Onun atası uzunsürən mədəaltı vəzin xərçəngi xəstəliyindən vəfat etmişdir. Vaxtılə Cek böyük borc ucbatından Tennesi ştatının universitetindəki təhsilini ya-rımçıq qoymuş və hərbi xidmətə getmişdir.
Əlbəttə ki, o vaxt Cek, ona irsən qalan əmlakı satıb, təhsilini davam etdirə bilərdi, amma o, bunu etməmişdir. Bu torpaq onun ata-babasına məxsus olduğu üçün çox qiymətli və dəyərli idi. Cekin anası isə, o hələ uşaq ikən, atasından da əvvəl vəfat etmişdi. Ovaxtkı illər onun yaddaşında qırıq-qırıq xatirələr şəklində qalmışdır və divardan asılan rəsmlər bu xatirələri unutmağa qoymurdu.
Əlbəttə ki, Cek bütün bu xatirələrdən ayrılmaq istəməzdi.
Lakin hal-hazırki ekspedisiya üçün bütün əmlakını ev ilə birlikdə hansısa banka girov qoymuşdur. Məhz bunun sayəsində də, “Nautilus” sualtı gəmisini icarəyə götürə bilmişdi.
38
Cek ürəyini dərinliyində ümid bəsləyirdi ki, “Kayu-Ma-ru”da tapılan xəzinə, ona nəinki borcları qaytarmağa, hətta ömrünün qalan hissəsini də xəzinə axtarışına sərf etməyə imkan verəcək. Ancaq bu o vaxt mümkün ola bilərdi ki, gəmidəki yükün həqiqətən də xəzinə olması aşkara çıxarılaydı.
Cek ürəyinin səsinə qulaq asıb, hər iki pedalı birdən basdı. Sualtı qayıq yavaş-yavaş “Kayu-Maru”un qırılan hissəsinə yaxınlaşmağa başladı. Hərarət yenidən qalxmağa başladı. 400, 450, 500.... Cek artıq hərarət ölçənə belə baxmırdı.
– Cek, cihazlar.....
– Bilirəm. Narahat olma, sadəcə bir balaca da yaxınlaşmaq istədim.
– Onda heç olmasa biosensora qoşul ki,gəmidəki göstəriciləri mən də izləyə bilim.
Cek alnındakı təri silib, dərindən nəfəs aldı, həyəcan dolu situasiyanın içində belə, zarafatından qalmayıb? Lizaya cavab verdi:
– Necə deyirsən, anacan. – Sensoru birləşdirib, yenidən soruşdu.
– Hə, indi necə, razı qaldın?
– Hədsiz. Əsas odur ki, intihardan uzaq olasan.
Lizanın bu zarafatyana sözlərində Cek bir narahatlıq hiss etdi.
– Ümid edirəm ki, mən qayıdana qədər soyuducudakı pi-vələri içib qurtarmazsınız?
– Çalışarıq.
Cek idarəetdiyi gəmini “Kayu-Maru”nun arxa tərəfinə
istiqamətləndirdi və onu batmış gəminin arxa tərəfində yerləşən anbarın qarşısında saxladı. “Nautilus” “Kayu-maru”un yanında balaca böcəyə oxşayırdı. Hətta burada həyat özünə
yer tapmışdır. Batmış gəminin paslanmış gövdəsi sualtı qa-39
yaları xatırladırdı. Bura bir çox molyuskalar və mərcanların sığınacaq yerinə çevrilmişdir.
Cek gəmini döndərdi və gözucu hərarət ölçən cihaza baxdı. Şükürlər olsun ki, hərarət yavaş-yavaş nor-mallaşırdı.
”Kayu-Maru”nun digər tərəfində isə, sanki cəhənnəm odunu xatırladan qırmızı işıq görünürdü.
Sualtı kostyum formasında olan Cek tamamilə tərlə-mişdir, amma bu onu narahat etmirdi. “Nai-tulus”u dön-dərərək, o projektorların işığını düz batmış gəminin anbarına tərəf çevirdi.
Elə bu vaxt ağzında düz Cekə baxan iki böyük göz peyda oldu.
