Sənubər gəlib xadimnin yanına yavaş səslə – ona: dediyimi edirsənmi? xadimə çarəsiz baxışlarla baxaraq – arvada: hə xanım edirəm. Dediyiniz kimi bu gün iki qat tökdüm qəhvəsinə ilacı, arvad – ona: sən dediyimi et, bir – neçə günə gəbərər rədd olar, çıxdı mətbəxtdən. Xadimə eşitdiyi sözə çox pis oldu pərt baxışlarla baxdı, öz – özünə: gəbərib gedərmi? əlini ağzına tutub, aman Allahım mən nə etdim? həyəcanla çrəsiz baxışlarla baxdı, gözləri yaşardı.
Aylının nəfəsi dayanırdı nəfəs ala bilmirdi, Kamil gəldi maşınla dayandı. Aylın artıq görmürdü kimdi gələn, Kamil maşından enib gəldi Aylının xoş vəziyyətdə olmadığını görüb – Aylına: yaxşısanmı nə oldu sənə? Aylın Kamilin nə dediyini duymadı. Yıxılacaqdı Kamil cəld tutudu, tələsərək qucağına alıb Aylını maşının qabaq oturacağına otuzdurdu. Təhlükəsizlik kəmərini bağlamadan qaçıb sükan arxasına əyləşib, qaza basıb sürəətlə getdi. Yol gedə – gedə – Aylına: döz canım indi xəstəxanaya çatdıraçam səni, eşidirsənmi məni? Aylın nə olar susma danış mənimlə. Kamil maşının sürəətini dahada artıraraq, tələsdi Aylını xəstaxanaya çatdırmaqçün.
Anası – Nərgizə: qızım qardaşın hara getdi yenə qaçaraq? Nərgiz çiyinlərini çəkərək – anasına: bilmirəm ana, mənə demədi ki hara getdiyini. Anası öz – özünə: Allah, Allah, bu niyə demir axı getdiyi yerini mənə? – anasına: bilmirəm niyə demədiyini, anladığım qədəri məncə açil harasa çatmalıydı tələsik. Anası öz – özünə: hara çatmalıymış görəsən? mən indi zəng edib soruşaram, telefonu götürüb Kamilin nömrəsini yığıb qulağına tutub gözlədi. Kamilin telefonu çağırırdı ancaq cavab vermirdi, anası narahat oldu qızına baxıb, açmır telefonu. Nərgiz – anasına: ana o bəzən telefonu maşında unudur bilirsən, niyə narahat olursan? zəngini gördüyündə cavab verəcək, anası telefonu əlində sıxıb tutub – qızına: nədən isə mənim ürəyim narahatdır qızım. Nərgiz – anasına: of ana adamı qorxuzmasana belə deyib, heçnə olmaz pis şeylər düşünmə, az vaxtdan qardaşım özü zəg edəcək.
Kamil Aylını xəstəxanaya çatdırdı, tez maşından enib qaçaraq gəlib qapını açıb Aylını səsləyərək, Aylın çatdıq canım eşidirsən? qucağına alıb tələsərək xəstəxananın qapısına tərəf qaçdı, bağırdı! kimsə yoxmu yardım edin. Quçağında huşunu itirmiş Aylınla giriş qapıdan içəri qaçaraq girdi, bağırdı! yardım edin, duyduqlarında tez qaçaraq gəlib yardım etməkçün – Kamilə: nə olub xəstənin nəyi var? yaxından nasilkanı gətirdilər sürüb. Kamil Aylını nasilkaya qoydu, yanındakılar qolunu tutub nəbizini yoxladılar, nəbizini hiss etmirəm tez aparın reonimasiya otağına. Tələsik nasilkanı sürərük apardılar Aylını, Kamil özünü itirmədən ardlarıyca qaçdı yanınca gedərək, Aylın səslədi, Aylın nə olar özünə gəl qorxuzma məni. Aylın artıq duymurdu kimsəni, ölümünün bir adımlığında idi, baxacaqları otağa yetişib qapıları açaraq içəri sürdülər nasilkanı. Kamili buraxmadılar, sinəsindən tutaraq ona dışarda dayanmasını işarə etdilər, sizə olmaz burda gözləyin qapılar bağlandı. Kamil əlləriylə başını tutaraq baxdı, elə peşman olmuşdu ki inanaraq Aylını o evdə tək qoyduğuçün, öz – özünə: Allah mənim cəzamı versin niyə səni tək qoydum axı, gözlərindən yaş süzüldü bi ixtiyar üzünə. Tez Ramizə zəng etməkçün telefonunu çıxartdı, Ramizə zəng edib gözlədi götür hardasan cavab ver. Ramiz alo dediyində Kamil bağıraraq – ona: tez xəstəxanaya gəl, ünvanı dedi Ramizə.
