Tera. Zeruya Shalev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Zeruya Shalev
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
çəkilərək mətbəx stoluna dəyənədək ondan uzaqlaşıram, hələ də isti olan qəhvələrə dəyərək onları aşırdıram, köpüklü qəhvə masanın üstünə aşaraq üstümə dağılır. Dəymə, mən sonra təmizləyərəm, deyir, sanki bütün öhdəlikləri ilə bu ev hələ də onundur. İslanmış şalvarımı dartışdırıram, gözəl ətirli, isti maye yandıraraq ayaqlarıma yayılır, amma sanki qəzəb içimdə daha tez yayılır. Niyə qəhvə gətirdin? – deyə deyinirəm, daha doğrusu, niyə gəldin axı, bax sənə görə oldu. Yekə və kobud bədəninə baxmaqda çətinlik çəkirəm, onun varlığı mənə əziyyət verir, təzəcə duş qəbul etmişdim, indi yenə duşa girməli olacam, çoxdan hazır olduğum halda yenidən paltar dəyişməliyəm, Talya burada olsaydı bu uyğunsuzluğun necə əziyyət verdiyini, mövzu, sadəcə, şalvar dəyişdirmək olsa və başqa heç nə olmasa belə, azadlığın necə sərhədləndiyini, nəhayət, başa düşərdi.

      Paltarımı dəyişmək məcburiyyətindəyəm, deyərək, yataq otağına addımlayıram, amma o da arxamca gəlir və qarderobun önündə dayanır, nəfəsi yaxınlaşır, “icazə ver sənə kömək edim”, deyərək aşağı əyilir və dar şalvarımı çıxartmaqla məşğuldu, dili ilə qəhvə damlalarını yalamağa çalışır, isti nəfəsini bədənimdə hiss edirəm və ondan uzaqlaşmağa çalışıram. Burax məni, Amnon, sən nə edirsə? Səni təmizləyirəm deyir, – pıçıltıyla deyir, – təmiz olmaq istəyirdin, elə deyil? Bəsdir, Amnon, ikimiz üçün də hər şeyi çətinləşdirirsən, burax məni, aramızdakı hər şey bitti, öldü, həmişəlik öldü.

      Dodaqları ilə ayaqlarıma toxunaraq yuxarı doğru qalxır, sənin üçün ölə bilər, amma məndə heç nə ölməyib, zəli kimi yapışıb ayaqlarıma, nəyə görə sənin istəyin mənimkindən daha üstün olmalıdır? Sən kimsən axı? Bu mövzuları müzakirə edib bir-birimizi başa düşdüyümüzü fikirləşirdim, məni məcburi yanında saxlaya bilməyəcəyini anladığını düşünürdüm. Sakit ol, deyə pıçıldayır, mən nə etməli olduğumu səndən soruşmuram, eynən sənin mənə nə edəcəyini soruşmadığın kimi.

      Məni rahat burax, Amnon, – onu itələyərək uzaqlaşdırmağa çalışıram, – burax, paltarımı geyinməliyəm, vaxtım yoxdur, əllərimi uzadıb dolabdan şalvar götürməyə nail oluram, amma ayaqlarım yenə də onun qolları arasındadır, onun əlindən çıxmağa çalışıram. – Bəsdir, Amnon, səni istəmirəm, bunu başa düşmürsən, artıq səni istəmirəm.

      Amma sən mənim arvadımsan, biz evliyik, – deyə mızıldanır, gözləmədiyim halda əllərini boşaldır və mən cəld əllərindən çıxıb üzərindən adlayıram.

      Təəccüblüdür, o heç bir reaksiya vermədi, hələ də dizləri üstə başını aşağı əyərək dayanıb, pambıq boz köynəyindən görünən tər damcıları köynəyi bədəninə yapışdırıb, hipnoz olunmuş kimi onlara baxıram.

      – Sənin köynəyini yuyan, onları günəşin altında asqıya sərən, dolaba qoyan şəxs mən olmayacam, onun yeri bu dolab olmayacaq, o köynəyin taleyinin məsuliyyətindən xilas olmaq içimi qəflətən əvəzsiz bir sevinclə doldurur, sanki bütün illər boyu xoşbəxtliyimi əlimdən alan, sadəcə, bu köynək idi.

      – Amnon, qulaq as, sənlə qalmağım üçün məni məcbur edə bilməzsən, mən daha belə yaşamaq istəmirəm, dəfələrlə səninlə danışmağa cəhd etdim, amma sən məni heç dinləmədin və indi çox gec olduğu halda məni dinləməyi qərara almısan.

