Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517289
Скачать книгу
Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.

      Sənubər ad günündə varlı – karlı tanışlarıyla söhbət edərək gülürdü. Başqaları ilə özünü mülayim – mehriban göstərməsinə əri qıraqda dayanıb baxırdı əsəblə, tez – tez qolundaki saata baxırdı sıxılırdı evə getmək istəyirdi. Sonunda dözmədi arvadına yaxinlaşıb yavaş səslə, vaxtdı artıq biz gedək yorğunam mən. Arvadı üzünü turşudub – ərinə: nə olub evdə körpə uşağınmı qalıb? hara tələsirsən nə xəbərdi, yavaş səslə – arvadına: yorğunam başa düş bütün günü yolda – izdə olmuşam. Arvadı saymadan – ərinə: gəzməyəydin lazımsız yerlərdə, kim idi səni vadar edən? yalandan gülümsəyərək, yenə tanışlarıyla söhbətinə davam etdi. Əri dərindən nəfəs alaraq ətrafa baxdı, kimsə arxadan səsləndi baxın mən kimi görürəm, Həsən dönüb baxdığında, çoxdan rastlaşmadığı keçmiş tanışını gördü. Vayyy mən kimi görürəm, qucaqlaşıb görüştülər, heç qocalmamısan maşallah Həsən. Tanışıyla zarafatlaşdılar, səndə heç dəyişilməmisən mənim qədər cavan qalmısan, zarafatlaşıb gülüşdülər.

      Ramiz – Aylına: başın sağolsun bir daha, çox dərt çəkdin bu aralar sən, məndə üzüldüm olanlara. Atamla səni bura çoxdan gətirmək istəyirdik, nənənə görə gətirmirdik, bilirdik ki tək qoyub gəlməyə razı olmayacaqsan, gəldiyinə sevindim. Bilməyini istəyirəm dərdinə şərikəm, və bu dəqiqədən yanındayam söz verirəm. Nə istəyin olarsa mütləq mənə deyəcəksən, danışdıqmı? Aylın əli ilə alnını ovaraq – Ramizə: çox sağol hörmətinə görə, deyərəm lazım nə isə olarsa, varlığınız yetir mənə. Mən orda böyüdüm, pis anlama mənə orda rahat idi, dayım dinləmədi məni xətrinə dəyə bilmədim gəldim. Burda sıxılacam mən, heç olmadım buralarda tanış yerlər deyil mənə, orda mən itib – batmazdım ən azından doğma şəhərim idi. Burası tanımadığım şəhərdir, öz şəhərimdə iş tapıb çalışa bilərdim rahatca. Ancaq burda dayım icazə verməyəcək çalışmağıma bilirəm, çox təşəkkür edirəm hörmətinə və anlayışına görə. Bir şey lazım olsa deyərəm sənə, ancaq özünü bir anlıq mənim yerimdə hiss et. Gərçəkdən çətindir, başa düşürsənmi məni? çox çətin olacağınıda hiss edirəm. Qarşıda məni yaxşı heçnə gözləmir, həyatım alt – üst oldu anam gili itirdiyim gündən, məhv oldum mən. Ramiz – Aylına: anama görə çəkinirsənsə narahat olma mən onunla danışacam. Aylın başıyla narazılığını bildirdi, – Ramizə: dedim axı xayiş etdim səndən, nə olar rahat qoy ananı. Bax deyirəm indidən, əgər bu evdə kimsə xalamla mənə görə dava edib onun xətrinə dəyərsə, burda bir dəqiqə belə dayanmaram, mənə görə kimsənin rahatsız olmağını istımirəm. Bu gün bura gəldiyimdə Məlik dayıyla tanışdiq, çox dəstək oldu mənə çatan kimi sağolsun. Yazığında başı az bəlalar çəkmiş, ailəsini vaxtsız itirmiş mənim kimi. Ramizdə çox yanmışdı oğluyla arvadı rəhmətə getdiyində, dərindən