Beləcə günlər keçdi, Nazlı artıq özünü yaxşı hiss edirdi, hər kəs çox şad idi Nazlının yaxşılaşmasına. Aylın Nicat bütün günü çalışırdılar şirkətdə. Ramizlə Dilqəmdə artıq işlərini birlikdə yönəltirdilər. Nazlının işə qayıtmasına Dilqəmlə – Ramiz razı olmamışdılar hələki. Aylında Sərdarı Cansuyla Nazlı gildə qoyurdu ki, anasının başı qarışsın uşaqla. Cansu tək uşağa baxmırdı, Nazlıyada yardım edirdi evdə. Aylının ürəyi azcıqda olsa rahatlanmışdı.
Aylının əlində kağızla Şəfaya yaxınlaşdı. Şəfa əyləşmişdi yerində, işə başı qarışmışdı, birdən Aylını görüb ayağa qalxdı. Buyur Aylın xanım, – Şəfaya: burda yazılanlara görə hər kəs çalışsın, tamammı? Şəfa kağızı götürüb – Aylına: tamam mən indi hamını məlumatlandıraram. Aylın – Şəfaya: bilirsəndə Ramiz çox əsəbidir, sən bizimlə çalışmağa gəldiyinçün. Şəfa gülümsəyib, – Aylına: mən sənsiz çalışmaq istəmirəm, burda nə var ki? siz narahat olmayın, məndən öz başımın çarəsinə baxaram. Aylın Şəfanın xətrini çox istəyirdi.
Qayıdıb gəldi iş otağına, NiCat telefonla danışırdı, tamam danışdıq sizdən xəbər gözləyirəm, sağolun. telefonu masaya qoyub Aylına baxdı, Aylın gəlib masasındakı kağızları götürüb diqqətlə baxırdı. Nicat anlayırdı, Aylının ürəyində nə isə başqa narahatlıq vardı. Niçat ayağa qalxıb yaxınlaşdı – Aylına: mənim bilmədiyim bir narahatçılığın var neçə gündür, düşünürəm ancaq tapa bilmirəm. Aylın kağızdan gözünü çəkib Nicata baxdı, – Aylına: nədir canını sıxan? – Niçata: yox bir şeyim. Böyük bir stress yaşadıq hamımız bilirsən, onun şokundan hələ tam çıxmamış ola bilərəm.
Nicat Aylının əlindən kağızları götürüb masaya qoydu, gəl əyləş canım. Aylının qolundan tutub kresloya otuzdurdu, – Aylına: bax mənə diqqətlə, Aylın Nicata baxdı. Nicat – Aylına: mənim gözlərimdən, hətta üz ifadəmdən sən hər şeyimi oxuya bilirsən söz demədən. Mən isə anlamağa çalışıram tapa bilmirəm, bu mənim ürəyimə toxunur. Aylın – Nicata: sən yaxşı dostsan, cansan, gözəl ürəkli bir insansan, dünyanın ən yaxşı iş yoldaşısan, iş ortağısan, sənin varlığın mənə yetir. Mən elə biriyəm ki, mənim nə dərdim bitər, nədə qəmim. Bax bir anlıq sevinərəm, düşünürəm bitdi dediyim o anda, dərt – qəm gələr məni tapar kley kimi yapışar. Üstümdən kənarlaşdırmaqçün yenədə uğraşmalı, güc gəlməli olaram çarəsiz.
Sən artıq öyrəşsən yaxşı olar mənim bu halıma durumlarıma. Yox bir şeyim deyəcəm yalan danışmış olacam, mən sənə hər şeyimi deyib səni yükləyə bilmərəm, alayırsanmı? – Aylına: yox anlamıram. Mən sənin yaxşı – pis hər şeyinə ortaq olmaq istəyirəm bu həyatda. Necə ki sən mənimlə hər şeyini yarı bölüşdün canım, ailəm ayilən oldu. Seçmədin doğmalarından bizi, bacım – bacın oldu, bax hətta o qəddar atamla birlikdə yaşadın mənim xətrimə. Sən mənim yuxusuz qalmama göz yuma bilmədin, nəyin var de mənə, gizlətmə xayiş edirəm.
