Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
sanki sevincli və xoşbəxt halda onu dostugildə qoyub gəlmişdim. Güclə yataqdan qalxıram, onun bir küncə qısılaraq oturduğunu görürəm, böyük ehtimal söhbətimizə qulaq asıb və eşitməməli olduğu həqiqətləri eşidib, yenə Qabinin və öz səsimi eşidirəm: “Amnon bunun öhdəsindən gələ bilməyəcək və sənin hər kəsdən öncə oğluna qarşı öhdəliklərin var, bəsdir, Qabi, bəsdir məni təhdid elədiyin, imkan ver ilk öncə onun harada olduğunu öyrənim, öyrənən kimi sənə xəbər edərəm, az öncə olan bu söhbət indi məhkəmə sənədləri kimi səslənir. Gili ayağa qalxır və səndələyərək mənə tərəf gəlir, “ana, mən yorulmuşam, səninlə yata bilərəm?” “Əlbəttə, mənim əzizim, deyirəm və əlimi ona uzadıram, gəl ikimiz də bir az dincələk”, üzərindəkilərlə yanıma uzanır, arxasını mənə çevirir və təəccüblü dərəcədə çox tez yuxuya gedir.

      Balaca və enerji dolu varlıq, sənin bu üz cizgilərindən heç vaxt doymayacam, yeni doğulmuş körpə kimi onu diqqətlə seyr edirəm, üzündə qorxu və çaşqınlıqla dolu bir üz ifadəsi var, mənim gözlərimə bənzəyən gözləri, Amnonun dodaqlarına bənzəyən dodaqları daim mübahisə edəcək, bədənin belə bunun işarətini daşıyan, valideynləri boşanmış bir uşaq. O, sadəcə, mənə bənzəyir, hər fürsətdə Amnon bunu vurğulayardı, səndən heç nə götürməyib, sən, sadəcə, anasısan, həqiqətən, ona diqqətlə bax. Çox zır-zır uşaqdı, tez-tez bunu deyərdi, mən heç vaxt zırıldamamışam, bu xüsusiyyətini səndən götürüb, mən onun yaşda olanda çoxdan oxuyub yazmağı bilirdim, onun oxuma yazması niyə bu qədər uzun çəkir heç başa düşə bilmirəm. O hər dəfə öz qüsursuz qüruru və qüsursuz üstünlük duyğusu arasında var-gəl edərdi və Gili qorxaraq mənə sarılardı, Amnonun qərarlarının birdənbirə dəyişdiyini bilirdi.

      “Amnon, o sənə heç bənzəmir, nə yaxşı nə də pis tərəfdən, artıq bunu qəbul et”. Amnonu dəfələrcə fikrindən daşındırmağa çalışdım, “onu necə var elə də qəbul et”. Amnon o saat hücuma keçdi: “Əsil demək istədiyin budur ki, sən məni olduğum kimi qəbul etmək istəmirsən, mənə əxlaq dərsi keçmə və mən, bu eyni şey deyil deyirəm, söhbət uşaqlardan gedirsə, bu başqa məsələdir. Daima onu qoruyaraq ona kömək etmiş olmursan, artıqlamasıyla güvən verirsən, çox tez yumşalırsan, onu balaca şahzadə kimi yetişdirirsən, uşağı həyata belə hazırlaya bilmərsən”. Mən, “bəlkə sən başqa bir şahzadə doğulduğu üçün qısqanırsan, deyirəm, sözlərini özünə saxla, bəlkə də onu ayrı ayrılıqda böyütsək daha yaxşı olar, daimi mübahisələrimiz ona yaxşı təsir bağışlamır və mən problem deyil, dedim, gəl ayrılaq, amma tərəddüdlü və vurğusuz deyilən sözlər, heç dilə gətirilməmiş halda yox olur, ta ki Amnonun üzünə baxaraq sözlərimi qəti şəkildə deyənə qədər.

      Eşidirsən, Qabi, mən onun bu oyununda iştirak etmək istəmirəm, nə istədiyi bəllidir, narahat olaraq evimin qapısını ona açacağımı düşünür, valideynlərini fikrindən daşındırmağa çalışan yeniyetmə kimi özünü aparır. Nəyə geri dönmək istəyir ki, bitməyən münaqişələrə, yaralayıcı mübahisələrə, bəli, bilirəm, bəzən böyük sevginin küllərindən dostluq yaranar, hətta bu dostluq sevgidən daha qiymətli daha əziz ola bilər, amma bizdə uçurumdan, sadəcə, qəddar bir rəqabət yaranıb, pis rəqabət, biz dalaşmaqdan bezməyən iki qardaş kimiyik. Qabiylə danışdığım halda qarşımda onun üzünü deyil, iri cüssəli və yaraşıqlı gənc adamın üzünü görürəm, payız yarpaqlarının rəngində gözləri, süd kimi ağ yanaqlarının üstündə doğum ləkələri və həssas dodaqları var, mən indi Giliylə, onun gələcəkdəki halı ilə danışıram, ata anasının yeganə oğlu, altı yaşı olanda həyatı alt-üst olub, qısa sürə ailə həyatını xatırlamağa çalışan gənc adam, mən baş verən hər şeyi tək ona izah etmək məcburiyyətindəyəm.

