Nicat dərindən nəfəs alaraq öz – özünə: məndə onu sevirəm. Çox az qaldı canım, bir daha səhv edib səndən ayrı qalmayacam, söz veririəm. Telefonunu götürüb Aylına mesaj yazmağa başladı.
Sərdar Nicatın yerində oturmaq istəməmişdi. Kreslosunu və bilgisayarını Aylına yaxın gətirib, eyni masada çalışırdılar. Nicatdan gələn mesajları, Aylın çalışıb vaxtı – vaxtında cavablandırırdı. Sərdar işlə məşğul olsada, fikri gözü Aylında idi. Bunuda yaxşı bilirdi ki, Aylın telefonda Nicata yazırdı.
Beləcə axşam olmuşdu. Ramizlə Dilqəm işdən çıxıb Nicata gəlmişdilər. Dilqəmin anasıda gəlmişdi Afət xanımla, söhbət edirdilər. Ramizlə Dilqəm, Nicatla otaqda oturub söhbət edirdilər. Dilqəm – Nicata: Sərdarın dedikləri düz çıxdı, baxsana Fazil tipi oları yeməyə dəvət etmiş. Ramiz Dilqəmə işarə etdi ki, Nicatı əsəbləşdirməsin, ehtiyat etsin danışarkən. Nicat dərindən nəfəs alıb – Dilqəmə: mən söz verdim, artıq səhv edərək Aylının həyatını təhlükəyə ata bilmərəm. Aylına bir şey olsa yaşaya bilmərəm, onsuz ölərəm mən. Xəbərim var, Aylın məni məlumatlandırdı gedəcəklərini bilirəm. Rmiz – Nicata: baxsana şərəfsizin əli nə qədər uzundur, başqa yerdə yaşayan bunlarada toxunmuş ziyanı. Alçaq atasını öldürmüş Sərdarın, artıq o şərəfsizə qarşı tək biz deyil, Sərdarda mübarizə aparır. İçim biraz rahatdır, mən o tipi sevməsəmdə, uzun illər polis işləmiş. Əlbətdə praktikası bizdən çoxdur, belə şərəfsizlərə qarşı. Nicat -Ramizə: mənim bir şeydən şüphəm var, bilirsənmi nədir?
Ramiz çiyinlərini çəkərək, yox deyə işarə etdi. Nicat – Ramizə: sənin ananda təsadüfənmi qəzada öldü, nə düşünürsən? Ramiz şaşırdı. Dilqəmə baxdı, həyəcanlandı.
Dilqəm – Nicata: unutdunmu? rəhmətlik anasını vuran qız, Ramizdən üzür istəməkçün ağlayaraq dəfələrlə qarşısına çıxdığını. Həmdə qızı sən tapmışdın Ramizə, yox bu Fazil alçağının işi deyildi. Nicat Ramizə baxırdı. Ramiz şüphəli baxışlarla baxaraq, – Dilqəmə: bu mənim heç bu günə kimi axlıma belə gəlmədi. Nicat – Ramizə: bəlkədə səhvim var unut, bağışla yaranı təzələmək istəməzdim.
Ramiz düşünərək, – Nicata: o uzaqda yaşayan Sərdarın atasına əli çatmışsa, əliylə ağzını tutub şüphəli baxdı. Sərdar dedi axı, Aylının ətrafında olanları bir – bir aradan götürüb, atasına qarşı nifrətini artırmağa çalışacaq. Aman Allahım, anamıda omu? sözünün ardını deyə blmədi, bi ixtiyar gözləri doldu pis oldu.
Dilqəm qalxıb gəlib Ramizin yanında əyləşib, çiyniə əlini qoyub dəstək olamağa çalışdı. Dilqəm – Ramizə: qardaşım əgər doğrudursa, az qaldı o şərəfsizin sonuna, bir olub cəzasını verəcəyik. Ramizin gözlərindən yaş sel kimi süzüldü, üzünə axdı, danışa bilmədi. Üzgün – nifrət dolu baxışlarla baxdı. Nicat gözlərini yumub sakit dayandı, bir manyak şərəfsiz, gör necə günahsız insanı yandırmışdı.
