Bozqurdlar. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Katunu salamlamadığı üçün minbaşı ola bilmədi.

      Görünür qəzəbdən yuxusu qaçıb.

      − Bizim Çuluq Kağan çox igid və bahadır kağandır. Amma bu çinli qadın olmasaydı daha yaxşı olardı…

      − Bu çinli qadın bizim başımıza pis işlər açacaq deyə qorxuram.

      − Çində qədimdən Sui Kağan ailəsi vardı. İndi də Tanq Kağan ailəsi meydana çıxdı. Bu qadın qədim ailədəndir. Ona görə də Çində yenə öz ailəsinin hakimiyyət başına gəlməsi üçün Çuluq Kağanı təhrik edir deyirlər.

      − Təhrik eləməkdən nə çıxar? Bizcə hamısı bir deyilmi?

      − Orasını yüzbaşı bilir. Mənə qalırsa, susub yatmaq daha yaxşıdır. Boşboğazlıq edib cansıxıcı şeylər danışmaqdan tərləyib əldən düşmüşəm.

      ***

      İşbara Alp, qarşı yatan qara dağlara baxa-baxa sabah toplanıb o dağların ardından Çinə hücum edəcək ordunu düşünürdü. Hücum olacaqdısa, bəs onun içini belə sıxan hansı hissdi?! Nə qədər edirdisə səbəbini anlaya bilmirdi. Geniş çəmənlikdən bir səs-səmir gəlmirdi. Rüzgar belə əsmirdi…

      İşbara Alpın büsbütün canı sıxıldı. Börkünü başından, sadağını6 belindən çıxardı. Nəfəsini dərmək, fikrini dağıtmaq istədi. Bir şey çıxmadı… Dönüb arxasına baxdı. Bütün atlar nədənsə başları yuxarı, qulaqları dik halda dayanmışdılar. Yüzbaşı “görünür, sıxılan təkcə mən deyilmişəm” deyə mızıldandı.

      Yatan əsgərlərin arasında gəzmək üçün börkünü geyib, sadağını taxdı. Heyrətlənməli bir iş idi –

      yatmış, uyumuş kimi görünən əsgərlərin hamısı oyaq idi. Uzanıb yatdıqları yerdə ulduzları, ayı seyr edir, yaylıqları ilə tərlərini silirdilər. Gecələr belə isti indiyəcən görünməmişdi. Yüzbaşı yenidən əvvəlki yerinə qayıtdı. Başını yuxarı qaldırdı. Gözləri göyə dikili qaldı. Qərb tərəfdən qara bir bulud gəlməkdəydi.

      Bu bulud bir çin atlısına bənzəyirdi. Özlüyündə yer üzündə bir otun belə tərpənmədiyi halda göy üzündə buludun bu qədər sürətlə hərəkət etməsini yüzbaşı yaxşı hal hesab etmədi. Bir uğursuzluq olacaq deyə düşündü. Həmin anda yanından ildırım kimi bir şeyin şığıdığını gördü. Bu, bir heyvan, bəlkə də tülkü idi. Hardan çıxıb, hara getdiyi məlum deyildi. Canı sıxılan yüzbaşı tülküyə bənzəyən bu heyvanı görüncə birdən-birə sadağına əl atdı. İldırım sürətilə yayına bir ox yerləşdirdi. Düz çayırlıqda qaçan heyvanı nişanlayıb, oxu atdı, yüzbaşının oxu boşa çıxmışdı. İşbara Alp otuz beş illik ömründə

      ilk dəfə nişan aldığını vura bilməmişdi. Birdən-birə üzündə qəribə bir soyuqluq duydu. Sonra cəld geriyə dönərək bağırdı:

      − Çalıq!

      6 Ox qabı

      10

      Sərt bir səs cavab verdi:

      − Buyur!

      − Toplanış borusu çal!

      Amma, Çalıq şeypuru dodağına aparmağa macal tapmamışdı ki, işıqlı gecə birdən-birə qaraldı. Ay görünməz oldu. Qəfil bir tufan qopdu. İldırımlar ətrafı lərzəyə saldı, yağış bardaqdan tökülürcəsinə

      yağmağa başladı. Çalığın şeypuru kəskin şəkildə ötərkən əsgərlər sıralanıb atlarına mindilər. Yüzbaşı da bir sıçrayışla atın üstünə qalxdı. “Tez olun, ardımca gəlin” – deyə hayqırdı. Sağda, solda ildırımlar şaqqıldayıb yağan dolu sifətlərini cızıq-cızıq etsə də, bu yüz atlı qarşıdakı dağa sarı at sürdülər.

