Aylin anladı ki gələn Ramiz idi, Məlik tez qolunu öz çiyninə salıb mehribanlıqla – Ramizə: gedək oğlum gəl. Yardım edərək evə tərəf aparırdı, Ramiz kişinin üzündən öpərək, Məlik dayı mən səni çox istiyirəm. Kişidə Ramizin saçini siğallayıb çiyninə əlini vuraraq, – Ramizə: məndə səni çox istəyirəm oglum. Ramiz dayanıb baxdı üzünə, – kişiyə: Məlik dayı sən ağlamısanmmı? kişi gizlətdi Ramizdən, yox oğlum ağlamadım. Gəl gedək dinlən, anası oğlunun içkili gəldyini görüb qabağına yüyürdü, ah oğlum ah, yenə nə gündəsən sən. Kimdi mənə qulaq asan sözümü dinləyən bu evdə? dedim bu gün atan gəlir içmə, oduee başıma bəla gətirib gəlib, bəladır – bəla, Aylını göstərdi əli ilə. Ramiz dodaqlarına barmağnı tutaraq anasına suss deyə işarə etdi. Anası – Məliyə: atası gəlir birazdan nə baxırsan üzümə? kişiyə acıqlandı haqsız yerdə. Ramiz acıqlandı – anasına: bağırma Məlik dayıma, səsini qaldırma onun üstünə anladınmı? anası oğluna məhəl qoymadan, obir qolunu çiyninə salıb eve tərəf apardılar. Aylın aravadın bu hala düşməsinə sevindi baxıb, dayısının qorxusu vardı azda olsa canında. Dərindən nəfəs alıb ətrafa baxdı və bunuda yaxşı anladı ki, arvad aktiyorluq rolunu gözəl oyna bacarırdı.
Ramizi anasıyla Məlik gətirib yatağına uzatdılar, – Məlyə: birazdan gedəcəyik evdən, duydunmu məni? biz dəvətliyik ad gününə, bax gözün oğlumun üstən əksik olmasın anladınmı? soyundur paltarını rahat yatsın. Kişi – arvada: narahat olmayın xanım mən həll edərəm siz gedin, – kişiyə: bura bax o beykərə xeyirsizlə dır – dır edib dalımca vaxdını itirmə, anladınmı? gözüm üstünüzdədir ikinizində unutmayın. Elə bilmə görmürəm – duymuram sizi, kişini təhtid edərək kobutladı. Sən oğlumun yanında qal burda otağında, mən təzə gəlmiş baş bəlasına deyim dayısının yanında agzından qaçırmasın gördüyünü. İşim dərdim yoxdu gəl haranın yetimcəsinə anlat evinin qanun – qaydarını – sirrini, əsəblə otaqdan çıxıb getidi. Məlik Ramizin corablarını çıxardı, başını narazılıqla sirkələyərək arvadın nə qədər kobut və özündən razı olmasına özü öyrəşsədə, Aylına yetimçə deməyindən çox üzüldü.
Arvad aşağı endiyində, Aylının dayısıyla söhbət edə – edə içəri gəldiyini görüb öz – özünə: eyvahh bu heyvan gördüklərini dedisə dayısına yandıq. Aylın arvadın həyaçanla özünə baxdığını görüb anladı fikrini, yalandan gülümsəyərək – dayısına: dayı siz gedin, narahat olma mənə görə hər şey yaxşıdır. Məlik dayıyla biz yaxından tanışdıq, və əl zəhməti az olmayan gözəl həyətinizlədə tanış etdi məni. Gərçəkdən çox gözəl saxlamış, cənnətə bənzətmiş ətrafı. Dayısı – Aylına: hə qızım Məlik buraları beş barmağı kimi tanıyır, və ürəkdən qulluq edir həyətdə güllərə – ağaclara. Həmdə çox yaxşı insandır, mən ondan bir ömür boyu razıyam bəzilərində fərqli olaraq, arvadını işarə etdi. Şad oldum bir – birinizlə dil tapdığınıza görə. Aylın dərindən nəfəs allaraq – dayısına: yaxşı insanlardan gözəl sözlər duymaq insana güc verir hər zaman, arvada qandırdı işarə etdi bu sözüylə. Arvad gəldi qarşılarına, – ərinə: get əynini dəyiş gec oluruq gedək vaxdında. Dayısı – Aylına: Ramiz gəlməyibmi hələ? arvad tez yalan danışdı özünü soxaraq ortaya, – ərinə: zəng etmişdi birazdan gələçək yoldaymış. Ərinin əlindən portvelini götürüb – sən get hazırlan gec olmayaq bir dəfədə olsun getdiyimiz yerə. Dayısı dərindən nəfəs alıb – arvadına: bu gedəcək yerlərimiz bir bitsəydi, məndə xarabamda rahat oturub qızla söhbət edərdim, əsəblə getdi.
Məlik gəldi, arvad pıçıltıli səslə əsəbləşdi – Məliyə: demədimmi sənə yanında qal? Məlik yavaş səslə – arvada: xanım Ramiz sərin su istəyir, aparım yanındayam narahat olmayın. Arvad əlini yelləyib get apar tez deyə işarə etdi. Məlik – Aylına: sənədə çay süzümü qızım? arvad kişiyə acıqlandı dişlərini bir – birinə sıxaraq, nə münasibətlə? mən sənə deyirəm işə öyrət bunu, sən başıma çıxarmağa çalışırsan? get rədd ol su apar oğluma gözüm görməsin səni. Kişi başını aşağı salaraq küskün üzlə getdi mətbəxtdə. Aylın dayısının xətrinə dilini – dişinə sıxıb zorla dayanırdı arvadın həyasızlığına. Bu vaxdı yuxardan dayısı gəldi köynəyinin qol düymələrini bağlaya – bağlaya, – Aylına: de qızım mənə sıxılmırsan ki burda? Aylın arvada o qədər əsəbi idi ki, özünü zor tuturdu. Yox dayı sağolsun xalam darıxmağa qoymur kimsəni çox hörmətcildir, böyüklə – böyük kimi, kiçiklə – kiçik kimi rəftar edir. Məlikdə əlində su bakali ilə gəldi, Həsəni gorüb pərt oldu. Əlində su ilə yuxarı çıxsaydı o dəqiqə biləcəkdi Ramizin içib gəldiyini. Aylın kişinin əlindən suyu götürüb təşəkkür etdi, sizə zəhmət verdim Məlik dayı ayıb oldu mənə, sudan istəməsədə bir qurtum içdi. Dayısı baxıb – olara: nə gözəl, şad oldum qızım artıq bir – birinizə alışmışsınız, həmişə belə mehriban olun.