nəfəs alıb – Aylına: hə oğlunu itirdi, sonrada həyat yoldaşıni. Aylın – Ramizə: Məlik dayı səni çox istəyir bilirsənmi? Ramiz gülümsədi, bilirəm məndə onu çox istəyirəm. Balaçalığımdan Məlık dayının yanında böyüdüm mən, həyətdə yanında oynaya gəzə. Hər içdiyimdə məni gizlədir, istəmir atam acilasın – danlasın xətrimə dəysin, – Ramizə: bu gün gözlərimin şahidi oldum, səni nə qədər çox istəyir deyə gördüm. Ramiz divana söykənib baxdı, dərindən nəfəs alıb üzülürdü olanlara. Vaxtsız Məliyin oğlunu və arvadını itirməsinə yandığı üzündən bəlli olurdu. Ramiz qollarını bir – birinə dolayıb – Aylına: təssüflər olsun ona doğma oglunu əvəz edə bilmərəm nə etsəmdə, hər gün yanında olsamda. Aylın əlını ovaraq – Ramizə: səninlə razıyam, kimsə – kiminsə doğmasını və sevdiklərini sağ olduqları kimi əvəz edə bilməzlər. Ancaq yenədə ümid edir insan, çarəsiz tək qaldığında kimdənsə anlayış – mərhəmət gözləyir bi ixtiyar. Ramiz zarafatla – Aylına: mənim hər dediklərimlə razı olacaqsan elə deyilmi? Aylın Ramizin nə haqda dediyini anladı. Bax birdənəm canım dayım oğlu, – Aylına: birdənənmi? – Ramizə: Ramiz bəy deyirəm qəbul etmirsən. Ramiz deməyim biraz yad göstərir bizi bir – birimizə, bayaq demədinmi mən səninləyəm? – Aylına: hə dedim, əlbətddə yanındayam şüphən belə olmasın. Aylın – Ramizə: o zaman birdənəm deyilsənmi? səndən başqa dayım oğlu varmı mən bilməyən? Ramiz güldü Aylının sözünə, hələlik yoxdur canım onu dəqiq bilirəm. Çox zarafatçilsan, mən biləni hələki təkəm, çətin atam anamın şiddətindən kiməsə meyil salsın. Ancaq sonrasını deyə bilmərəm, siz qadınlar demiş kişilərə etibar yoxdur, bəlkədə oldu qardaşım ya bacım. Aylın – Ramizə: canımda nədir? – Aylına: bəs mənim bilmədiyim başqa bibim qızı varmı? – Ramizə: yoxdur mən birdənəyəm. Ramiz gülümsəyərək – Aylına: artıq birdənəm sözü mənə ayit olduğuna görə qalır canım sözü, bizdə döğma olduğumuzçün sən mənim canım sayılırsan. Artıq sənə canım deməyimidə qəbul et birdənən tərəfindən. Aylın dərindən nəfəs alıb – Ramizə: mənim sizdən artıq kimim var ki başqa? əlbətddə bundan sonra bir can – sirdaş olacağıq, düz deyirsən dayım oğlu. Aylının kefi qaçdı üzüldü yetim qalmasından sarsıldı, Ramiz Aylının üzüldüyünü görürdü hiss edirdi. Başını qatmaqçün zarafatla – Aylına: səndə deyə bilərsən canım mənə. Aylın baxdı – Ramizə: canınmı? Ramız gülümsəyib, – Aylına: o zaman canım sözünün üstündən xətt çəkdik oluram birdənən, səndə mənim gözəl bibimdən yadigar qalmış canımsan. Aylın kefsiz – üzgün, -Ramizə: kaşki qalmayaydım olardan yadigar mən belə tək, olan mənə olaydı bu günlərə düşməyəydim, gözləri yaşardı. Ramiz yerindən qalxıb gəlib yanında əyəşdi, – Aylına: elə demə canım günahdır Allaha xoş getməz, kimsə alnına yazılan qismətini poza bilmir təssüflər olsun. Aylıni mehrinbanlıqla özünə sixib qucaqlayaraq təsəlli verməyə çalişdı. Bax