Ramiz mətbəxtdə Solmaz anasına anlatırdı olanlar bir – bir. Ramiz anlatdıqca əsəbləşirdi, köynəyinin boynunu dartırdı ürəyi sıxılırdı, arvatda duyduqlarından dəhşətə gəlirdi, əlini ağzına tutub dinləyirdi. Ramizin anasının bu çürə qəddarlıqlarına inana bilmirdi. Ramiz əlini danışdıqca yanmışdığından, masanın kənarına vururdu yavaş – yavaş. Bütün olanlar Ramizi sarsıltmışdı çox xəcalət çəkirdi üzülürdü, arvatda başını narazılıqla sirkələyərək, əlini gah ağzına tutur, gahda ürəyinin üstünə qoyurdu.
Atası gəldi Aylını görüb Kamilə baxdı, haqqına duydugum Aylın xanımdırmı? Kamil – atasına: hə ata, ayağa qalxdılar ikisidə. Atası yaxınlaşıb əlini uzatdı mehribanlıqla – Aylına: xoş gəldin qızım səni görməyimə şadam. Aylında kişinin əlini sıxaraq – kişiyə: məndə sizi görməyimə şadam Nadir bəy. Kişi – Aylına: Nadir dayı deyə bilərsən qızım, bəy sözü ailə üzvülərinə ait deyil. Aylın bir anlıq sarsıldı başqalarından gördüyü mülayim davranışdan, özünü toparlayıb – kişiyə: çox sağol Nadir dayı. Atası – Kamilə: hanı mənim gözəl qızım? Nərgiz gəldi, burdayam atacan gəlib atasını qucaqladı uşaq kimi, atası qızını sinəsinə sıxaraq alnından öpüb – Aylına: bax buda mənim ərköyün şıltaq qızım. Nərgiz – atasına: biz tanış olduq Aylınla, sevdim onu görən kimi çox şirindir, atası – qızına: çox gözəl qızım, sevindim tanışmışsınız. Əyləşin buyurun ayaqda qalmayın, Aylınla – Kamillə oturdular. Nərgizdə gəlib Aylının yanında əyləşdi, başını çiyninə qoyub baxdı. Atası – olara: anan yoxmu? Kamil – atasına: Ramizlə mətbəxtdədilər. Atası oturmadan – olara: mən bir baxım Ramizi görməyən bir aydır, darıxdım oğlumçün getdi.
Nərgiz Aylının əlini sarıqlı görüb, əlinə nə olub? Aylın əlinə baxıb – Nərgizə: ehtiyatsızlıqdan qab yuyarkən kəsdim. Aylın Kamilə baxdı ki, başqa söz deməsin Nərgizin yanında. Kamil dərindən nəfəs alıb kənara baxdı. Nərgizin ürəyi yandı Aylının əlinin kəsilməsinə – Aylına: ayy yazıq çox acıtmışdır, ehtiyat et birdə kəsmə tamammı? Aylın Nərgizə baxıb gülümsədi. Tamam olaram ehtiyatlı sən üzülmə, Nərgiz – qardaşına: Aylınla məni gəzməyə aparacaqsınızmı? Kamil bacısına kefsiz baxdı. Aylın tez cavab verdi Kamiln əvəzinə, – Nərgizə: nə hünərləri var bircəcik bacılarını aparmasınlar. Sən hara desən aparacaqlar, elə deyilmi qardaşı? Kamilə baxdı ki, qızın xətrinə dəyməsin. Kamil sevindi Aylının bir anlıq başqa bir şeydən danışaraq, fikrini dağıta bildiyinə görə. Kamil – Aylına: əlbətdə səndə gələcəksənsə gedərik, apararam hara istəsəniz. Nərgiz uşaq kimi şad oldu Aylına qısılıb qucaqladı, urra nə yaxşı gəzməyə gedəcəyik birlikdə, qardaşım hara desək aparacaq. Aylın Nərgizin çiynindən tutub özünə sıxaraq, şiltaqlığına baxaraq gülümsədi.
