Ramiz Nİcatı aparanda Cansu gördü, Ramiz barmağını dodaqlarına qoyub, sus deyə işarə etdi Aylın duymasın. Cansu gəlib pıçıltılı həyəcanlı səslə – Ramizə: nə oldu? Ramiz Nicatı gətirib yatağa uzatdı. Cansuda yanında baxıb qalmışdı, Ramiz Ncaatı sürüdüyündən dərindən – dərindən nəfəs alırdı. Ramiz – Cansuya: özündən keçinmiş sən qorxma, get su gətir, Cansu tez otaqdan çıxdı su gətirməyə. Ramizdə Nicata baxdı əsəblə. Öz – özünə yenədə pis sözlər işlətdi,… … olsun.
Cansu gəldi əlində bakal suyla, Ramiz suyu alıb Nicatın üzünə vurdu ki, ayılsın, Nicatı özünə gətirə bilmədi. Cansu – Ramizə: həkimmi çağıraq? Nicat bəy, səslədi Nicatı. Ramiz yenə sudan əlinə töküb Nicatın üzünə – sinəsinə vurdu, ayıl – ayıl səninlə oynamağa vaxtımız yoxdur. Cansu Ramizə baxdı təcüblə, mən Aylın xanıma bildirim, çıxmaq istəyirdi Ramiz tez qolundan tutub qoymadı, gərək yox. Aylın xanım yorğundur gördün, adın nə idi sənin? Cansudur. Ramiz – Cansuya: hə Cansu xanım, narahat olma sadəcə özündən keçinmiş, anladın? Cansu çarəsiz qaldı baxa Nicata.
Ramiz Nicatın üzünü şillələməyə davam etdi, ey aç gözlərini işimiz var dedik. Ramiz heç Nicatın özünə gəlməsini istəmirdi, çarəsiz Cansu görmüş deyə ayıltmağa çalışırdı. Az vaxtdan Nicat gözlərini açıb baxdı, Ramizi başının üstündə görüb, halsız – halsız baxdı ona nifrətlə. Cansu sevindi, Nicat bəy həkim çağıraqmı? necəsiniz. Nicat özünü toparlayıb qalxmağa çalışdı, Ramiz kobutca Nicata oturmağa kömək etdi. Nicat Ramizdən qolunu çəkdi, itələdi kənara özündən, çəkil toxunma. Ramiz – Cansuya: görürsən Cansu xanım, bəy dediyiniz birisi onada layiq deyil, belələrinə həyətda heç bir şey olmur. Səndə qorxub həkim çağırmaq istəyirdin, gördün gəldi özünə ilan. Cansu baxa qaldı Ramizin belə kobut rəftarına, Ramiz otaqdan çıxdı getdi.
Cansu tez Nicatın çiyninə əlini qoyub, Nicat bəy yaxşısınızmı? həkim çağırımı? Nicat – Cansuya: yox gərək yoxdur yaxşıyam, çox sağol. Sən Sərdarı tək qoyma, get o tipə göz qulaq ol. Cansu narahat oldu Nicat belə dediyində, – Nicata: narahat olma mən Sərdara baxıram, tez çıxdı otaqdan. Nicata Ramizin dediyi sözlər daş kimi dəymişdi, gözlərini yumub dayandı.
Ramiz Dilqəmin yanına gəldi, Dilqəmdə olanlardan çox sarsılmışdı, üzgün baxışlarla baxdı Ramizə. Ətrafa baxıb – Ramizə: hanı Aylın? Ramiz əsəblə yavaş səslə – Dilqəmə: olanlardan oda pis olmuş, biraz yatsın dincəlsin. Ramizin danışığından anladı Dilqəm, dinc durmamışdı yenədə qardaşı. Dilqəm dərindən nəfəsini alıb, əliylə alnını ovaraq Ramizə baxıb, başını narazılıqla sirkələdi.
