Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517371
Скачать книгу
xarabsınızmı? – Sərdara: nə bacısı sən nə danışırsan? Aylın – Ümidə: sən onu dinləmə, bax çəkdiyim məsəldən nəticə çıxar, məndə sənə yardım edirəm çək tətiyə qorxma. Sərdara bağırdı! – Aylına: Aylın etmə canım mən sənsiz yaşamaram, dur nə olur dur yalvarıram. Sərdar bilirdi, Aylın gözünü qırpmadan qıyardı özünə, hər zamandakı kimi. Gözlərindən yaş süzüldü, titrək səslə – Aylına: etmə canım, qıyma qardaşına qatilin olsun. Sərdar – Ümidə: anana – atana yalan dedilər qızları ölmüş deyə. Kimsənin başı xarab deyil, qarşındakı doğmaca bacındır inan mənə, Ümidi elə bil yerdən – yerə çırpdılar, -Sərdara: nəə? silahı tutmuş əli əsdi. Sərdar çox ehtiyatlı hərəkətlə, Aylının əlini Ümidin əlinin üstündən çəkdi. Aylın kövrəldi, – Sərdara: nədən dedin? nədən qoymadın vursun? siz mənim rahat olmağımı istəmirsinizmi? Aylın əsəbindən, qəhərindən bağırdı. Sərdar tez Aylını qucaqlayıb sinəsinə sıxıb tutdu. Sərdar – Aylına: sən ölsən məndə yaşamaram bilirsən. Aylın əsəbindən ağladı Sərdarı qucaqlayıb. Ümid qalmışdı hələdə yerində donub, baxırdı. Sərdar Aylının üzündən – alnından öpərək, – Aylına: öləcəyiksədə birlikdə öləcəyik canım, duydunmu? birlikdə öləcəyik. Mən sənsiz yaşamaq fikrində deyiləm. Ümid bir neçə addım geri durub, baxdı Sərdara qısılıb ağlayan Aylına. Hələdə Sərdarın dediyi söz qulaqlarında cingildəyirdi, həyəcan və şüphə dolu baxışlarla baxarırdı. Ümid əlində tutmuş silahına nifrətlə baxıb kənara atdı, bir söz demədən qaçıb öz maşınına əyləşib, getdi sürəətlə.

      Aylın Sərdarın sinəsinə üzünü dayayıb, yaşlı gözləriylə baxdı ordan gedən qardaşının ardınca. Aylın – Sərdara: gedək burdan, Sərdar saçlarından öpüb, gedək canım. Özünə qısıb, çiynindən tutub maşına tərəf apardı. Qapını açıb Aylını maşına otuzdurdu, təhlükəsiz kəmərini çəkib bağladı. Qapını örtüb, gəlib maşına sükan arxasına əyləşdi, maşıını biraz qabağa sürüb saxladı. Düşüb Ümidin atdığı silahı götürüb, tez maşınına əyləşib ordan uzaqlaşdı.

      Ümid maşınını sürəətlə idarə edirdi, gözləridə yaşarmışdı, tez – tez bir əliylə gözünün yaşını üzünü silirdi. Sərdarın dediyi sözdən şoka düşmüşdü, öz – özünə: bu ola bilməz yalandır, gərçək ola bilməz. Gəlib öz şirkətlərinin qarşısında maşını saxlayıb, tez enib qaçaraq şirkətə getdi.

      Atası otağında çalışırdı, qapı döyülmədən içəri girən kimdir deyə baxdı. Ümidi ağlamış görüb, tez ayağa qalxdı. Atası – Ümidə: oğlum nəyin var? Ümid əlləriylə başını tutub keçib əyləşdi. Bir yerdə tab gətirmirdi, qalxıb oyana – buyana gəzişdi, öz – özünə: yalandır inamaıram. Atası Ümidin hərəkətlərindən qorxdu. Masadan gəlib oğlunun qolundan tutub -Ümidə: oğlum nə olub, nə yalandır? yaxşısanmı sən? narahat oldu. Zorla oğlunu kresloya otuzdurub, masadan qrafindən bakala su töküb verdi. Atası – Ümidə: iç oğlum özünə gəl, nədir bu halın? Ümidin əlləri əsirdi, bakalı tuta bilmirdi. Atası tez əlndən götürüb, zorla sudan içirtdi, dur mən indi həkim çağırım. Masadan telefonunu götürdü, Ümid qoymadı. Ümid – atasına: ata bacım doğulduğunda sizə öldü dedilər, elə deyilmi? atası bu sualdan biraz şaşırdı. Atasə – oğluna: niyə soruşursan oğlum? təssüflər olsun bacın öldü doğumdan sonra. Ümid – atasına: sən şəxsən bacımın ölüsünü gördünmü? atası təcüblə – Ümidə: yox görmədim, yetişə bilmədim. Mən gəldiyimdə dəfin etmişdilər. Ümid şüphəylə – atasına: bəs anam? anam gördümü qızının ölüsünü?

