Dərinlik. Джеймс Роллинс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джеймс Роллинс
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
nədir? – heyrətlə dedi. Bu an təyyarə yana tərəf əyildi.

      Cefrinin başı möhkəm zərbə ilə arakəsməyə dəydi və o yerə yıxıldı. Pilot kabinəsinin qapısı arxasından ağılasığmaz iniltilər eşidilirdi: kimsə əmr edir, kim isə qorxusundan çığırırdı. Cefri özünü durmağa məcbur etdi və ilüminatora tərəf yaxınlaşdı.

      Aman Tanrım!

      ***

      Sakit Okean qurşağı vaxtı ilə 23:18 (yerli vaxtla 18:15)

      Komanda məntəqəsi BBC, hərbi-hava bazası Endryus,

      Merilend ştatı.

      Dispetçer növbəsinin serjantı Miç Klemens qırmızı telefonun dəstəyini götürüb, mühafizə xəttinin rəisi ilə əlaqə

      istədi. Bu baza hər zaman yüksək hazırlıq vəziyyətində

      olduğuna görə, onu o dəqiqə calaşdırdılar.

      – Bəli? – deyə dəstəyin o tərəfində səs eşidildi.

      – Ser, bizim problemimiz var.

      – Nə problem?

      Miç Klemensi qorxudan tər basmışdı. O, ekrana baxıb şərti olaraq “VC-25A” adlandırılan nöqtənin harada yer-ləşdiyinə baxırdı. Adətən bu nöqtə həmişə gur sarı işıqla yanırdı. Amma indi bu işıq qırmızı idi.

      Növbəti dəfə dispetçer şöbəsinin serjantı danışanda artıq səsi əsirdi.

      – Ser, biz bir nömrəli bortu itirdik.

      30

      1

      Natilius

      24 iyul 1535 dəqiqə. Ueyk adalarına 75 mil cənub qərbə doğru, Okeaniya

      Cek Kirkland günəş tutulmasını izləməyi qaçırmışdır.

      İndi onun üzdüyü yerdə günəş yox idi, yalnız zülmət var idi. Yeganə işıq mənbəyi kimi, tək yerli sualtı aparatın bu-run hissəsində iki güclü ksenon lampa quraşdırılmışdır. Onun yeni oyuncağı olan “Natilius 2000” dərinliyə enmə üzrə birinci sınağını keçirdi. Səkkiz futluq titan körpüsü olan bu kiçik sualtı qayıq nəhəng torpedanı xatırladırdı. Gəminin aşağı hissəsində gücləndirilmiş batareya və elektrik sürətləndirici bloku yerləşirdi.

      Gəminin burun hissəsində yerləşən projektorları okean zülmətini yüz fut uzunluğunda işıqlandıra bilirdi. Cek düyməyə basaraq işığı bir tərəfdən, o biri tərəfə yönəldirdi. O, gözlərini qıyaraq, dərinliyi ölçən cihaza baxdı. Cihaz 1500 futluq dərinliyi göstərirdi. Çox güman ki, dənizin dibinə az qalmışdır. Bunu hətta, xüsusui dərinliyi göstərən düymənin artan civiltisi də təsdiq edirdi.

      Cekin çiyinləri və başı şəffaf kalpakın içində olduğu üçün, ətrafda baş verənləri yaxşı görə bilirdi. Bir çoxları üçün bu gəminin kabinası geniş olsa da, 6 futdan artıq boyu olan Cek üçün bura darısqal idi. Bu darısqallıq ona idman avtomobili ilə idarəetməni xatırlatdı. Fərq yalnız onda idi ki, buradakı idarəetmə ayaqlarla baş verirdi.

      Yerdəki iki pedal nəinki sürəti kontrol etmək üçün, hətta bu pedallar dörd gücləndiricinin hər birini bir at gücü qədər idarə edirdi. Bu, pilota hər 3 istiqamətdə müxtəlif manevrlər 31

      etməyə imkan verirdi. Cek pedallardan birini yavaş-yavaş

      buraxdı və gəmi astaca sola doğru əyildi. Nəhayət, çox zül-mətli qaranlıqdan okean dibi göründü.

