Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517357
Скачать книгу
xalasına baxıb gülümsədi. Heç xalacan Aylını gözləyirəm, xalası gülümsəyərək, – Nicata: çox istəyirsən Aylını, gəlişini həyəcanla gözləyirsən. Nicat – xalasına: xala Aylını məndəndə çox sən istəyirsən, elə deyilmi? xalası gülümsəyərək, – Nicata: Aylın mənim işıq üzünə həsrət qalmış gözlərimin nurunu əvəz edir oğlum. Nicat – xalasına: Nazlı duymasın qısqanar xalacan, Nicatın söz ağzından bilmədən çıxdı. Nicatında belə deməsi bir qəribə oldu, xalasının üzünün ifadəsi dəyişdi Nazlının adını duyduqda. Xalası – Nicata: oğlum sən məndən nə isə gizlədirsənmi? Nicat sakit dayanıb dodağnı dişlədi. Xalası – Nicata: əğər bura Nazlı gələcəksə və ya gəlmək fikrindədirsə, əvəlcədən deyirəm gəlməsin. Bax birdə deyirəm, getdiyi yerdə qalsın gəlməsin tamammı? – xalasına: niyə elə deyirsən xalacan? Allahda bağışlamağı sevir deyən sən deyildinmi mənə. Xalası – Nicata: mən onu istəmədiyimdən demirəm gəlməsin, gəlməsin məni unutsun, getdiyi ailəyə uyğunlaşın. Artıq onun ailəsi olardadı və olara qulluq etsin, məni düşünməsin. Nicat narazılıqla başını sirkələyib baxdı, – xalasına: xala nə olar belə demə, Nazlı səni unutmadı inan. Nazlı səni canından çox istəyir bilirsən, xalası mənalı üz ifadəsiylə gülümsədi, – Nicata: şüphəm yoxdur oğlum. Sadəcə məni düşünməsin, xöşbəxt olsun yetər mənə. Nicat anlayırdı xalası Nazlıdan incimişdi dilində deməsədə, – xalasına: hə Nazlı gələcək Aylınla bura bir azdan.

      Xalsı Nicatın səsi gələn tərəfə baxdı, – xalasına: mən Aylını tanıdığım gündən ona inanmışam, güvənmişəm. Aylının vardır bir bildiyi Nazlını bura gətirməyində, məsəl var səbəbsiz yerə barmaq kəsilməz. Aylın yaxşı bilir sənin Nazlıdan incidiyini və gəlməsini istəmədiyini, Aylın bir səbəbi olmadan sənin qarşına Nazlını gətirməz. Öncə dinlə xala, sonra istədiyini deyərsən qovarsan Nazlını, həyat çox qəribədir canım xalam mənim. Xalası şüphələndi Nicatın dediyi sözlərdən. Aylın məndən bu günə kimi bir sirr saxlamadı oğlum, həyatın qəribəliyi bundadır ki, doğma qızım məni atdı getdi, mənim kor olmamdan utanc duydu və sakitcə sevdiyinə qovuşdu. Baxsana mən Aylını dünyaya gətirmədim, onun beşiyini sallamadım, ona lay – lay demədim, başında dayanıb yuxuz gecələrdə keşiyini çəkmədim. Mənim qızım mənə uzaq oldu, əvəzində əziyyətini çəkmədiyim, böyütmədiyim, yad bir qız doğmam oldu. Nicatın ürəyi sızlayırdı xalası belə dedikcə. Qapının açılan səsinə Nicat – Sərdara: aslanım anan gəldi, xalası kefsiz dayandı, Nazlınında onunla gələçəyini bildiyində. Nicat xalasına baxaraq dərindən nəfəs alıb, getdi qucağında uşaqla qarşılamağa. Xalası əliylə alnını tutub dayandı sakit.

      Nicat uşaqla gəldi oların qarşısına, Nazlı uşağı görüb sevindi, aman – aman kim gəlmiş məni qarşılamağa. Uşağı Nicatın qucağından almadan, öpü üzündən. Nazlı zəyifləmişdi xəstəlikdən sonra halsız idi, qorxurdu qucağına uşağı almağa. Anası Nazlının səsini eşitdi, ürəyi elə döyündü ki özündən bi ixtiyar, özləmişdi qızını çox dili yox desədə. Arxadan Ramizlə, Dilqəmdə, gəldilər. Nicat Ramizi sevməsədə, yeri deyildi biri – birilərinə girəcək. Ramiz uşağı Nicatın qucağından alıb, gəl oğlum, qucaqlayıb öpdü.

      Aylın artıq Ramizin kapriziylə oynayacaq halda deyildi, bir tərəfdən Nazlının başına gələn gerçəyi deməliydi anasına. Bir tərəfdəndə axlından Nazlının dediyi söz çıxmırdı, Nicat anladı Aylının üzünün ifadəsindən, başqa nə isə olmuşdu. Nicat Nazlıya sarılıb qucaqladı, xoş gəldin canım bacım evinə, bir daha getmə bizdən. Nazlıda Nicatı qucaqlayıb təşəkkür etdi. Nicat Aylına baxdı çox üzgün idi. Aylın Ramizin qucağındakı oğluna baxıb gülümsəməyə çalışdı. Nicat Nazlının əlindən tutub apardı anasına, hər kəs oların ardınca getdilər.

