Bozqurdlar. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Çünki artıq onbaşıdan asılan əsgər tək deyildi. Bir-birinə

      sığınıb, bir-birindən asılan əsgərlərin sayı iyirmini keçmişdi. Amma Yamtar etiraz etmir, sarsılmır, yalnız kəmərindən daha möhkəm tutmağa çalışırdı. Bu ara ildırımdan daha kəskin, göy gurultusundan daha güclü bir səs yüksəldi:

      − Qurd Qaya, əlini burax!

      11

      Və ondan sonra ətrafı ildırımların səsi bürüdü. İşbara Alp vaxtında qışqırmışdı. Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə izləmişdi. Ürəyi bir suala cavab axtarışında çırpınırdı: Tanrı onlardan nə üçün üz çevirdi? Bax, Çinə hücum edirlər, qılıncların qında uyuduğu, yayların gərildiyi, oxların sadaqlardan çıxmadığı bir tək günləri belə olmayıb. Bəs onda Tanrı yenə nə üçün qəzəblənib? Yüzbaşı bir yandan bunu düşünür, bir yandan da Yamtarı gözləyirdi. Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı: “Qurd Qaya, əlini burax!..” Qurd Qaya, Yamtarın arxasından sıralanan ərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə bir an belə tərəddüd etmədi və qara, azğın sular on əri bir anda uddu. Yüzbaşının ikinci dəfə gurlayan səsi Yamtara da təhlükəni bildirdi:

      − Yamtar, bərk dur, qayış qopacaq!

      Gənc onbaşı tez hərərkət etdi. Arxasındakı bütün ağırlığa baxmayaraq, insan gücünün son qeyrəti ilə özünü, irəliyə doğru çəkməyi bacardı. Digər əli ilə də qayanın bir çıxıntısını yoxladı. İndi artıq arxayınçılıq idi. Yuxarıdan aşağı axan sular sürətini azaltmasa da yağış kəsmiş, külək heydən düşmüşdü. Hərəsi bir yerdən yapışıb özünü qoruyan əsgərlər bir-bir toplanmağa başladılar. İslanmış

      geyimləri bədənlərinə yapışdığından hər biri olduğundan daha uzun görünürdülər. Parlayan günün altında yüzbaşının göstərişlərini yerinə yetirmək üçün o yana, bu yana gedir, ehtiyacı olan yoldaşlarına kömək əli uzadırdılar. Qarğaşalıq bir müddət beləcə sürdü. Yerdən bir ox boyu yüksələn günəş, hər şeyin yerli-yerində, düzəlmiş olduğunu gördü.

      Yüzbaşı İşbara Alp işlərin yoluna düşdüyünü görüncə əsgərlərinə bağırdı: “Haydı, qılınclarınızı yığın! Hər kəs öz qılıncını götürsün!” Əsgərlər hərəkətə gəldilər. Çaxan ildırımlar qılıncların bəzilərini parçalayıb dağıtmışdı. İşbara Alpın ən üstdə olan qılıncının, əvvəlkindən daha parlaq, daha iti olduğu görünürdü. Atlarını itirənlər axtarır, adları ilə səsləyir, fışqırıqla çağırırdılar. Uzaqdan kişnərti səsi eşidilir, bu dəhşətli bəladan sağ qalan atlar bir-bir, iki-bir ortaya çıxırdılar. Bəzilərinin atları geri dönmürdü, geri dönənlərin sahiblərindən isə bir çoxu artıq yoxdu. İşbara Alp qılıncının ildırımların zərbindən əvvəlkindən daha iti olduğunu görüb buna uca Tanrının onu əfv etməsi kimi baxırdı. Amma bu fırtına, bu dolu, bu sular, bu məhv olan əsgərlər…təzadlı mənzərəydi. Demək, Tanrı həm qəzəblənmiş, həm də bağışlamışdı. Yüzbaşı neçə adam öldüyünü öyrənmək üçün onbaşılara bağırdı:

      − Onbaşılar ərlərini saysın!

      Onbaşılar öz ətraflarına toplaşan əsgərləri saymağa başladılar.

      İşbara Alp bir-bir soruşdu:

      − Onbaşı Yamtar!

      − Buyur.

      − Əsgərlərin hamısı yerindədimi?

      − Biri çatışmır.

      − Onbaşı Süləmiş!

      − Buyur.

      − Əsgərlərin hamısı burdadımı?

      − Biri əskikdir.

      − Onbaşı Sancar!

      − Buyur.

      − Ərlərin hamısı burdamı?

      − Bir əskik var.

      − Onbaşı Pars!

      − Buyur.

      − Ərlərin hamısı burdamı?

      − Hamısı.

      − Onbaşı Göy Börü!

      − Buyur.

      − Ərlərin hamısı burdamı?

      − Beşi əskikdir.

      − Onbaşı Buğra!

      12

      Yüzbaşı İşbara Alp bu suala cavab almadı. Yenidən bağırdı:

      − Onbaşı Buğra!

      Qalın bir səs cavab verdi:

      − Onbaşı Buğra cənnətlik olub.

      − Ərlərinin hamısı burdadımı?

      − Burdadır.

      − Onbaşı Qara Budaq!

      − Buyur!

      − Ərlərinin hamısı burdadımı?

      − Üçü yoxdur.

      − Onbaşı Üç Oğul!

      − Buyur!

      − Ərlərinin hamısı burdadımı?

      − Biri əskikdir.

      İşbara Alp, onbaşıları sorğu-sual edərkən çatışmayan ərlərin sayını bilmək üçün bıçağı ilə ağac parçasının üstə xətt cızırdı. Sorğu bitincə çəkdiyi cızıqları saydı. On iki əsgər və onbaşı Buğra ölmüşdülər.

      Günəş ətrafı isidirdi. Göydə qoyun yununa oxşar buludlar vardı. Gecə vaxtı təpədən-dırnağa qədər yaş olub üşüyən əsgərlər indi yavaş-yavaş quruyub isinirdilər. Hələ bir az öncə, atlıların toplandığı enişdə kökslərinə qədər qalxan, önünə gələni aparan, Göy Türk ordusunun on üç igidini udan su indi hardaydı? Hər şeyi bağrında əridən, yüz illərcə durmadan qanla bəslənən türk elinin bozqırlarının torpağı bu suları sanki bir anda içmişdi. İri quşlar uçuşur, incə bir buğ torpaqdan yüksəldikcə

      yüksəlirdi.

      İşbara Alp yeni bir göstərişlə əsgərlərini dünən gecə qaldıqları yerə aparmağa başladı. Yenicə

      düzənliyə çıxmışdılar ki, qarşıdan bir atlının böyük sürətlə onlara doğru çapdığını gördülər. Kürən ata minmiş bir əsgər onlara çatmağa otuz addım qalmış atının başını çəkib bağırdı:

      − Yüzbaşı İşbara Alp kimdir?

      İşbara Alp atını irəli sürüb cavab verdi:

      − Mənəm! Sən kimsən? Nə istəyirsən?

      Atlı atından yerə atılıb yüzbaşını salamladı:

      − Mən Bağatur Şadın at uşağıyam, Bağatur Şad tez geriyə, onun ordusuna dönməyinizi tapşırdı.

      Çinə hücum olmayacaq. Çuluq Kağan zəhərlənib cənnətlik olub.

      Atlı