      Evlilik yatağımızda o yan-bu yana çevrilirəm, oğlanı oyandırmamağa çalışıram, tünd rəngli kətan pərdəni günortadan sonra əsən külək yellədir, otaq gah qaranlıq olur, gah da işıq düşür, adama elə gəlir ki, kimsə işığın düyməsi ilə oynayır. Sarı dimdikli qaratoyuqlar pəncərənin önündəki bozarmış sərvənin arxasına toplaşıblar, aylar keçdikcə yaşıl yarpaqları saralan ağacı qış gəlmədən kəsməli olacaqlar, ümid edirəm bu dəfə şiddətli küləyə məruz qalmayacaq.

      Ağacın qəzəbini hiss edirəm və üzüstə dönərək yatıram, çox ac olduğum üçün mədəm hərəkətə keçir, bir azdan özünü doyurmaq üçün acgöz əllərini boğazıma uzadacaq, ağlıma Yotamın atasının gözümün önündə tez-tez mədəsinə ötürdüyü peçenyelər gəlir, kaş indi o peçenyelərdən burda olardı və onlardan ayrılmayan güclü dodaqlar, dodaqlarım onlara tərəf uzanır, ağzıma alıram və yumuram, bütün üzüm ac dodaqlarımdan ibarətdir, Yotamın atası onun alnından öpərkən mənə baxaraq sanki məni o öpüşə dəvət edirdi, həyəcanlandırıcı sirr saxlayan gənc qız kimi yorğanın altında yavaşdan gülürəm və sonra yatmış Gili tərəfə əyilib onun alnından öpürəm.

      Tam başının üstündə çərçivəli bir şəkil asılıb, ona baxıram və asılı olduğu mismardan çıxardıram, mismar yerindən çıxaraq yerə düşür, Gilinin üzünə bir az əhəng tökülür, diqqətlə tozları üfləyirəm, rəsmə baxıram, gülümsəyən üç üz, təhdid edərək havaya qaldırılmış üç barmaq kimi, xoşbəxt anlarımızın olduğunu sübut edən bir şəkil və bu heç də uzaq keçmişdə olmayıb. Burada, üstü qarla örtülmüş qara çətirin altında bir birimizə sıxılmışıq, Amnon əyilərək donqarlaşıb, çətiri başımızın üstündə qalxan kimi tutub, Gili onun qucağında oturub, yanaqları qırmızı, üzü isə qar dənəcikləri ilə doludur və mən bu şəkildəki insanın mən olduğuma boynuma almaq məcburiyyətindəyəm, iki insanın arasında məmnun halda gülümsəyirəm, qırmızı əlcəkli əl Amnonun qolunun üstündədir, gözlərdə də gün eynəkləri, yox, kimsə bu şəkildə sonlanan bir ailə tablosunu görə bilməzdi. Qarın yağma səbəbi ilə aşağı baxçaya endik, Gilinin sevinci bizə də keçmişdi və qonşulardan bizim şəklimizi çəkmələrini xahiş etdik, sonra bu şəkili çərçivəyə salıb divardan asdıq.

      Bəli, belə günlərimiz də var idi, mənim bizdən artıq kiminsə olmasını istəmədiyim günlər, üçümüz bir evdə, üçümüz maşında, üçümüz təyyarədə, ata və anasının arasında olan balaca qız uşağı kimi, yanımızda qal, tez getmə, deyə xahiş edərdim və Amnon işdən, vacib telefon zənglərindən və ya iş görüşlərindən danışardı, əvvəllər iki nəfər idik, deyə deyinərdi indi isə cütlüyün nə olduğunu unutmusan? Buna baxmayaraq orada qarın içində dayanan, maşınla səyahət edən, axşam yeməyi yeyən bu üç nəfərlik qrup çox təbii idi, lakin bundan sonra üçümüzün görüşü cənazə görüşü kimi kədərli olacaq və illər sonra hər şey unudulsa da, tək bir kəlmə, tək baxış bizə bu günü xatırladacaq.

      Anidən hər şey məsumluğunu itirir, nə Gilinin yuxusu, nə o yad insanın baxışı, nə qəhvədə əriyən peçenyelər, nə də cavab verilməyən zənglər məsumdur, hər şey qorxu yaradır və bir anlıq yeni həyat gözlərimi kor edəcək qədər işıq saçır, sonra yenə qaralır və hələ ayaq basılmamış bir meşə kimi təhdid edir. Ora, ağacların arasına gəzməyə gedirik, uzun və incə ağaclar, sevgimizi bastırmaq üçün məzar axtarırıq, gecəni cəsədlə birlikdə qalmamaq üçün axşam olmadan geri dönmək istəyirik. Yalın əllərimizlə nəm torpağı qazmağa başlayırıq,