Nicat dayəylə uşağı xalası evinə gətirdi. İçəri girəndə, dayəyə bir daha xatırlatdı, anlaşdıq unutmuruq. Cansu – Nicata: tamam Nicat bəy narahat olmayın. Nicatın gəldiyini görüb, Bahar gəldi qabaqlarına. Bahar uşağı görüb sevindi, – uşağa: aman kim gəlmişş. Uşağı Nicatdan alıb, qucaqlayıb öpdüb ağladı yavaş səslə, içinə salıb. Nicat – Bahara: Bahar xala bu Sərdarın yeni dayəsidir. Cansu artıq burda qalacaq Nazlı dönənə kimi, gündüzlər həm xalama, həmdə Sərdara baxacaq. Axşamlarıda Aylınla mən bura gələcəm, qalacağıq burda birlikdə. Baha şad oldu, – Nicata: düşüncəli oğlum mənim, yaxşı etdin gətirdin. Xalanı ancaq Aylınla uşaq sakitləşdirə bilərlər, düz düşünmüsən, dayəyə baxdı. Xoş gəldin, dayə tez özünü təqdim etdi, Cansu mən. Bahar razılıqla buyuru gəlin, Cansu mən səni tanış edərəm hər şeylə. Nict xalasının yanına getmədi, – Bahara: Bahar xala sən bir təhər düz – qoş, idarə et biz gəlncə. Axşam mənədə deyərsən nə dediyini xalama, mən getməliyəm axşam görüşərik. Bahar – Nicata: get oğlum, məndə Cansunu evlə – xalanla tanış edim, zəng edəcəm, Nicat getdi.
Bahar – Cansuya: buyurun keçin, içəri keçdilər
Bahar uşağı gətirib Afət xanımı qucağına qoydu. Afət elə fikirə dalmışdı ki, qucağına uşağı qoyduğunda anladı, Sərdarın gəldiyinə sevindi, uşağı qucaqladı öpdü. Afət – uşağa: gəldinmi mənim balam? Aylın gəldimi? görməyən gözləriylə baxaraq, cavab gözlədi. Canasu dilləndi – Afətə: Afət xanım, Aylın xanım axşam gələcək işdən sonra. Afət baxdı yad səsə şüphə ilə, – dayəyə: siz kimsiniz? Canasu mehribanlıqla – Afətə: mən Sərdar bəyin dayəsiyəm Afət xanım, adım cansudur. Afət – Cansuya: anladım, Cansu xoş gəldin, – Afətə: xoş gününüz olsun Afət xanım. Bahar tez – Afətə: nənəsinə bax kim gəlmişşş, şirin bala gəlmiş, elə deyilmi? ohh qurban olaram özünə. Afətin başını qatmağa çalışdı, Afət çox istəyirdi Sərdarı, – uşağa: canım balam mənim darıxmışdım, xoş gəldin. Anası qoxulu balam mənim, uşağı oxşadı öpdü. Cansunun gözləri yaşardı bir anda, olanlardan xəbərdardı. Bahar – Cansuya: gedək Sərdarın otağını hazırlayaq, Afət xanım artıq burda qalacaqlar Aylınla Sərdar.
Afət qulaqlarına inanmadı, – Bahara: doğurdanmı? Bahar uşağa baxıb ürəyi göynəsədə, gülümsədi. Nicat dedi Aylınla işdən çıxıb gələcəklər axşam, bundan sonra burda qalacaqlar getməyəçəklər. Afət elə sevindi ki, uşağı özünə sıxıb, ohh quzum mənimm, – uşağa: nənəyə gəldin sən? xoş gəldin balam. Yazıq qadın uşağı qucaqlayıb ağladı Nazlını xatırlayıb, göz yaşlarına qərq olmuşdu. Bahar Cansuya işarə etdi ki, özüylə gəlsin, getdilər.
Nicat iş yerinədə çatıb xəstəxanaya gəldi. Aylın – Nicata: oğlum necədir? Nicat Aylına yaxınaşıb, etdiklərini Aylının qulağına pıçıltı ilə söylədi. Ramizin əsəbinə toxunurdu, Nicatın belə yaxınlaşması Aylına. Nicat sözünü bitirib Aylına baxdı, Aylın Nicata güvənirdi. Nicatın boynuna sarılıb təşəkkür etmək istəyərdi, ancaq Ramizin dəliləşəcəyindən ehtiyat edirdi. Nicata təşəkkür etdi, çox sağol dostum, içim rahatladı azaçıqda olsa. Nicat – Aylına: mən bir neçə telefon edim Nazlıya donur barəsində. Aylın dərindən nəfəs alıb – Nicata: məndə bildiyim hər kəsə etdim, hər yerdən zəng gözləyirəm ümidlə. Nicat – Aylına: inşallah tapılacaq, sıxma o gözəl ürəyini. Nicat Aylının üzündən öpüb, getdi zəng etsin sakit bir yerdə. Ramiz gördü Nicatın Aylını öpməsini.