Aylın Sərdarla, Fazilin dəvət etdiyi restoranda oturub, yeməkdən sonra söhbət edirdilər. Fazilin üzündə sevinc dolu ifadə görsənirdi. Fazil – Sərdara: Sərdar bəy sənin xətrinidə, Aylın qızım qədər çox sevdim, inan ki səni bizə Allahım yolladı. Mən sabah işimlə əlaqədar getməliyəm, səndən təkrar Aylını tək qoymamanı xayiş edirəm. Nicat bəy olduğunda ürəyim rahat idi, bilirdim ki Aylın qızım tək deyil. Sərdar yalandan gülümsəyərək, – Fazilə: narahat olmayın Fazil bəy, mən artıq Aylını heç zaman tək qoymaram, özüm – özümə söz verdim. Aylın ayağa qalxıb, – olara: məni bağışlayın ürəyim bulandı, tez getdi. Sərdarla Fazil narahat oldular. Fazil – Sərdara: inşallah ciddi bir şeyi yoxdur qızımın. Sərdar – Fazilə: son zamanlar çox zəyif yeyir, mədəsini məhv etməsə yaxşıdır. Fazil – Sərdara: bax Sərdar bəy, mənim səndən işdən əlavə daha bir xayişim olacaq. Aylın qızımı gecə – gündüz bacarıb tənha qoyma. Aylın başqaları kimi deyil çox fərqlidir, səndə bunu bilirsən. Yeməyini vaxtı – vaxtında yesin, göz – qulaq olmanı istəyirəm ona. Bilirəm Nicat bəyə görə çox üzülür, iştahdan – ruhdan düşməsin, xəstələnməsini – üzülməsini heç istəmirəm. Sərdar – Fazilə: Fazil bəy siz məni çox yaxşı anlayırsınız, təşəkkür edirəm. Aylınıda düşünərək, gərçəkdən ona böyük dayaq olduğunuzun şahidi oldum. Bir gün bütün bu etdiklərinizin qarşılığının, heç olmassa az bir miqdarını ödəmək şansını mənə versəniz, çox sevinərdim. Bbilirsinizmi Aylın mənim canımdır, onu çox sevirəm. Fazil yerində rahat əyləşərək, ayağını – ayağının üstünə aşırıb – Sərdara: məndən sənə kiçik bir məsləhət, Sərdar bəy. Əgər gərçəkdən Aylını sevirsənsə, onu əlindən bir daha qaçırma. Belə şansın bir daha olmaya bilər, çalış dəyərləndir, sevdiyin qadının yanında ol hər an. Aylın gəldi
tez söhbəti dəyişdilər.
Fazil – Aylına: qızım bir şeyinmi var, yaxşısanmı? gedək həkim yoxlasın. Aylın gəlib əyləşib – Fazilə: yox bir şeyim Fazil bəy, narahat olmayın təşəkkür edirəm. Sadəqcə bu olanlardan sonra yorgunluq var üstümdə. Dinlənərsəm keçər, həkimə ehtiyacım yoxdur. Sərdar – Aylına: bundan sonra mən yanındayam canım, hər şey yaxşı olacaq. Fazil – Sərdara: Sərdar bəy götür Aylın qızımı evə, dinlənsin biraz özünü toparlasın. Nicat bəyin buraxdığı səhvi üzündən yazıq çox yoruldu, üzüldü. Fazil – Aylına: qızım, bax artıq Sərdar bəy yanındadır, ürəyim rahatdır. Sən istədiyin qədər dinlən – toparlan, işi Sərdar bəy idarə edər.
Sərdar – Fazilə: narahat olmayın Fazil bəy, mən ona göz – qulaq olacam şüphən olmasın. Təşəkkür edirik gözəl söhbətinə və dəvətinə görə. Sərar – Aylına: canım Fazil bəy düz deyir, gedək mən sənə qulluq edim dinlən biraz. Fazil – olara: məni qırmayıb gəldiyinizüçün, əksinə mən sizə minnətdaram, çox gözəl bir gecə keçirdim sizinlə. Aylınla Sərdar ayağa qalxdılar. Fazillə salamatlaşıb masadan ayrılırdılar ki, arxadan – Sərdara: Sərdar bəy, adamlarım sənə çıxışda kiçik bir hədiyyə verəcəklər mənim adımdan. Narazılıq istəmirəm, sizin rahatlığınızçün hədiyyəmi qəbul edin və gecəniz xeyirə qalsın. Sərdar – Fazilə: gecəniz xeyirə Fazil bəy, anladım, sizə qarşı narazılıq etməyə haqqım yoxdur, getdilər. Fazil arxalarınca baxaraq gülümsədi. Masadan şərab bakalını götürüb, bir qurtum içərək gözlərini qıyıb baxdı, düşündü nələrsə.
Sərdar Aylının çiynindən qolunu salıb özünə qısaraq, restorandan çıxdılar. Qarşılarına Fazilin adamları gəlib dayandılar, ətrafa göz gəzdirərək baxdılar. Aylın – Sərdara: bunlar bizi kimdən qoruyurlar? Sərdar yavaş səslə zarafatla, – Aylına: sən artıq Fazil bəyin qızı sayılırsan, o üzdən qoruyurlar canım. Aylın öz – özünə: kimi – kimdən qoruyurlar, Allahım sən mənə səbir ver. Qapının önünə bahalı maşın gəldi dayandı, qapını açıb maşından enib, qapının yanında dayandı oğlan. Yaxında dayanan başqa birisi – Sərdara: Fazil bəyin hədiyyəsidir buyurun, maşını işarə etdi. Sərdarla Aylın artıq bilirdilər, Fazil tülküsü Sərdarın qarşısında etibar qazanmaqçün min hoqqadan çıxırdı.