Kamil gecəni yata bilməmişdi, anası gəlib yanında oturdu, oğlunun saçlarını sığallayıb mehribanlıqla – oğluna: oglum səhər yeməyinə qalxmadın, yatmadınmı sən gecə? Kamil gözlərini açıb anasına baxı. Anası – Kamilə: oğlum xəstələnməmisən ki? bu qədər yatmazdın sən heç, hər səhər qaçardın idman edərdin, bu gün qalxmadında yerindən. Kamil anladı yatıb qaldığını – anasına: yox anacan narahat olma, xəstə deyiləm. Bu gecə gec yatdım oyana bilmədim, anası oğlunun saçlarını mehribanca sığallayaq, Aylına olanlarla əlaqəlidir bilirəm narahatsan bu aralar, ancaq bax Sənubəri lazımı yerinə otuzdurdu Ramiz. Çalış artıq üzülmə, tamammı oğlum? Kamil yerində oturub əlini üzünə çəkib baxdı, – anasına: Aylın böyük təhlükədədir ana, bilmirsən sən. Sənubəri mən yaxşı tanıdım qıza təhtid edərək dediklərindən, dinç durmayacaq o qisas almağa yeni çirkin planlar quracaq. Qurmuşdur bəlkədə kim bilir? anası üzüldü – oğluna: vah – vah yazıq qızdan nə istəyir axı bu qadın? bu qədər qəddarlıq yetimə edilməz Allah cəzasını verər qısa zamanda. Kamil fikirli, fikirli, – anasına: elələrinə çox təssüf ki heçnə olmur ana. Anası ayağa qalxdı, – Kamilə: sən qalx oğlum əl – üzünü yu gəl yeməyini ye, bu haqda Ramizi bura çağırıb söhbət edərik. Qızın biraz vaxlıq bizimlə qalmasına atasını razı salsın. Kamil anasına baxaraq, gözəl fikirdir ancaq atası razı olmaz bunu bilirəm, anası mehribanca – oğluna: sən qalx məsləhətləşərik birlikdə, otaqdan çıxdı. Kamilə biraz ümid yeri oldu anasının deyi bu sözdən sonra, ancaq bilirdi bu xəyal idi alınmazdı dedikləri kimi. Üstündən yorğanı atıb tez qalxdı yerindən, köynəyini geyinib otaqdan çıxdı köynəyinin düymələrini bağlaya – bağlaya.
Sənubərə zəng gəldi kimdənsə, telefonu götürüb cavab verdi alo, biraz qulaq asıb, nə oğlumda olarladırmı? oğluma zərər gələrsə səni məhv edərəm bilirsən. İfritə oğlumuda aparmış özüylə demək ki səhər tezdən, başını qaşıyaraq əsəblə oyana – buyana gəzdi. Gözə görünmə tez uzaqlaş ordan, oğlum olmayan zaman dediklərimi edərsən, eşitdinmi? oğlum yanında olmadığı vaxtı, qulaqlarını aç dinlə məni diqqətlə. Telefonu hirslə söndürüb kənara atıb deyindi öz – özünə: sənə qurtuluş yoxdur məndən, telefona səsimi yazdıraraq mənə qalib gəlmişmi sanırsan özünü? indidə oğlumu aparmışsan yanında məzarlığa. Allah cəzanı versin yetim zibil, demək sən düşündüyüm qədərdə axılsız biri deyilmişsən, olsun bir günün geci – tezi sayılmaz mən səbir edərəm. Mətbəxtdə tərəf ağzını tutub səslədi xadiməni, mənə qəhvə hazırla tez ol yatma orda, keçib divanda əyləşdi əsəblə üzünü turşudaraq.
Məlik çox şad olmuşdu oğlunu arvadını ziyarətə Ramizlə Aylın gəlmişdilər deyə, Ramiz dostunun məzarının yanında oturmuşdu sakitcə baxırıdı. Artıq səhər açılmışdı çoxdan, Mılik sıxılırdı evə gec olmuşdular deyə, Ramiz tələsmirdi getməyə, dostunun məzarına baxıb fikirə getmişdi. Yavaş səslə Məlik əyilib Aylına tərəf, xanım bizi yaxşıca danlayacaq evə çatdığımızda. Ramiz gözünü məzardan çəkmədən, Məlik dayı anam bundan sonra nə səni, nədə Aylını danlamayacaq. Narahat olma sən inan dediklərimə, mən sözümü demişəm ona çiddi olduğumu yaxşı bilir. Məlik heçnə anlamadı, Ramiz nə demişdi anasına? kişiyə anasının Aylına etdiyi hədə – qorxusunu anlatmamışdılar ki, yazıq çoxda üzülməsin, Aylın kənara baxdı. Olanlara görə xəcalət çəkirdi, Ramizin anasına qarşı nə isə deməsini istəmirdi heç. Özü anasına həsrət qalmışdı, istəmirdi Ramiz özünə görə anasıyla tərs düşsün, aralarında düşmənçilik yaransın sonsuza qədər.
