Oğlan çox gözəl anlayırdı, Aylın nə demək istəyirdi. Oğlan – Aylına: məcbur insanı xaricən dəyişə bilsədə, daxilən əsla dəyişə bilmir. Az vaxtdan dəsmalla su gətirib, yanına qoydu gedib kənarda dayandı. Oğlan dəsmalı suda nəmlədib, Aylının burnunu qanını sildi ehtiyatla. Oğlan – Aylına: səni pula görəmi qaçırtmağımızı əmir etdilər?
Aylın – oğlana: bilsəm düzgün cavab verərdim sənə. Aylının başında ağrı vardı, – oğlana: əlimi açarsanmı? oğlan dərindən nəfəs alıb, dəsmalı kənara qoyub əllərini açdı. Oğlan – Aylına: səndən xayiş edirəm, qaçmağa çalışma. Bax başqaları tərəfindən vurlmanı istəmirəm inan.
Aylın əliylə başının vurulan yerindən bərk – bərk sıxıb tutaraq, – oğlana: inan heç fikrimdə yoxdur qaçmaq. Ən azından sənə qədər mənədə maraqlıdır, kim tərəfindən və nəyçün qaçırıldığım. Dəsmalı götürüb bir əliylə başını tutaraq, bir əliylə burnunun qanını sildi. Oğlan dönüb tərs – tərs əsəblə baxı Aylını vurana. Başqasının telefonuna zəng gəldi, tez cavab verdi kiməsə, dediyimiz ünvandadır gözləyirik. Aylın anladı, ona gələn zəngin özünü qaçırdıran adam tərəfindən olduğunu. Oğlan ayağa qalxıb, gedib zəng gələnə – adama: nə dedilər? az vaxtda burda olacaqlar dedilər. Oğlan sanki istəmirdi, Aylını kiminsənin əlinə verməyə. Narahat üzgün əlini üzünə çəkib, peşman baxışlarla baxdı. Oğlan – Aylına: sənin kiməsə borcun və ya başqa problemin varmı?
Aylın dəsmalı suda nəmlədib sıxaraq, – oğlana: borcum kimsəyə yoxdur. Ancaq problemim nə qədər desən var. Oğlan cibindən siqaret çıxarıb yandırıb çəkdi, Aylına baxıb nə isə fikirləşdi. Aylın heç olara baxmadan, dəsmalla qanını silirdi.
Sərdarla Ramiz kameralara düşmüş, şirkətə usta kimi girib Aylını qaçıran oğlana baxırdılar. Sərdar telefonda Aylının babasıyla danışırdı, bir əliylə başını tutub ona olanları anlatırdı. Cəmilə qorxmuş, ülkək baxışlarla baxırdı olara. Sərdar telefonu cibnə qoyub – Ramizə: Aylının telefonunu atmışlar, yerini telefonuyla izləməsi mümkün deyilmiş. Ramiz əsəbləşib bağırıb, yumuruqlarını masaya vurdu. Ramiz – Sərdara: kim etdi bunu, Fazil şərəfsizimi? Cəmilənin yanlarında olmasına məhəl qoymadan, Ramizin bu sözü deməsinə görə baxdı. Sərdar – Cəmiləyə: Fazil bəy tanıdığınız kimi birisi deyil Cəmilə, bunu sizə indi anlatmağa vaxtım yoxdur. Bacarsan, burda olanları sirr olaraq saxla ki, sənində həyatın təhlükədə olmasın, tamammı?
Cəmilə – Sərdara: Sərdar bəy, mən Aylın xanımı çox istəyirəm. Ona bir şey olmasın, məndən söz çıxmaz narahat olmayın. Sərdar – Ramizə: məncə bu Fazilin işi deyil, təxmin edirəm kimdir, gəl mənimlə. Tez qaçaraq şirkətdən çıxdılar. Cəmilə kövrəldi, keçib əyləşib öz – özünə: aman Allahım sən qoru.
Qapı açıldı, içəri kiminsə gəldiyini görüb hər kəs ayağa qalxıb gözlədilər. Aylın heç baxmırdı gələn kimdir, əlində dəsmalla başını tutub oturmuşdu. Qarşısında bahalı ayaqqabılarla kiminsə gəlib dayandığını gördü, yenədə baxmadı. Aylın onun danışığından səsindən, kimin olduğunu bilməkçün gözləyirdi. Gələn – Aylına: necə demişlər Aylın xanım? etdiyin pisliklərin və yalanların, geci – tezi bir gün qarşına çıxar və cəzanı çox ağır ödəyərsən. Aylın səsindən kimin olduğunu anlamağa çalışsada, axlına gətirə bilmədi kimdir deyə. Gələn – Aylına: sənin bu halda, qarşımda belə oturmanı görməyə isətməzdim. Sən özün – özünü bu hala saldın, səndən ailəmi qorumaqçün başqa çarə buraxmadın mənə. Sənə nə lazımdır bizdən, pulmu? gəlib adam kimi desəydin yardım edərdim, mən pis biri deyiləm.
