Dərinlik. Джеймс Роллинс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джеймс Роллинс
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
vəziyyətin hökm sürməsini heç gözləmirdi.

      Miyuki isə onların necə təhlükəli situasiyaya düşmələri barədə elə hey deyinirdi.

      – Kim bilir, bizi orada kim gözləyir? Bəlkə insan alveri ilə

      məşğul olanlardı? Bəlkə narkotik daşıyıcılarıdı?

      – O sadəcə yerli balıqçıdır. Samo ona zamindir.

      – Sən hansısa başdanxarab süpürgəçinin sözünə ina-Nırsan?

      Karen üzünü turşutdu. Miyukunin bu mızıl-danmaları hətta koala ayısını belə özündən çıxara bilərdi.

      – Samo başdan xarab deyil, tamamilə normaldır. Əgər o, balıqçının bizi ora aparıb, Əjdahaları göstərəcəyini de-disə, deməli, belə də olacaq. Bir də ki, məndə bax bu var, – deyə

      Karen gödəkçəsini qaldırıb rəfiqəsinə tapançanı nü-mayiş

      etdirdi. 38 kalibrdi, avtomatikdir və tamamilə do-ludur.

      Miyukini gözləri təəccübdən bərəldi.

      – Yaponiyaya tapança aparmaq? Bu ki, qeyri-qanunidir!

      Sən onu hardan....

      51

      – İndiki zamanda gənc qız özünü qorumağı bacarmalıdır,

      – deyə Karen onun sözünü kəsdi və tindən başını çıxarıb kü-çəyə boylandı.

      – Yol boşdur! – deyə xəbər verdi.

      Miyuki bir əli ilə rəfiqəsinin çiynindən tutub onun arxasıyca irəlilədi.

      – Gedək!

      Karen irəlidə gedərkən,eyni zamanda həm qorxu həm də

      həyəcan keçirirdi. O başını qaldırıb göyə baxdı:havanın işıqlanmasına bir saat qalırdı,demək ki,vaxt az idi.

      Komendant saatı. Amma yox, o bu təyinolunmuş görüşü buraxmaq istəmirdi. Bu cür imkan insana həyatında bir dəfə

      verilir. Üç il əvvəl o Britaniya Kolumbiyasından Yaponiyaya, Rükü universitetindəki qədim Polineziya sakinlərinin miqrasiyası yollarına dair doktorluq disertasiyasını bitirmək üçün gəlmişdir. Bu iş üçün ma-teriallar toplayarkən, 1991-ci ildə universitetin professoru Masaaki Kimuranın Okinava adası sahilində tapdığı iki sualtı piramidanın – Okinava əjdahaları haqda hekayəsini eşitmişdi. Professor tapdığı bu qurğuları Mərkəzi Amerikadakı Mayya piramidaları ilə

      müqayisə edirdi.

      Karen şəkilləri görməyənədək bütün bunları fantaziya adlandırıb şübhə ilə yanaşırdı: dəniz dibindən 20 metr hündürlüyə qalxan ,yuxarısında meydança olan ikipilləli piramidalar. Onları görcək, Karen coşmuşdu. Mayya və

      Polineziya sivilizasiyaları arasında əlaqə varmı? Son on ildə

      alimlər adaların sahillərindən Tayvana qədər sualtı tikililər tapmağa davam edirdilər. Artıq həqiqəti fantaziyadan, təbiət məhsulunu insan əlinin məhsulundan ayırmaq da çətinləşib.

      İndi Rükü adaları zəncirinin balıqçıları arasında belə bir şayiə yayılıb: Okinava Əjdahaları okeandan baş qaldırıblar!

      52

      Bu həqiqət idi yoxsa yox, amma Karen o piramidaları şəxsən gözdən keçirmək şansını əldən verə bilməzdi. Dərman prepapatlarının və digər lazımi əşyaların daşınması üçün təyin olunan yerli balıqçı Karenə öz xidmətlərini təklif etmişdi. Amma o Karenlə və ya onsuz səhər açılan kimi yola düşməliydi. Məhz buna görə Karen velosipedə atlayıb gizlincə Nahu universitetindən çıxıb, sonra da polislər və hərbçi patrullarla siçan-pişik oynayırdı.

