– Bir neçə həftəyə mən artıq sizin kimliyinizi unudacam, -deyə qışqırıram, Gili də sizi çoxdan unudacaq, uşaqların yaddaşı necədir bilirsən, indi isə get, bu şərtlər altında səni görmək istəmirəm, səni bu evə yalnız gizli halda gəlməsən alaram. Anam dəhşət içində ayağa qalxır və paltosunu geyinir. “Bu məsələni çox böyüdürsən, Ella, belə reaksiya verəcəyin ağlımın ucundan da keçməzdi, eynən atan kimi şişirdirsən, bir arada olmaq sizə bu qədər çətindir”. Anam dərindən ah çəkir, çünki bir -birinizə çox oxşayırsınız. Oxşayırıq, deyə qışqırıram, mənim ona oxşadığımı necə deyə bilərsən axı, onun adam olmadığını görmürsən, adam deyil, o adam deyil!
O sənin atandır, – deyir, elə deyir ki, sanki bu mənim günahımdır, onu özü yox, mən seçmişəm, fikrini dəyişəcəyinə ümid edirəm, Ella, ona görə məni günahlandırmağın doğru deyil və mən, onun etdiyi daha pisdir, o mənim oğlumu cəzalandırır, deyirəm, həm də mənə görə edir bunu, mən bunu qəbul etmirəm. Niyə onun önünə keçib, bura mənim də evimdir və Gilinin canı nə vaxt istəsə buraya gələ bilər demirsən? Sən ki bunu edə bilmirsən, o zaman get, səndən elə bunu gözləyirdim”.
Mən özümü ona qarşı öz tərzimdə müdafiə edirəm, deyir alçaq səslə və mən ofuldayıram: “Öz tərzində? Bura ondan xəbərsiz gəlməklə? Buna özünü müdafiə deyil, onun səni əzməsinə göz yummaq deyilir, niyə bunu görmürsən axı, mən bir gün sənin kimi olacağımdan ölümünə qorxduğum üçün Amnondan ayrılıram”. Anamın əhvalı tamamilə korlanır, şiş qarnını ağrayırmışcasına tutur və mən uzun-uzadı, başının ətrafına doladığı dəbdən düşmüş saç hörgüsünə baxıram, siçan quyruğu qədər incədir. “Ümid edirəm boşanmaq üçün daha tutarlı səbəblərin var, Ella, unutma ki, fədakarlıq olmadan evliliyi qoruyub saxlamaq olmaz”.
Doğurdan, lağlağı edərək soruşuram, bəs o nədə fədakarlıq elədi? Həyatında bir dəfə belə olsun, nədənsə imtina etmədi ailəsi üçün, amma anam, atan bir qadından imtina elədi, deyir. Özü qədər mükəmməl bir qadından imtina elədi və onunla bu qədər uyğun olan qadının yerinə, ona baxan bir qadını seçdi, düşünmə ki bunları bilmirəm, və hətta bəzən o ondan imtina etdiyi üçün kədərlənirəm və bilirsən, mənim gözümdə bunun adı sevgidir”. Qürurla çiyinlərini çəkir, sənin nəslində sevgi mübahisəli məsələyə çevrilib, o mənə hörmət etmir və mən buna görə onu sevməməli və mənə hörmət edən birinə aşiq olmalıyam? Bizim üçün, mənim nəslimdə sevgi qismət kimi bir şeydir, mübahisə edilməyən bir şeydir. Professora qulluq etmək, ona yeməklər bişirmək və geyinəcək olduğu paltarları təmizləmək illər keçdikcə ona qürur hiss verib. Mənə tərəf gəlir və yanağımdan öpməyə çalışır, amma o məni öpməsin deyə geri çəkilirəm, ah çəkir və gecən xeyrə, deyir, ümid edirəm fikrini dəyişəcəksən, sabah sənə zəng edəcəm. Sən öz fikirini dəyişəndə mən də fikrimi dəyişəcəm, səndən öncə fikrim dəyişməyəcək, deyirəm. O getdikdən sonra qapını sürətlə bağlayıram və qapının arxasından nərdivanlardan enməsini dinləyirəm. Oturacağın üstündə iyrənc rəngləri olan tüklü bir şey qalıb, onu yadından çıxartdı yoxsa bilərəkdən oraya qoydu, bilmirəm, sviteri qucaqlayıram, qızartma yağı və köhnəlik ətri gəlir, gəncliyimin pis günlərinin ətrini yayır, siyitmədən qayçı götürürəm və onu yavaş-yavaş kəsərək balaca yun hissələr halına gətirirəm, hissələr yerə düşür və sonunda yeri bürüyür, eynən yolunmuş saçlar kimi.
