Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
soruşur, nəyi unutmuşam, paket var, o yadından çıxıb, yaxşı, gəlirəm, – deyir. Çox keçmədən maşını görürəm, ağacların altında dayanır, Qabi təkəbbürlü üz ifadəsi ilə maşından düşür və Amnon paketi əlində tutaraq onun arxasından baxır. Niyə başını qaldırıb bir zamanlar yaşadığı bu evə, sevdiyi böyük pəncərələrə baxmırsan? Bax, sarmaşıqlar divara dırmanır, onları iki həftə əvvəl kəsmişdin və mənzərə genişlənmişdi.

      Haradadır? – şübhəli halda soruşur və mən nədən danışdığını bilmirmişcəsinə soruşuram: – Kim? “Sənin oyunlarından yoruldum, Ella”, deyir, “paket haradadır?” Mən ona gülümsəyirəm, mənə yaraşmayan bir tərzdə köynəyimin yaxasını aşağı çəkirəm: “paket yoxdur, Qabi”, o an üzünə məmnun bir ifadə yayılır, lakin şübhəli baxmağa davam edir, dodaqları həyəcandan titrəməyə başlayır və mən onu qıcıqlandırıram: nədir, yoxsa qorxmağa başladın? Boğuq səslə fısıldayır, “səndən qorxa-cam, əlbəttə ki, yox”. Az sonra peşman olmaqdan qorxacağını düşünərək məni özünə çəkir, hələ də yaş olan saçlarımdan tutur və ətli dilini quru ağzıma soxur, mən pəncərənin kənarına söykənirəm, maşına və maşında oturan adama altdan-altdan baxıram, mənə elə gəlir ki, o səbirsizcəsinə saata baxıb qəzəbli gözlərlə evi nəzərdən keçirir, böyük ehtimalla bir azdan evə gəlməyə qərar verəcək, və o an, dostu pişik kimi boynumu yalayarkən, əllərini ayaqlarımın arasına salır. “Mənim üçün dəli olursan, elə deyil, əzizim?” Cavab vermirəm, gözlərimi donqar kölgədən çəkə bilmirəm, mənim üçün yanıb-alışdığını həmişə hiss etmişəm, deyərək mızıldanır və mən istəmədən razılıq əlaməti olaraq başımı yelləyirəm, amma hipnoz olmuş kimi gözlərimi arabadan çəkə bilmirəm.

      Sərt saqqallı üzünü üzümdən uzaqlaşdırır, əlləri şalvarımın kəmərini qurcalayır, gözləri məndədir, onu tərifləyəcək, xoş sözlə bir etiraf edilməsini gözləyir, qəfildən mənim baxışımı görür, aşağıda nə gəzirsən, deyə pıçıldayır, çənəmdən tutaraq üzümü özünə tərəf çevirir, sən mənimlə oyun oynayırsan, bu bir oyundur, elədir? Birdənbirə əlini havaya qaldırır, güclə nəfəs alır, qəzəblə mənə baxır, özünü məndən qoru, Ella, heç kim mənlə oyun oynaya bilməz, bunun əvəzini səndən pis şəkildə çıxacam, sürətlə məndən uzaqlaşır, əli ilə üzündəki təri silir və qıcıqlandırılmış kimi gerə qayıdır, yenə əlini ayaqlarımın arasına soxur və qurumuş dodaqları ilə pıçıldayır, yenə gələcəm, Ella, amma vaxtı mən təyin edəcəm, sən yox, aşağıda məni gözləyən kimsə olmayanda gələcəm. Qapıya tərəf gedəndə üzü təhtidkar bir ifadə alır, mən isə ona qarşılıq verərək özümə əziyyət belə etmirəm, gözlərimi ondan çəkirəm və aşağıda dayanan maşına baxıram, Qabi maşına oturur, təəccülüdür, sürüb getmirlər, aralarında sərt əl hərəkətlərini görürəm, dava çıxacaq sanki, Amnonun uzun bədəninin anidən çölə çıxmasını gözləyirəm, amma məyus oluram, gördüyüm tək şey Qabinin onu cəsarətləndirərək əlini çiyninə qoymasıdır. Maşın hərəkət edərək gözdən itir və onlar məni burada, yuxarıda, pəncərənin kənarında, günəşin yandıran şuaları altında tək və susqun qoyaraq, gülürlər.