Aylın gəlib Dilqəmin yanında əyləşdi. Dilqəm çox yazıq olmuşdu, Aylına baxdı üzgün baxışlarla. Artıq səsidə zəyifləmişdi yazığın, – Aylına: sağalacaq, elə deyilmi? Aylının ürəyi ağrıyırdı, zor tuturdu özünü. Dilqəmin saçlarını mehribanlıqla sığalladı, alnından öpdü, – Dilqəmə: baxsana saçlarında daranmamış. Nazlı sevgilisini belə görmək istəməz, elə deyilmi? əliylə sığallayıb, Dilqəmin saçlarına düzəliş verərək başını qatmağa çalışdı. Artıq verəcək cavabıda yox idi Aylının. Dilqəm təkrarladı, – Aylına: Aylın sağalacamı Nazlım? Aylın sancılarla dolu ürəyinin ağrısını hiss edirdi, o halıylada calışdı gülümsəməyə. Aylın – Dilqəmə: əlbətddə sağalacaq dostum, bax biz burda zənglər gözləyirik. Heç şüphən olmasın bizim canımızdı o, sağalacaq və dönəcək yanına işə, hər şey yaxşı olacaq. Dilqəm uşaq kimi Aylına qısıldı, çarə axtarırdı küçələrdə anasız qalmış qorxmuş uşaq kimi. Ramiz pis oldu Dilqəmin bu halına, kənara baxıb öz – özünə: belə həyaatın mən … … pis söz dedi, əsəbindən.
Nicat xəstəxananın həyətində bir kənarda dayanıb telefonla danışırdı. Nazlıçün donur axtarmalarını xayiş edirdi kimdənsə, puldan narahat olmayın ödəniləcək nə qədər desəniz. Çox sağolun, zənginizi gözləyirəm. Telefonu cibibinə qoyub döndüyündə, kimsə burnundan vurdu yumuruqla, az qaldı yıxılsın. Əliylə burnunu tutub baxdı, vuran Ramiz idi onu, Nicatın burnu qanadı. Ramiz yaxınlaşdı – Nicata: bir daha Aylını öpərsən, sənin o… ağzını dağıdaram, duydun məni?
Nicatın ağzından bir yumuruqda vurdu. Nicat çox mədəni idi, xəstəxana həyətində istəmirdi Ramizi vursun,. Özünü saxlayırdı zorlada olsa, – Ramizə: bura bax mədənyyətsiz, əl – qolla danışma inan səni pis günə qoyaram. Ramiz yenə durmadı, – Nicata: nə edərsən hə? nə edərsən? gəlib Nicatla baş – başa dayanıb, sinəsəndən tutub onu itələdi. Nicat -Ramizə: mənə bax get… başımdan, səninlə oynamağa vaxtım yoxdur. Döyülmək istəyirsən? başqa günə qalsın, səni yaxşı yumşaldım problem deyil. Ramiz yenə Nicata hücum etdi ki vursun, bu dəfə Nicat cəld tərpənib, Ramizə elə gəldi ki yumuruqlarıyla, Ramiz yerə yıxıldı. Nicat ətrafa göz gəzdiridi ki, görən oldumu? Ramiz qalxmağa çalışarkən, qarnından birdə təpiklə vurub yıxdı. Nicat – Ramizə: dedimmi sənə yetər? yerə yıxılıb qarnını tutmuş Ramizə bir iki tutarlı təpik vurdu, üstündən addımlayıb keçib getdi. Ramizə yaxşı ilişdirmişdi Nicat, yerindən qalxmağa çətinlik çəkirdi. Kənardan keçən bir qadın görüb, qaçaraq gəlib – Ramizə: ayy nə oldu sizə? qalxmağa yardım etdi Ramizə. Həkim çağırım dayanın burda, Ramiz qoymadı, qadına təşəkkür etdi, gərək yox narahat olmayın sağolun, böyrünü tutub getdi.
Nicat gəldi, ağzının – burnunun qanını yuyub. Aylın görməsin deyə, əliylə dodağının partlamış yerini tuturdu. Aylın Dilqəmi qucaqlayıb oturmuşdu, Nicata zəng gəldi, Aylın baxdı Nicat tərəfə.