Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
üz ifadəsi ilə əyilib onun alnından öpür və heç nə demədən, az qala qaça-qaça, Gilinin qəflətən ağlamağa başladığını eşitməyəcək qədər tez uzaqlaşır.

      Bu axşam içimdə daşdan qəlb yarandı, ağır və bağlı bir qəlb, onun mərhəmət diləyən göz yaşlarını rədd etdim, orada, digər ailələrin arasında, Şabatın təsiri altında, bir anlıq gücsüzləşmişdim, amma burada, evdə yenə güclüyəm. Gili ağlamağı dayandırır və, nəhayət, yuxuya gedir. Evdə tək qalmış gənc qız kimi, anidən qovuşduğum azadlığımı qeyd edirəm, kimsə məndən heç nə soruşmur, nələrsə demir, heç kimin mənə ehtiyacı yoxdur, kimsə bütün diqqəti ilə məni izləmir, varlığım başqa kiməsə rahatsızlıq vermir və özüm özümə xəbərdarlıq edirəm: gördüyün o ailələrin yalanlarına inanaraq əsla öz fikrindən dönmə, evdəki bu azadlıq necə də xoşdur, sanki bu ev təvazökar çöl çiçəkləri ilə dolu, isti və xoş ətirli portağal baxçasıdır. Bu dəfə geri addım atmayacam, məni axtaran valideynlərimin yalvarışlarını eşitsəm belə bu dəfə geri addım atmayacam.

      Keyflə divanda uzanmışam, yoxuşla sona çatan uzun bir yürüş etmiş biri kimi taqətdən düşmüşəm, küçədəki səssizliyi dinləyirəm, o qədər səssizlikdir ki, yarpaqların ağaclardan qoparaq yerə düşməsini eşitmək olar. Gilinin yuxuda mızıldandığını eşidirəm. Arada telefonun zəng çalması və ard-arda gələn səsli mesajları eşidirəm, rahatlığımı pozan səslər Amnonun gecəki qəribəliklərindən danışır. İstəmədən onlara qulaq asıram, xeyr, evdə yoxam, sizə kömək edə bilməyəcəm, bu gecə məndən nəsə gözləməyin, çünki bu gecə başqa gecələr kimi deyil.

      Ella, cavab ver, evdə olduğunu bilirəm. Amnon az əvvəl burada idi, həqiqətən, çox pis haldadır, ona zəng etməlisən, özünə nəsə etməsindən qorxuram. İnan mənə, söz xatirinə mən belə bir şey demərəm. Amnonu uşaqlığından, altı yaşından bəri tanıyıram və onu indiyə qədər belə vəziyyətdə görməmişəm. Ella, nə etdiyini yaxşı düşün, hər nə olursa – olsun, o, sənin uşağının atasıdır. Oğlunun atasız böyüməyini istəyirsən? Ona bir şans da verməlisən, yoxsa gələcəkdə buna peşman olacaqsan.

      “Ella, yenə mənəm, Qabi. Telefonu açmamaqla düz etmirsən. İnan mənə, düzəlməyə çalışacaq. Bilirəm, sənin üçün onunla yaşamaq asan deyil, amma səni, həqiqətən, sevir. Bəlkə, ailə terapiyasına gedəsiniz? İtirəcək nəyin var axı? Gili üçün hər şeyi yoxlamalısan, yoxsa ömrün boyu əzab çəkəcəksən”.

      “Ella, mənəm, Talya. Amnon az əvvəl getdi. Məndən xahiş etdi ki, səninlə danışım. Sənin dostun olmağıma baxçayaraq düzünü bilmək istəyirsənsə onun üçün, həqiqətən, narahatam. Axmaqlıq etmə. Evliliyinə bir şans da ver. Buna qulaq asdıqdan sonra mənə zəng vur. Öpürəm”.

      Cavab vermədiyim üçün səsləri ətrafımda qalır, rahatlığımı pozurlar, kimsə onları uzaqlaşdırmır, heç kim onları qovmur, evin içində gəzişirlər, mənə hücum edirlər, təhdid edirlər və artıq mən istədiyim kimi tək deyiləm, istəmədiyim halda Qabi evimdə qalır, istəmədiyim halda Talya qonağım olur, onların gileylərini dinləyirəm və qarşılıq vermirəm, onların səslərinin mənim səsi olacağı anı gözləyirəm.

      Onlara verə biləcəyim tək bir cavab var, amma onlara gözləmədikləri o cavabı verə bilmərəm: Mən balaca qız olanda ərim yox idi, tək nəfəs aldım, kitabları tək oxudum, uşaqlıq mübarizələrimi sonuna qədər tək apardım, yandırıcı qumun üstündə ayaqyalın və tək gəzdim, buludlu bir gecədə çəpərin üstünə tək çıxdım, ətri olmayan sarı jasmin çiçəklərinin ortasında idim.

