Ramizin atası kənarda dayanıb olara baxırdı. Zarafatlaşdıqlarını görüb gülümsəyərək, öz – özünə: hələ uşaq xasyyətləri buları tərk etməyib, evə getdi. Ramiz – Kamilə: gedək bir şeylər içək stresimiz keçsin, nə deyirsən? – Ramizə: gedək ancaq Aylını evdə təkmi qoyacağıq? Ramiz Kamilə baxdı təcüblə. İnana bilmirdi dostunun anasına yenə şüphə etdiyinə, Kamil gülərək – Ramizə: üzünün ifadəsinə bax sən bunun. Gəl dostum gəl gedək, artıq anladım hər şey yaxşıdır yolundadır. Ancaq deyim bil Aylından incidim gərçəkdən, bax sən buna dayısı oğluna bir daha söz deməməliyəmmiş. Oğlum təhtid etdi məni gördünmü? Ramiz güldü, gərçəkdən eləmi dedi? gəlib maşına əyləşdilər. Kamil maşını işə salıb – Ramizə: vallahi təhtid etdi, dedi ki bu sonuncu olsun Ramizi acılaman. Ramiz – Kmailə: düz demiş, bibim qızının birdənəsiyəm mən acılama məni, Kamil maşının qazına basaraq – Ramizə: vay mən onun birdənəsinə. Ramiz elə bildi Kamil pis söz deyəcək özünə, baxı. Kamil gülümsəyərək, – Ramizə: qurban olum birdənəsinə, canım dostumdur o mənim, getdilər zarafatlaşaraq.
Səhər açılmışdı Aylın dayısını işə yola salırdı, – dayısına: günün uğurlu keçsin, ilaclarını unutma vaxtında qəbul et. Dayısı üzündən öpüb – Aylına: sağol qızım sənində, axşama görüşərik, tamam dediklərini edəcəm, getdi. Xanım görsənmirdi, Aylın mətbəxtdə gəldi xadimə mətbəxtdə idi. Aylın özünə qəhvə hazırlamaq istıdikdə, xadimə qoymadı – Aylına: mən hazırlayaram Aylın xanım, siz keçin əyləşin. Aylın – xadiməyə: özüm hazırlayaram, nə xanımıdı bu belə? Aylın de yetər. Xadimə – Aylına: xanımın bizə kəsin əmri var, biz qulluq etməliyik hər kəsə bu evdə. Aylın təcüblə – xadiməyə: mənədəmi? bəli sizədə Aylın xanım, Aylın xadimənin özünə yazıq baxışlarla baxdığını görüb şaşqın baxdı. Xadimə – Aylına: bir daha özünüzə qulluq etməyin Aylın xanım. Xanım görsə məni işimdən qovar, xayiş edirəm icazə verin mən hazırlayım qəhvənizi. Aylın xadimənin işindən qovulmasını istəmirdi, xanım həqiqətəndə edərdi dediyini, bilirdi xasyyətini dayısı arvadının. Yaxşı sən hazırla o zaman, – Aylına: siz buyurun mən hazırlayıram indi, Aylın keçib mətbəxtdə masa arxasında əyləşdi. Xadimə arvadın verdiyi ilacı cibindən ehtiyatla götürərək, açıb qəhvə hazırlayacağı fincana tökürdü. Aylın nə isə demək istəyirdi xadiməyə, birdən gözü sataşdı cibinə nə isə qoyduğu gördü, xadimə şüphə ilə narahat davranırdı işinı. Aylın ayağa qalxıb bildirmədən – xadiməyə: o tərəfdə içəcəm qəhvəmi, getdi.
Gəlib divanda əyləşdi gördüyündən dəhşətə gəlmişdi, anlamışdı qəhvəsinə ilac qatdığını. Kamil haqlıydı, arvada oda inanmamışdı ən azından özü qədər. Aylın üzüldü, boş yerə Kamilində xətrinə dəymişdi acılayaraq. «Anlamağa başladı dünən durduğu yerdə yuxulamağınin səbəbini, demək ki bu birinci deyildi bu evdə ilaclı qəhvə – çay içdiyi» xadimə qəhvəni gətirib qarşısına qoyub – Aylına: buyurun nuş olsun. Aylın xadiməyə baxaraq gülümsədi, əllərinizə sağlıq çox sagolun Allah ürəyinizə görə versin. Xadimədə görünür etdiyi işə şad deyildi, ancaq xanımın sözündən çıxa bilməmişdir, biçarə olduğu üzündən bəlli idi. Aylın düşündü öz – özünə: Allah bilir çarəsizdir mənim kimi, xanımın əmrinə yox deyə bilməmişdir yazıq.
Ramiz gəldi – Aylına: sabahın xeyir canım, – Ramizə: sabahın xeyir birdənəm, Ramizə baxıb üzüldü. Anasının etdiyi bu pis əməlini deyə bilməzdi ona, yaxşı bilirdi ki anasını bağışlamazdı oğlu bu dəfə. Ramiz gəlib Aylının yanında əyləşib, o qəhvə, götürüb içmək istədikdə Aylın qoymadı, içmə o mənimdir. Ramizin əlindən aldı fincanı, Ramiz Aylına təcüblə baxaraq bir qurtum içəçəkdim, – Ramizə: içmə olmaz. Ramiz – Aylına: niyə olmaz ki? Aylın tez düşünüb – Ramizə: fala baxmalıyam özüm içməliyəm, əks halda alınmaz səhv göstərər. Ramiz – Aylına: sən belə şeylərə inanırsanmı? o zaman iç baxım nə çıxır falından. Aylın çıxılmaz vəziyyətdə qaldı, deyə bilmirdi ki, qəhvəyə nələrsə qatızdırmışdı anası. Aylın – Ramiə: içəcəm birdənəm sən get özünə hazırlat, xadimə bu an Ramizədə qəhvə gətirib qarşısına qoyub getdi. Aylın bəxdinə külümsədi, anladı xadimədə işini dəqiq görürdü, gözdən qaçırmırdı heç nəyi. Aylın – Ramizə: bax sənədə gətirdi iç qəhvəni, – Aylın: sən iç canım mənədə çox maraqlı gəldi, baxım nə çıxır bəxdinə inandığın o falından güldü. Bax içməsən mən içəcəm haa, Aylın qorxdu Ramiz zarafata salıb içərdi birdən ilaclı qəhvəsini. Çarəsiz qəhvə fincanını götürüb içdi ürəyi istəməsədə. Ramizdə öz qəhvəsini içərək – Aylına: ee, sonuna qədər iç, gözüm səndədir baxaq nədir qismətinə çıxacaq. Mən inanmasamda duydum ki, fala baxdıqlarında son damçısına kimi içirlər, elə deyilmi? Aylın çıxılmaz vəziyyətdə qalmışdı – Ramizə: elədir birdənəm, elədir. Götürüb qəhvəni sonuna qədər içdi çətində olsa, finçanı masaya qoyub – Ramizə: mən gedim biraz işim var otağımda. Ramiz Aylın qolundan tutub bəs fala baxmayacaqdınmı, hara gedirsən? Aylın geri yerinə əyləşdi. Fikri vardı tez gedib qaytarsın içdiyini alınmadı, boş qəhvə fincanının dibinə baxdı götürüb. Ramiz Aylının nə deyəcəyini gözləyirdi, nə oldu nə göstəriri senserin? – Ramizə: yaxında öləcəyimi göstərir. Ramiz – Aylına: əstəfrüllah bu deyən sözə baxsana səhər – səhər, qalxıb Aylının əlindən boş fincanı götürüb baxdı. Ramiz – Aylına: bunun dibində