      Biz qəribə, əslində gülməli cütlüyük, o yekə və kobud, hətta bir az yöndəmsiz, geniş və güclü bədəni daim hərəkətdədir, mən isə böyüməyi vaxtsız dayandırmışam, sanki nəsə mexanizmanı xarab etmiş kimi, səbəb hər nədirsə, anamdan da balaca qalmışam, dar budlu və düz sinəli, tamamlanmamış qadın, əslində, bizim bir-birimizin qüsurlarını üzə çıxarmaq, bir-birimizi gülünc duruma salmaq üçün bir yerdə olduğumuzu düşünmək olardı, çünki yan-yana dayananda mən daha da balaca görünürdüm, o isə daha böyük, bir-birimizi qarşılıqlı olaraq daha da eybəcərləşdirirdik, mən boynumu ona tərəf uzatmaq, o isə mənə tərəf əyilərək donqarlaşmağa məcbur idik. İlk əvvəl bu fərqlilik bizə həyəcanverici təsir bağışlayırdı, sanki başqa irqlərə mənsub idik, fərqli nəsillərin birləşmiş təmsilçiləri, amma illər keçdikcə bu hal canımızı sıxmağa başladı. Özü qədər uzun olan köhnə sevgilisi ilə bağlı hekayələr danışaraq məni qıcıqlandırmağı sevirdi, qızı, sadəcə, bir dəfə, toyumuzda görmüşdüm, indi onun necə gördüyünü xatırlamağa çalışıram, lakin gözümün önünə, sadəcə, arıq uzun bir fiqur gəlir. Toydan sonra onun yanına getdikdə Amnona toyunda bəy kimi deyil sanki bir qonaq kimi təəccüblə baxırdı. O, ciddi qadın idi, Qabi tez-tez bunu deyərdi, Amnonun ondan niyə ayrıldığını hələ də başa düşə bilmirəm, həm də sənə görə, o Amnon üçün yaranmışdı.

      Bu yaxınlarda Amnon onunla yolda təsadüfən rastlaşdığını danışırdı, yazıq Ofra, Amnon onun haqda danışanda hər zaman belə deyərdi, əri onu iki uşaqla birlikdə atıb gedib və mən indi tükənmiş halda pəncərənin önündə dayanarkən Amnonun məndən əl çəkdiyini anlayıram, əgər o, məndən əl çəkmsəydi Qabi barmağının ucu ilə də olsa mənə toxunmağa cürət etməzdi. Həyatında başqa biri olmasaydı məndən belə asanlıqla imtina etməzdi, bir həfət ərzində yeni bir qadın onun üzərində hakimiyyəti ələ ala bilməz, bunu, sadəcə, acınacaqlı halda olan Amnonu başa düşən və onu bir gündə sevgisinin, sədaqətinin və sonsuz bağlılığının gücünə inandıra bilən hansısa qadın bacara bilərdi, yazıq Ofra.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkDBdwDAREAAhEBAxEB/8QAHgAAAAcBAQEBAAAAAAAAAAAAAQIDBAUGBwAICQr/xAAcAQEBAQACAwEAAAAAAAAAAAAAAQIDBwUGCAT/2gAMAwEAAhADEAAAAft7yFQgYAEVQi9CdCFDhgyEUwAIaDWDKANFFAEUUzPKjKcIKBaGBo8ErkKConIKgDBkRU1gy8FoIGwAFE5OUI4GggQaIHkBSUsgqgKAyFUaKCGQqkCIcMoHAQNHEgwIonSlOQQqmoooJhgRIOh5QoEFRCnAB4NSUHCUqBkGgQNhFOcFDoVTAJ0vUU4IGgoajhQQgoJnHQcEGgkMEBUtKQCDAaBHUEKShZ1Dmp6HhNAtOgCiphoALSQJxyFFpTA2AsahwTl4EUORFRQVMFQ6pC4UMcHCoKmCCoROUQQINRA2RNDIKlRUSCquBBKUQJeABBroKGoh0dRgAICih4ACuQylCgggAgQauBDwkcEpWTrURQACFKRDwYLRpAtOAcAHglcLo2UwY4LBjqNCVCDAUOYW01iqpHQJ1KQaxE5ejqMFQFCDhrERSU6EErRCiuQ6AhlMFCnJwCrAAomAohgA0cAcg2lABD5dQBQQlhVOFjqMIwc6iAHBjgoqDBKbABUVUqHXgISsUlNRA4MCFoRQKCgKoAhVGOABoxxwQVyDUSFVKGgaAMFyJoMdRwToJSkEBCVxwYEIdIY5eo0FCUBwUMGCAnHBwQiApo6hQsoWHUAoUUCyHt4OGORFVEEMJy9RAQ8EDUcIGChQ8FCUcMAcGQqiDBKVkC0IJRRRCgSiCcCGCIkqlCgyiEC0sdIAFFlMnBFGwAZRs5TRwVOU6FBtIDHHWAohAwYTCwqDQBYIKUUIFkPaeQlvADcUhKjhwAAwmGTgypoZVAgQWQ0pwtFDR1DIS0U4OpBQTDBjhMNHHHAINoHIJylQ4KmgAlKSEU9EAgtHOAgqGCUkKqQXAAABDCIoHOhMUC0AaC1wJyFDqSBoBQOFk600gHUEpqAKcAcGgthlKDA0EBQ5DR6IJCgAAcNBaLBTgKEMBAVwcAIKBYNXAhIOCBQhDjgkdYAKiGDiUcCKCNHOODBEE6UoFcCFQQ5ykCBwAATkIpoCwV4anJynRZUwwqJBhIFCKYMHQoYMcAEHCiia