Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517371
Скачать книгу
Ramizi vurduqdan sonra, sənin heç kimin qalmayacaq ətrafında.

      Sən isə olanlardan sonunda axlını oynadıb atanı günahlandıraraq, illərlə qurduğu planının ən yağlı yerinə gətirəcək səni. Doğma atanı, sənə vurdurmaq istəyəcək. Ancaq atana səndən qabaq biriləriylə xəbərdar edəcək ki, sən onu vuracaqsan. Bundan xəbərdar olan atan isə, səndən qabaq səni vuracaq. Yəni səni öldürəcək, həmdə ananın və qardaşının gözü önündə. Sonra Fazil iti gələcək, atana öz doğma qızını vurduğunu deyərək, hər kəsə tək – tək şok yaşadacaq. Ananla – qardaşın atana nifrət edəcəklər, atan isə tək peşman və çarəsiz ortalıqda baxa qalacaq. Əlbətddə o anda danışacaq qurduğu planını atana, odsuz – alovsuz ailə üzvülərinin canları yanacaq gərçəkləri duyduqlarında. Ortalıqda atanın – qardaşının – ananın gözləri önlərində, sənin cansız bədənin olacaq. Dünyada bundanda böyük dərt – yanğı ola bilməz bir ata – anaçün. Hər kəs şaşıracaq, şok yaşayacaqlar.

      Fazil alçağı isə baxıb həzz alacaq, baxsana doğma qızını vurdun öz əlinlə deyəcək, o anıda axlınıza belə gətirməyə istəməzsiniz məncə. Bəlkədə atan dözməyib özünüdə vurar, orası hələ bılli deyil.

      Anan heç vaxtı o tipi sevmədi, atanı sevdi təkcə, mən öyrəndim. Anana sonradan o göz qoymuş sevmiş, manyaklığından əl çəkməyincə, atan bilmiş onu güllələmiş ki, ölsün rədd olsun. Cəhənnəminə getsin sonunda rahat yaşasınlar. Ancaq şərəfsiz necə olmuşsa sağ qalmış ölməmiş, ona bu həyatdda nə var dövlət, nədə şan şöhrət lazımdır. Ona tək bir lazım olan, günahsız insanların üzərindən planlarını quraraq, pis niyyətinə çatmaqdır. Biz onun qızıl planının üstünə, briliyyant plan quraraq, özümüzü heçnədən xəbərsiz olduğumuz kimi göstərəcəyik. Düşündükləri – qurduğu oyunları tək – tək oynayacağıq son anına qədər.

      Bir daha deyirəm, əgər birimiz plandan kənar çıxaraq onu şüphələdirib səhv bir iş görərsək, anlayacaq. Bizim canımızı yandırmaqçün, planını dəyişərək Aylını vurdurdacaq. Məncə burda olan hər kəs, Aylının yaşamasıçün bir tərslik – qısqanclıq edib, canına qıymayacaq. Elə deyilmi? baxdı hamısına. Bir anlıq kimsə söz demədiər, şok yaşadılar duyduqlarından.

      Aylın ayağa qalxıb nə edəcəyini, nə deyəcəyini bilmədi. Sanki boğazından ikki əllə tutub boğurdular, nəfəsi daralırdı, tez otaqdan çıxıb getdi. Sərdar – Nicata: Aylının ardınca dışarı getməyi axlına belə gətirmə, hamımız izlənirik. Nicat Aylının getməsinə elə yandı ki, gözlərini yumub öz – özünə: Allah mənim cəzamı indi verdi. Sərdar ayağa qalxıb – olara: hər kəs əlinə səbrini cilovlayacaq aydındırmı?

      Sərdarın üzündə elə ciddi bir ifadə var idi ki, otaqdan çıxıb getdi. Nicatın durumuna Dilqəmlə Ramiz acıyırdılar, indi onun yerində kimsə olmaq istəməzdi. Çox acıtıcı bir durumu var idi. Ramiz – Dilqəmə: gərçəkdən bravo, o alçaq odsuz canımızı yandıra bildi.

      Sərdar arxasınca evdən çıxsada, Aylını tapa bilmirdi. Kor – peşman ətrafa baxırdı, öz -özünə: ax Aylın axxx. Mən kimə nə deyirəm axı? başqa tərəfə qaçaraq getdi ki, bəlkə ardınça yetişə bilərmi.

