Arxadan arvadın səsi eşidildi kobutca yenədə sancdı, – Aylına: nə söhbət edəcəksinizmiş? Ramiz dönüb anasına baxdı. Anası yaxınlaşdı üzündən zəhər yağırdı sanki düşmən vardı evində, – olara: oturub boş – boş söhbət edincə xadimələrə kömək edəcək bacın qızı bu evdə, deyim bilin. Dayısıda acıqlandı arvadına, sən nə pis alçaq adamsan? mən sənə qızı nökərmi gətirmişəm ay vijdansız. Sən get özünkülərə əmir ver anladınmı? evində yetdik qədər xadimələr saxlayırsan, əlin ağdan – qaraya dəyməyib bu günə qədər azıb qudurmusan. Təqsir səndə deyil ee məndədir – məndə, insan sayaraq səhvə yol vermişəm səni qudurtmuşam başıma çıxarmışam. Belə boş qaldıqca, son zamanlar çənəndə boşaldı sahib çıxa bilmirsən qurumuş ağzına. Dayısı çox əsəbləşdi arvadının sözünə, arvad yenə susmadı – ərinə: eşitmədin məni getdin gətirdin bura bunu. Qarışmayacaqsan bu gündən işimə, onu mən tərbiyələndirəcəm nə deyirəm onuda edəcək. Ramiz anasına acıqlandı, sən nə danışırsan axlınımı itirmisən? nə deməkdir sən tərbiyələndirəcəksən. Aylın çox tərbiyəlidir, insan kimi oturub söhbət etsən şüphən olmazdı tərbiyəsindəndə, içini acıdan dərdindəndə. Sən istərsən zəhmət çəkmə, bibim çox gözəl tərbiyələndirmiş böyütmüş qızını. Arvad nifrətlə baxdı – Aylına: bu gün gəlib məni oğlumadamı tərs qoydun? Aylın nə deyəcəyini bilmədi, qalmışdı ortada baxa. Arvadın kobut sözləri elə təsir etmişdi ki yazığa, dayısını dahada üzməməkçün susurdu məcbur bir söz demədən, – dayısına: gecəniz xeyirə, tez yuxarı çıxıb otağına getdi. Dayısı nifrətlə baxaraq – arvadına: imansız – mərıfətsiz insan deyilsən sən, o yetimin ürəyini qırmaqdan həzzmi alırsan? vijdansız qadın. Qalanınıda sən qir məhv et vijdandan bi xəbər, sözlərini titrək səslə dedi, gözləri yaşardı bi ixtiyar. Gözlrinin yaşı üzünə süzüldü – arvadına: nə etdi o yazıq sənə? yerin bu qədər böyük evdə darmı oldu? əgər sənə dar gəlirsə bu ev rədd ol get istədiyin yerdə yaşa, qızı rahat qoy anladınmı? arvadının üstünə bağırdı. Ramiz atasının ürəyının xəstə oldugunu bilirdi, qorxdu əsəbləşsə yıxılacaq deyə, gəl ata gəl gedək biraz dincəl, qolunu boynuna salıb zorla otağına aparırdı. Atası gedə – gedə səsləndi arvadına, rədd ol get duydunmu? rədd ol get hara istəyirsənsə, gözüm görməsin səni mərəfəsiz. Aravadı ardınca gözlərini qıyaraq nifrətlə baxaraq öz – özünə: o dediyin yerə bacın kimi qızıda gedəcək heç şüphən olmasın. Mən sənə göstərəcəm lənətə gəlmiş yetimcə, baxarıq kim rədd olacaq bu evdən həyatdan.