4
Pərilərin yastığının altına qoymuş olduğu bir hədiyyə kimi, düşən süddişi kimi, ona qonaqlıqdan bəhs edəndə, bütün kədərini kənara atır, gözlərini açanda xoş xəbəri ona deyirə: “Yotam səni evinə dəvət edir”. O, təəccüblə gülümsəyir: “Doğrudan? Bu gün?” Ayağa qalxıb boynumu qucaqlayır, başını çiyilərimə qoyur, saçları yanaqlarıma sığal çəkir, bu dünyada səhərki qucaqlaşmadan daha qüsursuz bir yaxınlıq var, görəsən, yuxudan durub mənə tərəf uzandığında, qollarıma sığınaraq məni qucaqlayanda bir uşaq qədər gözəl ətir saçırdı, çox rahat idi, dünənki ağlamağından, ümidsiz istəklərindən əsər-əlamət yox idi. “Dərhal geyinməliyik”, deyirəm, “çünki Yotam çoxdan gözləyir, sən yatanda iki dəfə zəng etmişdi. Gili yeni dostu ilə məşqul olacaq və atasının artıq burada olmadığını, nənəsi ilə babasının yox olduqlarını düşünməyəcək”. Gözəl payız səhəri çölə çıxırıq, onun sevinci mənə cəsarət verir, buludlar xəfif yelkənlilər kimi səmada süzürlər və mən bizim də balaca və sağlam bir yelkənli olduğumuzu düşünürəm, sadəcə, iki nəfərlik yelkənli, üç nəfər olsaydıq yellənər və darmadağın olardıq.
“Demək olar ki, daha axsamırsan”, təəcüblə deyir və kəpənək kimi ətrafımda fırlanır, “topallamırsan, çünki mən ağrayan yeri öpdüm, Yotamgildə çox əylənəcəyimə əminəm, sən də mənimlə olacaqsan, elədir?” “Bu mənim üçün əyləncəli olmaz, ailəsini demək olar ki, tanımıram”, deyirəm, amma o israr edir, bir evdən digərinə qaçır, bəlkə bu evdir, ya da bu, baxışları ağır və kobud görünüşlü binalarda gəzişir. Uşaq parkının qarşısında demişdi, burada, gözəl binadır, təmirdən təzə çıxmış kimidir, həm köhnə həm də təzə görünür, küçəyə baxan dar və uzun balkonları var və yuxarıda, ən üstdəki balkonda duran balaca uşaq əl yelləyərəq qışqırır, Gili, buradayam.
Bəlkə də yuxarı tək çıxmalısan, deyirəm, bu göstərişli binanın və Şabata təslim olmuş küçənin mənzərəsi mənə sıxıntı verir, hər yerdə üstlərində bayram paltarı əllərində isə dua kitabları ilə evlərinə dönən insanlar var, sanki dünən evə gedərkən gördüklərimiz də eyni insanlardı, Şabatı axtarmağa ehtiyac yoxdur, o bizi izləyir, gözlənilən, lakin özündən tez bezdirən yapışqan bir qonaq kimi və əsəb pozucudur. Onu başa salmağa çalışıram: “Onları rahatsız etmək mənim üçün xoş olmaz, onları demək olar ki, heç tanımıram, səni dəvət ediblər, məni yox”. Mikalın arxasında döşəkdə oturan və onu masaj edən adamın mənə məsafəli baxışını yadıma salıram, amma Gili inad edir, mən onun arxası ilə gedirəm. Ona doğru qaçan Yotamın addımlarını eşidirəm və birdən-birə böyük bir şey aşağı düşür, yanımdan fövqəladə bir sürətlə ötüb keçir və bir partlama səsi ilə altımızdakı mərmər zəminə çırpılır, dəhşətə gəlirəm, bu nə idi, sonra uşaqların güldüklərini eşidirəm. “Su qabı atırıq aşağı”,