Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
görmür? Qapının barmaqlıqlarından bərk yapışıram, həqiqətən, təəssüf edirəm, mən çox tələsirəm, evdə körpə uşağı tək qoymuşam, böyük oğlumu götürməliyəm, amma görürəm ki bu çarəsiz bəhanə onu daha da əsəbləşdirir, bir körpəni də evdə tək qoymaq olar, deyərək deyinir, buradakı hər kəs ağlını itirib, mənim səhvim ucbatından bütün valideynləri mühakimə edir, bu ümumi etinasızlığın cəzası olaraq, məni burada, yerlə göy arasında, hər kəsə rəzil etmək üçün məni burada saxlayacaq kimi görünür. Başını yelləyərək kilidi yavaş və diqqətlə açaraq gənc qızın içəri keçməsinə icazə verir, gənc qız da səbr etməyin mükafatı bu imiş kimi başını dik tutaraq içəri keçir və mən yuxarı necə çıxmışamsa eləcə də düşməyə çalışıram. Ayağımla yoxlayaraq qapının dəstəyini tapıram və ayağımı onun üzərinə qoyanda ayağım sürüşdü və düz asfaltın üzərinə, uşaq arabasının yanına yıxıldım.

      Əzilsəm də bunu ona bəlli etməyəcəm, güclə ayağa qalxıb üst-başımı təmizləyirəm, sanki başından bəri belə bir adlayışı planlamışam, sadəcə, buna görə qapıya çıxmışammış kimi gözətçiyə səmimi halda gülümsəyirəm, zərifliklə hərəkət etməyə çalışıram, ağrını inkar etsəm keçəcək, ən önəmlisi artıq içəridəyəm və Gilini xilas edəcəm, sinifə aparan nərdivanları çətinliklə çıxıram, yenə o gənc qız, qəzəblənirəm. O, burada nə gəzir, onunla bir daha qarşılaşmayacağıma ümid edirdim. Yaxından o qədər də gənc görünmür, yuxarıdan göründüyü qədər də balaca görünmür, o, gənc qız deyil, anadır, buna görə onu görmək məcburiyyətindəyəm, maraqla mənə baxır və baxışı ilə mənə bağlı olan qapını göstərir, hələ dərsləri bitməyib.

      Amma bu gün bağlı qapıların məni saxlamayacağını sübut etdim, qətiyyətlə qapını itələyərək açdım, onlarla göz mənə tərəf çevrildi. Onun payız yarpaqlarının rəngində olan gözlərini sehirbaz papağının altından dərhal görürəm, ayağa qalxır, sürətlə mənə tərəf qaçır və mən o qollarımın arasında olanda rahat nəfəs alıram, o yaxşıdır, ona heç nə olmayıb, pişik kimi burnumu sürtərək onu qoxlayıram, uşaq tərinin qoxusu kakaolu fındıq kreminin çörəyə yaxılmış qoxusu ilə, yapışqan və qum, əyləncə və həsrət qoxusu ilə və mənim sevgimin qoxusu ilə qarışır.

      Gilinin anası, bir dəqiqə, bizim dərsimiz hələ bitməyib, müəllimə xoşbəxtliyimizi pozur, üzr istəmək məcburiyyətində olduğumu bilirəm, həyacanla yeni bir bəhanə, üzə çıxmayacaq bir yalan tapmağa çalışıram. Biz bu gün, həqiqətən, çox tələsirik, ailə daxili bir məsələ, amma müəllimə razılaşmır, yarım saat daha gözləməlisiniz, dərsin ortasıdır, yerinə dön, Gili, amma o mənə bərk sarılaraq ağlayır, evə getmək istəyirəm, yerimə dönmək istəmirəm və mən onu sakitləşdirməyə çalışıram: – Hər şey yaxşıdır, Gili, qapının arxasında səni gözləyəcəm, bu uzun çəkməyəcək, – və anidən səhvimin böyüklüyünü başa düşürəm, onu uşaqların önündə alçaldmağa məcbur idimmi? Utanaraq müəllimə baxıram, sürətli və qərarlı addımlarla yanımıza gəlib onu qollarımdan çəkir, Gili boynunu bükərək, lağlağı mövsuzuna çevrilən ağlamasına görə utanıb sıxılaraq yerinə doğru gedərkən sehirbaz papağı başından düşür.