Sənubər Ramizin evdə olmadıgını bilib xadiməni səslədi, gəldi tələsərək – xadiməyə: get bax hardadır o zibil, otağındadırmı hansı cəhənnəmdədir. Bax təsiri varmı ilacın, yoxdursa məndən incimə anladınmı? xadimə getdi, öz – özünə: dırıladı, heç kimə güvənmək olmur qorxaqlar. Özüm verəcəm sənə ilacı, zəhrlənib bir dəfəlik həyatımdan çıxarsan, xadimə geri qayıtdı – arvada: xanım otağında yoxdur Aylın. Arvadı ilan sancdı elə bil, – xadiməyə: sən ona vermədinmi dediyimi? xadimə yavaş səslə verdim xanım, gözümlə gördüm içdi axıra qədər qəhvəsini. Get bax hardadır tap xəbər et mənə, çoxda gözə görünüb özünü şübhələndirmə hər şeyi deməyə salma mənə başını işlət. Xadimə getdi Aylını axtarmağa, arvad öz – özünə: harda olacaq? yəqin yaltaq Məliyin yanındadır.
Ramizlə Kamil gözləyirdilər xəstəxanada qapının önundə, – Kamilə: səni niyə çağırmış Aylın mən evdə ola – ola? mənə çox maraqlıdır. Niyə mənə demədi pis olduğunu? Kamil həyəcanlı idı – Ramizə: bilmirəm, inşallah çıxdığında özündən soruşarsan niyə demədiyini. Ramiz oyana – buyana gedirdi karidorda, hövsələ edə bilmirdi bir yerdə. Niyə bir xəbər demillər axı? Kamil qapının yanında divara söykənib fikirləşirdi, şüphəli baxışlarla Ramizə baxırdı, ancaq fikrində olanı deyib Ramizi qırmaq istəmirdi bilmədən keçən dəfədəki kimi. Qapı açıldı həkim çıxdı baxdı olara, tez həkimə yaxınlaşdılar və ikisidə eyni anda soruşdular, nəyi var doktor? həkim ikisinədə üzücü baxışlarla baxaraq dərindən nəfəs aldı. Həkim – olara: siz qızın yaxınlarısınızmı? Ramiz – həkimə: bəli dayısı oğluyam, nəyi var deyin. Həkim – Ramizə: qızın evdə nə isə problemi varmı? Ramiz Kamilə baxdı. Kamil – həkimə: bütün ailə üzvülərini itirdi maşın qəzasında, bu yetərlidirmi? həkim dərindən nəfəs alıb əlini üznə çəkib – olara: aydındır. Demək bəlkədə dözməmiş intar etmək istəmiş, Ramizlə Kamil eyni anda, nəə? intarami? həkim – olara: hə axırıncı dəyqələrində çatdırmışsınız bura onu, əkis halda qurtarması mümkün olmazdı. Kamilin dili – dodağı qurudu duyduğundan, anladı nələr olduğunu, elə bil başından aşağı qaynar su tökdülər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.