Nazlı anasının dizlərinə başını qoyub oturmuşdu. Ramiz yaxınlaşıb çiynini sığalladı mehribanlıqla – Nazlıya: bax bacım, demişdimmi sənə dönəcəksən anana? Nazlı Ramizin boynuna sarılıb qucaqladı, ağladı. Anası əliylə axtardı Ramizi, tez Afətin əlindən tutudu, gözlərindən yaş sel kimi axdı. Afət – Ramizə: oğlum Allah sizlərdən razı olsun, siz olamasanız, sözünün ardını deyə bilməd ağladı. Ramiz Afətin əlindən tutub öpərək, üzünə tutudu. Mən ailəmi itirdim əvəzində sizi tapdım, siz artıq mənim ailəm sayılırsınız, başqa sözə ehtiyac yoxdur. Afət Ramizin əlini sıxaraq ağladı, Dilqəm kənardan baxırdı olara. Nazlı – Ramizə: səndə artıq bu ailənin evladısan qardaşım, yaxşı ki varsan. Ramiz bir əliylə Nazlını qucaqlayıb tutumuşdu, o bir əliylədə anasının əlindən turmuşdu. Ramiz – olara: mən son nəfəsimə kimi sizinlə olacam.
Nicat halsız – üzgün kənardan baxırdı olara, Dilqəm Nicatı görüb baxdı anladı, nə isə olmuşdu. Rəngi – ruhu uçmuşdu üzündən, Dilqəm üzgün baxışlarla baxdı Ramizə Nicata.
Axşam olmuşdu, Aylın yorğunluqdan yatıb qalmışdı, gözlərini açıb baxdı. Xatırladı halı pis olub yatıb qaldığını, dərindən nəfəs alıb yerində əyləşdi, əllərini üzünə çəkib, baxıb düşündü. Aylına bütün olanlar çox təsir edirdi, qalxıb otaqdan çıxıb getdi.
Nicatın otağının yanından keçdiyində qapı açıldı, Cansu cıxdı. Aylını görüb, yaxşısınızmı Aylın xanım? – Cansuya: yaxşıyam, oğlum kiminlədi? – Aylına: Nicat bəy yanında yatızdırdı Sərdarı, narahat olmayın. Aylın – Cansuya: sənədə çox əziyyət oldu bu aralar. Cansu mehribanlıqla – Aylına: siz narahat olmayın hər şey yaxşıdır, mən gedim Bahar xanımda gəlmiş, lazım olana yardım edim. Aylın bir söz demədi, üzünün ifadəsiylə razılığını bildirdi, Cansu getdi. Aylın ehtiyatla qapını açıb gəldi, Nicatla oğlunun yanına. Uşaqla Nicat yatmışdılar üz – üzə, Aylın olara baxıb gülümsədi. Cansu uşağın üstünü örtmüşdü, Nicatın üstü açıq idi. Aylın yaxından bir şey tapıb Nicatın üstünü örtdü ehtiyatla, əyilib yatmış oğlunu öpüb, otaqdan çıxdı ehtiyatla.
Dilqəmlə Ramiz getmişdilər harasa. Bahar xalasıyla Nazlı, anası əyləşib söhbət edirdilər. Aylın yaxınlaşdı, Bahar xala xoş gəldin. Bahar baxdı gülümsəyib, – Aylına: xoş günün osun gözəl qızım. Aylın – Nazlıya: sən heç dincəldinmi? Nazlı – Aylına: anamın yanında uzun bir ayadan sonra dincəldim. Aylın – Nazlıya: duydun həkimin dediklərini, vaxtı -vaxtında ilaclarını qəbul edəcəksən və dincələcəksən.
Nazlını anlamaq olmurdu, Aylına qarşı dəyişilmişdi, soyumuşdu. Aylın bunu yaxşı hiss edirdi, ama səbəbini anasına qısqandığını düşünürdü. Anası – Nazlıya: duydunmu qızım Aylını? qalx get otağına biraz dincəl