Sərdar – anasına: Aylın kimsəyə bəla kəsilmədi, Sadəçə siz onu səhv tanımısız xanım.
Anası əsəbləşdi, – Sərdara: oğlum iki dəfə ona görə vuruldu, nəyini səhf tanımışammış Aylın xanımınızın. Atası maşından endi baxdı, kefsiz idi. Atası – yanındakılara: kim bunlar? nə isə pıçıldadılar, dahada əsəbləşdi.
Yaxınlaşdı baxdı Ramizlə Sərdara, siz Aylını burdamı axtarırsınız? polis çağırmadan tərk edin evimi. Sərdarın gözündən qaçmadı atasının gözlərində olan peşmanlıq və yalan. Sərdar – atasına: Aylına bir şey etmədin, elə deyilmi? atası bağırdı! – Sərdara: dedim tərk edin evimi. Aylın – Aylın – Aylın, gərçəkdən başıma bəla oldu bu Aylın mənim. Görmədim, bilmirəm və maraqlıda deyil.
Atası – oğluna – arvadına: bunları dinləməyin yalançı moşenniklərdilər, keçin evə, əsəblə evə getdi. Sərdar dərindən – dərindən nəfəs aldı, anlamışdı Aylının yoxa çıxmasında, atasının əli vardır. Fazil şərəfsizinin işi deyildi bu dəfə. Özünü pis hiss etdi, yıxılmamaqçün əlini atdı, tez Ramiz qolundan tutudu ki, yıxılmasın. Sərdar nəfəsini zorla alırdı, – anasına: ərinizə deyin, Aylının yerini desin mənə. Ümid qabağa gəlib, Sərdarın ağzından bir yumuruq vurdu. Ramiz Sərdarı tutdu yıxılmasın.
Ramiz – Ümidə: əllə – qolla hərəkət edəcəyinə, hələ gec deyil bacını qurtar atandan. Anası bu sözü duyub, pərt baxdı. Anası – Ümidə: bacınımı? oğlum bunlar nə deyirlər?
Ümid – anasına: atamı duymadınmı? moşenniklərdilər bunlar, Aylın qarışıq. Bizim ailə arxivimizə girmişlər, Aylın özünü bizim qızınmız kimi qələmə vermiş və pul qopartmağa çalışır, başqa heçnə. Anası əlini sinəsinə tutub, həyəcanla baxdı. Arvat – Sərdara: aman Allahım, günah deyilmi? belə yalan deyib, necə başqalarının hissləriylə oynaya bilirsiniz? mənim illər qabaq ölmüş. Mənim qızımı rahat qoyun, rədd olun burdan, ağladı.
Atası geri qayıdıb, arvadının qolundan tutub, gəl canım indi oları polislər gəlib rədd edəcəklər. Ramiz dözmədi bağırdı! -olara: sizə görə Aylın zülüm çəkdi. Ancaq siz gözəl həyat yaşadınız, öz doğma qızınıdan xəbəriniz belə olmadı. Lənət olsun, deyin onun nə günahı vardı? Aylın sizin, Fazil şərəfsiziylə şəxsi probleminizin qurbanı oldu. Yazıq doğulduğu günüdən buyana gün görmədi, insafsızlar, bağrdı! Bu sözü eşitdiklrəində, getdikləri yerdə dayandılar, bir – birinə baxdılar şüphəli baxışlarla.
Ramiz susmadı, – olara: sizin qızınız ölmədi sağdır, sizdən onu Fazil şərəfsizi çalaraq, bu günə kimi planlar qurdu. Aylını başqa ailədə böyütdü, sonunda başardı, atasına doğma qızını öz əliylə vurduraraq, ürəyinə dağ çəkmək istədi. Ramizin gözlərindən yaş süzüldü, nə ola de vurmadın onu, etmədin belə iş. Sərdarın artıq halı qalmamışdı, Ramizin qollarından sürüşüb yerə oturdu. Atasını sanki ilan vurdu, bu artıq yalan ola bilməzdi. Anasının başını döndü, yıxılacaqdı tez yanında dayanmış gözətçilərdən birisi tutdu. Atası sanki key olmuşdu, baxa qalmışdı.