A nası gildə gəldilər əllərində qəhvə dolu sini ilə, Ramiz yardım etdi qəhvələri paylamağa. Ramiz – Solmaza: anam əyləş mən həll edərəm, atasıda keçib əyləşdiyində, Aylının kəsilmiş əlinə baxaraq dərindən nəfəs aldı. Mətbəxtdə arvadı anlatmışdı ərinə olanları, kimsə Aylının əli haqda soruşmadı artıq Nərgizdən başqa, hamı keçib əyləşdilər yerlərində. Solmaz – Aylına: bax qızım bu gündən səndə bizim qızımız sayılırsan, tez – tez gələcəksən bura, danışdıqmı? qızımda tək darıxır evdə, birlikdə vaxtınız geçər darıxmazsınız. Aylın – arvada: çox sağolun gələrəm Solmaz xala, əridə arvadının sözünə dəstək oldu – Aylına: öz evin bil qızım, utanmağnı – çəkinməyini istəmirik. Nərgiz Aylının qəhvəsini birazda yaxınına qoydu, sənin əlin yaralıdır mən qulluq edim sənə. Aylın Nərgizin uşaq kimi xasiyyətinə – danışığına baxıb gülümsəyərək, təşəkkür etdi. Aylın – Nərgizə: çox sağol bacım, artıq belə bacım var müharbəyə belə könüllü gedərəm, yaralanmaqdan da qorxmaram. Nərgizin sözündən hamı bi kef olsalarda, Aylının zarafatına gülümsəyərək baxdılar. Solmaz – Aylına: bu gün burda qalmanı bizimlə söhbət etməni istəyirik, yaxındanda tanış olarıq söhbət edərik, nə deyirsən qızım? Aylın – arvada: başqa vaxt gələrəm Solmaz xala. Birdən xatırladı nəyi isə – Ramizə: unutduq şirinyatı maşında. Ramiz tez ayağa qalxıb – Aylına: indi gedib mən gətirərəm, Kamildən maşının açarlarını götürüb getdi. Arvad – Aylına: nə şirinyatdı qızım? Kamil – anasına: yolda maşını zorla saxladıb şirinyat aldı bildiyində bura gəldiyini, qonaq gəlirəm əli boş olmaz deyə tutdurdu. Anası gülümsəyərək, – Aylına: qızım sənin gəlməyin bizi çox şad etdi, gərək deyildi zəhmət çəkmisən. Sən gəl şirinyatı məndən olsun, tamammı? – arvada: bir şey deyil Solmaz xala. Böyüklərimdən elə gördüm, adətimizdə var gedilən evə əli boş getməzlər deyərdilər. Əri gülümsəyib, arvadına baxaraq Aylının mətəfətindən – mədənyyətindən xoşu gəldiyini işarə etdi.
Ramizlə Aylın gec gəldilər evə hamı yatmışdı. Aylın – Ramizə: gecən xeyrə qalsın birdənəm, çox sağolun ikinizdə bu günkü günçün. Ramiz – Aylına: gecən xeyrə canım xoşdur, əlini gözlə yatarkən əzilməsin -acımasın. Çəkinmək yox nə isə lazım olsa məni oyat, tamammı? – Ramizə: Allah rahatlıq versin, lazım olsa deyərəm yat səndə, otagına getdi. Ramiz – Aylına: sənədə canım, otagının qapısını açıb otağına keçdi.
Kamildə yatagına uzandı dərindən nəfəs alıb fikirləşirdi, axlından çıxmırdı bu gün olanlar ürəyi sıxıldı, yerində oturdu. Dərindən nəfəs alıb telefonunu götürüb, bu günkü Aylınla – Sənubərin danışığına qulaq asdı təkrar. Qulaq asarkən gözlərini bir nöqtəyə zilləyib baxdı, öz – özünə: sən bunu belə qoymayacaqsan bilirəm pis qadın, yenə bir şeylər qarışdıracaqsan dayanmasan rahat əvəz çıxmadan.