Ramiz otağa gəlib telofonu Kamilə qaytardı, yanında əyləşib – Aylına: bu dəqiqədən sonra daha sənə toxunmayacaq o, Aylın Ramizin çiyninə əlini qoyub dərindən nəfəs alaraq, – Ramizə: ananı acılamadın inşallah. Ramiz təcüblə baxaraq – Aylına: sıgalmı çəkəcəkdim ona bütün bu etdiklərindən sonra? Aylına xəcalət oldu. O sənin anandı səni çox istəyir, onun işi mənimlədir səninlə deyil, sən qarışma xayiş edirəm, Ramiz Kamilə baxdı nə deyəcəyini bilmədi. Kamil – Aylına: mənim ailəm səninlə tanış olmaq istəyir, söz verdim bir gün gətirəcəm səni bizə, o gün bu gün olsun, gedək mənimlə bizə bacımda var tanış olarsınız, oda sənin gəlməni çox gözləyir. Kamil Aylını özlərinə aparmaq istəyirdi ki, biraz evdən uzaqda qalsın başı qarışsın fikri dağılsın. Aylın – Kamilə: çox sağol, ailənə adımdan salamımı və təşəkkürümü çatdırarsan, qismətdirsə bəlkə bir gün gəlib tanışarıq yaxından. Kamil daha zor etmədi bilirdi qız çox kefsiz idi, Kamil – Ramizə: əlini elə qoymaq olmaz, mütləq həkim baxmalıdır yarası dərindir. Ramiz – Aylına: qalx canım üzmə məni gedək, çox qalmarıq tez qayıdarıq. Tanış həkimimiz var o baxsın əlinə, Aylın Ramizin sözünü yerə salmadı, həmdə evdən uzaqlaşmaq bəlkə yaxşı gələrdi ürəyinə az vaxlıqda olsa. Ramiz qolundan tutub Aylını oturduğu yerindən qaldırdı. Aylın gəldiyindən az yeyirdi, iştahmı qalardı adamda belə yerdə? olan qanınıda axıtmışdı, başı fırlandı gözləri qaraldı. Ramiz tez qolundan tutdu yardım etdi, anladı başı fırlandığını, – Aylına: yaxşısanmmı? – Ramizə: yaxşıyam narahat olma. Ramizin qolundan tutaraq, gedək gedəcəyimiz yerə, otaqdan çıxdılar ardlarıncada Kamildə çıxdı qapını örtdü.
Aylının əlinə həkim baxıb sarıdı bağladı, – Aylına: çox ciddi kəsmişsən qızım yaran dərindir, əlinə görə bir neçə ilac yazacam yaran tez sağalsın, həmdə ağrıları götürsün. Həkim – Ramizə: atan necədir oğlum? çoxdandır görmürəm imkanım olmur işdən çıxam harasa. Ramiz – həkimə: şükür yaxşıdı Davut dayı çox sağol, – Ramizə: salamımı çatdırarsan atana mütləq. Ramiz – həkimə: baş üstə Davut dayı deyərəm, həkim yazdıgı kağızı Ramizə verdi, buları alın mütləq işlədin, yarayada mikrob düşməməkçün ehtiyat etsin qorusun. Ramiz kağızı götürüb həkimə təşəkkür etdi bir daha, sagol Davut dayı Allah səndən razı olsun.
Aylın ayağa qalxıb otaqdan çıxarkən geri dönüb, – həkimə: sagolun, həkim – Aylına: ehtiyatlı ol qızım, gülümsədi. Həkim qapıdan çıxmamış yavaş səslə – Ramizə: sənin sevgilindirmi? – həkimə: yox Davut dayı rəhmətlik bibimin qızıdır, bizimlə yaşayır ailəsini maşın qəzasında itirdi. Həkim duyduğunda kədərləndi, – Ramizə: Allah rəhmət eləsin oğlum, olardan kəsən ömürlərini evladına versin, mən deyirəm bu qız niyə bu qədər üzgün – fikirlidir? of yazıq qız yetim qalmış. Ramiz – həkimə: amin sagolun Davut dayı ölənlərinizə rəhmət olsun, biz varıq yetimliyini hiss etdirməməyə çalışırıq, icazənizlə mən gedim. Həkim – Ramizə: buyur oğlum icazə sizindir.
