Beləcə bir neçə gün keçmişdi. Aylın şirkətə işə gəlmişdi Nicatsız. Nicat xalasıyla birlikdə qalırdı, Fazil itinin fikrini yayındırmaqçün. Son zamanlar hər kəsçün baş bəlası olmuşdu Fazil iti. İz itirməkçün hamı dişinə sıxaraq, Sərdarın dediklərini etməyə məcbur qalmışdılar.
Ramiz atasınıda Aylınla birlikdə razı salaraq, başqa ölkəyə müalicəyə göndərmişdilər. Cəmilə qapını döyərək içəri girib – Aylına: Aylın xanım, bir azdan Fazil bəy gələcəyini bildirdi. Aylın yalandan gülümsəyərək, – Cəmiləyə: istədiyi vaxt gəlsin Fazil bəy, mən burdayam. Cəmilə razılığını bildirib, tez getdi. Aylının üzünün ifadəsi dəyişdi, nə isə düşünüb işinə davam etdi. Az vaxtdan qapı döyüldü, içəri Sərdar girdi. Sərdar – Aylına: canım işindən etmirəm ki? Aylın başını qaldırıb – Sərdara: buyur gəl Sərdar bəy.
Sərdar gəlib əyləşdi yaxındakı kresloda. Sərdar – Aylına: Nicatın etdiyi işə görə məni günhalandırmırsan, elə deyilmi? məndə istəməzdim onu uzun illərə məhkum etsinlər. Gördüyün kimi, artıq edəcəyim bir şey yoxdur, qanun hər kəsçün qanundur. Sərdar belə deyirdi ki, Fazil iti Aylının hər danışdığını dinlədiyini, bilirdilər. Aylın – Sərdara: mən düzü Nicatdan çox incidim, bunu sənə etdikdən sonra. Allah etməsin, səni vursaydı nə olacaqdı? məndə qanunlarımızla razıyam, çəksin çəzasını axlı başına gəlsin. Sən əlindən gələni etdin, əksinə təşəkkür edirəm sənə.
Gərçəkdəndə şirkətin önündə, maşınında əyləşib Fazil telefonuyla Aylının otağında gizlin qoydurmuş kamerayla, hər danışdıqlarını izləyib gülümsəyirdi. Fazil öz – özünə: bax belə Aylın xanım. Səm möhkəm ol ki, səninlə işimizi bitirə bilək. Maşının yanında dayanmış gözətçisi tez qapını açdı. Maşından enib, özündən razı halda şirkətə tərəf getdi.
Qapı döyüldü, Cəmilə – Fazilə: buyurun Fazil bəy. Fazil qapıdan içəri girib, – Aylına: Aylın qızım gec duydum, Nicat bəyin başına gələn bədbəxt hadisəni, bağışla. Aylın ayağa qalxıb yaxınlaşdı. Aylın – Fazilə: etdi bir səhv Fazil bəy, nə edək artıq əlimizdən bir şey gəlmir. Fazil özünü günahsız göstərməkçün Aylını qucaqladı. Sərdar oturduğu yerdən olara baxırdı. Fazil guya Sərdarı görməyən kimi özünü aparırdı. Fazil – Aylına: əlimdən gələn yardımı etməyə hazıram qızım, bilirsən. Nicat bəy mənimçün doğma sayılır. Mən bu gün getdim görüşünə buraxmadılar, sanki adam öldürmüş yazıq. Aylın Fazildən bir addım geri durub, səbrini ələ alarar – Fazilə: öldürmək fikriylə getdiyini duyduğumda, ondan soyudum bi ixtiyar. Sərdar mənimçün çox dəyərli biridir, bunu Nicat bəydə yaxşı bilirdi. Bunu bilərək, onu vurmaqçün getməyini ona bağışlaya bilmərəm. Fazilin bu sözlər ürəyindən idi, üzündən bəlli idi.
Fazil – Aylına: qismət olursa, bir gün Sərdar bəylədə görüşmək istəyərdim qızım. Aylın – Fazilə: Sərdar bəy burdadır, çox sağolsun məni tək qoymamış gəlmiş. Fazil sanki xəbərsiz kimi, Sərdarı guya indi görürmüş kimi özünü apardı. Fazil – Aylına: gərçəkdən, Sərdar bəydirmi?
Sərdar ayağa qalxdı, Aylın qədər ən azından o da yalandan aktiyorluq edərək, rol oynamağa məcbur idi. Aylın Sərdarı göstərib – Fazilə: bəli Fazil bəy, Sərdardır. Fazil özünü günahsız – təmmiz biri kimi göstərməyə çalışırdı. Fazil – Sərdara: Sərdar bəy? Sərdar yaxınlaşdı. Fazil əlini uzadaraq – Sərdara: təsadüfə baxsana, necə təmiz ürəyə sahib bir insansanmış. İnan səninlə görüşmək istəmişdim Sərdara bəy. Sərdar yalandan gülümsəyərək, əlini sıxaraq – Fazilə: Aylına qızım dediyinizi duyduğumda, onun tək olmadığını anladım. Mən sizə təşəkkür edirəm Fazil bəy. Bu etdiyiniz yaxşılıqların əvəzini, bilmirəm heç necə ödəyə bilərəm sizə. Aylın mənimçün çox dəyərli biridir, elə bil bu sözü gözləyirdi Fazil.