      Yüzbaşı qarşı yatan qara dağın ətəyindəki sığınacaqlara tez yetişmək üçün atını bir az da sürətlə çapır, arxadan gələn atlılar da beləcə bir-biri ilə yarışırdı. Bu yarışma uzun çəkmədi. Şiddətli bir uğultu ilə

      onlara tərəf əsən külək atların və əsgərlərin nəfəsini tıxayırdı. Yüzbaşı elə getdiyi yerdə atını şahə

      qaldırıb üzünü geri çevirdi: “Geri dön! Dördnala!” deyə bağırdı. Atlılar indi əvvəlkinin əksinə

      dördnala geri çapırdılar. Amma külək qarmaqarışıq əsir, gediləcək yolu çaşdırırdı. Atlar yorulub əldən düşürdü. Atlılar iliklərinə qədər islanmışdılar. Bir az əvvəlki gözəl çayırlıq bataqlığa çevrilib atların yolunu kəsirdi.

      İndi yarım gündə gəldikləri yolla yerə geri qaçırdılar. Dözümlü atları ilə oraya çox az bir müddətdə çata bilərdilər. Amma kəskin əsən külək onları yorur, qaranlıq və yağış yollarını çaşdırırdı.

      Beləcə bir müddət getdilər. Yağış qudurur, külək dəli olurdu. Artıq atlar da əsgərlərin sözünə baxmaz olmuşdu. Sürətlə gedirdilər, yolları bir enişə dirəndi. Qaranlıqda bu enişə cumdular. Ağaclıq bir yerdi.

      Burda onları bir uğursuzluq gözləyirdi. Bu enişdə boz-bulanıq yağış suları iti axan bir çay yaratmışdı.

      İldırımlar ağaclığı yaxıb yandırırdı. Qorxunc gurultularla çaxan ilk ildırım bütün atları hürkütdü.

      Kişnəyərək sel sularına atıdılar. Çalığı üstündən atan at dəli kimi boşluğa doğru çaparkən üzərinə

      düşən bir ildırımdan yanıb kül oldu. Çalığın bəxti vurub salamat qalmışdı. Bir neçə atlı selə qapılıb qalmışdılar, çığırıb-bağırırdılar. Kimsə kimsəyə yardım edəcək halda deyildi. Atından düşməyən təkcə

      İşbara Alpdı. Atsız qalan ərlər nə edəcəklərini bilmirdilər. Kimi atını tutmağa, kimi sığınacaq bir yer tapmağa can atırdı. Tez-tez ildırım çaxırdı. Yüzbaşı bir an duruxdu: “Türk Tanrısı bizdən üzmü çevirdi?” – deyə düşündü. Sonra sərt, gur səslə hayqırdı: “Hamınız tez yanıma toplanın!” Ərlər bu əmrə baş əyərək toplandılar. İşbara Alp bağırdı: “Tanrı ya bizdən üz çevirib, ya qılınclarımızı itiləmək istəyir. Tez olun qılınclarınızı çıxarıb buraya yığın!”

      Bir anlığa ətrafı qılınc cingiltisi bürüdü. Əsgərlər qılınclarını üst-üstə yerdəki təpəciyə fırlatdılar.

      Yüzbaşı da ən sonda öz qılıncını atdıqdan sonra “Ardımca gəlin” – deyə bağırdı. Əsgərləri bir az irəlidə, ağaclıqdan uzaqdakı qayaların yanına gətirdi. Artıq geriyə dönməyə də imkan qalmamışdı.

      Sular yuxarıdan dərəyə doğru axır, dərə də ağzına qədər dolub qabarırdı. İşbara Alp bağırdı:

      − Qayalardan möhkəm yapışın. Kim dözüb dursa qurtulacaq. Dözməyəni sular aparacaq!

      Əsgərlər dizlərindən yuxarı suyun içindəydilər, bərk-bərk qayaların çıxıntılı, sivri yerlərindən tutmuşdular. Su get-gedə qalxırdı, ildırımlar bir az irəlidəki qılınc yığınının üstünə düşürdü. Onbaşı Yamtar yapışdığı qayanın sivri ucunu görüncə tək əli ilə kəmərini çəkib çıxartdı. Yanındakı iki əsgərə

      göstəriş verdi:

      − Hələ bütün gücümüz tükənməyib,