Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517289
Скачать книгу
yaxınlaşdı əsəblə quduz it kimi, o qədər yaxın gəldi ki, burnunun ucuna dirənib əsəbindən öküz kimi fisqıra – fısqıra nəfəs alırdı. Mənə bax döşəmə dəsmalı, mən sənin xalan filan deyiləm, bir daha bu sözü dilinə gətirmə ki dilini kəsməyim, anladınmı? Aylın arvadın murdar niyyətli gözlərinin içinə birinci idi ki belə yaxından baxirdi. Kamil yerində heykəl olub qalmışdı duyduqlarından dəhşətə gəlmişdi, “ düşünürdü bir insanın gözündə günahsız qıza qarşı nə qədər haqsız nifrət dolu baxışları olarmış? arvada baxdıqca nə qədar qəddar olduğunu anlayırdı, və nifrət etməyə başlayırdı». Aylın yavaş səslə – arvada: mən sizə nə pislik etdim? xala deməyimi belə istəmirsiniz. Hətta məni birinci görürsünüz, bəlkədə xatırlamıram sizi gördüyümü bu günə qədər. Hardandır sizin ürəyinizdə mənə qarşı bu qədər nifrət – kin? varmı etdiyim bir pisliyim sizə. Arvad bağırdı – Aylına: mənə xala demə, şükür mənim qan dogmalarım var, olarçün xalayam anladınmı? sənin sözünə qalmadım. Haranın qanıda bizə çatmayan yetiminə xala olmağa ehtiyacımda yoxdur.

      Kamil eşitdiklərindən dəhşətə gəlmişdi əliylə ağzını tutub baxdı, artıq dözmədi Ramiz anasının qarşısına keçdi dayandı, nifrətlə baxdı. Anasına söz demədən əsəbi baxışlarla baxırdı gözlərnin içinə. Aylın Ramizin arxasında qalmışdı, o qədər pis olmuşdu ki ayaqda zor dururdu, sanki yıxılacaqdı indi sarsılmışdı. Yazıq çarəsiz başını Ramizin kürəyinə qoyub dayandı, ağlamaq – sınmaq istəmirdi arvadın önündə. Məliyin bu səhər dediyi sözləri necədə gərəyi olmuşdu indi onuçün. Ramiz Aylının sarsılaraq çarəsiz öz kürəyinə alnını qoyub dayandıgını hiss etdi, gözləri yaşardı bir ixtiyar bir anda anda. Anası oğlunu əsəbi baxışlarla süzüb getdi artıq söz demədən. Ramiz o qədər pis vəzyyətdə qalmışdı ki, dönüb Aylının üzünə baxmağa cürəəti qalmamışdı, utanırdı xəcalət çəkirdi anasının əvəzinə. Ramizdə Məliyin məsəllərini xatırladı, aglamamaqçün özünü toparlamağa çalışdı. Birdən qıraqda dayanıb şok halda özlərinə baxan Kamilə gözü sataşdı, carəsiz baxışlarla dostuna baxıb, bələ olmur mənasında başıni sirkələyərək işarə etdi. Çürəətini toparlayıb, çevrilib kürəyinə söykənib qalmış Aylını qucaqlayıb özünə sıxıb tutdu. Aylın içinə salıb qalmışdı səsini ağlayada bilmirdi arvadın duymasını istəmirdi, birdən Ramizi qucaqlayıb səssiz – səssiz aglamağa başladı içini çəkərək. Əlləri ilə Ramizin qollarından bərk – bərk sıxıb tutdu, elə yanmışdı ki nahaq sözlərdən – davranışdan. Yazıq içini çəkə – çəkə aglayırdı, ürəyinə güc olurdu səsini içinə salaraq ağlaması. Ramiz gözlərini yumub dayandı bir anlıq. Kamildə çox pis oldu Aylının halını görüb kənara baxdı, Aylının agladıgını Məlikdə eşidirdi qapıda dayanmışdı gözləri yaşlı uşaq kimi. Məlik yavaş səslə öz – özünə: of qızım bağışla qarşında dayana bilmədiyimçün, insafsız qadın Allahın yoxmuş sənin, göz yaşları üzünə süzülürdü.

      Günorta olmuşdu dayısı iş yerində idi, qolundakı saatına baxaraq telefonuna baxdıb yoxladı ki Ramiz mesaj atıbmı. Ramızdən yeni nömrə haqda mesal gəlməmişdi öz – özünə deyindi, bu evlad nə vaxt mənim dediyimi edəcək axı? əsəbləşib Ramizə zəng etdi, yazıq evdə olanlardan xəbərsiz idi.

