Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517371
Скачать книгу
yerindən qalxmağa, – Aylına: gəlsənə keşiyimi çəkəsən 5 dəqiqə yatım.

      Aylın qaşlarını qaldıraraq, – Sərdara: mən bilirəm sənin 5 dəqiqəni, qalx dedim. Sərdar istəməyə – istəməyə yerində oturdu. Birdən Aylını yanına yıxıb, uşaq kimi qucaqlayıbc – Aylına: söz 5 dəqiqə yatıb qalxacam. Nə olar yanında yatım azacıq, Aylın özünə sarılıb uşaq kimi 5 dəqiqə yuxuçün yalvaran, Sərdarın xətrinə dəyə bilmədi. Aylın dərindən nəfəs alıb – Sərdara: tam olaraq 5 dəqiqə vaxtın var, danışdıqmı?

      Sərdardan cavab gəlmədi, Aylın baxdı. Sərdar gərçəkdəndə yuxulayırdı, yorgünluqdan – üzüntüdən gözləri bağlanmışdı. Allah bilir bu birinci normal yatışı idi, özündən ayrılanı uzun zamanlardan sonra. Sərdar tək bir Aylının yanında rahat edərək hüzur tapa bilirdi, hər vaxtındakı kimi. Aylın bir anlıq dərdini unudub, özünə qısılıb uşaq kimi yuxulayan Sərdara baxıb kövrəldi. Necədə zəyifləmişdi, onu tərk edəni yazıq. Aylının gözlərindən bi ixtiyar yaş süzüldü, yuxuya getmiş Sərdarın üzünə damcıladı göz yaşları. Sərdar elə yatmışdı ki, hiss etmədi üzünə düşən göz yaşlarını. Aylın üzünü Sərdarın saçlarına – başına qısıb, səsini içinə salıb özünü zor tuturdu ki, ağladığını duymasın rahat yatsın.

      Nicata gevə həkim çağırıb, sakitləşdirici iynə vurdurub zorla yatızdırmışdılar. Ramiz gözünü çəkmədən Nicata baxıb nə isə düşünürdü. Qapını açıb içəri Dilqəm girdi, əlində qəhvə fincanıyla. Dilqəm gəlib – Ramizə: al iç qardaşım, yuxusuz qalmağımız gərəkir bilirsən. Ramiz qəhvəni götürüb – Dilqəmə: belə olamaz, bir plan qurmaq lazımdır. Dilqəm keçib əyləşib, dərindən nəfəs aldı. Dilqəm – Ramizə: bəzən mənə elə gəlir ki, hər üzümüzə açılan sabahımızda, fələk bizdən qabaq oyanıb, yeni – yeni planlar qurur. Bizimlə oyun oynayır, nə plan qursaq boşa çıxır, bizi məyus edə bilir, bravo.

      Ramiz öz – özünə: mən o fələyində, obirinində var yoxunu… pis söz işlətdi əsəbindən. Dilqəm – Ramizə: Fəda bizim yerimizə şirkətə işə getdi. Bunula biz nə edəcəyik tək başımıza, düşündünmü? Nicatı işarə etdi. Ramizə Aylından mesaj gəldi, tez telefonuna baxıb oxuyub, cavab yazdı yolladı. Ramiz – Dilqəmə: Aylın gəlir birazdan, mesaj yolladı bildirdi. Diqləm başını narazılıqla sirkələyərək, yatan Nicata baxıb – Rmizə: Allahın yazığı gəlsin Aylına. İnan vallahidə bu qədəridə günahdır, yazıqdır o adam. Ramiz qəhvədən bir qurtum içib – Dilqəmə: bu dəfə özümüzdən heç bir plan qurmayacağıq. Aylın gəlsin birlikdə məsləhətləşib, o nə deyirsə razı olacağıq. Dilqəm belə tez Ramizin təslim olmasına baxa qaldı. Dilqəm – Ramizə: qardaşım nə oldu sənə? həmişə deyirdin Aylınsız həll edək. Ramiz – Dilqəmə: o dediyin fələk deyilən… qurduğu oyunlara, tək bir Aylın üstün gələ bilər. Anladınmı qardaşım? biz nə etsəkdə hər iş tərsinə gedir, dahada qarışır ortalıq. Bir baxsana düşdüyümüz halımıza? mən Nicata, Aylını Sərdar deyilən tipdən uzaq tut dediyimdə əksinə oldu. Gecə öz ağzımla, Aylını oteldə ona tapşırıb gəlmək məcburyyətində qaldım. Bu fələk nə …oyunlar oynayırsa, artıq şaşırmağa başlayıram. Dilqəm əlini üzünə çəkib baxdı, iynənin təsirindən sakit – sakit yatan Nicata. Ramizdə üzgün – yorğun baxışlarla baxırdı, çarəsiz qalmışdılar.

