Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517289
Скачать книгу
maraqlıda deyil heç, mənim evimin rahatlığını pozmana imkan vermərəm qulaqlarından sırğa et bu sözümü. Ramiz əsəbləşdi – anasına: bəsdi bir sus imkan ver qıza danışsın, anası – Ramizə: mənə bax səndə əsəblərimlə oynama haa, sənidə elə bir susduraram ki, özünü unudarsan. Sən dünən gələn yetimin qabağında mənimi susdurursan?

      Məlik gəldi – olara: sabahınız xeyir, Aylın mənimlə idi xanım. Arvad Məliyin üstünə bagırdı, rədd ol gözümdən bir sən qalmışdın məni susdurmağa. Onun zibillərini gizlətməyəmi başladın? burda fədakar qəhrəmanları azmış kimi, yuyulmamış qaşıq kimi ortadan çıxma. Məlik başını aşağı salıb susdu, Aylın – arvada: tezdən oyanmışdım vərdişimdir tezdən oyanmaq, həyətə çıxdım ki biraz nəfəs alım təmiz havadan. Aylın arvada o qədər əsəbi idi ki, yazıq Məliyi kobutladığıçün, sözünü dişlərinə sıxıb zorla deyirdi. Məlik dayıda oyanmışdı ailəsini ziyarətə getdiyini dedi, məndə onunla getdim məzarlığa. Sizi oyadıb narahat etmək istəmədim gedəcəyimi deməkçün, birdə ki gəzməyə getmədik ziyarətə getdik ailəsini. Dayısı – arvadına: sənin o dilin necə qurumur bilmirəm, yersiz – yersiz bu qədər danışırsan. Utan biraz mərəfətsiz, özündən böyük adamın üstünə necə səsini yüksəldirsən? ay vijdansız sən insan deyilsənmi? dayısı – Aylına: gəl qızım əyləş səhər yeməyini ye, sən fikir vermə buna. Məliyin ailəsi bizim ailəmizin ən yaxın üzvülərindən sayılırdılar. Allah rəhmət eləsin hər birinə, yaxşı etmisən qızım savabın artıq olsun, hər kəs sənin kimi qanacaqlı olsaydı, dünya cənnətə dönərdi. Bizim xanım anlamaz elə şeylərdən, qüsura baxma bu özünün kimilərini insan sayır, ancaq yanılır belələri insanlıqdan nə anlarlar ki? başqalarına nə hörməti var, nədə imanı – dini, əsəblə baxdı. Aylın – dayısına: sən demişdin Məlik dayıya etibar edə bilərəm, o üzdəndə səhər yeməyimizi birlikdə onunla yedim. Ancaq dayısının sözündən çıxmadı, keçib Ramizin yanında əyləşdi. Məlik getdi üzgün dışarı, arvad Aylın əyləşdiyində ayağa qalxıb – ərinə: bəli mən özümün səvyəsində olanlarla oturmağı daha üstün tuturam, anladınmı? getdi quyruğu basılmış ilan kimi zəhərinidə yeməyin içinə töküb. Dayısıyla – Ramizə, anasının dediyi bu düşünçəsiz söz çox pis təsir etdi, İkisidə utandılar Aylının qarşısında xəcalət çəkdilər. Aylın dayısı üzülməsin deyə söhbəti dəyişmək istədi. Dayı mən Məlik dayıyla gedə bilərəmmi ara – sıra məzarlığa? – Aylına: hə qızım bilərsən. Məliklə hara desən gedə bilərsən, ən güvəndiyim insandır o mənim. Xadimə gəlib Aylına çay süzdü təşəkkür etdi, xadimə – Aylına: nuş olsun Aylın xanım, getdi. Ramiz Aylına çörəyə pasta sürtüb uzatdı, çarəsiz üzmədi götürüb – Ramizə: çox sağol dayı oğlu, yalandan gülümsədi. Dayısının necə üzüldüyünü görürdü, dərdinin üstə dərt gəlirdi. Özünə baxdıqlarını gördüyündə, çarəsiz verdiyi çörəkdən dişlədi ki dayısıyla Ramiz çoxda üzülməsinlər. Aylının yediyini gördüyündə, dayısının ürəyi biraz rahat oldu. Oğlunun Aylına qarşı olan hörmətindən razı idi, Aylında çarəsiz çeynədiyi tikəni çox zor uda bildi, o qədər arvadın sözləri təsir etmişdi ki, bəlkədə əsəbindən yeyirdi dişinə dilni sıxıb susurdu. Dayısı – Aylına: Ramizlə şəhərə çıxın gəzin qızım evdə çox vaxdınızı keçirməyin, görürsən ilan quyruğu basıldı – basılmadı sancır adamı. Sənə telefon – nomrə verəcək Ramiz, mənim zənglərimə cavab verin ikinizdə, aydındırmı? Aylın yalandan gülümsəyə çalışdı – dayısına: tamam dayı aydındır. Ramiz – Aylına: birazdan Kamil gələcək gedərik birlikdə həm gəzərik, həmdə sənə telefon və nömrə alarıq, bizim şəhərlə tanış olarsan. məncə bəyənəcəksən. Atası – Ramizə: Kamilə təşəkkür edə bilmədim o günü bizi qarşıladığına görə, sənin mühüm işin çıxmışdı oğlum yadındadırmi? gələ bilməmişdin. Ramiz Aylına baxıb, aydaa yenə söhbət döndü – dolaşdı mənə gəldi. Atası – Ramizə: aydaa demə, üzünə vururam ki evimizin durumu əvəlki kimi deyil anla o səhvləri təkrarlama, xoşum gəldi mərəfətli oğlana oxşayır. Ramiz – atasına: tam əmin ola bilərsən ata çox mərəfətlidir, hətta məndəndə çox mərəfətlidir. Atası – Ramizə: buna şuphəm yoxdur oğlum, sübut etdi o günü bizi qarşılayaraq, deməyinə gərək yoxdur. Ramizin hər dəfə başına çaxırdı qarşısına gəlmədiyinə görə, artıq gününü qara etmişdi hər defə deyərək. Aylın altdan – altdan baxdı atasının Ramizi danlamasına.

