Anası gəlib ikisinidə öpüb, ağlayaraq bağrına basıb, mənim canlarım şirinlərim. Ümid anasınıda – bacısı qarışıq quşaqlayıb öpərək, özünə sıxıb sevincindən göz yaşlarına hakim ola bilmirdi.
Beləcə daha bir sabah açıldı hər kəsin üzünə. Kimiləriçün ən gözəl sabahlardan biri idi bu gün, kimiləriçün isə kədərli və üzün qəm – kədər dolu yeni bir gün idi. Bu gün xeyirli – sevincli bir sabah idi, xəbərsizdilər hələlik Aylının sağ olmasından çoxu. Aylın anasıyla yatmışdı qucaqlaşıb.
Ümid qapını açıb baxdı, yatdıqlarını görüb başını qaşıyıb, uşaq kimi yavaş – ehmal addımlarla gəlib, anasının bu tərəfinə pişik balası kimi sığınıb yatdı. Anası nə qədər vaxt idi, yorğunluqdan normal yuxu yatmamışdı, yazıq şirin yuxuda idi. Aylın qardaşının, anasını qucaqlayan qolunun üstünə əlini qoyub, gülümsədi. Ümid başını qaldırıb bacısının oyaq olmasına baxıb gülümsəyib, pıcıltılı səslə – Aylına: atama bildirimi?
Aylın başıyla yox deyə işarə edib, anasının qoluna üzünü qoyub nə isə düşündü. Ümiddə başını anasının bu bir qoluna qısıb, bacısının başqa planlarının olduğunu anladı, gülümsədi.
Nicat yerindən qalxıb gəlib, əl – qzünü yuyub vanna otağından çıxıb mətbəxtdə gəldi. Xalasının o halından sonra, özünü çarəsiz toparlamağa çalışırdı. Ozünə qəhvə süzüb əyləşdi, çox zəyifləmişdi -üzülmüşdü.
Az vaxtdan Nazlı gəldi, – Nicata: qardaşım sabahın xeyir, telefonuna zəng gəlirdi, bəlkə önəmlidir baxsanmı?
Nicat – Nazlıya: sabahın xeyir bacım, artıq mənə kimsənin araması önəmli deyil. Nazlı əlindəki telefonu Nicatın qarşısına qoyub, özünə qəhvə süzüb gəlib əyləşdi. Nazlı – Nicata: bu gün istirahət günümdür, çıxaqmı səninlə şəhərə? Nicatın baxışından anladı ki, çıxmayacaqdı. Nazlı öz – özünə: tamam qardaşım, bağışla demədim san. Nicatın bu durumu hər kəsi üzürdü, bunu yaxşı bilirdi ozüdə. Nicat – Nazlıya: mən buralardan getmək istəyirəm. Nazlı təcüblə baxaraq – Nicata: hara?
Nicat üzgün – yorgun dərindən nəfəs alıb, – Nazlıya: bilmirəm hara. Nazlını qorxudurdu onun belə deməsi. Nazlı – Nicata: bilirəm sənə bu haqda duymağın çox çətindir, ancaq deyəcəm ürəyimdə olanı sənə. Mən anamı əvəllər çox qısqandım, Aylını məndən çox sevir düşündüm, səhvlər etdim bilirsən səndə. Ancaq bu gecə anamın o dediyi sözünü çox düşündüm. Gərçəkdən Aylının sağ olub – olmaması şüphəli deyilmi səncə? nə düşünürsən bu haqda? Nicat üzgün baxışlarla baxıb, pıçıltılı səslə – Nazlıya: canım sağ olsaydı mənə bildirərdi, qoymazdı məni bu halda. Aylın bilirdi mən onu canımdan çox sevirəm. Nazlı – Nicata: bəlkə gərçəkdən başqa planı varmış. Aylını tanıyırıq, başqalarını təhlükəyə atmamaqçün dişinə sıxaraq, gizlin qalmasını məsləhət bilmiş. Nicatın telefonuna zəng gəldi. Nazlı dözmədi, – Nicata: açsana, bəlkə Aylındır?
Nicat özündən bi ixtiyar, tez telefonu masadan götürüb baxmadan, alo dedi, kefinin qalanıda pozuldu, zəng edən Dilqəm idi. Nicat – Nazlıya: al sevgilindir sən danış, telefonu uzatdı. Nazlı tez telefonu götürüb – Dilqəmə: bağışla canım, bilirsən qardaşımı son ayda danışmaq istəmir kiminləsə. Yox razı olmadı gəlməyəcək, tamam canım görüçərik, telefonu söndürüb masaya qoymaq istəyirdi, telefona mesaj gəldı. Nazlı – Nicata: icazə verirsənmi mesaja baxımı?