      O, cavab verməyincə arxamı ona çevirib Gilinin otağına keçirəm və taqətdən düşmüş halda onun yatağına otururam. Müqəvvalara baxıram, duşa girib qapını bağlamaq əvəzinə Gili kimi onları ailələrə ayırıram, erkək şir, dişi şir, bala şir, erkək pələng, dişi pələng, bala pələng, birdən onun sevdiyi ayısının olmadığını görürəm, yəqin dağınıq yatağın içindədir deyə düşünürəm, yatağa baxıram, yatağın altına baxıram. Nə axtarırsan? – deyə soruşur.

      – Şotlandiyalı Teddini, – cavab verirəm, – o maşındadır, Gili mənimlə olanda oynamağa nəsə olsun deyə onu götürdüm, ayağa qalxıram, amma Gili onsuz yata bilmir, nəyə görə ayı səndə qalmalıdır, ailəni bu qədər asan parçalaya bilməzsən. Ah, yox, deyə istehzalı ifadəylə baxır və deyinir: sən bir ayının ailəsinə qıymırsan, amma bizə qıyırsan, elədir? Yəqin ki, fikirlərin qarışıb, əslində əksinə olmalıdır. Bəlkə də sənin qəlbin oyuncaqdır, burada olan heyvanlar kimi, gəl deyərək mənə tərəf yaxınlaşır, əllərini uzadıb koftamı cırır, gəl birinci və axırıncı dəfə baxaq görək orada nə var, oyuncaq bir qəlb, xarab olmuş oyuncaq qəlb, – deyib məni dağınıq yatağa itələyir, – sənin qəlbini təmir edəcəm, yeni bir qəlb taxacam sənə, məni sevəcəksən, əvvəlki kimi sevəcəksən.

      Mən uşaq olarkən mənim ərim yox idi. Balaca dar yataqda tək yatıb tək oyanardım, mən məktəbə gedəndə və məktəbdən evə dönəndə də ərim yox idi, mən tünd rəngli iş masamın arxasına oturub ev tapşırıqlarını yerinə yetirəndə, pəncərəmin yanındakı yatağa uzanıb ayı seyr edərkən də ərim yox idi.

      Başı çiynimdə əlləri isə ürəyimin üstündədir, mənə izn ver deyə inləyir, izin ver qəlbini təmir edim.

      Tünd pərdə günəş şüalarını qaranlıq işığa çevirir, bu, az sonra baş verəcəklərin ilk işarəsi idi. Baxışlarım divarda gəzir, bir cüt kədərli gözlər Gilinin son ad günündə çəkilmiş şəkildən baxır, bizim etdiklərimizə şahidlik edir və mənə elə gəlir ki, bu şəkil bir neçə həftə öncə çəkilməyib, sanki gələcəkdə çəkilmiş bir şəkildi. Amnonun kobud əlləri üzümdə gəzişir, yanaqlarımı sıxır, boynuma sığal çəkir, sanki onun əlləri bir tikanı çıxardırmış kimi verdiyim ayrılma qərarını bədənimdən dartıb çıxartmağa çalışır. Daha onun əlindən çıxmağa cəhd etmirəm, çünki bədənim onun ağırlığından əzilir və bunun səbəbi, sadəcə, onun bədəninin ağırlığı deyil, birlikdə yaşadıqlarımızın, ailə olaraq keçirdiyimiz günlərin, onu ilk dəfə Tel İsraildə gördüyüm andan Qüdsdəki bu ana qədər keçən hər günün, hər bir ilin ağırlığı, sevginin ağırlığı, düşmənçiliyin və mərhəmətin, doğulmuş uşağımızın ağırlığı və heç bir zaman doğulmayacaq uşağımızın ağırlığıydı.

      Mən onun altında arxası üstə uzanmışam, özünü mənə zorla qəbul etdirən, arzuolunmayan bir varlıq bədənimi dəlməyə çalışır, bəlkə də hansısa bir söz, bir baxış ya da hansısa bir hərəkət onu məndən uzaqlaşdıra bilər, amma yox, bəlkə də belə daha yaxşıdır, çünki bu gün baş verənlərin xatirəsi mənim yeni həyatım üçün dərs ola bilər. Məni nə qədər məyus edərsə bir o qədər peşmançılıq çəkmərəm, bu vaxta qədər məni zorlamasa da bu an olanlar başqa günlərdən heç də fərqli deyil. Ona səsim belə eşitdirməyəcəm.

      Hiss edirəm ki, sanki bədənimə daşlar batır, eynən o vaxtlarda, ilk gecələrimizdə olduğu kimi, o qazıntı sahəsində altımızda heç vaxt örtük olmazdı, gündüzləri daşların altında axtarış edərdik, gecələri isə bədənlərimizdə, onun parlaq gözləri üzərimdə işıldayar, uzun və isti gün ərzində topladıqları bütün işığı məndə əks etdirərdi, əsrlərdən qalan tozun ətri yayılardı bədənindən və mən bizi bir-birimizdən ən azı, bir nəsil ayıran, orada məndən əvvəl yaşamış olan Sayda kraliçasını düşünərdim, sürməli gözləri və yığılmış