Məni buludlar üstə
Gəzdirənim sağ olsun.
Ən dərin dəryalarda
Üzdürənim sağ olsun.
Uzadıb əllərini
Faş elədi507 sirrini.
Yaşamağın sehrini
Sezdirənim sağ olsun.
İşıq saçar, nur çilər
Hər ötən508 dəqiqələr,
Hər günümə nəğmələr
Yazdıranım sağ olsun.
İNDİ 509
Nə sabahdı, nə dünəndi,
Balıq kimi sürüşkəndi510.
Görərsən əlindən çıxdı,
Düşdü, yumalandı İNDİ.
Ha dartışdır511, ha çək uzat,
Nə bir saat, yarım saat.
Beş dəqiqəlik canı yoxdu,
Göz qırpımlıq andı İNDİ.
Dillər nağıl söyləsə də,
Ən gözəl sözlər desə də,
Gözlərdən ki, şeytan baxdı,
Nə var ağ yalandı İNDİ.
Yaxanı çəkmə qırağa512,
Bu əzabdan qurtulmağa
Ən münasib, dəqiq vaxtdı,
Ən doğru zamandı İNDİ.
QALANI…
Bu çəmənin vədəsiz
Solanı bizlik513 deyil.
Ağır axan zamanın
Son anı bizlik deyil.
Sil üzündən boyanı,
Ruh yenidən oyanır.
Götür daha, riyanı,
Yalanı, bizlik deyil.
Sürünüb qarış-qarış,
Vurar çatana alqış.
Allahım, özün qarış,
Qalanı bizlik deyil.
YALAN
Bir yol514 qonsa dodağına,
Təkrar-təkrar deyiləndi.
Ayağı yer tutan kimi515
Yeriyəndi, yüyürəndi516.
Qanqaltək törəyib, artıb
Çoxalandı, böyüyəndi.
Çiçəkləri sıxıb, əzib
Çəmənliyi bürüyəndi.
Kəməndini hazırlayıb,
Qılıncını sivirəndi517.
Ən alınmaz qalaları,
Hasarları devirəndi.
Bu təpədən o təpəyə
Şişib-şişib, axır şartək520
Partlayandı, dağılandı.
Sonda ayaq altda qalıb,
Sərçə kimi çırpınandı.
Bir çırtmalıq canı yoxdu,
Bircə çimdik521 qara qandı.
QANADLARIMIYDIN…
Daşlaşdın, qaxaclaşdın,
kötüyə522 döndün.
Ağırlığın kürəyimi əzdi.
Əyilib sola, aşırdım523 çiynimdən524,
Ağır yük kimi atdım səni.
HӘ
MİŞӘLİK 525 AĞRILAR
Zorla xoş xatirələri,
İsti526 sözləri
İslaq dəsmal527 kimi
Beynindəki yaralara qoyub soyudarsan.
Düşünərsən, keçdi daha,
Unuduldu ağrıların, sakitləşdi beynin,
Qəfildən528 hansı sözlə, hisslə,
Bilməzsən peyda olduğunu -
Sanki bir əl sinənin altından girib
Ürəyini bir dəfə sıxıb çıxır.
Barmaqlarının göyərmiş yerlərini
Hiss edirsən,
Hətta gözucu baxıb
Dərinin altından
Göyərmiş529 barmaq yerlərini görəcəksən.
Elə onda beynindəki yaraların
Qaysaqları530 qapaq kimi atılıb,
açılıb töküləcək
Və təzədən531 başlayacaq işgəncələr, iztirablar.
Qorxacaqsan,
Ağrıların həmişəlik olduğuna inanacaqsan.
SUAL
Ən qəliz532 anlarda,
Sözlərinin düzlüyünü
Bilmək istədiyim zamanlarda
Gözlərinə baxdım.
Dərin gözlərindən
Pilləkən533 qoyub
Ürəyini, beynini
Gəzib çıxdım.
Nə kipriklərini qırpdın,
Nə incidin.
Saflığına,
Duruluğuna
Әmin