Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517371
Скачать книгу
deyir canım, təhlükəni unutduq bir anda ikimizdə. Get canım mən axşam gələcəm, tamammı? Sərdara xoş deyildi, Aylının Nicata axşam gələcəm deməsi. Çox qısqanırdı, əlin üzünə çəkib kənara baxdı. Nicat təkrar özünə çəkib Aylının dodaqlarından öpdü buraxmadan. Nicat – Aylına: gözləyəcəm ürəyim, çox darıxdım gec olmadan gəl.

      Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, heç vaxtdı gözü önündə Aylının başqasıyla öpüşdüyünü görməmişdi. Bir anlıq çox qısqandı, həyəcanlandı. Aylın – Nicata: tamam canım gələcəm, get görən olunca, Nicat Aylının alnınan öpüb getdi. Sərdar əsəblə – Aylına: yəqinki nəfəsin gəlir artıq, oksigen qəbul etdin, işnə dönə bilərsən Aylın xanım. Aylın Sərdarın özünü qısqandığını anladı. Aylın – Sərdara: yeri – yerində çatmadı, ancaq axçama kimi idarə edər Sərdar bəy. İşimə dönə bilərəm artıq, yanından keçib getdi. Sərdar gözlərini bir anlıq yumaraq, özünü ələ almağa çalışdı, öz – özünə: səni gərək atdıraydım içəri, üzünə həsrət qalardın. Aylının ardınca getdi əsəblə.

      Axşam olurdu, iş saatı bitməyə az qalmışdı. Ramiz – Dilqəmə: sən Nicata get, mən Aylınla görüşəcəm. Dilqəm masadan açarlarını telefonunu götürüb – Ramizə: qardaşım, Nicatın buraxdığı səhvdən sonra, məncə axlın başına gəlmişdir. Bax orda Aylının yanında Sərdar olacaq, bilirsəndə?

      Ramiz – Dilqəmə: mənə nə ondan? mənə artıq Aylının təhlükəsizliyi önəmlidir. Dilqəm şüphəli baxışlarla baxaraq, – Ramizə: tamam, mən Nicatla olacam, səndə gələrsən Aylından sonra. Ramizdə ayağa qalxıb, masadan telefonunu açarlarını götürüb – Dilqəmə: tamam qardaşım görüşərik, getdi otaqdan çıxıb.

      Sərdarla Aylınada, işdən çıxmaqçün hazırlaşırdılar. Sərdar Nicatın öpdüyünü gördükdən sonra, Aylınla bir kəlmə kəsməmişdi danışmamışdı. Kefsiz idi, – Aylına: hazırsansa çıxaq. Aylın – Sərdara: oha Sərdar bəy danışa bilirsənmiş, şaşırtdın məni. Sərdar incik və əsəblə – Aylına: səndə məni şaşırtdın Aylın xanım öpüşməyinlə, bu söz Aylına təsir etdi. Aylın – Sərdara: uşaqsanmı sən? – Aylına: mən dışarda gözləyirəm səni. Ggəl gedək sevgilinə çatdırım səni, doya – doya oksigenini alarsan. Məndə çox yorğunam yatmaq istəyirəm, səndən fərqli olaraq hər zamandakı kimi, tək tənha. Aylını gözləmədən çıxdı getdi. Aylın öz – özünə: sizinlə alınan oksigeninizədə, hər şeyinizədə, əsəblə qarşısındakı kağızları əliylə masadan geri itələyib, baxdı üzgün baxışlarla.

      Sərdar gəlib maşının yanında dayanıb, cibindən siqaret çıxarıb yandırdı, tüstüsünü ciyərlərinə alaraq incik – üzgün baxışlarla baxdı.

      Aylın otaqdan çıxırdı Cəmilə gəldi, yanında firma paltarı geyinmiş oğlan vardı, əlində çantayala. Cəmilə – Aylına: Aylın xanım, təhlükəsizlik qapımızda nasazlıq yaranmış, adam gəlmiş təmiriçün. Aylının kefi yox idi, – Cəmiləyə: nə lazımdır etsin, haqqınıdan artıqlamasıyla ödəyərsiniz.

      oğlan – Aylına: Aylın xanım sizdən bir xayişim var, əgər mümkünsə təklikdə demək istəyirəm. Aylın tələsirdi, bilirdi Sərdar əsəbi və küskün idi, özünü gözləyirdi dışarda. Aylın – oğlana: siz mənə deyəçəklərinizi Cəmilə xanıma desəniz o həll edər, mən tələsirəm getməliyəm. Oğlanın üzünün ifadəsi dəyişdi, – Aylına: mən ailəmlə əlaqədar deyəcəkdim. Aylın xanım qalsın, bağışlayın mənə qapının yerini göstərsinlər, təmir edim. Aylın dayanıb baxdı, anladı oğlanın başqa dərdi olana oxşayırdı, Aylın – Cəmiləyə: mən göstərərəm təmir ediləCək qapını, siz gedə bilərsiniz Cəmilə xanım. Cəmilə təşəkkür edib getdi. Aylın – oğlana: buyur bu tərəfdən, oğlan sevindi, Aylın getmədi özüylə gəlməyə razılaşdı deyə. Oğlan – Aylına: sizin gərçəkdəndə gözəl ürəyiniz var Aylın xanım.