Aylın çarpayıda oturub gözlərinin yaşını silib öz – özünə: yox mən sabah gedəcəm burdan bu belə olamyacaq, qapı döyüldü. Aylın tez göz yaşlarını silib gəl deyə səsləndi, qapını Ramiz açdi, gələ bilərəmmi? buyur əlbətdə özünü toparlamağa çalışdı üzünü – gözünü sildi. Ramiz qapını örtüb gəlib yanında əyləşib üzünə baxdı üzgün baxışlarla. Aylının agladığı hiss olunurdu, Ramiz dərindən nəfəs alıb – Aylına: bax canım sənə nə deyəcəm qulaq as mənə xayiş edirəm. Aylın Ramizin sözünü yarımçıq kəsdi, heçnə demə birdənəm tamammı? çox xayiş edirəm demə. Ramiz başa düşürdü, haqlıydıda kim olsa incıyərdi qəbul etməzdi belə haqsızlığı. Ramiz yavaş səslə – Aylına: tamam deməyəcəm, sadəcə bilməni istəyirəm atamın ürəyi xəstədir. Anam onun ürəyini xəstə etdi belə mərəfətsiz hərəkətləri ilə. Ramiz ayağa qalxıb – Aylına: indi axlında olanı bilirəm, ancaq dedim ki bilərsən dayının ürəyinin ciddi xəstə olduğunu. Gecən xeyirə deyərdim, belə gecənin mən sözünün ardını gətirmədi, əsəblə otaqdan çıxıb getdi. Aylının gözləri yaşardı, dayısının xəstə olmasını duyduğunda çox pis oldu, ümidlərinin qalanıda alt – üst oldu bir anda. Dayısının xəstə olması getməsini əngəlləyirdi, iki əlləri ilə başını tutub öz – özünə: Allahım mən nə günah işlədim bu günlərə düşdüm? nə etdim mən axı bu qədər zülüm çəkirəm. Çarəsiz oturduğu yerdə gözlərindən yaş yanaqlarına süzüldü, sən mənə yol göstər məni çarəsiz buraxma anacan nə olar. Baxın mən artıq sizsiz nə günlərə qaldım, sakit – sakit ağladı içinə səsini salaraq.
Səhər açılmışdı, Aylın tezdən yerindın qalxıb həyətə çixdı, elə sakitçilik idi. Dərindən nəfəs alıb, çox zor üzünə açılan səhərin təmiz havasından ciyərlərinə aldı. Sanki axşamdan bu yana aldığı nəfəsidə zəhər olmuşdu canına, həyətin qapısına tərəf gedirdi arxadan səs eşitdi, xeyir ola? dayandı, qızım xeyir ola belə tezdən? Aylın bir anlıq dönmədən səsin kimı ayid olduğunu anlamağa çalışdı. Səsin Məlik kişiyə ayid olduğunu anladığında, dönüb baxdı üzgün baxışlarla. Sabahın xeyir Məlik dayı, balacalığımdan vərdişimdir səhər tezdən qalxıb təmiz hava alaraq dolaşmaq. Məlik yaxınlaşıb – Aylına: sabahın xeyir qızım, məndən nə qədər gizlətməyə çalışsada, üzündən bəllidir qızım kefsizliyin – üzgünlüyün, axşam olanları eşitdim. Xanımın acı sözlərini duydum sənə dediyində, bu qədər günüh işlədir sabahını düşünmədən. Aylın – kişiyə: siz nədən tez qalxmısız Məlik dayı? kişi anladı Aylın özünün üzülməməsiçün söhbəti başqa tərəfə dəyişdi. Dərindən nəfəs alıb ah çəkdi, – Aylına: özüm tək yanaram deyirsən qızım, eləmi? anladım yaşının az olmasına baxmayaraq, dərdini bölüşmədən tək çəkənlərdənsən. Aylın dərindən nəfəs alıb baxışlarını kişidən qaçıraraq, sualını cavablandırmadan susaraq ətrafa nəzər salıb baxdı üzgün – peşman. Məlik – Aylına: sən indi qaçırsan hər kəsdən, başqalarına yük olmamaqçün tək götürmək istəyirsən bütün yükü çiyinlərinə. Başqalarını üzməməkçün, bütün gücunlə dişinə sıxıb dözməyə çalışırsan haqsızlıqlara. Hər kəsdən qıraqda qalaraq, zalım dünyada sakit yaşamaqçün