      Atası gəlib oğlunun qarşısında dayandı. Atası – Ümidə: oğlum, illər öncə olan hadisəni indi soruşmağının səbəbi nədir?

      Ananada göstərməmişlər, pis olmasın deyə. Ümidin gözləri yaşardı, – atasına: Allahım doğrudan o mənim bacımdırmı? atası oğlunun dediklərinə, hərəkətinə təcüblə baxdı. Atası – Ümidə: kim bacındırmı, nə danışırsan sən?

      Ümid yaşlı gözləriylə baxaraq, – atasına: nə səbəbdən bilmirəm, onu sizdən çalmışlar doğulduğunda. Sonrada öldüyünü demişlər və sizdə inanmısınız. Atasını həyəcan bürüdü. Ümid – atasına: Aylın mənim bacımdır ata, bu sözü duyduğunda, atasının əlindən telefonu yerə düşdü. Atası – Ümidə: sənə bunları kim dedi? Aylınmı? oğlum inanma yalandır. Mənim qızım illər öncə doğulduğunda öldü. Bax o Aylın bizim aləmiz haqda bilir və artıq ölmüş qızımın adından istifadə edərək, içimizə girmək istəyir. Əgər mənim qızımdırsa, bəs nədən həkimə atası tərəfindən öldürülmək istədildiyini demişdi?

      Oğlum bax bilirəm, ondan qıraq dur deyəcəm alınmayacaq, çünki artıq o bizə bulaşmış. Bilirəm rahat qoymayacaq bizi, belə şeyləri yazıq anan duysa nə olar, fikirləşdinmi?

      İllər sonra qanı – canı çatmıyan bir başdan xarab, qızınam desin. Mən o Aylının planını başına yıxmassam, adım Rəhim olmasın. Ümid – atasına: mənə bunu Aylın demədi, yanındakı Sərdar dedi. Mən onu vurmaq istədim, o anda mənə doğma bacının qatili olma dedi. Atası təcüblə – Ümidə: oğlum sən onu vurmaqmı istədin? axlınımı itirdin, buda nə deməkdir. Ümid – atasına: əsəblərimə, mənniyimə, toxunacaq söz dedi, o üzdən vuracaqdım. Atasına xəcalət oldu, bakaldakı suyu özü içib, keçib əyləşdi. Atası – Ümidə: bu qız kimdirsə çox təhlükəli birisidir, oğlum baxsana halına? ikinci dəfə ona görə üz – gözünü yaraladın. İdidə nə demişsə, axlını yerindən oynada bilmiş, yox – yox mən bunu belə qoya bilmərəm. Onun anana yaxınlaşmasına mane olmalıyıq, görünür bu qızın axlı yox desəkdə, bizə qarşı çox gözəl planlar qurub. Sənində axlını yerindən oynada bilirsə, demək o bizdən çox axıllı və təcrübəlidir. Oğlum özünü toparla, dediklərimi edəcəksən.

      Sərdarla Aylın şirkətdə çalışırdılar. Aylının fikri qardaşında qalmışdı, fikrini topalayıb iş haqda çalışa bilmirdi. Aylın – Sərdara: mən çıxıram biraz hava alım, başım işləmir. Sərdar Aylını tək bir addımda atmasına icazə vermək istəmirdi, – Aylına: azacıq səbir et, birlikdə çıxarıq. Aylın ayağa qalxıb – Sərdara: bilirsən səbrim çoxdan tükənib, nəfəs ala bilmirəm.

      Buralardayam narahat olma, uzaqlaşmayacam heç yerə. Sərdar narahat baxışlarla baxaraq – Aylına: mən əlimdəki işi bitirib gəlirəm, buralarda ol canım. Aylın otaqdan çıxdı getdi. Sərdar öz – özünə: axx Ümid axx, olmayaydın qardaşı sənin o əllərini qırardım mən.

      Aylın şirkətdən çıxıb, biraz gəzib fikrini dağıtmaqçün addımlayırdı yavaş – yavaş. Gözlərində qara eynəkli cavan bir oğlan arxadan yaxınlaşıb, – Aylına: xanım içazə versəniz sizinlə biraz dolaşardım. Aylın baxdı birinci tanımadı kimdir, sonradan anladı Nicatın olduğunu. Ətrafa nəzər salıb – Nicata: sən nə edirsən burda? Nicat Aylının qolundan tutub kənara apardı. Çox darıxmışdı ikisidə biri – biriləriçün. Nicat Aylına sarılıb qucaqlayıb, dodaqlarından öpdü. Aylın Nicata müqavimət göstərmədi, sevdiyiçün özüdə darıxmışdı. Aylın – Nicata: səni görərlər canım etmə belə, mən bu gün yazdım gələcəm sənə, niyə səbir etmədin?

      Nicat –