Gəlib qapını açan zaman öz – özünə: oğlum evin açarlarınımı unutdun? açdı aqpını. Qapıdakının oğlu olmadığını görüb, yad baxışlarla baxdı qarşısında dayanana. Yörün səslə, – qarşısındakına: kimsiniz, kimə baxmışdınız? sizi mənə xadimə və ya aşpaz kimi ərim göndərdisə, bilin mənə kimsə gərək deyil, gedin yormayın mən. Qarşıdakı – arvada: məni kimsə göndərmədi, özüm gəldim. Mən bu həyatdda qalan günlərimi qulluğunuzda durmaq istəyirəm, mənə qarşılığında heç bir şey ödəmək gərək deyil. Mən nə aşpaz kimi, nədə xadimə kimi gəlmədim. İzin verib məni qəbul etsəniz, illərlə həsrət qaldığım üzünü doyunca görərək, istiliyini hiss edərdim başqa evladlar kimi.
Mən sənə gəldim anacan, qızın Aylınam. Anasının qapıdan tutumuş əli yanına düşdü, qulaqlarına inanmadı, həyəcanlandı. Gərcəkdən qarşısındakı doğma qızı Aylın idi, ölməmişdi şükürlər olsun. Anası bütün olanlardan – yalanlardan şok yaşamışdı, yazıq qalmışdı şaşqın baxaraq. Aylını heç görmədiyiçün, bilmirdi gərçəkdən qızıydımı – deyildimi. Nə isə demək istədi, danışa bilmədi. Aylın anasının boynuna sarılıb, qucaqlayıb ağladı. Aylın – anasına: ölmədim anacan, bu dəfədə ölmədim, səninçün həyatdda sağ qala bildim. Anası artıq anladı, qarşısındakı üzünə illər öncə həsrət qaldığı, doğma evladı idi. Qızım canım, balam, səsi titrədi əlləri əsdi. Aylına sarılıb elə ağladı ki, insan olan hər kəsin ürəyinə toxunardı ana fəryadı, ağlaşı, yanğısı, yazığı günahsız çox yandırmışdılar.
Aylını təkrar – təkrar üzündən – alnından öpərək, qoxlayıb qucaqlayaraq, yana – yana içini çəkərək ağlayırdı. Anası – Aylına: sən mənə döndün qızım, döndün məni tərk etmədin. Allahım dualarımı duydu, bu qədər haqsızlıq ola bilməzdi bizə qarşı. Allahım çox şükürlər olsun sənə, qızımı qaytardın mənə. Aylının üzündən ikki əllləriylə tutub, öpməkdən doymudu. Anası – Aylına: bağışla qızım, bağışla məni. Canım qızım bağışla, səni qoruya bilmədim pisliklərdən, haqsızlıqlardan. Qızının üzündən öpə – öpə qoxusunu alaraq, saÇlarını sığallayıb, təkrar bağrına basıb hönkürərək ağlayırdı.
Aylında göz yaşlarına boğulmuşdu, anasını sakitləşdirməyə çalışırdı. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzündən – saçlarından, öpərək yaş süzülən gözləriylə baxırdı. Doymurdu anasının nur üzündən, qoxusundan. Sonunda anasının ürəyi dözmədi, özündən keçindi qızının qollarına düşdü. Aylın anası yıxılmasın deyə, qapıda yerə otuzdurub qucaqlayıb tutdu. Aylın – anasına: anacan nə olar özünə gəl, üzünü sığallayıb öpdü. Aylın qucağında qalmış anasını bərk – bərk uşaq kimi qucaqlayıb, özünə qısıb tutumuşdu.
Sanki əlindən alacaqlarından qorxurdu, illərin anasız həsrəti – qorxusu, özünü biruzə verirdi.
Axşam olurdu, Ümid – atasına: mən anama gedirəm. Allah bilir yenə heçnə yeməmiş, səhərdən axşama kimi. Atası üzülürdü, dərindən nəfəs alıb – oğluna: yanınada kimsəni qoymur, qəbul etmir. Qalan ürəyimizdə anan üzür bitirir, get bax mənə mesaj yaz necədir. Zəng etdiyimdə telefonumu açmır, qapını üzümə açmır, nə günə qaldıq Allahım. Ümid – atasına: başqa nə gözləyirdin ata? atasının yazıq – peşman baxdığını görüb, başqa söz demədi. Telefonunu açarlarını götürüb, çıxdı otaqdan. Atası öz – özünə: Allah mənim cəzamı versin. Daha bundan artıq nə cəza verə bilər ki? dərindən nəfəs alıb baxdı, nifrət dolu baxışlarla.
