Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517357
Скачать книгу
çox halsızdı, hələdə ürəyində ağrı hiss edirdi. Ramiz Aylını qucağına alıb – Aylına: mən yardım edərəm canım, apardı Nazlının yanına.

      Nicat Nazlının yanına gəlib, ayaq üstə dayanıb baxdı üzgün baxışlarla. Gözünün önündən getmirdi Ramizin Aylını öpməsi, oxşaması, özündən bi ixtiyar qısqanırdı, yumuruqlarını sıxıb tutudu. Dilqəm yatmış Nazlının yanında oturub, halsız – halsız gözlərini zilləmişdi Nazlıya.

      Qapı açıldı, Nicat baxdı içəri Ramiz girdi qucağında Aylınla. Gətirib qucağından yerə qoymadan, Nazlını göstərdi – Aylına: bax canım yatır yaxşıdı, sakit ol. Dilqəm heçnə duymurdu fikirə dalmışdı. Nicat Ramizə baxdı əsəblə – nifrətlə, Ramizdə ona baxaraq, acıq verici baxışlarla süzdü Nicatı. Aylın Ramizin qollarından dartınıb – Ramizə: qoy məni yerə. Ramizlə Nicat biri – birinə baxırdılar. Aylın əsəbləşdi, – Ramizə: eşitmirsənmi, dedim qoy yerə məni. Nicat əsəbləşib – Ramizə: duymadınmı heyvan buraxsana. Aylını Ramizin qollarından alıb, yerə düşməsinə yardım etdi. Ramiz Nicata baxıb, kinlə gülümsədi. Aylın Dilqəmin saçlarına sığal çəkib, Nazlıya baxdı. Nicatla Ramiz bir anlıq Nazlını unudub, köhnə probləmlərinə qayıtmışdılar.

      Ramiz Nicatın yaxasından tutdu, Nicat yavaş səslə – Ramizə: sağalıb deyəsən keçən dəfə qoyduğum əziklərin, qaşınırsan yenə? Aylın olara baxdı. Dişlərini bir – birinə sıxıb, yavaş səslə – ikisinədə: yetərrr. Aylının sözündən sonra, Ramiz Nicatın yaxasını buraxdı. Aylın Ramizə baxdı əsəblə, başını narazılıqla sirkələdi. Nicatın qolundan tutub, o bir tərəfinə çəkdi ki, bir – birilərini vurub didməsinlər yenə. Aylın Nicata xayiş dolu baxışlarla baxdı ki, Ramizlə davalaşmasın, səs etməsinlər. Nicat anladı Aylının baxışlarından. Ramizə altdan – altdan baxdı əsəblə.

      Səhər açılmışdı, Bahar Afət xanımın deməsinə baxmayaraq, onu tək qoymamışdı yanında idi. Anası yatmamışdı bütün gecəni ağlamışdı, çox üzülmüşdü, Baharda çox üzgündü, yazıq qadının halına. Bahar gözlərinin yaşını silib, əlindəki yemək, çay sinisiylə yaxınlaşdı. Bahar – Afətə: bütün gecənidə yatmadın, səhər yeməyini hazırladım, məni üzmə nə olar ye bir tikə. Afət dinmədi, işıq üzünə həsrət qalmış gözlərini bir nöqtəyə zilləmişdi, sanki görürüdü. Baharda sinini masaya qoyub, məyyus halda əyləşib dərindən nəfəs aldı.

      Nazlını başqa otağa köçürmüşdülər, həkim baxıb – olara: bu gündən başlayırıq müalicəsinə, donur artıq axtarılır inşallah tapılar, həkim getdi. Aylın, Nicat, Ramiz, Dilqəm, otağın qapısının qarşısında dayanmışdılar. Hər kəs bir möcüzə gözləyirdi, Aylın Dilqəmə baxdı. Dilqəm danışmırdı kimsəylə, key olmuşdu düşünməkdən. Aylın Ramizə Nicata baxdı, Ramiz alnını ovurdu, çarəsisdi oda hamı kimi düşünürdü. Nicat qollarını biri – birinə dolayıb, divara söykənib dayanmışdı. Birdən axlına nə gəldisə, tez Aylına yaxınlaşıb qulağına nə isə pıçıldayıb getdi. Ramiz Nicatın ardınca tərs – tərs baxdı, kimin hara, nəyçün getməsi heç kimə maraqlı deyildi. Hamı Nazlının sağalmasıçün bir çıxış yolu axtarırdılar.

      Aylına zəng gəldi Tahirdən. Aylın telefonu açıb alo Tahir, biraz qulaq asıb, tamam mən indi həkimlə danışıb sənə bildirəcəm. Aylında getdi həkimdən nə isə soruşmağa, Nazlı haqqında. Ramiz zorla ayaq üstə dayanmış Dilqəmə baxdı. Yaxınlaşıb çiyninə əlini qoydu, – Dilqəmə: qardaşım gəl əyləş. Dilqəmi aparıb otuzdurdu divanda, – Dilqəmə: mən indi gəlirəm qardaşım. Dilqəmə içməyə, yeməyə, bir şeylər almaqçün getdi. Dilqəm üşüdü, özünü sıxıb büzüşüb oturdu.