Ümid artıq anladı ata – anasının üz ifadələrindən, Aylın gərçəkdəndə doğma bacısı idi, çox üzüldü. Ümid – atasına: ata bacımın harda olduğunu bilirsənmi? yaxınlaşıb hələdə keyikib qalmış atasının çiynindən tutub sirkələdi. Umid – atasına: ata məni duyursanmı? cavab ver. Atası şokdan ayılmağa çalışdı, tez qolundakı saatına baxdı. Birdən xatırladı, yol gələrkən zəng etməməkçün telefonun maşının aynasında yola atmışdı, öz – özünə: yox mən qızımın qatili ola bilmərəm. Allahım bunu mənə yaşatma, tez maşına tərəf qaçıb bağırdı! qapıları açın. Atasının arxasınça Ümid qaçıb, öz maşınına əyləşdi. Ramiz yerdə düşüb qalmış Sərdarı qaldırıb, – Ümidə: gözlə dur getmə, tez maşına tərəf apardı. Sərdarı otuzdurub yanına əyləşdi, qapnı örtüb – Ümidə: bas qaza atanın ardınca bağırdı!
Ümid maşının qazına basaraq, süəətlə həyətdən çıxdı atasının ardınca.
Nicatın heçnədən xəbəri yox idi, kefi yaxşı idi, Aylın axşam gələcəkdi söz vermişdi. Xalası əlində sinidə çaylarla gəldi, – Nicata: oğlum sənin gizlin qaçmana əsəbləşsəmdə, artıq rahat olduğunu görməyim ürəyimə rahatlıq verdi. Nicat xalasına çayları qoymağa yardım edib, üzündən öpüb əyləşdi. Telefonunu götürüb Aylına mesaj atdı, mesajın çatmadığını görüncə öz – özünə: telefonunun enirjisimi bitdi?
Xalası – Nicata: nə oldu oğlum? əyləşib çayını götürüb, bir qurtum içdi. Nicat – xalasına: mesajım çatmadı Aylına. Xalası gülümsəyərək, – Nicata: yəqin enerjisi bitmişdir, narahat olma oğlum gələr bir azdan, qızımçün məndə darıxmışam. Sevdiyi yeməkləri hazırlaşımışam.
Nazlı gəldi Dilqəmlə əyləşdilər. Dilqəm Nazlının anasından utanırdı, çox nazik davranırdı həmişə gəldiyində. Anasıda Dilqəmin tərbiyəsinə – mərəfətinə dəyər verirdi. Anası – Dilqəmə: oğlum çayınızı için, birazdan Aylın qızımda gələcək, axşam yeməyimizi birlikdə yeyəcəyik. Dilqəm təşəkkür edib, çayını götürüb bir qurtum içməmişdi, telefonuna zəng gəldi. Baxdı Ramiz idi, tez cavab verdi alo qardaşım, nə duydusa, əlindəki çay fincanı yerə düşdü dağıldı. Hamı baxdılar, Dilqəmin üzünün ifadəsi dəyişdi. Dilqəm ayağa qalxıb, nəə? sən nə danışırsan qardaşım. Əliylə üzünü – boynunu silirək, Nicatala xalasına baxdı, telefonu qulağından qıraq çəkib, bilmədi nə desin, nə etsin. Nicat – Dilqəmə: nə oldu? elə bil şüphələndi, ayağa qalxdı. Nicat – Dilqəmə: Aylınla əlaqəsi varmı? Dilqəm üzgün baxışlarla baxaraq. Həyəcanlı titrək səslə, – Nicata: Aylını işdən çıxarkən atası qaçırtmış, indi onun ardınca gedirlər.
Nicat həyəcanlandı, xalası ürəyinin üstünə əlini qoyub, aman Allahım qızıma bir şey etməsin, hönkürüb ağıadı. Nazlı tez anasının yanında əyləşib, sakitləşdirməyə çalışdı. Nicat həyəcanlandı, biranda nə edəcəyini bilmədi. Nicat – Dilqəmə: hardaymış Aylın? hara gedirlərlərmiş demədimi?
Tez telefonunu götürüb Ramizə zəng etdi. Ramiz açmırdı, Nicat öz – özünə: aç bu zibili cavab ver. Ramizdən cavab gəldi, Nicat qorxmuş səslə – Ramizə: hardadır Aylın, yerini de mənə tez ol. Biraz qulaq asıb, nəə? sən nə danışırsan? əliylə alnını tutub geri yerinə oturdu, baxa qaldı.
Xalası Nicatın durumundan dahada qorxdu, qızım deyib çığırıb ağlamağa başladı. Nicatın gözləri yaşardı, – Dilqəmə: atası bu dəfə gərçəkdən ölüm əmrini vermiş Aylının. Alnını qoluna qoyub ağladı içini çəkə – çəkə. Dilqəm dönüb Nazlıya və hönkürüb ağlayan anasına baxdı. Allahım bu nə sınaq idi? Dilqəmin ürəyindən küt sancı keçdi. Aylına olan dostluq – insanlıq sevgisi, əvəzsiz idi. Dilqəm öz -özünə: bu qədər haqsızlıq ola bilməz, gərçəkdən