      Aylın gətirib təhlükəsizlik qapısını göstərdi, – oğlana: təmir edəcəyiniz qapı budur. Siz mənə nə deyəcəkdiniz? ailənizdən birisini şirkətimizə işə qoymaqçünmü xayiş edəcəkdin? inşallah başqa probleminiz yoxdur. Olsada üzülmə, mən yardım edərəm sənə tamammı? həyatda problemsiz insan yoxdur.

      Oğlan çantasını açıb əlinə əlcəklərini geyinərək, telefonuyla kiməsə mesaj yolladı. Oğlan – Aylına: yox Aylın xanım, işlə əlaqədar deyil. Təhlükəsizlik qapısını açıb baxdı dışarı. Aylın – oğına: bu həyatda ölümdən başqa hər şeyə çarə var. İnan bacardığım yardımı əsirgəməyəcəm de buyur. Oğlan dönüb Aylına peşman baxışlarla baxdı, sanki Aylının insanlıq davranışı onun ürəyinə toxunmuşdu. Ancaq artıq gec idi, qapını açmışdı, Aylının həyatını təhlükyə atmışdı. Bir anda içəri üzü maskalılar girdilər, Aylının üzünə nə isə fısqırtdılar, beyni dumanlandı özündən keçindi. Tez birisi qucağına alıb Aylını apardı, ardınca obirlərdə çıxdılar. Oğlan elə peşman olmuşdu Aylını təslim etdiyinə, qayıdıb birisi işarə etdi ki, tələssin getməyə. Tez çantasını götürüb çıxdı, oların ardınca qaçaraq getdi.

      Şirkətin qarşısında Sərdar gözləyirdi saatına baxa – baxa, öz – özünə: dedim axı yorğunam. Maşın dayandı, Ramiz maşından enib gəldi. Ramiz – Sərdara: Aylın çıxmadımı? Sərdar əsəblə – Ramizə: çıxmadı, yarım saatdır gözləyirəm. Cəmilə yaxınlaşdı, – Sərdara: Sərdar bəy, Aylın xanıma usta gəldi. Bizim təhlükəsizlik qapısında nasazlıq olmuş, təmir edəcək. Aylın xanıma önəmli deyəcək sözü olduğuçün, mənim qalmamı istəmədi, Aylın xanım onunla getdi. Sərdarla Ramiz bir – birinə baxdılar şüphəli baxışlarla. Sərdar – Cəmiləyə: tanışdırmı o Aylına? Cəmilə çiyinlərini çəkərək, yox bənzəmədi tanış olana. Sərdar qaçaraq şirkətə getdi, ardınçada Ramiz qaçdı. Cəmilə öz – özünə: nə oldu ki? narahat oldu, özüdə oların ardınca tələsik getdi.

      Sərdar gəlib baxdı qapı açıq idi, nə usta, nədə Aylın vardı. Ardınca Ramiz yetişdi – Sərdara: hanı Aylın? görməyincə həyəcanlandı, tez qapıdan çıxb ətrafa baxdı. Sərdarın həyəcandan axlı durdu bir anlıq, öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun bağırdı! Cəmilə gəldi, heçnə anlamadı – Sərdara: Sərdar bəy nə oldu? anlamadım, bir şeymi oldu. Sərdar divara söykənib, dizlərinə əllərini qoyub dərindən – dərindən nəfəs alara. Çox çətinliklər – Cəmiləyə: get de kamera çəkilişlərinə baxsınlar, mənə o gələn tipi tapsınlar tələs. Cəmilə anladı yaxşı bir şey olmadığını, tələsik qaçaraq getdi. Ramiz gəldi dışardan, – Sərdara: kim etdi bunu? niyə qoydun onu tək? əsəbləşib Sərdarın yaxasından tutaraq bağırdı. Ramiz – Sərdara: bir qadını iki kişi qoruya bilmədiniz siz, nə zibillər oldunuz başıma. Hanı Aylın? hanı deyirəm susmasana.

      Sərdar peşman olmuşdu, Ramizə müqavimətdə göstərmirdi, keyləşmişdi sanki.

      Aylını xarabalıq yerə gətirib, əllərini arxaya bağlayıb otuzdurmuşdular sutulda.

      Üzünə fısqırdılan qazın təsirindən, zorla gözlərini aça bildi, qarşısındakılardan heç kimi tanımadı. Aylın – olara: şərəfsizlər