      Aylın qollarını bir – birinə qısıb gedirdi yolun kənarıyla. Sərdarın atasının ölümünədə qarışıq işləri səbəb olduğuna görə, çox üzülürdü. Öz – özünə: çox uzandı bu iş, belə olmayacaq artıq. Mən sənə göstərəcəm, günahsız insanların üstündən qurduğun o lənətə gəlmiş planların qarışıq səni məhv etməssəm, bu an qolundan Sərdar tutub saxladı. Sərdar – Aylına: dediklərim sənədə aitdir Aylın xanım, unutdunmu? Aylın xəcalətindən Sərdarın üzünə baxa bilmədi. Aylın – Sərdara: burax qolumu, tək qalmaq istəyirəm. Sərdar – Aylına: canım dedim axı izlənirik. Aylın əsəbləşib bağırdı! cəhənnəm olsun izlənmələrim filan, eşidirsənmi? Bayaq dedin, birinizdən – biriniz səh edərsəniz məni yaşatmayacaq o tip. Sən elə demədinmmi? artıq kimsənin səhv etməyini gözləməyəvəm. Hadi gəlsin vursun, qolunu əlindən dartıb çıxaraq, qollarını açıb bağırdı. Eşidirsənmi Fazil satqını, vurdur hadi qarşındayam, ver ölüm əmrimi qorxmuram səndən. Sərdar tez Aylını özünə tərəf çəkib qucaqlayıb tutdu ki, bağırmasın səsini duymasınlar. Aylın yenə susmadı bağırdı! – Sərdara: buraxsana niyə tutursan məni? vursun qoyulsun nöqtəsi, artıq yoruldum. Sərdar əliylə Aylının ağzını tutub, bağırmasına əngəl olmağa çalışırdı. Aylın dartınsada, Sərdar ağzını tutaraq özünə tərəf sıxıb tutaraq, sakitləşdirməyə çalışırdı, sus Aylın bəsdir. Bu zaman yanlarında maşın saxladı.

      Sərdar elə bildi Fazil itinin adamlarıdı, əlini silahına atıb hazır saxladı ki, Aylını qoruya bilsin bacardığı qədər. Maşından Ümid endi, – Sərdara: sən nə edirsən? Aylını tanıyıb maşını saxlamışdı. Sərdar tanımadı onu, – Ümidə: yox bir şey yoluna get sən. Aylın qardaşını görmürdü, üzünü Sərdar sinəsinə tutub sıxıb tutduğuna görə. Ümid – Sərdara: necə yox bir şey? gəlib Aylının qolundan tutub, Sərdardan çəkməyə çalışdı. Sərdar əsəbləşib Ümidin ağzının üstündən bir yumuruq gəldi. Sərdar – Ümidə: sən kimsən ona toxunursan? demədim çək get yoluna? Ümid Aylının başqa birisinin təcəvüzünə uğradığını düşündü. Ümid – Sərdara: ay səni şərəfsiz. Aylının qolundan tutub Sərdardan qırağa çəkərək, Sərdara turtarlı yumuruqlar ilişdirdi.

      Aylın elə bil yuxudan ayıldı, qardaşını görüb pərt oldu. Aylın – Ümidə: Ümid vurma, nə edirsən dur. Sərdara yaxşıca tutmuşdu yumuruqları. Aylın Ümidi Sərdardan dartaraq, tez sinəsinə qısılıb qucaqladı. Qarşısını kəsməyə çalışdı, – Ümidə: dur qardaşım nə olar vurma. Ümid elə əsəbləşmişdi, – Aylına: nə qardaş – qardaş salmısan? mən sənin gərçək qardaşın olsaydım, inan səni burdaca salardım təpiyimin altına. Sənin yaşadığın Nicat tipi yoxmu? hardadır o indi.

      Yollarda gecə başqalarının qollarındasan, görmürmü o? Ümidin nəlayiq sözünə Sərdar əsəbləşdi. Ümidi tutub vurmağa başladı, sən kim olursan? sənə tərbiyə verən olmadımı, gəl bura. Aylın Sərdarın əlindən qardaşını almağa çalışırdı – Sərdara: vurma Sərdar burax. Sərdar elə əsəbləşmişdi ki, qulaqları heçnə duymurdu. Ümiddə boş qalmırdı, Sərdara vuraraq özünü qorumağa çalışsada, Sərdara gücü yetmirdi. Aylın gördü Sərdar qardaşının ağzını – burnunu qanadıb, bağırdı! – Sərdara: bəsdi dedim, burax o mənim qardaşımdır. Sərdarın yumuruq sıxmış əli göydə qaldı duyduğunda. Sərdar – Aylına: qardaşınmı? dərindən – dərindən nəfəs alaraq, Ümidin yaxasını buraxdı. Ümid əlbətddə bilmirdi ki, Aylın yalan demirdi qardaşı olduğunu. Ümid elə düşündü ki, Aylın özünü qurtarmaqçün elə deyir. Bu an istifadə edib, Sərdar Aylına baxdığı an, Sərdarın üzündən yumuruq, qarnındanda təpiklə vurub, yumuruqlayaraq yerə yıxdı. Sərdar Ümidi artıq vurmaq istəmirdi.

      Aylın tez Ümidi kənara itələyib bağırdı! – Ümidə: Ümid dedim bəsdir, eşitmirsənmi? Ümidin qulaqları duymurdu sanki. Ağzının – burnunu qanını silib, əlinə bulaşmış qanı gördüyündə dahada əsəbləşdi. Aylını kənara itələyib, ayağa qalxmağa çalışan Sərdarın qarnından təpikləyib yıxaraq, pis – pis