      Nicat Xalasının yanına gəlmişdi. Bahar Nicata Nazlının xəstəliyə dücar olduğunu deyə bilməyib, çarəsiz uydurduğu planı demişdi. Nicat xalasını belə üzgün görüb, qalan dünyasıda yıxıldı başına. Nicat gəlib xalasını qucaqlayıb öpdü əllərindən, xalası dinmədi, sanki daş olmuşdu oturduğu yerində. Nicat – xalasına: canım xalam, başını dizlərinə qoydu. Xalası Nicatın saçlarına sıqalda çəkmədi, Nicatın gözlərindən yaş damcıladı, xalası artıq hamısına küsmüşdü, anladı üzüldü. Nicat uşaq kimi xalasının dizlərinə başını qoyub, uyumaq istəyirdi. Bütün bu olanların, oyandığında pis bir yuxu olmasını arzu edirdi. Yazıq elə sınmışdı ki, çox çarəsiz idi, sözlə ifadəsi yox idi.

      Xalası – Nicata: oğlum səndə get daha gəlmə, mən bilirəm hamınıza yükəm, bəlayam. Nicatın ürəyi sızladı bu sözü eşidib, – xalasına: xala mənim canımsan sən. Anamdan qalma tək qanım – canımsan, demə belə, nə olar üzmə məni günahsızam. Sən dünyanın ən gözəl xalasısan, anasısan. Mənim xalamsan canımsan, üzünü xalasının dizlərinə tutdu ki, ağladığını hiss etməsin. Ancaq xalası çox hissiyatçıl idi gözməsədə, Nicatın gözlərinə əliylə toxundu, anladı ağladığını. Xalası – Nicata: oğlum ağlama, mənim evlatlarımsınız ikinizdə. Mənim belə olmağım sizə mane olur, əlinizə – ayağınıza dolaşıram bilirəm. Mən dedim Bahar xanımada, sənədə deyirəm, mən bu evdə hər şeyin yerini bilirəm. Narahat olmayın, mən özüm – özümə qulluq edə bilərəm, siz öz işinizə, həyatınıza davam edin. Bir ananın evlatlarına arzuladığı ancaq xöşbəxtlikləridir, incimirəm sizdən. Gedin məni düşünməyin, Nicat xalasına baxdı yaş süzülən gözləriylə. Hardan biləydi ki, qızı ölüm ayağında idi.

      Nicat ayağa qalxdı, – xalasına: xalacan məni bilirsən sən, mənə bir gündə baxmayan atam olan o alcağı baxıram. Sən mənə analıq etmisən, nə düşünürsən mənim haqqımda düşün, mən səni tək qoymaram ölsəmdə, bunu məndən istəmə. Sən nə desəndə, mən sənin oğlun sayılıram. Anasını hansı qeyrətli oğul tək qoyar? mənim kitabımda elə şey yazılmadı. İçdən çıxıb gələcəm mən, üzündən öpdü xalasının getdi. Xalası Nicatın ardınca elə ağladı ki, Nicatda gedərkən eşitdi xalasının ağlaşını. Çox pis oldu, getdi dönmədən. Baharın ürəyi parçalandı olara baxıb.

      Nicat evə gəlib, uşağı qucağına alıb öpüb oxşadı, aslan parcam qurban olum sənə mən. Uşaqda Nicata öyrənmişdi, başını çiyninə qoyub baxdı. Cansu – Nicata: anasını istəyir Nicat bəy Sərdar. Nicat uşağın üzündən öpüb, – Cansuya: hazırlaş zəhmət olmasa, Sərdarın paltarını götür gedirik, başqa yerdə qalacaqsınız Sərdarla. Xalama heç bir şey haqda, bir söz deməyəcəksiniz. Sərdarla orda qalıb, onada qulluq edəcəksiniz, axşam bizdə Aylınla ora gələcəyik. Dediyim kimi, sən sadəcə Sərdarın dayəsisən, heçnə bilmirsən, danışdıqmı?

      Cansu mehribanlıqla – Nicata: narahat olmayın Nicat bəy, mən indi hazırlayaram Sərdar bəyin hər şeyini. Nicat qucağında uşaqla atasının otağına gəldi, atası uşağı çox istəyirdi. Nicata uşağı özünə verməsini işarə etdi, Nicat uşağı atasının quşağına verdi. Atası uşağı götürüb öpüb gülümsədi, gəldinmi babaya? uşaqda şirin – şirin baxırdı. Nicat dərindən nəfəs alıb, – uşağa: babanla salamatlaş gedirik aslanım. Atası təcüblə baxdı, – Nicata: gedirlərmi burdan? Nicat yavaş səslə – atasına: hə gedillər. Atası üzüldü, uşağa baxdı kövrəldi – Nicata: niyə gedirlər? xoşlarınamı gəlmədi burası? Nicat sıxıldı – atasına: yox getmələri lazımdır. Atası üzgün baxışlarla