Fazil – Sərdara: Sərdar bəy, mən işlə əlaqədar bir necə gün şəhərdə olmadım. Bax Aylın qızımın başına nələr gəldi. Nicat bəyin sizi qısqanclıq qarşılığı vurmaq istədiyini duyunca, inan çox üzüldüm. Düzü çox şaşırdım, sakit bir insandı Nicat bəy. Artıq olan oldu, əlimizdən gələni edəcəyik onu qurtarmaqçün, məndə işlərimlə əlaqədar tez – tez şəhərdən getməyə məçbur qalıram. Artıq kimsəyə Aylın qızımı etibar edə bilmərəm. Sizi Allah yetirdi mənə, səndən bir xayişim olaçaq, qəbul edərsənsə çox sevinərəm. Sərdar – Fazilə: buyurun Fazil bəy, əlimdən gələni edərəm bacaqrdığım qədər.
Fazil sevindi, – Sərdara: Aylın artıq tək qaldı, şirkətimizdə bilirsən böyükdür. Qızıma işlərində yardıma etibarlı, sənin kimi birisinə ehtiyacımız var. Əgər qəbul edərsənsə, səndən qızım Aylınla burda iş ortağı olaraq çalışmanı xayiş edirəm. Nicat bəyin əvəzinə, yəni o çıxana qədər ən azından.
Sərdar – Fazilə: mən dediyim kimi, əlimdən gələni edərəm Fazil bəy. Ancaq buna Aylın xanım razı olarmı, onun fikrini bilsək məncə yaxşı olar. Fazil gülümsəyərək, – Sərdara: Aylın qızımla bizim, çox bənzərliyimiz var Sərdar bəy. Məncə Aylın xanım narazılıq etməz, əksinə razı olar.
Aylına baxıb gülümsəyərək, elə deyilmi qızım? Aylın – Sərdara: Fazil bəy mənimçün çox yaxın bir insandır, əgər sən razısansa qalıb çalışa bilərsən, mənim narazılığım yoxdur. Fazilin kefi dahada açıldı, əlini bərk – bərk sıxıb – Sərdara: o zaman bu dəqiqədən sən, Aylın qızımla iş ortağısan. Sərdar bəy təbrik edirəm yeni işinlə əlaqədar səni. Çox sağolun, ikinizdə məni başa düşüb anladınız, minnətdaram sizə. Yalandan kövrələrək, gözlərini yaşlada doldura bildi şərəfsiz.
Aylınla Sərdar xəbərdar idilər, Fazilin aktiyorluğundan. Sərdar yalandan gülümsəməyə çalışdı. Fazil – olara: o zaman mən sizə mane olmayım, baxsanız Allahım işimizi necə yöndəmə saldı. Hər şey bir anda yolundan çıxdığı kimi, bir anda da yoluna düşdü, şükürlər olsun. Mən sizi hələlik işinizlə baş – başa buraxıram, mane olmayım. Sizin ikinizdən daha bir xayişim olacaq, iş vaxtınız bitdiyində, sizi axşam yeməyinə gözləyəcəm. Aylın qızım, bilirəm çox üzgünsən, sənin üzülməni heç istəmirəm. Bunu bilməni istəyirəm, hər zaman səninləyəm, yanındayam. Bax çox istəyirəm Sərdar bəyidə yaxından tanımaq, biraz sizinlə vaxt keçirmək şansını məndən əsirgəməssəniz, çox sevinərəm. Aylın – Fazilə: tamam Fazil bəy, sizi bu sevincinizdən məhrum etməyə haqqım yoxdur. Üstümdə böyüyüm kimi, Çox əməyiniz – əziyyətiniz var, mütləq gələcəyik. Fazilin sevinçinin həddi yox idi, planı yağ kimi gedirdi.
Fazil – olara: o zaman sizə işinizdə uğurlar, axşam işdən çıxdığınızda, adamlarım sizi dediyim ünvana gətirəcəklər. Sərdar – Fazilə: bir qəhvəyə otursaydınız Fazil bəy. Fazil tülkü dilini işə salaraq – Sərdara: axşama qalsın, birlikdə içərik Sərdar bəy, o zaman mən sizinlə sağollaşımıram, axşama qədər. Gülümsəyərək, tez otaqdan çıxıb getdi.
Sərdar Aylına baxıb