Nicat əliylə işarə etdi ki, maraqlı deyil bax istəyirsənsə. Nazlı mesajı açıb oxudu, gözlərinə inanmadı, təkrar səsli oxudu, canım səni sevirəm Aylın. Nazlı əliylə ağzını tutub baxdı. Nicat – Nazlıya: sən nə edirsən? hislərimlə oynamaq xoşunamı gəlir? Nazlı şoka düşmüşdü, gözləri yaşardı. Al oxu Aylın sağdır, dedimmi sənə? aman Allahıma çox şükürlər olsun. Telefonu masaya qoyub, tez anasını səsləyərək qaçdı xəbər etsin. Nicatın bir anlıq beyni dumanlandı inanmadı, Nazlının axlını oynatdığını düşündü. Həyəcanlı baxışlarla baxaraq, masadakı telefonuna baxdı. Ancaq telefonu götürüb baxmağa cəsarət etmədi. Yazıq qorxdu ki, yalan olar qalan ürəyidə qırılardı – üzülərdi. Dərindən – dərindən nəfəs aldı, ülkək baxışlarla telefona baxdı. Cəsarətini toplayaraq, əlini telefonuna uzatdı, əli əsdi həyəcandan. Telefonu götürüb mesajı oxumağa çətinlik çəkdi, baxmağa çəkinirdi, qalan ümidləridə məhv olardı yalandırsa. Çarəsiz bütün gücünü toplayıb telefonu gotürüb mesajı oxuduğunda, əlindən telefon masaya düşdü.
Arxadan sevinərək gələn xalasının, Nazlının, səslərini artıq qulaqları duymadı, ayağa qalxdı baxdı, xalası gözləri yaşlı özünə nə isə deyirdi. Ancaq ağzının tərpəndiyini görürdü, qulaqları duymurdu. Nazlınında sevinci bir başqa idi, tez telefonu masadan telefonu götürdü.
Anasına mesajı göstərib, – anasına: Aylındır deyən təkcə bu sözü dodqlarından oxuya bildi. Anasının gözlərindən yaş axırdı, nə isə deyirdi özünə tərəf baxıb. Nicatın artıq gözləridə qaraldı heçnə görmədi, yıxıldı.
Sərdar yenə səhər tezdən gəlib, məzarların yanında oturmuşdu, üzündən – gözlərindən yuxusuzluq – yorgünlüq axırdı. Kiminsə arxadan gəldiyini hiss etdi, ancaq dönüb baxmadı. Fədanın olduğunu düşündü, gəlib kim idisə arxasında dizləri üstə çökərək, əlini kürəyinə qoydu. Əlini kürəyinə çəkərək, – Sərdara: darıxdım, dönməyəcəksənmi? Sərdar şüphəli baxışlarla baxaraq, səsin Aylına ait olduğunu anlamağa çalışdı. Ürəyi döyündü həyəcan keçirdi, öz – özünə: Allahım nə olar canımdan öncə axlımı alma.
Üzünü kürəyinə dayayaraq – Sərdara: yadındadırmı? sən mənim əllərimi – ayaqlarımı qandallayaraq, cəza vermək isəmişdin. Məndə ehtiyatsızlığımdan çaya düşmüşdüm. Sonra səni dostum Tahir çayın qırağına gətirmişdi və sən, Aylın sözünü bitirməmiş Sərdar dönərək, Aylını qucaqlayıb içini çəkərək elə ağladı ki, Aylının canından – can getdi. İstəmirdi sevdiklərinin göz yaşlarını görsün. Sərdarı bərk – bərk qucaqlayıb özünə sıxıb, valideyinlərinin məzarlarına baxaraq göz yaşarında boğuldu. Aylın hiss edirdi, Sərdarın gücü – taqəti qalmamışdı. Aylın üzünü – üzünə qısıb, saçlarını sığalladı – oxşadı, necə zəyiflədiyini canına sarılmış qollarından hiss edirdi. Çox üzüldü Sərdarın bu halına. Sərdar qalan bütün gücünü toplayıb, Aylını qucaqlayaraq qollarına sarıb, titrəyirdi balaca uşaq kimi. Təkrar itirəcəyindən qorxurdu sanki. Sərdar – Aylına: canım mən sənsiz – ümidsiz burda ölümümü gözləyərkən, sən təkrar mənə döndün.
Mən unutmadım, o çayın qırağında çarəsiz oturduğum günümüdə. Sən gəldin mənə, gəldin canım, gəldin –