Aylın dərindən nəfəs alıb kənara baxıb, – Nicata: bacın – bacım oldu dedin, hə doğrudur bacı oldu Nazlı mənə. Ancaq mən Nazlıyçün bacı olmadım dostum, təssüflər olsun. Nicat təcüblə – Aylına: niyə ki? anlamadım mən, Nazlı sənə bir sözmü deyib? Aylın ayağa qalxdı. Bax Nicat Nazlının nə dediyinin önəmi yoxdur mənə, önəmli olan hər kəs sağlam və xöşbəxt olmalarıdır. Nazlı məni qısqanır anasına, son günlər çox soyuq davranır. Nicat Aylına şüphəli baxışlarla baxıb, nəə? Nazlı səni anasınamı qısqanır? – Nicata: bilirsənmi mənədə çox qəribə gəlir doğrusu. Bəlkədə haqlıdır, bilmirəm fikirlərim qarışır. Nicat – Aylına: nədir sənə qəribə gələn? xalam səni çox istəyir öz evladı kimi. Anlamıram burda nə var ki, qısqanacaq? xalam mənidə öz evladı kimi sevir. Səni bilən – tanıyan, hər kəs sevir sənin o gözəl ürəyinə vurulur bi ixtiyar. Aylın – Nicta: Nazlının xətrinə deymiş, Nazlı mənə dedi ki, anam sən uzaqlarda olduğunda belə hiss edirdi, bir şey olduğunda. Anam nədən mənim xəstələndiyimi hiss etmədi, qaçdığımı düşündü? Nicat bir anlıq Aylına baxdı. Aylında Nicata baxdı üzgün baxışlarla.
Nicat gülümsəyib, – Aylına: dəli qızın düşündüyünə baxsana. Hansı ananın axlına gələr ki, belə zalım xəstəliyə evladının dücar olduğu? düşünməsi belə dəhşətdir, xalamçün də bir ana olaraq. Nazlı bunları düşünməmişdir, sən ondan incimə canım. Aylın – Nicata: Sərdarı itirdiyim anı hiss etmişdi xalan, hiss etmişdi ki, başıma çox pis bir iş gəlmişdi deyə. O günü zəng etmişdi mənə, o anda yanımda olmuşdu, gözləri yaşardı bi ixtiyar, Nicatda pis oldu. Aylın – Nicata: gərçəkdən niyə məni hiss edir? öz doğma qızını isə yox.
Nicat nə deyəcəyini bilmirdi, baxa qalmışdı. Bu yerdə Nazlı haqlıdır, hətta bunu xalan özüdə dedi mən, necə anayam ki, qızım xəstə olmuş hiss etmədim. Nicat – Aylına: niyə belə şeylər düşünüb üzülürsünüz boşa? səni xalamın hiss etməsi, sənə olan sevgisindəndir. Burda nə var ki? bax məndə hiss etdim sənin bir dərdin var, soruşdum. Sən mənim sanki canımdam ayrılmış cansan, hiss etməmək qeyri mümkündür. Xalamda səni elə hiss edir. Nicatın bu dediyi söz, dahada təsir etdi Aylına, Nicatda anladı bunu. Nicat üzüldü, off canım gəl bura, Aylını dartıb qucaqlayıb özünə sıxdı. Nicat – Aylına: mənimdə fikirlərim qarışdı bağışla, bilmirəm canım kim – kimi niyə hiss edir. Mən bir onu bilirəm ki, insan sevdiyi insanı dünyanın o bir uçunda olsada, hiss etməlidir.
Aylın Nicatın çiyninə başını dayayıb dayandı susdu, göz yaşlarını silib dərindən nəfəs aldı. Aylın – Nicata: tamam işimizə davam edək, – Aylına: mən ikimizədə qəhvə hazırlayım. Aylın üzünün ifadəsiylə olar deyə işarə etdi, danışsa sanki ağlayacağından çəkinirdi. Nicatda bunu yaxşı anlayırdı, – Aylına: tamam mən indi hazırlayım.
Gedib kofe makinsına yaxınlaşıb, Aylına baxdı altdan – altdan. Nicat hec istəmirdi Aylının üzülməsini – ağlamasını. Aylında yerinə əyləşib, kağızları götürüb gözdən keçirsədə, fikri başqa yerdə idi. Dərindən nəfəs alıb, gözlərini yumub dayandı bir anlıq. Nicatın gözü Aylında idi, qəhvələri süzərkəndə. Aylının bu halına daha çox üzülürdü baxıb.
Axşam olurdu, Ramiz telefonunu açarlarını götürüb masadan qalxdı. Dilqəm – Ramizə: mən Nazlıya gedəcəm, gəlmirsənmi? – Dilqəmə: biraz işim var, gələcəm sən get. Dilqəm Ramizə qaşlarını çataraq baxdı. Ramiz – Dilqəmə: asma suratını qardaşım, dedim gələcəm. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: dinc dayansaydın, birisinin şokundan çıxmadıq hələ. Ramiz gülümsəyib, tez otaqdan çıxdı ki, Dilqəm özünü acılamasın. Dilqəm dərindən nəfəs alıb Ramizin ardınca, of qardaşım off.
Aylınla