      Karen küçə ilə şux addımlarla yeriyir və özü öz yrişindən həzz alırdı. Dənizdən əsn külək onun xurmayı saçlarını qarışdırdı və o üzünə düşən kəkilini yana çəkdi. Əgər polislər onu və Miyukini tutsalar hər ikisinə universitetdən qovulma qorxusu ola bilər. Amma yox, miyukini yəqin saxlayacaqlar.

      Onun rəfiqəsi universitetin daha çox nəşr olunan və tələb olunan əməkdaşlarındandır. O öz “arsenal”ında kifayət qədər elmi dərəcələri və mükafatları olan birisi idi. Onun işləri haqda heyranlıq sədaları dünyanın bütün yerlərindən gəlirdi.

      O bilgisayartexnologiyaları sahəsindəki tədqiqatlara görə

      Nobel mükafatına namizədliyi layiq görülən yegənə ilk qadın olmuşdur. Məhz bu səbəblərə görə,karen Miyukunin onunla bu riskli səyahətə getməsinə mane olmamışdı. Əgər onları tutsaydılar, ən azından Miyukini populyarlığı onların cəzasını yüngülləşdirəcəkdi. Hər halda Karen buna ümud edirdi.

      Karen saatına baxdı. Çox ləngimişdilər. Xoşbəxtlikdən zəlzələ zamanı baş verən dağıntılar şəhərin bu hissəsində

      özünü o qədər də göstərməmişdi və yol boş idi.

      – Deyəsən, vaxtında çata bilməyəcəyik, – deyə Miyuki çiynindəki çantanı və fotoaparatı düzəldərək dedi.

      Karen təkistifadəlik “kodak” götürsə də,r əfiqəsi rəqəmli fotoaparat, “Polaroid”, videokamera və hətta cib bilgisayarını da götürməyi təkid etmişdi.

      53

      Karen Miyukidən çantanı götürüb öz çiyninə asdı.

      – Çatırıq, – addımlarını sürətləndirərək inamla cavab verdi. Tezliklə küçənin sonuna çatdılar. Körfəzə çatmaq üçün bir neçə yüz yard keçmək lazım idi. Karen tindən boylandı və

      küçənin boş olduğuna əmin olub, yoluna davam etdi. Miyuki də onun arxasınca gedirdi. Getdikcə dənizin ətri daha çox gəlməyə başlayırdı: havadan duz və yosun iyi gəlirdi. Bir qədər sonra onlar körfəzin sahilində yanan işıqları görüb, qaçmağa başladılar.

      Küçənin sonuna çatar-çatmaz, əmrverici səs eşidildi:

      –Dayan!

      Fənərin işıqları Karenin üzünü işıqlandırdı və o gözlərini qamaşdırdı. Qaranlıq içərisində,2 binanın arasında bir kişi göründü.Fənərin şüaları bir az aşağı enəndən sonra, Karen kişinin əynində amerikalı dənizçinin geyimini gördü. O fənəri Miyukinin üzünə istiqamətləndirdi, sonra isə fənər guşəni işıqlandırdı. Daha sonra, qaranlıqdan yenə 2 dənizçi çıxdı.Çox güman ki, onlar mobil hərbi patrullardan idilər.

      Birinci dənizçi yaxınlaşaraq soruşdu:

      –Siz ingiliscə danışırsınız?

      – Bəli, – deyə Karen cavab verdi.

      Dənizçi fənərin şüasını yerə yönəldərək yenidən soruşdu:

      – Amerikalısız?

      Karen hirsli halda üzünü turşutdu. Yaponiyada yaşayanda bu suala cavab verməkdən təngə gəlmişdi.

      –Kanadalı, – dedi.

      – Mən də kanadalıyam, – deyə başını yelləyərək,digər dənizçi dostlarına patrul etmələrinə davam etmək üçün işarə

      etdi. – Mən bazara qayıdıram, – bunlarla isə özüm məşğul olacam.

      54

      Digər iki