      Ramiz Aylını öz otağına gətirmişdi, Kamildə qıraqda oturub baxırdı üzgün – peşman Aylının yazıq olmuş halına. Ramiz mehribanlıqla saçlarını sığallaya – sıgallaya sakitdəşdirməyə çalışırdı. Aylın sinəsinə başını qoyub yuxuya getmişdi yozğunluğundan – üzüntüsündən. Ramizin telefonuna zəng gəldi, cəld Aylın oyanmasın deyə telefonuna baxdı. Atasının olduğunu görüb, of ata bilmirsən olanları nə olardı indi aramasan? alo ata deməyi ilə atasının bagıramagı bir oldu. Ramiz telefonu qulagından kənara tutub dayandi sakit, atasının danlayışlı sözləri eşidilirdi kənardan, – Ramizə: sən nə vaxt adam olacaqsan? kimə oxşadın belə etibarsız. Hardasan günorta olmuş, nə dedim sənə? Ramiz agzını büzərək baxdı Kamilə. Atasının səsi gəldi – Ramizə: ordasanmı? telefonu qulağına yaxınlaşdırda cavab ver mənə. Ramiz telefonu qulağına tutub yavaş səslə hə ata burdayam. Aylın yatır nə olar yavaş ol haqsız yerdə məni danlama, atası narahat oldu duyduğunda yatır dediyində. Atası – Ramizə: niyə yatır? nəyi var qızın? yoxsa yenə ananmı incitdi qızı? Ramiz demədi hə deyə. Atasının xəstə ürəyindən qorxurdu! – atasına: yox ata bir dinlə, nə olar imkan ver deyim sözümü. Gəzməyə çıxdıq Kamildə bizimlə idi, Aylın yoruldu, gəlib söhbət etdiyimiz yerdə baxıram yuxulamış. Dediyin telefon işini həll etdim, axşam gəldiyində verəcəm nömrəni narahat olma. İndi Aylının otagıyla maraqlanmalıyam bəzi şeylər xoşuma gəlmir, çatışmayan əşyaları qoydurub yenilik etmək istəyirəm Aylın oyanınca. Atası oğlunun işindən razı qaldı, – Ramizə: çox gözəl oğlum, şad oldum nə gözəl fikirləşmisən, o zaman sən işinə bax, mən axşam gələndə götürərəm nömrəni. Qız necə istəyir elədə səliqəyə saldır otağını anladınmı? – atasına: tamam ata anladım, narahat olma. Atası – Ramizə: o zaman axşama görüşərik oğlum, – atasına: görüşərik ata, telefonu söndürüb baxdı – Kamilə: qızın otagında heçnə yoxdur. Anam hər şeyi götuzdürüb, bir görsən adam olan düşməninə belə etməz. Kamil dərindən nəfəs alaraq – Ramizə: xəbərim var gördüm. Ramiz Kamilə baxdı təcüblə ki, hardan görmüsən anlamında. Kamil – Ramizə: o günü otagına çantalarını qoydugumda gördüm, düzü çox pis oldum. Ramiz anladı xəcalətli baxışlarla baxdı dostuna. Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: düzü bu haqda sənlə danışacaqdım, otağa bir şeylər qoydur deyə, yazıq qızın paltarını asmaqçün bir şey yoxdur otaqda. Ramiz dərindən nəfəs alıb, üzgün baxışlarla sakit sinəsində yuxuya getmiş Aylına baxdı. Anam onu etdirmiş ki qız bezib burdan getsin, – Kamilə: sən burda qal yanından ayrılma. Anam gəlib qızı oyadıb yuxulu halında dəli etməsin, mən otağa lazım olan şeyləri qoydurum işcilərə, – Ramizə: yaxşı sən get mən burdayam. Ramiz Aylını ehtiyatla oyatmadan yatağına uzatdı, üstünü örtdü ehtiyatla – Kamilə: görünür yazıq bura gəldiyindən yatmamış. Ehtiyatlı addımlarla otaqdan çıxdı. Kamil gəlib Aylın yatan çarpayının yanında yerdən əyləşdi, kürəyini çarpayıya söykəyib kefsiz – kefsiz baxaraq düşündü.

      Axşam olurdu Aylın hələdə oyanmamışdı, Kamil oturduğu yerindən tərpənməmişdi ki, birdən arvad gələr Aylını oyadardı bağırıb. Qapını açıb içəri Ramiz girdiyində, Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: qorxuzdun məni, elə bildim anandırmı gələn. Ramiz yaxınlaşıb baxdı yatan Aylına, – Kamilə: oyanmadımı yazıq hələ? Kamil yavaş səslə, yox oyanmadı, sən həll etdinmi otaq işini? Ramiz əlini üzünə çəkib, hə etdim hər şey qoydurdum otağa. Kamil ayağa qalxdı, oturmaqdan canı tutulmuşdu biraz dartınıb bədənini açdı, – Ramizə: mən gedim artıq atanda gələr birazdan, görməsin bizi belə pərişan. Ramiz – Kamilə: getmə qal burda sən lazımsan mənə, Aylın yuxudan oyandı gözlərini açıb Ramizlə – Kamilə baxdı, çox yatdığından başı keyləşmişdi. Nələr olduğunu bir an düşündükdə xatırladı yataqda oturdu kefsiz – üzgün, Ramiz mehribanlıqla – Aylına: oyandınmı canım. Aylın – Ramizə: yatmışammış xəbərimdə olmayıb, çoxmu yatdım mən? bağışla sənidə narahat etdim birdənəm, qalxdı yerindən.