Anası – Sərdara: ye mənim yaraşıqlı oğlum. Aylın Ümidlə – atasının necə iştahla yemələrinə baxıb gülümsəsədə, içində Fazil itinə qarşı olan kini – əsəbi, ürəyini rahat qoymurdu. Sərdar Aylının nə isə fikirləşdiyini artıq üzündən oxuyurdu.
Sərdarın özünə baxdığını görüb gülümsəyərək, iştahı olmasada baş qatmaqçün, yeməyini yeməyə çalışdı. Aylın anasına tam olaraq, Sərdarın kim olduğunu anlatmasada. Sərdar anasına, Aylının başına gələn hər bir hadisələri tək – tək anlatmışdı. Sərdarın dürüstlüyündən anasının çox xoşu gəlmişdi. Sərdarında kiçiklikdən anasının üzünə həsrət qaldığını bildiyindən sonra, ürəyi ox acımışdı. Anasını əvəz edə bilməsədə, azacıqda olsa analıq hissini yaşadaraq, öz evladlarından ayırmadan onu uşaq kimi əliylə yedirərək, dayaq olmağa çalışırdı.
Səhər açılmışdı, Aylın Ramizə gəlmişdi, evdə xadimə vardı. Aylın gəlib balaca Sərdarı doya – doya öpərək, xeyli yatışını seyr etdikdən sonra, ehtiyatla otaqdan çıxıb qapını örtdü. Ramizin yataq otağına gəldi. Qapını ehtiyatla açıb baxdı, Ramiz başına yastığı çəkib yatmışdı. Yanında dolu çəkilib atılmış siqaret qabı var idi. Aylın qapını ehtiyatla örtüb, gəlib siqaret qabını götürüb kənara qoydu. Boşalmış siqaret qutularınıda götürüb, başını narazılıqla sirkələyərək öz – özünə: yaramaza bax, nə qədər çəkmiş. Başından yastığı götürüb – Ramizə: oğlum bu qədər siqaretmi çəkilər, canına yazıın gəlmirmi? o ciyərlərinlə nəfəs alırsan, niyə zülüm edirsən orqanlarına?
Ramiz gözlərini açıb baxdı. Anacaq gözlərinə inanmadı, yuxu gördüyünü sandı. Gözlərini təkrar yumaraq öz – özünə: nə olar acılaŞ nə qədər istəsən söz de, incimərəm. Bax zarafatlarınçündə çox darıxdım, yanımda qal getmə canım, nə olar yalvarıram. Aylın üzündən öpüb, üzünü – üzünə dayayıb – Ramizə: yuxu görmürsən birdənəm. Səni lazım olduğunda acılayaçağam bunuda bilirsən, elə deyilmi? gülümsədi. Ramiz əlini çəkinə – çəkinə Aylının saçlarına toxundurdu. Gözlərini tam açmağa qorxurdu, yuxu olduğunu sanırdı hələdə. Ramiz – Aylına: nə olar tərk etmə məni, axlımı oynadacam mən. Aylın anlayırdı, Ramiz çox qorxurdu özünü itirəcəyindən. Aylın – Ramizə: yadındadırmı? sizə birinci gəldiyimdə, məni ruh sanmışdın. Birdənəm sənin adətindir, qarşındakı sağ olan adamı ruh kimi görmək. Ramin canından üşütmə keçdi, gözlərini açıb baxdı. Sən? səsi titrədi, öz – özünə: yox – yox bu qədər gərçək yuxu ola bilməz. Səksənib tez yerində oturub, həyəcanlı baxışlarla baxdı. Ramiz – Aylına: canım bu gərçəkdən sənsənmi? gözlərindən yaş süzüldü üzünə. Aylının yazığı gəldi, çox həyəcan keçirdi. Aylın gülümsəyərək, əlini üzünə çəkərək – Ramizə: mənəm birdənəm, ölmədim döndüm qorxma. Ramiz dərindən – dərindən nəfəs alaraq, Aylına necə sarılıb ağladısa, Aylının ürəyi sızladı. Gözlərini yumub, hər dəfə sevdiklərinin göz yaşlarına səbəb olan, o Fazil alçağına nifrət hissi dahada artırdı. Ramizi sakitləşdirmək qeyri mümkün idi. Aylına sarılıb içini çəkə – çəkə yanaraq elə ağlayırdı ki, Aylında kövrəlib göz yaşlarına boğulurdu. Aylın hər kəsçün dəyərli olduğu kimi, Aylınçündə bütün sevdikləri – yaxınları çox dəyirliydilər. Heç vaxtdı istəmirdi, sevdiklrinin göz yaşlarını görsün. Ancaq bir alçaq səbəb olaraq, həyatları qorxulu – həyəcan dolu bir filimə dönmüşdü. Çox təssüflər olsun ki, bitmək – tükənmək bilmirdi acıları – sızlamaları. Ramiz Aylını bir daha itirəcəyini düşünərək, uşaq kimi bərk – bərk qucaqlayıb özünə sıxıb, qollarına sararaq ağlayırdı. Bu hallar Aylına çox tanış idi. Ramizin saçlarından öpüb, üzgün baxışlarla baxdı. Aylın – Ramizə: bağışla birdənəm, bağışla, yaşlı gözləriylə təkrarlayırdı pıçıltılı səslə, bağışlayın məni.
