Özüm öz içimi gəmirib, yeyib,
Özüm öz içimdə sızıldayaram –
Neyləyə bilərəm, neyləyə, canım?
BӘSDİ 450
Neçə ay içindən çıxa bilmədim:
Türmədi451, məhbəsdi, qəfəsdi – bəsdi452.
Gözümün yaşını yığa bilmədim453,
Keçdim, qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri, dərd-qəmi keçdim,
Ruhumla bir sirli aləmi keçdim,
Vergidi, cadudu, nəfəsdi – bəsdi.
Sultandın, çevrildi taxt, sona yetdi,
Tale bağışlayan baxt sona yetdi,
Tanrının verdiyi vaxt sona yetdi,
Sevgidi, maraqdı, həvəsdi – bəsdi!
BƏSDİ NƏDİR?
Heç nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda,
Barmağımı kəs, bilmərəm.
Əzabı da şirin dadır,
Çoxdan sızıb, qanımdadı.
Ruhu hər an yanımdadı,
Ayrı səda, səs bilmərəm.
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən,
Kimdi orda “bəsdi” deyən,
Bəsdi nədi? “Bəs”456 bilmərəm.
ÇIXMIŞAM
Bu əzabın zülmətindən,
Dipdiri, oyaq çıxmışam.
Ürəyimdə dəli bir eşq,
Dilimdə “Allah” çıxmışam.
Üstümdə Tanrı nəfəsi,
Üzümdə sevda həvəsi,
Dağıtmışam dar məhbəsi,
Ölməmişəm, sağ çıxmışam.
Keçdim çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu onballıq457 zəlzələdən
Bir boy458 qalxıb dağ çıxmışam.
10 İL SONRA
Bu ağır sınaqda459, bu çarpışmada,
Bu qanlı-qadalı sərt vuruşmada,
Mən sənə zirehdən460 don461 geyindirdim,
Mən səni ovcumun içində tutdum.
Ən ağır zərbəyə sinəmi gərdim,
Axan göz yaşını sözlə ovutdum.
Bəlkə 10 il sonra, 15 il sonra
Bir soyuq ağılla, bir sakit başla,
Keçmişə qayıdıb düşünəcəksən,
Düşünüb heyrətdən üşünəcəksən462:
Qanı dayanmayan yaralarımı
Hansı məlhəmlərlə sarıdığımı,
Səni bu zərbələr, bu hücumlardan
Üfürə-üfürə qoruduğumu.
XӘNGӘL 463
Hey464 yoğurdun, kündələdin,
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın, axır etdin
Yuxadan465 da nazik məni.
Böldü, kəsdi parça-parça,
Bıçaq tutan barmaqların.
Daşıdı qaynayan suya
Undan da ağ dırnaqların.
Bəlkə qazı çox elədin,
Vaxtı ötürdün, deyəsən466.
İş işdən keçəndən sonra
Üstdən götürdün, deyəsən.
Gətirib masaya qoydun,
Bir yekə467 sinidə məni.
Kim yeyəcək indi məni?
DİK ATILIRAM 470
Mən bu dərmanları atandan sonra,
Div kimi, daş kimi yatandan sonra,
Sanki bir qalada yuxulayıram,
Nə söz eşidirəm, nə səs duyuram.
Vurub, silkələyib oyatsalar da,
Lap belə471 yanımda top atsalar da,
Tüküm də tərpənmir472, vecimə olmur!473 –
Nə şimşək çaxması, yağış səsindən,
Göylərin, yerlərin titrəməsindən,
Nə fişəng474 atəşi, tüfəng səsindən,
Qapı taqqıltısı, ya zəng475 səsindən
– yox, oyanmıram!
Bircə həyəcanla dik atılıram,
SMS-lərinin cingiltisindən476.
SƏN YAXŞISAN
Nə gənc qadın, nə gözəl qız,
Nə istedad?477 Sən yaxşısan!
İstəmirəm