– Lənət şeytana, bu nədir?
Elə bu vaxt, o qeyri-adi məxluq gəmiyə hücum etdi.
Uzun, elastik, gümüşü bədəni olan bu dəniz ilanı, ağzını iri açıb burularaq, düz gəminin şəffaf günbəzinə doğru şığıdı.
Cek qorxu içində nəfəsini dərdi və qorunmaq üçün idarəedici lingdən yapışdı. Ancaq bu dəfə həyəcan ona mane oldu. Son anda azı 70 fut çəkisi olan bu uzun dəniz ilanı elə sürətlə gəminin yanından ötdü ki, hətta gəmi öz oxu ətrafında fırlanmağa başladı.
Cek qaranlıqda üzüb keçən bu qeyri-adi dəniz məx-luqunu baxışları ilə yola saldı. O, həqiqətən möhkəm qorx-muşdur.
– Lənət şeytana! – deyə cek fırlanan gəmini dayan-dırmağa cəhd etdi – indi hansı axmaq deyə bilər ki, nəhəng sualtı divlər mövcud deyil.
Bu an qulaqcıqda Lizanın səsi eşidildi:
– Nə div?
– Heç, burada bir uzun oğlanla tanış oldum. Balıq-kəmər.
40
– Aman Tanrım, Cek, sənin nəbzin iki dəfə artıb.
Söhbətə üçüncü həmsöhbət olan, doktor Robert Bonoçek dəniz biologiyası üzrə mütəxəssis qoşuldu.
– Balıq-kəmər? – deyə doktor yenidən soruşdu. – Sən əminsən?
Bəli, həm də çox böyük nüsxəsi idi, hardasa 20 metr olardı.
– Şəklini çəkə bildin?
Cek qızardı, həmin an keçirdiyi qorxu hissi yadına düşdü. O, fikirləşdi ki, ABŞ-ın keçmiş zabiti olaraq qeyri-adi sualtı nəhəngin peyda olmasına bu cür reaksiya verməməliydi.
Cek yenidən tərləmiş alnını sildi.
– Yox, çatmadım.
– Biabırçılıq, – deyə bioloq dilləndi. – Bu balıq növü haqda necə də az məlumat var! Heç kəsin ağlına gəlməzdi ki, onlar bu cür dərinlikdə yaşaya bilərlər.
O, “Kayu-Maru”nun qalıqları içərisində yuva qurduğu-na görə, 100 faiz buranın sakinidir.
Cek qarşısındakı zülməti ksenon projektorlarla işıqlandıraraq, gəmini irəliyə doğru istiqamətləndirdi və yavaş-yavaş
“Naitulusu” kəmər formal balığın məskunlaşdığı açıq anbara saldı.
– Cek.... – deyə qulaqcıqda geoloq Çarlinin səsi eşidildi və elə həmin an da səs kəsildi.
“Kayu-Maru”un qalın arakəsmə divarı əlaqəyə mane olurdu. Hətta güclü dərinlik radioötürücüləri belə, üçdüymlü dəmir baryerin öhdəsindən gələ bilmirdi. Cek mikrofona toxunaraq dedi:
– Bir də təkrar et.
Cavab gəlmədi, yalnız radiodakı xışıltı səsləri eşidilirdi.
41
Anbarın dərinliyində nə isə zəif parıltı var idi cə Cek ayağını pedalda çəkərək, gəminin burnunu bir qədər aşağı endirdi. İndi ksenon projektorlar anbarın döşəməsini işıqlandırırdı.
Cek gördüyünə inanmadı. Görünür balıq-kəmər təlaş
içində öz sığınacağını tərk edən vaxt, quyruğu ilə yerdəki yeşiklərə toxunaraq, onları aşırmış və içindəkiləri tökmüşdü.
Və indi projektorların işığı altında qızıllar Günəşdən də gur parıldayırdı.
Öz uğuruna inanmayan Cek, “Naitulusu”n manipulyatorlarını hərəkətə gətirən idarə mexanizminin arxasına keçdi və gəmini bir az da irəliyə