      “Salam, Ella, mən məktəbdən, Mikal, Yotamın anası. Yo-tam Gilini sabah günortadan əvvəl bizə dəvət edir. Onu gətirmək üçün vaxtın yoxdursa biz gəlib götürə bilərik. Xahiş edirəm, dinlədikdən sonra mənə zəng et”.

      “Ella, səninlə mütləq danışmalıyam. Atan yatandan sonra yanına gəlməyə çalışacam. Sənə demək istədiyim vacib bir şey var”.

      Amma mən uşaq olanda mənim ərim yox idi, bunu necə unuda bildin, ana, sənin ərin var idi, mənim yox idi və bizim aramızda olan yeganə fərq bu idi, çünki sən də balaca qız olmaq istəyirdin, mənimlə birlikdə portağal baxçasına qaçdın, mənimlə gizlənpaç oyununu oynadın, çünki mən bəzən ondan gizlənə bilirdim, amma sən əsla gizlənə bilmədin və orada, məruz qaldığın təhqirləri mənə nümayiş etdirdin və məni hakim elan etdin, ağacların arasında əzab çəkərək inim-inildəyirdin. Mən sənə nə verə bilərdim axı? Sadəcə, sevgimi, eynən sənin mənə verdiyin kimi, hər zaman gizli və əvəzini ödəyərək.

      Həqiqətən, gəldi, qapını döymədən içəri girdi, sanki mənim evim onun da evi, mənim həyatım onun həyatıdır. Qışın gəlməsinə hələ çox var, buna baxmayaraq palto geyinib, qarşımda oturur və danışmağa başlayır, o danışdıqca ətrafa yediyi qızardılmış toyuq budlarının kəskin qoxusu yayılır, paltosunun altında iri budlarını örtən yun şalvar və uzun illər əvvəl mənim üçün hördüyü qalın və zövqsüz sviter var. Gördüyün kimi, qürurla deyir, heç nəyi atmamışam, xatırlayırsan, bu sviteri sənin üçün hörmüşdüm, aylarımı almışdı. Uyumsuz rənglərə diqqətlə baxıram, qırmızının yanında tünd yaşıl və altında sarı zolaq, məni sinifdəki şənliyə bu sviterdə göndərmişdin, bunun bütün sviterlərdən ən gözəli olduğunu və mənim bütün qızlardan ən gözəli olacağımı dediyində sənə inanmışdım və mən, sadəcə, utanaraq üzümü sviterin gülünc dərəcədə geniş qollarında gizlədərək sənin qollarına geri dönə bilmişdim, mənim heç kim rəqsə dəvət etmədi, mənimlə heç kim danışmamışdı və sən mənə təsəlli verərək: “sadəcə, səbr et, dəlilər kimi seviləcəksən”, demişdin.

      “Bax, hələ də çox yaxşı vəziyyətdədir”, qürurla deyir, “bəlkə onu sənə verim yenidən, hər geyindiyində sənə çox yaraşardı, Allah xətrinə, yox, bu geniş qollu şeyi istəmirəm”. Divanda onun qarşısında oturub, qarşımdakı gülünc görüntünü ümidsizcə izləyirəm, nə mövsümə nə də yaşına uyan köhnə paltarlar içində çox kök bir qadın. Mənimlə nə barədə danışmaq istəyirdin?

      “Atan mənə söhbətinizdən bəhs etdi”, – iç çəkərək deyir. Tez sözünü kəsirəm: “Söhbət? Nə vaxtdan bura elə bir şeyə söhbət deyirlər, o bir xəbərdarlıq idi, daha doğrusu cənazə söhbəti, yaxşı, Ella, atanı tanıyırsan, o hər zaman haqlı olduğundan əmindir, bunu əsla dəyişdirə bilmərsən, xüsusən də ümumilikdə, həqiqətən, haqlı olduğuna görə, mən artıq daha öncə eşitdiyim sözləri səssizcə dinləyə bilmirəm, anama qışqırıram, sən nə danışdığını başa düşürsən, dünən onun mənə nə dediyini bilirsən? Yenə iç çəkir. “Bəli, onu tanıyırsan, o hər şeyi çox ciddiyə alır, amma bunu, sadəcə, narahat olduğu üçün edir, sənin və Gili üçün narahat olur”.

      “Mən buna inanmıram, o, sadəcə, özü üçün narahat olur, nə bu məsələ nə də başqa bir məsələ ilə bağlı onunla danışmaq niyyətində deyiləm, mən artıq on altı yaşında da deyiləm, o daha mənə nə etməli olduğumu deyə bilməz, Gilini hər zaman-kı kimi sizə gətirəcəm amma onunla danışmayacam. Anam gözlərini yerə dikir. “Qulaq as, Ella, mənim sənə demək istədiyim elə bununla bağlıdır, buna görə bura gəlmişəm, məsələ bu qədər asan deyil, Gilini bundan sonra bizə gətirə