Ramiz qapını örtüb Aylının ardınca yetişdi, Kamil maşının yanında söykənib gözləyirdi, Aylınla Ramizin gəldiyini görüb – olara: hər şey yaxşıdırmı? Ramiz – Kamilə: yaxşıdı indi. Tikdilər yarasını ən azından qanı az axar, Kamil tez sukan arxasına əyləşdi. Ramiz maşının arxa qapısını açıb Aylını otuzdurdu, özüdə yanında əyləşdib qapını örtdü. Kamil güzgüdən baxıb – olara: bəlkə bizə gedəyin? anamda nigarandı, məndə bayaq qaçaraq evi tərk etdim. Demədim çıxarkən nə olduğunu, sizi görsə çox sevinər nə deyirsiniz? Ramizdə istəmirdi Aylın tez evə getsin və atasıda görsün sarıqlı əlini. Ramiz – Aylına: gedək çanım Solmaz xala yaxşı insandır, mənim anama bənzəmir. Hələ bizim şıltaq Nərgiz bacımızı demirəm, mən onu görməyəni çox oldu, darıxdım gedək sevinəcək bizi gördüyündə. Kamil dərindən nəfəs alaraq – Ramizə: şıltaqlığından danışma dostum, imtahanlara elə bil o deyil mən hazırlaşıram. O qədər kömək edirəm hələ boynuma borç qoyub ki, imtahanı qazansam onu özü istədiyi yerə gəzməyə aparmalıyam, Ramiz gülümsədi. Kamil artıq soruşmadı Aylından gedək ya getməyək deyə, anlayırdı ki artıq Aylınada fərqi yox idi hara getsədə. Maşını işə salaraq qaza basdı getdilər, yol gedərkən Kamilə – Ramiz Aylının zarafat edərək başını qatmağa çalışırdılar. Kamil Ramizlə başlarına gələn hadisədən danışırdı. Aylın gülümsəməyə çalışırdı, ama olanları bir anlıqda olsa başından ata bilməsədə, bütün gücünü toplayaraq oları üzməməkçün dinləyirdi. Bu ikisinin başlarına gəlmiş hadisələri duyduqca, gülməməkdə mümkün deyildi. Ramiz arxadan Kamilin çiyninə vurub danışıb gülürdülər, çox yaramazlıq etdikləri anlaşılırdı, Aylın olara baxırdı.
Sənubər oyana – buyana gəzirdi, acığından nə edəcəyini bilmirdi, telefonu götürüb kiməsə zəng etdi, alo səninlə görüşməyim lazımdır. Bu gün mütləq vaxt tab mənimçün anladınmı? biraz qulaq asıb, mən birazdan gəlirəm, telefonu söndürdü. Xidməni səslədi, maşını hazırlasın şoferə bildir gəlirəm, xadimə baş üstə xanım getdi şoferə bildirsin, arvarda əsəblə yuxarı getdi.
Kamil gil evə çatmışdılar, Kamil anasını səslədi ana biz gəldik. Nərgiz gəldi qaçıb Ramizin boynuna sarıldı uşaq kimi qucaqladı, – Ramizə: xoş gəldin Ramiz qardaşım, hardasan bir aydır gəlmirsən niyə? Ramizdə Nərgizi bağrına basıb qucaqlayıb öpdü. Xoş günün olsun mənim gözəl bacım, bax həmdə kimlə gəldim deyəcəkdi, Nərgiz qoymadı Ramiz sözünü desin – Ramizə: dur mən tapım kim gəlmiş bizə. Nərgiz Aylına baxdı, Kamil qardaşımın bəhs etdiyi qızdır Aylındır, düz tapdımmı? Kamil – bacısına: hə Aylındır düz tapdın. Nərgiz mehribanlıqla yaxınlaşıb Aylının boynuna sarılıb, – Aylına: ayy gərçəkdən şirinsənmiş, qardaşım o üzdən adını tez – tez çəkir evdə. Sevindim gəldiyinə xoş gəldin gözləyirdik səni. Aylında bir əli ilə Nərgizi bagrına basaraq – Nərgizə: çox sagol xoş günün olsun, haqqında eşitdim yol gələrkən qardaşlarından. Həqiqətəndə şirin istəməli bir bacısanmış, səninlə tanışmama məmmun oldum, Aylın zarafatla – qıza: gərçəkdən qardaşlarının fəxrisən çox sevirlər səni, özləri eşitməsinlər. Nərgiz gülümsəyərək, – Aylına: məndə oları çox istəyirəm, ara – sıra incidirəm məni gəzməyə aparın deyə aparmırlar. Kamilnən Ramiz bir – birinə baxdılar, Nərgiz elə dediyində. Səndə qardaşımın anlatdığı kimi gözəl