Nicat yatdığı yerdən ayağa qalxdı, başı döndü az qaldı yıxılsın, geri yerinə əyləşdi. Nazlı gəldi, – Nicata: gəl yardım edim gedək, anam gözləyir yeməyə. Nicat – Nazlıya: canım heçnə istəmir siz yeyin. Nazlı əl çəkmədi, zorla qolundan tutub qaldırıb – Nicata: elə şey yoxdur. Sən yeməsən bizdə yeməyəcəyik, gəl dedim. Zorla yavaş addımlarla otaqdan çıxardı.
Xalası süfrəni hazırlamışdı, ağladığıda hiss olunurdu gözlərindən. Nicatı görüb gülümsəməyə çalışdı, oğlum gəl sevdiyin yeməkləri hazırladım. Qolundan tutub oturmasına yardım etdi Nazlıyla. Yanında əyləşib, saçlarını – üzünü sığallayıb – Nicata: belə olmaz oğlum, yeməlisən ayaqda qalmançün. Nicatın gözləri yaşardı, – xalasına: kiminçün ayaqda qalmalıyam? Aylın artıq yoxdur xala. Onsuz həyatım söndü, məhv oldum mən. Xalası saçlarından öpdüb, göz yaşlarına hakim olmağa çalışırdı ki, Nicat dahada üzülməsin – qırılmasın. Xalası – Nicata: Aylın ölmədi, Nicat pərt xalasına baxdı.
Xalası yeməklərdən boş qablara çəkərək – Nicata: mən inanmıram qızım ölmədi. Bilirəm, ürəyim hiss edir, vardır bir planı. Görəcəksən bir gün gələcək, mənim qızım sağdır, ölmədi inanmıram. Mən görmədim ölüsünü yalandır, bilmədiyimiz bir şeylər var. Ürəyim məni Aylına qarşı heç aldatmadı, hər zaman düz çıxdı ona qarşı hiss etdiklərim. Baxarsınız bu dəfədə elə olacaq, qızım gələcək qıymaz, o bizi tək qoymaz, yemək çəkən əlləri əsdi.
Nazlı tez əlindən boş qabı götürdü, – anasına: ana nə olar özünü ələ al, etmə belə. Xalası çarəsiz – üzgün başını Nicatın sinəsinə qoyub, hönkürüb ağladı. Nicat gücsüz təqəti qalmayan qollarıyla, xalasının boynundan qucaqladı, özünə sıxdı. Xalasının saçlarından öpüb gözlərini yumdu, göz yaşları üzünə süzülrdü. Nicatın ürəyi – içi elə yanırdı ki, sözlə ifadə etmək qeyri mümkün idi. Nazlıda qoluyla göz yaşlarını silib, baxdı olara.
Ümid anasına gəldi, qapını özü açıb içəri girdi. Anasını səslədi, anaan mən gəldim, anasından səs gəlmədi.
Gəldi baxdı, anası mətbəxtdə yemək hazırlayırdı. Ümid qapının yanında söykənib, qollarını bir – birinə dolayıb anasına baxdı. Anasının son bir aydan sonra, yemək hazırlamağına şaşırmışdı. Ümid – anasına: ana yaxşısanmı? həyəcanlı idi. Anası dönüb oğluna baxdı, gülümsədi. Anası – Ümidə: canım oğlum gəldiyini duymadım, get əl – üzünü yu hər şey hazırdır. Axşam yeməyimizi bacınla birlikdə yeyək. Yeməyin dadına baxaraq, öz – özünə: Aylın qızımın xoşuna gələcək, bəh – bəh dadlı olmuş. Anasının bu hərəkətləri – danışıqları, Ümidi gərçəkdən qorxuzdu. Dahada həyəcanlandı, anasının axlını oynatdığını düşündü. Tez çevrilib həkim çağırmaqçün getmək istəyirdi, gözlərinə inanmadı, baxa qaldı yerində donub. Aylın gəlib qardaşının üzündən öpüb, – Ümidə: duymadınmı anamız nə dedi? get əl – üzünü yu, məndə acam. Mətbəxtdə keçib, anasını qucaqlayıb öpüdü. Yanında dayanıb, canım anam əllərinə sağlıq, nə gözəl qoxur yeməklərin off. Anası qaşıqla üfürüb, bişirdiyindən qızana yedirtdi uşaq kimi. Aylın yeyib – anasına: mmm çox dadlı olmuş, əllərinə sağlıq anacan. Anasının üzündən öpüb, boş qabları götürdü masaya qoydu.
Ümidi elə bil cəryan vurmuşdu, qalmışdı dili – dodağı söz tutulmuşdu, danışada bilmirdi, Aylın -qardaşına: qardaşım ruhmu gördün? gülümsəyib, boş qabları masaya