      Cek sürəti azaltdı və qayıq yavaş-yavaş əsl möcüzələr aləminə – qeyri-adi vahəyə daxil oldu.

      Okeanın dərinliyində olan gözəl mənzərə Ceki valeh etmişdir. Cürbəcür balıqların o tərəf bu tərfə cəld hərəkətlərini izləyən Cek uşaqlığını xatırladı. Gənclik illərini Tennesi ştatının səhillərində keçirən Cek, elə o zamanlardan okeana vurulmuşdur. Onu okeanın sonsuz maviliyi və dəyişkən əhval-ruhiyyəsi cəlb etmişdir.

      – Bu, inanılmazdır! – deyə Cek özü-özünə pıçıldadı.

      Okean suları onu təəcübləndirməkdə davam edirdi.

      Bu dediyinə cavab olaraq, qulağında olan qulaqcıqlardan bir səs canlandı:

      – Cek, hər şey qaydasındadır?

      O, öz içində deyindi: “hətta 1500 fut dərinlikdə belə tək qalmağa imkan vermirlər!”

      – Hə, Liza, qaydasındadır, sadəcə sualtı mənzərədən zövq alıram.

      – Qayıq necədir, sözünə baxır?

      – Lap yaxşı, nöqsansız. Sən ötürücülərin məlumatını ala bilərsənmi? – deyə Cek xəbər almaq istədi və əli ilə qu-lağındakı qulaqcıqları yoxladı.

      Doktor Liza Kamminqs sualtı gəmilərdə işlər zamanı insan orqanizminə fizioloji təsirin tədqiqi sahəsində ABŞ-da Milli Elmlər fondu tərəfindən qrant almışdı.

      Hə, indi baxarıq. Nəfəs, hərarət, kabinadaxili təzyiq, kis-lorodun ötürülməsi… Bütün ötürücülər hər bir şeyin qaydasında olduğunu göstərir. Bəs sənin işlərin necədir? Seysmik aktivliyin hansısa əlamətləri varmı?

      32

      Yox, sakitlikdir.

      Hələ “Natilius” suya enməmişdən 2 saat əvvəl geoloq Çarli Mollier Cekə seysmoloqların okean dərinliyindəki dağ

      silsilələri ətrafında harmonik titrəyişin olacağı barədə məlumat vermişdi. Bu xoşagəlməz hadisənin baş verməməsi üçün, Cekə geriyə qayıtmağı tövsiyyə etmişdi.

      – Gedək, bizimlə birgə Günəş tutulmasını izləyərsən. Bu çox maraqlı olacaq. Sualtı qayıqla isə sabah da üzə bilərsən.

      Cek

      razılaşmadı.

      Günəş

      tutulması

      onu

      maraq-

      landırmırdı. Əgər təkanlar güclənsəydi, suyun üzünə qalxmağa vaxt tapa bilərdi. Uzunmüddətli suyaenmə zamanı qəribə seysmik siqnallar yox oldu və qulaqcıqdan gələn Çarlinin səsi daha aydın eşidilməyə başladı.

      Cek çənəsinin yanındakı mikrofonu yoxlayıb dedi:

      – Ey, yuxarıdakılar, siz hələ də narahat olmağa davam edirsiz?

      Qısa fasilədən sonra mikrofondan həvəssiz bir cavab gəldi.

      – Bəli.

      – Çox sağ ol, Liza. Mən əlaqəni kəsirəm. Bir az da olsa özümlə baş-başa qalmaq istəyirəm.

      Bu sözləri deyib, qulaqcıqları qulağından çıxartdı.

      Kiçik də olsa, bu, onun üçün qələbə idi. Digər ötü-rücülər kabinədə baş verənlər haqda yuxarıya məlumat göndərəcək, amma onun özü haqda məlumat almaq imkansız olacaq. Sualtı qayıqda olduğu zaman, ən çox qiymətləndirdiyi, yuxarıdakı dünyadan təcrid olunmağı və rahatlıq hissi tapması idi.

      Tənhalıq. Sakitlik. Rahatlıq.