini razı salmağa çalışıram: – Get, digərləri ilə birlikdə getməlisən.

      Uşaqlar sevincli taylar kimi vəhşicə qaçaraq onun yanından keçib gedirlər, bir azdan sürü halında onu əzəcəklər, indi onun qarşısında dayanıb – gəl, Gili, -deyir gülümsəmədən, mənimlə gəl, Gilinin cəsarətsizliyi anidən yox olur, indi hətta örtüyümüzün olmamağının mənası belə yoxdur, o ayağa qalxır, ailəmizin kədərləndirici fərqliliyini unudur və yeni dostu Yotamla birlikdə Kraliça Şabatı, hər həftə bəyi ilə yenidən evləndirilən gözəllər gözəli gəlini qarşılamaq üçün qaçır və gözlərim Mikali axtararaq tapdığında, onun mənə baxdığını görürəm, böyük ehtimalla oğlunu bizim yanımıza o göndərib, uzaqdan ona təşəkkürümü bildirirəm. Lakin məyus oluram, çünki o heç bir reaksiya vermir, ağzı azacıq aralı, gözlərini tərpətmədən önünə baxır, uzaqdan etdiyim təşəkkürü anlamamış kimi görünür, lakin əri onun sarı saçlarının arxasından mənə, sanki təşəkkürüm onların rahatlığını pozacağmış kimi, şübhəli və az qala qəzəb dolu gözlərlə baxır və mən tez üzümü çevirib bir daha onlara baxmamağa çalışıram.

      O isə adətinə xilaf olaraq arxamda sakitcə oturub, arxaya çox əyilməməyə və çox qadınların ərlərinə etdiyi kimi başımı onun dizlərinin üstünə qoymamağa çalışıram, onun varlığını orada hiss etməmək üçün dik və hərəkətsiz dayanıram. Boğazından isti və boğucu nəfəs halında çıxmadan əvvəl ciyərlərində yaranan hava məndə nifrət oyadır, arxamda olmasına baxmayaraq onun ətrafa sual dolu və təkəbbürlü baxışını hiss edirəm, buradan getdikdən sonra bu sadə yığıncağı çox pis halda tənqid edəcək, gülməli mahnılar, Kraliça Şabatı axtarmaq hardan çıxdı, bu nə axmaqlıqdır,