Yol gələrkən Aylın – Məliyə: Məlik dayı mən mağazaya gedib gəlirəm, varmı istədiyin bir şey? – Aylına: yox qızım sağol. get al lazım olanı mən burda gözləyirəm səni. Aylın – Məliyə: mən tez qayıdıram, getdi yaxındakı magazaya. Biraz vaxtdan qayıtdı əlində yeyəcək bir şeylərlə, gedək Məlik dayı aldım, Məlik Aylının özünə yemek aldığını görüb pərt oldu. Məlik – Aylına: qızım sən yeməkmi aldın özünə? Aylın əlindəki su şüşəsni kişiyə uzatdı. Məlik – Aylına: yox sagol içmirəm mən qazlı suları, sən niyə yemək aldın ki qızım? yoxsa gəldiyindən bir şey yemədinmi? birdən kişinin üzünün ifadəsi dəyişdi öz – özünə: Allah məni öldürsün necə anlamadım bunu. Hələ bir soruşuram əlbətddə ki yemədin, off qızım off, Aylın şüşəni açıb biraz su içdi, – kişiyə: narahat olma Məlik dayı elə demə inciyərəm, sənin günahın yoxdur. Mən uşaq deyiləm mənidə yedirdərsən, Ramiz yetdik yük olur sənə içib gəldiyində başından ayrılmırsan, kişi başını narazılıqla sirkələdi. Gəldiyindən xanım səni acıladı, sonrada başım Ramizə qarışdı unutdum sənə göz – qulaq olmağı, sən gəldiyindən heçnə yeməmisən deməli, xəçalət oldu kişiyə, axx qızım axx. Aylın kişini sakitləşdirməyə çalışdI, hər şey yaxşıdı Məlik dayı üzülmə sən. Mənim o evdə boğazımdan heçnə keçməz qüsura baxama, versəndə yeyə bilmərəm. Gecə səhərimi zor açdım, heçdə rahat olmaz onunla bir masada yemək yemək, yeməkdə bir kənara qalsın, o əjdahayla üz – üzə oturmağımızı belə axlıma sığışdıra bilmirəm. Məlik – Aylına: indicə evə çatan kimi mənimlə yemək yeyəcəksən başqa söz eşitmək istəmirəm qızım, anladınmı? məni üzməyəcəksən. Mənimlə keçər boğazından yemək, elə deyilmi? mən öz qaldığım həyət evində yeyirəm yeməyimi. Dayın bunu bilsə yaxşı olmayacaq, Aylın yavaş səslə – kişiyə: elə edərik dayım bilməz, o zaman mən səninlə yeyərəm Məlik dayı, gülümsədi.
Həyətin qapısına çatdılar, Aylını elə bil geri zindana qaytarırdılar evə deyil. Məlikdə anlayırdı üz ifadəsindən könlündən keçənləri, – Aylına: gəl qızım bu haqda artıq danışdıq, mənimlə indicə yeməyə gedirik. Aylın könülsuz kişinin ardınca girdi həyətə, c gəldiyi bu az vaxtda artıq diksinməyə başlamışdı o evdən və arvadın murdan üzüdən.
Kamil yeməyini yeyib ayaga qalxdı, anası – Kamilə: zəng et bax Ramizdən soruş hal xəbər al, – nasına: yaxşı ana indi edərəm zəng, otagına getdi. Əri arvadına baxıb gülümsəyərək, oğlun deyəsən vurulub qıza hiss edirsənmi əzizim? arvadı ərinə baxıb, mənim oğlum kövrək ürəkdir eyni atası kimidir, gözəl ürəkli mərhəmətli. Sənubərin qızı acılamasına çox üzülmüş oğlumda, həqiqətən yazıqdır bütün ailəsini itirmiş qız, künah deyilmi belə edir acılayır? günahsız insanı acılamaq özü böyük günahdır. Allahdan qorxusu yoxmu bu qadının? oğluna baxsan necə gözəl ürəkli uşaqdır, heç bənzəməmiş anasına. Nərgiz masanın üstündəki qabları toplayıb mətbəxtdə apardı, əri arvadının üzüldüyünü görüb mehribanlıqla, canım tək deyil qız dayısı var, Ramizdə yaxşı oglandır dediyin kimi. Qoymazlar onu tək, bizimlədə yaxınada tanış olar bizdə dəstək olarıq qıza üzülmə sən. Arvadı dərindən içini çəkərək – ərinə: eh canım mən yaxşı bilirəm nahaqdan deyilən söz insanın ürəyinə ox kimi necə batır, yaralayır. Unudulmur illər keçsədə, ananda məni həmişə nahaqdan acılayaraq günümü qara edərdi, ərı arvadının yanına yaxın oturub qolunu boynuna salıb özünə sıxdı. Keçdi canım o vaxtları xatırlayıb üzülməyək, tamammı? arvadı ərinə baxıb, tamam canım tamam. Əri arvadının saçlarından öpüb – arvadına: hər şey yaxşı olacaq inşallah.
Her kəs oyanıb masa arxasında səhər yeməyini yeyirdilər. Aylının hələ yatdığını düşünüb oyatmaq istəməmişdilər, axaşam olanlardan sonra heç kimin kefi yerində deyildi. Ramizin telofonuna zəng gəldi, telefonunu çıxarıb baxdığında atası tərs – tərs baxdı ki, heç yerə getməyəcəksən qızı bu ilanla tək qoyub anlamında. Ramiz – atasına: Kamildir, alo Kamil eşidirəm. Biraz qulaq asıb evdəyəm gəl, yox gedəcək yerim yoxdur, getsəmdə bibim qızıyla çıxacam şəhərə gəzməyə evdə sıxılmasın çox, anasına baxdı tərs – tərs, axşam etdiklərindən hələ əsəbiydi ona qarşı. Atası oğlunun sözlərindən razı qaldı, Ramiz – Kamilə: tamam gəl gözləyirəm hələlik, telefonu söndürub masanın üstə qoydu. Anası oğlunu əsəblə süzdü,