      Atası ayağa qalxdı, mən işə gec qalmayım işim çoxdu bu aralar, gəlib Aylının üzündən öpüb – Aylına: sizə nuş olsun qızım. Dediklərimi unutmayın tamammı? Aylın ayağa qalxıb – dayısına: işin – günün ugurlu olsun dayı. Dayısı – Aylına: sağol qızım, sənin kimi başqalarıda bu evdən məni hər gün işə gözəl sözlərlə uğurlasaydılar dərdim olmazdı, axşama görüşərik getdi. Aylın dayısının getdiyi an masanı tərk etməyə çalışırdı, Ramiz qolundan tutub çəkib otuzdurdu yanında. Ramiz – Aylına: hara gedirsən? atam getdi iş bitmədi, mən varam burda qaçma yanımdan. Aylın hiss edirdi sıxılırdı, düşünürdü indi arvad gələcəkdi Ramizlə dava – şava edəcəkdi yenə, düşündükcədə az qalırdı hər şeyi buraxsın başını götürüb qaçsın o evdən. Ramiz dərindən nəfəs alaraq – Aylına: bax canım belə olmayacaq, səni istəməyənin gözü önündə olacaqsan ki alışsın anlasın varlığına, problemdən qaçmaga çalışma heç vaxtı. Bilirsənmi niyə? Aylın əsəblə – Ramizə: niyə? – Aylına: niyəsi budur canım, qaçsan həmişə ya gözünün önündə olacaq o həll etmədiyin problemlərin və bəlaların, yada kölgən kimi ardınca sürünəcək. Sinə gəlmən lazımdır üstünə sənə tərs gələnə, möhkəm ol bu həyat zəyiflərçün deyil, bilirsən uşaq deyilsən artıq. Aylına bu sözləri Məlkdən demişdi bu sabah. Ramizdə onun yanında böyüdüyüçün, görünür qavramışdı dilinə alışdırmışdı Məliyin vəsiyyətləri. Aylın – Ramizə: bu sözləri bu gün ikinci dəfədir təkrar eşidirəm, Ramiz Aylının Məliklə məzarlığa getdiyində duya biləcəyini anladı. Ramiz – Aylına: bax dahada yaxşı oldu ikinci dəfə duymağın, söz ver mənim xətrimə, atamın xətrinə güclü olacaqsan. dişinə sıxacaqsan az vaxtlıq. Aylın dərindən nəfəs alıb – Ramizə: yaxşı birdənəm söz çalışacam möhkəm olum bu zalım həyatda büdrəməyim – yıxılmayım. Hər şeyə sinə gəlim nağıllardakı qerkulesəm axı mən, pəhləvan kimi enilmərəm heç vaxtdı söz. Ramiz Aylının əsəbləşərək dediyi sözərə gülümsədi, – Aylına: sənin bu birdənəm sözün tam başqadır bilirsənmi? axşamdan bu yana həsrət gedirəm nə vaxtı təkrar deyərsən deyə. Gərcəkdən mənə çox xoşdur bu sözün. Aylın dərindən nəfəs alıb – Ramizə: xoş olan bir kəlmə söz insana məlhəmdir, bunuda sən bilirsənmi? elə bilmə sən Məlik dayının sözlərini – məsəllərini mənimsəmisən deyə, başqaların ehtiyat söz yatağı yoxdur.

      Arvad gəldi sifətindən zəhrimar yağırdı, kobutca əmir etdi – Aylına: çıx yuxarı evin təmizlik işləriylə məşğul ol, sonra mətbəxtdə qabları yuyacaqsan. Narahat olma tapşırmışam xadiməyə axşamdan qabları yumağa qoymamışam, başın işə qarışsın ki, boş yerə çənə döyməyə vaxtın az qalsın. Aylın ayağa qalxdı, – arvada: anladım dediyin işlərlə məşğul olacam, getmək istəyirdi Ramiz ayağa qalxıb Aylının qolundan tutub