Aylın başını qaldırıb baxdığında, qarşısında atasının dayandığını görüb anladı. Ümidin ona gərçəkləri dediyini və bunada atasının inanmadığını. Aylın əlini atasının bahalı ayaqqabısının üstünə qoyub, gülümsədi. Aylın – atasına: başqa evladlar ata qucağında böyüyüb, əllərindən tutduğunda. Mənə illər sonra ayağına toxunmaq qismət oldu. İnanıram ki, ailəni məndən qorumaqçün düz olana qərar verəcəksən Rəhim bəy. Atası ayağını geri çəkdi – Aylına: sən ruh xəstəsisənmi? yoxsa özünü belə göstərib, mənim sənə yazığım gələcəyini düşünürsənsə, səhvin var. Mən icazə verə bilmərəm, sən səbəb olub oğlum qatil olsun. Məndən sənə son bir təklifim olacaq, istəmirəm sənin həyatını yarımçıq qoyum, təklifimlə razılaş yaşa. Mən səni burdan indicə götürüb, axıldan kəmlərin xəstəxanasına yerləşdirəcəyəm və sən bir daha ordan çıxmayacaqsan. Mənim kantrolum altda olacaqsan, ömrünün son gününə kimi. Aylın – atasına: inan məni kimsə kantrol altında saxlaya bilməz, belə səhv təklif edərək, başına bəla etmə məni. Bilirəm oğlunu və həyat yoldaşını çox sevirsən. Oların həyatını təhlükəyə atma, qoyaq nöqtəsini bitsin bu iş. Atası biraz baxıb, dərindən nəfəs alaraq – Aylına: sənin kimi ruh xəstəsi illər öncə həyatıma girmişdi. Çox cətinliklə ondan ailəmi qurtara bildim, bu nə cəzadır mən sizlərdən çəkirəm. Sanki o şərəfsizin qızısan, illər sonra qarşıma çıxdın deyərdim, ancaq Allah o alçağa evlad vermədi. Bunu dəqiq bilirəm, sən onun qızı ola bilməssən.
Aylının gözləri bi ixtiyar doldu, ağlamamaqçün özünü zor tuturdu. Gərçəkdən nə qəribə durum deyildimi? qarşısında doğmaca qızının olduğunu, necə hiss edə bilmirdi ürəyi. Aylın yavaş səslə öz – özünə: qarşımda anam olsaydı, bəlkədə ürəyi hiss edərdi qızı olduğumu.
Atası şüphəli baxışlarla baxaraq, – Aylına: sən mənə başqa çarə buraxmadın, bağışla ailəmi qorumalıyam. Aylın – atasına: mən sənə halal edirəm canımı, qanımı, sonunda yad deyilik Rəhim bəy. Atası dahada əsəbləşdi, saatına baxdıb -yanındakılara: ikki saatdan sizə zəng etməsəm, bitirin işini. Getmək istəyirdi, – atasına: düz qərar verdiyinçün təşəkkür edirəm, çalış zəng etmə, oğluna yoldaşına yaxşı bax. Atası çox çətin qərar vermişdi, özüdə pis olmuşdu.
İki saatdan, anldınızmı? tez getdi ordan, artıq cavab vermədi Aylına. Aylın qolundakı saata baxıb, dərindən nəfəs aldı. Kənarda dayanıb özünə baxan – oğlana: mənə bir qələm, kağız verərsənmi? bir məktub yazacam. Mən öldükdən sonra, məktubu dediyim adama çatdırmanı istəyirəm. Oğlan sakitçcə söz demədən, gedib kağız – qələm gətirib verdi. Aylın götürüb təşəkkür etdi, hamı bir qəribə baxırdı. Aylının qorxmadan, qaçmağa cürəət etmədən, ölümünə razılaşmasına. Oğlan peşman – peşman kənarda dayanıb baxırdı. Aylın nə isə yazırdı kağıza, sanki tələsirdi qorxurdu! yazısını bitirmədən ölüm vaxtı çatardı.
Sərdar