      Eyni tərzdə geri çəkilib sürətlə sinifdən çıxır və az qala qıvırcıq saçlı qadının qollarına atılıram, sanki izləyicilərini fərqli nömrələrlə təəccübləndirən bir sirk heyvanıyammış kimi ağzı açıq halda mənə baxır, üzündəki təəccüb kəlmələrə çevrilir, başqa seçimim yoxdur, ondan öncə bu anlaşılmamazlığı düzəltməliyəm. Ona gülümsəyirəm, həmişə belə etmirəm, bu gün olduqca xüsusi bir gündür, o irişir, bəhanə gətirmək məcburiyyətində deyilsiniz, evdə körpəsi olanın itirəcək bir dəqiqəsi belə yoxdur, səsi boğuq, siqaret çəkməkdən qısılmış və mən kəkələyirəm, qulaq asın, əslində, bu doğru deyil, irişməyi bitirib yüksək səslə gülməyə başlayır, açıqlama etmənizə ehtiyac yoxdur, başa düşürəm, evdə körpəniz yoxdur və onun gülməsi mənə də keçir, bu çox asan olur, incə bədənimə tez nəzər yetirir, təzəlikcə dünyaya uşaq gətirmiş kimi görünmürsünüz.

      Həyatım boyu əsla bir körpəni evdə tək qoymamışam, buna inana bilərsiniz, sadəcə, gözətçini sakitləşdirmək üçün tez bir bəhanə uydurmalı idim, deyirəm, və o mənə baxarkən hisslərimi başa düşür, onun cəsarət verən baxışına minnətdarlıqla sığınıram, sanki ehtiyacım olan elə bu idi, tanımadığım bir qadının məni başa düşməsi kimi. Çölə çıxıb çəmənlikdə oturaq? Yarım saatımız var hələ, başını yelləyərək razılaşır, yaxşı olar deyərək yanımca nərdivanları çıxırıq, birlikdə addımlayırıq və onun varlığı məni rahatladır.

      Yüngülcə hıqqanaraq qarşısından keçərkən gözətçinin şübhəli baxışı məni izləyir, özümü elə aparıram ki, sanki onu görmürəm, hər gün bu günahlandırıcı baxışları görməmək üçün ona yeni iş tapmasını arzu edirəm, yanımdakı qadın onu gülər üzlə salamlayır, nəzakəti ilə məni qoruyur, köhnə parkın önündə dayanırıq. Əvvəllər hava çox isti olanda Gili ilə bura gələrdik, ayaq yalın suvarma kanallarında gəzməyi və oyuncaqlarını üzürməyi sevərdi, amma daha kanallarda su yoxdur, yağışsız keçən qış, suyu qənaətlə işlətməyə vadar edirdi. Kölgəli bir yer tapıb çəmənliyə uzanırıq, ayağım ağrımağa başlayır, amma ciddiyə almıram, qadının yanında uzanıram və sən kimin anasısa deyə soruşuram və o dəqiqə kədərlənərək əlavə edirəm ki, əslində mən sinifdəki uşaqların heç birini tanımıram, heç oğlum da əməlli tanımır.

      Yotam bura dostları ilə birliktə orta məktəbdən gəldi, mənim adım Mikal, çantasından bir paket siqaret çıxardır, siqareti tutan dodaqları qəflətən gülümsəməyə başlayır, dəhşətli mənzərə idi, sən yuxarıda, qapının üstündə, çox yüksək bir ağaca çıxmış pişik kimi idin, gülərək əllərini bir birinə çırpır, mənə baxır və mən gülməyənə qədər baxışını məndən çəkmirdin. Həqiqətən, vəziyyət bu qədər gülməli idi, görəsən, son vaxtlarda bundan gülməli nə iləsə rastlaşmadımi? Mənim belə alçalmağım onu əyləndirirdi. Sanki onun evinin qapısına çıxmışam və kilidi qırmağa çalışan biri kimi bəhanəmi təkrar dilə gətirirəm. Oğlumu görmək məcburiyyətində idim, qəribə səsləndiyini bilirəm, amma başqa seçimim yox idi, içəri keçmək üçün hər şeyi etməyə hazır idim və o yan gözlə mənə baxır, gözləri bizi əhatə edən və bütün yay boyunca sulanmayan solğun çəmənlər rəngindədir, bir az öncəki gülüşü hələ də dodaqlarındadır və mən susuram, onun bir az sonra soruşacağı sual barədə düşünürəm, özüm indidən cavab hazırlayıram, nə qədər dərinliyə gedəcəyimi düşünürəm və o an ona hər şeyi danışmaq qərarına gəlirəm. Hər şeyi, bu gün səhər olanları, atamın lənətini və hətta ondan nə fikirləşdiyini də soruşmaq istəyirəm, boşanmanın, həqiqətən, uşaqları ölüdürən çarəsiz bir xəstəlik olub -olmadığını soruşmaq istəyirəm, lakin o məni təəccübləndirərək heç nə soruşmur, arxası üstə uzanıb, saçları başının ətrafında yelpək kimi açılıb, mavi kətan köynəyi səmanın rəngini əks etdirir. Ona göstərmiş olduğum əyləncəli tamaşadan sonra qısa müddətlik yatmaq istəyi yaranıbmış kimi görünür, vermiş olduğum açıqlamalarla