      Fəda Ramizlə Dilqəmin əvəzinə şirkətdə çalışırdı. Nazlıda yardım edirdi, və artıq xəbərdar idi olanlardan, üzgün – narahat çalışırdı. Qapı döyüldü, içəri Bahar girdi əlində səbətlə. Nazlı Dilqəmin anasını görən kimi, tez yerindən qalxıb, – xala? gəlib arvatla görüşdü. Bahar Nazlıyla görüşüb, qızım açsınızdır iş qalıb başınızda. Fəda ayağa qalxıb, xoş gəldiniz Bahar xala, niyə siz əziyyət çəkdiniz?

      Bahr – Fədaya: oğlum, Dilqəm danışdı olanları mənə, bu qızın başından qara buludlar nə zaman çəkiləcək? Allahım, qorxuram mən. Nazlı əlindən səbəti götürüb, masaya qoydu. Arvdın qolundan mehribanlıqla tutub otuzdurdu. Nazlı – Bahara: xala inşallah bir yoluna qoyacaqlar, narahat olmayın siz. Arvad ah – of çəkərək, oturduğu yerdən – Nazlıya: aç qızım ordakı yeməkləri düz masaya, gözümün önündə yeyin ki, işləməyə güçünüz olsun. Nazlı Fədaya baxıb gülümsəyib, səbətdən yeməkləri çıxarıb masaya düzdü. Fəda zarafatla – Bahara: Bahar xala necə demişlər? müharibə – müharibədir, ancaq yemək saaatı hamıçün qanun olaraq, vaxtında yeyilməlidir. Aravad qalxıb Nazlıya yardım etdi, – Fədaya: gəl oğlum gəl, yeməklər isti – isti yeyin, soyuduqda dadı olmur. Fəda gəlib əyləşdi, Diqəmin anasının necə qayğıkeş olmasına həsrətlə baxdı. Arvad öz – özünə danışırdı ah çəkirdi, ofuldayırdı, Aylının başına gələndlərə görə üzgündü.

      Günorta olmuşdu, Nicat yuxudan oyanıb Aylınla oturmuşdu üz – üzə. Nə deyəcəyini bilmirdi, çox xəcalət çəkirdi qarşısında. Aylında susurdu, bu dahada Nicatın ürəyinə toxunurdu. Nicat – Aylına: canım məni cəzalandırırsan bilirəm, nə olar susma, bağır – çığır acıla məni. Bircə susma, nə olar etmə belə yalvarıram. Aylın dərindən nəfəs alıb – Nicata: bilmirəm unutdum, hansı millətdədir bu adət. Deyillər olar evlərinə yeni əşya və ya dəyərli bir şeylər aldıqlarında, evdə kiçik qanmayan uşaqlar varsa, əllərinə – əllərinə vururlar. Bilirsənmi niyə? Nicat üzgün baxışlarla baxaraq, başıyla yox deyə işarə etdi.

      Aylın – Nicata: öncədən vurub acılayırlar ki, alan əşyalara ehtiyatsız davranaraq sındırmasınlar, dəyərini bilsinlər. Sındırdıqdan sonra vurmağın – acılamağın xeyri yoxdu. Çəkilən məsəl, Nicata daşa kimi dəydi. Ramizlə Dilqəm bir – birinə baxdılar. Nicat – Aylına: bilirəm bağışlanmayacaq böyük bir səhv etdim, Fazil …tələsinə düşdüm. Mən səndən son bir şans istəyirəm. Nə olar yalvarıram məndən üz döndərmə.

      Qapı açıldı içəri Sərdar girdi, gəlib stulu götürüb tərsinə çevirib, üz – üzə əyləşdı. Sərdar – Nicata: indi deyəcəklərimi qulaqlarını açda, yaxşı – yaxşı dinlə məni. Sənin içəridən çıxdığını Fazil iti bilmir, anladınmı? ortalıqlarda gözə görsənməyəcəksən. Sənə bunu etməklə onun planı budur, Aylının ətrafındakı təmizləyərək, Aylını zəyiflətmək istəyir. Fazil sənin içəridə olduğunu düşünüb, mənə yaxınlaşacaq. Mən ona lazımam və planında çoxdan məndə varam, onun əli hər yerə çatır bilirik. Artıq onun xəstə – manyak olduğunu unutmamalısınız. Ramiz – Sərdara: mənə bir şey maraqlıdır, niyə sən varsan planında?

      Sərdarın üzünün ifadəsi dəyişdi, – Ramizə: artıq hamı gərçəkləri bilsin, mənim bura gəlməyimdə o tipin əli var. Aylın qarışıq hər kəs, Sərdara baxdılar təcüblə. Aylın – Sərdara: anlamadım, bu nə deməkdir? Sərdar – Aylına: Aylın sən o tipi öldürərsənsə, sənə halallıq vermərəm bunu bil. Nicat – Sərdara: sən nə danışırsan? dur bir dəqiqə, nə dedin? sənin bura gəlməyində onun əlimi var?

      Sərdar – Nicata: o mənim atamın qatilidir. Atamı o öldürtmüş ki, mən tək qalım və Aylına gəlim. Baxsanız çoxda gözəl alınır, qurduğu planları tək – tək işinə yarayır. Səni məni vurdutmaqçün göndərməsidə, qurduğu