      Nazlı anasını küskün oturduğunu görüb pis oldu, gözləri yaşardı Nicata baxdı. Nicat işarə etdi ki, hər şey yaxşı olacaq. Nazlı ana sözünü deyə bilmirdi böğulub qalmışdı, Aylın gil arxadan gəldilər yanında dayandılar. Dilqəm arxadan Nazlının çiyinlərindən tutub sıxdı ki, burdayıq qorxma dayağıq mənasında. Nazlı yaş süzülən gözləriylə baxdı anasına, anası hiss etmişdi tək Nazlıyla Aylın deyildi, başqa gələnlərdə vardı.

      Anası sakit səslə – Nicata: oğlum Aylından başqa gələnlərə adımdan de ki, mən küs deyiləm kimsəyə. Mən oları görməsəmdə olar məni gördülər, artıq gedə bilərlər. Nazlı anasının sözündən hönkürüb ağladı, Dilqəm arxadan bərk – bərk tutmuşdu Nazlını çiyinlərindən. Aylın dərindən nəfəs alıb, qabağa keçib Afətin dizlərinin yanında yerdən oturdu, Afət Aylını hiss edib, əliylə üzünə – başına sığal çəkdi. Aylının arvadın əlini tutub öpüb baxdı, – Aylına: qızlar belədirər, böyüyüb yaşa çatdılar quş kimi uçarlar başqa evə qonarlar, və başqa bir evdə yuva qurub yaşamağa davam edərlər. Həyatın qanunudur bu, hər anada evladının xöşbəxtlityini diləyər Allahından. Baxmayaraq qaçaraq evini – anasını tərk etsələrdə, ana ürəyi başqadır, bunu ancaq ana olduğunda biləcək mənim qızımda. Sən ana oldun qızım, Aylının əlini sıxdı, məni ondan daha çox sən anlayarsan indi. Aylının gözlərindən yaş süzülürdü, Nazlının özünü artıq baxışlarıylada qısqanması ürəyini çox sıxırdı.

      Anasınında Nazlının qarşısında belə deməsi, Aylını dahada pis vəziyyətdə qoymuşdu. Aylın arvadın əlini sıxıb – Afətə: anam Nazlı səni atıb heç yerə qaçmadı, zalım bir xəstəliyə düçar oldu. Anasını elə bil tok vurdu, duyduğunda içini çəkdi. Aylının əlini bərk tutub baxdı həyəcanla, bunu sənə deyə bilmədik, cəsarət etmədik bağışla bizi. Allahım onu bizə bağışladı sağaldı döndü evinə, sənə qəbul et artıq qızın çox darıxdı səninçün, anası dəhşətə gəldi duyduğundan.

      Aylının əlindən əlini çəkib, Nazlını axtardı danışa bilmədi. Nazlı anladı, anasını tez yaxınlaşıb qucaqlayıb sarılıb ağladı, anası qızının zəyifləmiş bədənini qucaqladığı an anladı, arıqlamışdı qızı. Nazlı ağlayaraq – anasına: anam mən səni ölsəmdə tərk etmərəm. Dilqəm yaşarmış gözlərini silib kənara getdi, baxa bilmədi ürəyi göynədi. Anası titrəyən əlləriylə qızına sarılıb, bir anlıq şokdan özünə gəldi, birdən ah çəkərək elə ağladı ki, hamının ürəyi göynədi.

      Aylın ayağa qalxdı oturduğu yerindən zorla, Aylına hər şey elə təsir etmişdi ki, ayaqda zorla dururdu. Nicat anladı, tez gəlib Aylının qolundan tutub gətirdi mətbəxtdə.

      Ramizdə gəldi Aylının yanına qucağında uşaqla, -Aylına: yaxşısanmı sən? Nicat tez su töküb içirtdi bir qurtum. Aylın titrəyirdi, üşüyürdü, Ramiz tez uşağı Nicata verib, əynindəki pencəyi çıxarıb Aylının çiyinlərinə salıb bükdü, qucaqladı. Ramiz – Aylına: canım sənin rəngində uçmuş yaxşı deyilsən sən, mən indi həkim çağırım. Telefonunu çıxarıb həkim cağırmaq istəyirdi, Aylın qolundan tutdu, başıyla yox çağırma deyə işarə etdi. Nicat qucağında uşaqla Aylının qolundan tutub qaldlrdı, qalx canım gedək biraz yat dincəl, yoruldun sən çox bu arada.

      Cansu gəldi, tez uşağı Nicatdan alıb – Aylına: dediklərini aldım gətirdim Aylın xanım. Aylın zorla ayağa qalxıb – Cansuya: çox sağol, oğlumu gözdən qoyma. Cansu – Aylına: narahat olma Aylın xanım, Aylına baxıb üzüldü. Cansu artıq