Beləcə aradan bir ayda ötdü keçdi. Aylının dönüşünə hər kəs sevinmişdi, şükür edirdilər. Sərdarda artıq sağalmışdı, başqa yerdə ev tutub qalsada, Aylının ailəsiylə tez – tez görüşürdü. Atasıda anasıyla barışaraq, öz evlərinə qayıtmışdılar. Qızının sağlam dönməyinə çox sevinmişdi və artıq hər kəs rahat nəfəs ala bilirdilər. Sərdar Aylının anasıyla çox yaxın olmuşdular, ana oğul kimi bir – birilərini şox sevirdilər. Aylın işə başlamağını bildirsədə, evdən kimsə izin verməmşdi, Hətta artıq anası, tək başına evdən çıxmağına izində vermirdi.
Kefsiz əyləşib televizor seyr edirdi. Anası əlində meyvə qabıyla gəldi – Aylına: qızım heç suratını sallama, dedim iş filan gərəyin deyil. Gəlib yanında əyləşib, qızının alnında öpüb meyvə qabını dizləri üstə qoydu. Meyvəni götürüb kəsərək qızına verdi, Aylın götürüb anasının üzündən öpüb, meyvəni yedi susaraq. Anası dərindən nəfəs alıb – Aylına: qızım nədir bu halın? uzun illər çalışdın. Bax başına gəlməyənlər qalmamış, anla məni. Səni bilə – bilə bir daha, işə filan buraxa bilmərəm. Sərdar bəy dedi ki, sən hara addımını atsan problemlər səni tapırmış. Problemlər səni tapmadığı zamanda isə, sən gedib problemləri tapırsanmış. Aylının üzünün ifadəsi dəyişdi. Bir anlıq Sərdara əsəbləşdi, öz – özünə: Sərdar bəy özüdə bir problemdir başıma düşmüş. Anası gülümsəyərək, – Aylına: Sərdar çox dentlimen, mərəfətli oğlandır qızım elə demə. Sərdarla danışıb, dərt – sərimi bölüşüb ürəyimi rahatlaya bilirəm. Bax, qardaşınla oturub bir kəlmə düzün danışa bildimmi bu günə kimi? əlbətdə xeyir. Hər zamanda yüz bəhanələr edib, söhbətdən qaçır. Aylın meyvəsini yeyib – anasına: qardaşım atamla çalışır, yazıq çox yorğun olur. Bax o üzdən gözəl anamla çox vaxt keçirə bilmir, icimə ondan. Anası yalandan gülümsəyərək, – Aylına: necədə xasiyyətindən atana bənzəyirsən qızım. Aylın gülümsəyib, – anasına: qısqanma anacan, mən sənədə bənzəyirəm. Bax mən səni heç qısqandımmı? mənim əlimə meyvəni verirsən, Sərdar bəyi isə əlinlə yedirdirsən. Anası qızını qucaqlayıb bağrına basıb, öpdü. Anası – Aylına: canım qızım, səni mən canımdan çox sevirəm, gözəl balam bircəçik qızım. Aylında anasını öpüb qucaqlayaraq, üzünü sinəsinə dayayıb gülümsədi. Aylın – anasına: Sərdar bəydən daha çox istəyirsənsə, mənidə əlinlə yedir anacan. Anası gülümsəyərək, meyvədən kəsərək, qızına əliylə yedirdi balaca uşaq kimi.
Aylın gülümsəyərək, – anasına: mmm bax indi dadını hiss etdim dadlıymış. Anamın əllərinə qurban olaram mən, əllərindən öpüb, telefonuna gələn mesajı oxudu. Dərindən nəfəs alaraq gülümsədi. Anası telefona tərəf baxıb – Aylına: qızım kimdəndir mesaj, tanıdığımdımı?
Aylın gülümsəyərək, – anasına: çox sevimlin Sərdar bəydəndir anacan. Anası gülümsəyərək, – Aylına: Sərdar bəy, bəy əfəndi oğlandır, onun yazmasından narazılığım yoxdur. Nicat etdiyi səhv hərəkətiylə, Aylının üzünü qara etmişdi anasının qarşısında.
Aylın çox üzülürdü, Nicatdan ayrı qalmışdı, günhakar özü idi. Dinləmədən, əsəblərinə hakim ola bilməməsi etdiyi səhvi, indi ikisinədə böyük