Kamil yeməyini yeyib ayağa qalxdı, anası – Kamilə: oğlum Ramizi gətir bura mən söhbət edəcəm onunla, yaxşı ana gətirəcəm söz, üzündən öpüb getdi. Anası Kamilin acı çəkdiyini anlayırdı Nərgiz gəldi, anacan qardaşım getdimi? hə qızım getdi, vacib bir şeymi lazımıydı? Nərgiz əlindəki kitabı masanın üstünə qoyub əyləşd, i – anasına: gecmi gələcək? anası anladı ki, qızına kömək lazımdı dərs çlışmasıçün. Qardaşının biraz fikri dağınıqdır qızım, mən sənə kömək edim gəl yanıma. Nərgiz – anasına: yox ana sən anlamassan çətindir dərslərim, – Nərgizə: mən iki unversitet bitirdi qızım. Mən o qədərdə savadsız deyiləm, yardımımı istəmirsənsə o zaman qardaşının gəlməsini gözləyəçəksən, başqa çarən yoxdur. Ayağa qalxıb sinidəki qabları aparıb mətbəxtdə getdi. Nərgiz öz – özünə: iki unversitetmi bitirmisən? tez kitabını götürüb anasının ardınca mətbəxtdə getdi. Anacan niyə demirdin indiyə kimi? anası mətbəxtdə qabları sinidən götürüb yumaqçün qoydu gülümsədi, qızının özünün ardınca uşaq kimi tələsərək gəlməsinə ürəyi dözmədi, dönüb baxdı.
Aylın gildə gəlmişdilər evə, anası gəlib şirin dillə – oğluna: Məlikləmi getmişdiniz oğulum? Ramiz kefsiz – anasına: hə Məlik dayıyla getmişdik, bir narazılığınmı var yoxsa? anası tez dilləndi, – oğluna: yaxşı etmisiniz oğlum. Məndə bir ara vaxt tapıb gedim gərək ziyarətlərinə, oğlum axşama qonaqlarımız gələcəklər evdə ol xayiş edirəm. Ramizdə istəyirdi evdə hər şey yaxşı olsun söz – söhbət olmasın, atasıda üzülməsin xəstələnməsin. Anasının səhvini başa düşdüyünü düşünərək artıq onu kobutlmadı, – anasına: tamam evdə olacam. Anası şad oldu, – Ramizə: gedim axşama yemək hazırlasınlar tapşırım, sizdə yeməyinizi yeyin əyləşin, mənim işim çoxdur mənə baxmayın. Aylın arvadın hərəkətinə baxa qalmışdı, necə yəni? acı sözlərsiz zəhərini tökmədən yeni bir günün başlaması mümkün idimi? Aylın Ramizə baxdı. Ramiz – Aylına: gəl canım gedək yeməkyəmiizi yeyək, görünür artıq səhvini başa düşmüş anam. İnsanlar bəzən səhv edərlər, ancaq səhvlərini anlayaraq yarı yoldan dönəni bağışlamaq lazımdır, elə deyilmi? Aylın gülümsəyərək, – Ramizə: hə birdənəm. Allahda bağışlamağı sevir, biz ondan böyük deyilik ki? olan oldu keçdi. Ürəyinə rahatlıq gəldi Ramizin, dərindən nəfəs alıdı, Aylın anladı arvad özünə qarşı murdar əməlləri ilə hazırlaşırdı. Belə sifət edərək oğlunun gözünə girərək baş qatırdı ki, şüpələnməsinlər.
Kamildə gəldi Ramizlə əl verib görüşdü, – Aylına: salam sabahın xeyir, – Kamilə: salam sabahın xeyir olsun. Mən sizə qəhvə hazırlayım, getmək istəyirdi Kamil özündən bi ixtiyar qolundan tutub – Aylına: getmə sagol istəmirəm mən qəhvə. Ramizlə Aylın Kamilə baxdılar, Kamil biraz pərt olsada,