Deməli, orda -
Dərinliklərdə
Nəsə536 yerində deyil,
Heç pilləkənə də –
Enməyə,
Düşməyə,
Qalxmağa537 da
Gərək yoxdu;
Neynəmisən?538
ƏGӘR 539…
Əgər bircə dəfə
Səni
Beynimin dərinliklərindən
Çıxarıb
Yerinə nəsə qoymağı bacarsaydım,
Əgər ürəyimin üstünə
Bələdiyim ürəyini
Çıxarıb ovcumda saxlasaydım,
Mələşən,
Çığrışan,
Ağzını açıb yem istəyən
Hüceyrələrimi
Süni qidalarla doyuzdursaydım,
Əgər səni cəmisi bircə dəfə,
Heç olmasa, bircə saatlığa -
Ya futbola baxanda,
Ya tədbir aparanda540,
Kitab oxuyanda,
Çıxış eləyəndə541 -
Unutsaydım,
Unuda bilsəydim,
Çoxdan unutmuşdum.
Amma etmədim,
Bacarmadım,
İstəmədim,
Ağlımdan da keçirmədim -
Mən bu yaşamı seçdim.
Beynimin hər an səni düşünməsini,
Ürəyimin səninlə döyünməsini,
Hüceyrələrimin səninçün çığırmasını…
SEVDİM.
GUYA Kİ…
Guya ki, görmürəm,
Guya ki, baxmıram,
Etinasızam542,
Vecimə deyil guya ki…
Amma gözümün ucu
Telefondadı.
Ürəyim də
İşığının yanmasına
bənddi543 ki,
Pırıldayıb uçsun!
ÇİLDAQ 544
Sən beynimi oyaq hala gətirib,
Bədənimi yazıq günə qoymusan545.
Əzablarda, ağrılarda itirib,
Hər sitəmi, hər ələmi qıymısan.
Bu qorxudan tir-tir əsir546 ürəyim,
Baxışlarım don qalıbdı üzümdə.
Qulaqlarım sözlərini eşitmir,
Yüz ağrılı an qalıbdı gözümdə.
Öpüşündən isti keçmir qanıma,
Az öncənin duyğusunu oyatmır.
Diz çökməyin, yalvarışın, göz yaşın,
Hüceyrəmin uyğusunu oyatmır.
İndi daşam, indi heykəl, indi qum,
İndi məni hansı torpaq götürər?
Bu ağrını nə çıxarar canımdan,
Bu qorxunu hansı çildaq götürər?
SӘYAHӘT
Sənsiz getdiyim yer -
İstər Vaşinqton olsun,
İstər Milan,
İstər müqəddəs şəhər!
Heç nə -
Bir təyyarəlik zəhər!
QALIN QARI TAPDALAMAQ…
Sənlə yazışmadan sonra
Vaşinqtonda gecə 4-də
Qəfil yağan qalın qarı tapdalamaq
Beş siqaret əvəzidi!
Hirsim547 sakitcə xışıldayır
Ayaqqabının altında,
Qəzəbim sürüşüb548 yumşaq
Qar çalasına549 düşür,
Ehtirasımı üzümdən
Lopa-lopa qar yuyub aparır,
Soyuq hava nəfəsimə dolub
Ürəyimə çökür -
Darıxmağım keçir.
SU
Aşqabadla Vaşinqtonun
Suyunda nəsə
Yupyumşaq!
Sürüşkən!
Şipşirin!
Lap belə bal kimi!
VAŞİNQTONDA
Səhər yaz havası,
Axşam bir qarış qar!
Bu təzada
Alışmışam, artıq
YӘQİN… 554
Ayrılan kimi
Başlayır darıxmaq555,
Darıxan kimi
Səni düşünürəm,
Düşünən kimi
Ürəyimin sızıltısı yenidən oyanır.
Sonra şübhələr,
Әndişələr…
Beynim