Bozqurdlar. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
tökmək üçün çaydan yuxarı axına qarşı üzdürən “dəli” sevda türkün də həmişə başındadır. Koreya körfəzindən Çin səddi çevrəsinədək –

      monqol çöllərindən atlanan türkün dayanacaq yeri bir zamanlar Avropanın göbəyi Anadolu yarımadası Macar düzənlikləri idi. Türkün tarixi köçhaköçü davam edirdi. Türkün əzəli gücü də bu təbii yerdəyişmə qanununda idi. Elə ki, yasaqlar başladı, bic və hiyləgər dünya türkün də alınmaz qıfılına açar tapdı, araya sədd çəkildi, sərhəd qoyuldu, onda türkün əli ətəyinə yetmədi. Elə buna görə də taixin gəlhagəl çağlarında böyük imperatorluqlar quran türk milləti süni şəkildə öz kökündən ayrıldı və

      müasir çağların üçüncü dərəcəli millətinə çevrildi.

      Əziz oxucu!

      Oxuyacağın bu romanda türkün tarix dolaylarında hansı yollardan necə keçdiyi açıqlanır. Bəs romanın adı hardan doğulub – bunu türk mifologiyasında asanlıqla tapa bilərsən.

      Əsatirlərin birində türkün yalnız anası qurddur. Başqa bir əsatirdə atamızın da qurd olduğu söylənir. Üçüncü ehtimala görə, qurd nəsli kəsilməkdə olan türkün xilaskarı olub, sonuncu türk cocuğuna döşündən süd verib. Başqa bir əsatirdə isə savaşlar zamanı aclıqda qalıb dağlara çəkilərkən 5

      yolunu azan türklərə keçilməz qayalıqlardan yol göstərən həmin bozqurd-dur. Nihal Adsızın

      “Bozqurdlar” romanı qədim miflərdən maya tutan poetik duyumun məhsuludur. Əsəri Azərbaycan türkcəsinə çevirərkən orijinalın ruhunu olduğu kimi saxlamağa çalışmışıq. Ayrı cür ola da bilməzdi.

      Biz Türkiyədəki soydaşlarımızla eyni milli taleyin yiyəsiyik. Dillərimiz arasındakı az-maz fərq də

      ləhcə fərqidir. Və bizi bir-birimizlə yenidən qovuşduran tarix yəqin ki, bu fərqi gec-tez aradan götürəcəkdir.

      Uzun illərin oxu təcrübəsindən gəldiyim qənaətə görə böyük əsərləri gərək bir dəfə yox, bir neçə

      dəfə, həm də başqa-başqa zamanlarda və şəraitlərdə oxuyasan. Və bu əsəri ikinci nəşri üçün yenidən bir də oxuduqda çox fərqli duyğular keçirəsi oldum.

      Romanı əlinə alıb oxumağa başlayanlara ilk tövsiyəm, başlanğıc səhifələrindəki ağır oxunuşa aldanıb kitabı qatlayıb bir tərəfə qoymasınlar. Hər yeni kitabı ilk dəfə oxumaq, hardasa qışdan yaza çıxıb dəniz mövsümünə başlamaq kimi bir şeydir. Sulara girməyi çoxdan unutmuş bədən, diksinib müqavimət göstərir, suya girmək istəmir. Amma çətini sularla ilk təmas və dənizə dalışdır. Sonrası məlumdur. Kitab oxunuşu da belədir, üç-beş səhifənin başlanğıc çətinliyinə qatlaşsanız, sonra hadisələr sizləri elə alıb aparacaq ki, onu əlinizdən yerə qoymaq istəməyəcəksiniz. Hər dəyərli kitab nəsildən nəsilə müqəddəs yükünü ötürmək üçün zaman dalğalarında yol gedən bir gəmiyə bənzər −

      bir düşüncəyə görə. İnsan gedir, söz qalır, bu mənada sözümüz bizdən daha uzun ömürlüdür.

      Məmməd İsmayıl

      1992-2013

      6

      BOZQURDLARIN ÖLÜMÜ

      BU ROMANIN HEKAYƏTİ

      GÖYDƏ AY, az qala bu donanma gecəsinin1 parlaqlığını belə sönük göstərəcək qədər gur işıq saçır, ortalığı günün günorta vaxtı olduğu kimi hər şeyin apaydın seçilə biləcəyi bir hala gətirirdi.

      Mərkəzi prospektə qovuşan dar küçələrin birindəki bu tələbə yataqxanası tətil olduğu üçün kimsəsiz görünürdü. Küçəyə baxan səddin üzərindəki taxta oturacaqlarda sifətlərindən ciddilik yağan altı-yeddi gənc oturmuşdu. Ailə ocağının qırağında hər kəsin gülüb əyləndiyi bu xoşbəxt anlarda uzaq yurd guşələrindəki evlərində olmamağın gətirdiyi kədər onların dalğın baxışlarından oxunurdu.

      Yeməkxanadan yenicə qayıtmışdılar. Onlardan biri gözəl, incə bir qız idi… Yumşaq və səssiz duruşunda bir şeir ahəngi sezilməsinə baxmayaraq bu qız texniki fənn tələbəsi idi. Bəlkə buna görə də

      çox az danışır, əslində, tükənməkdə, bitməkdə olan söhbəti təzələməyə, canlandırmağa təşəbbüs göstərmirdi. Hamıdan aralı oturan ucaboylu, olduqca cüssəli bir gənc yoldaşlarından bir şey − bir az canlanma, bir az söz-söhbət gözləyirmiş kimi bir müddət səssiz qaldı, onların danışmadıqlarını görüncə pencəyinin cibindən ikiyə qatlanmış və əldə gəzdirməkdən yıpranmış bir kitab çıxartdı, sanki gözlərinin içinə soxacaqmış kimi yaxınlaşdırıb oxumağa başladı. Onun bu hərəkəti yaranan vəziyyətlə

      o dərəcə uyuşmurdu ki, gənclər istər-istəməz gülüşdülər. Aralarında boyca ən balaca görünən və səsi də bir az gülməli çıxan tələbə qışqırdı:

      − Baxın, tam bir ədəbiyyatçıya yaraşan poza! Yahu, bu gözəl təbiəti seyr etmək, heç olmasa seyr edən kimi görünmək imkanı varkən, insan gözlərinə bu qədər ziyan verərmi? Nə qədər oxumaq olar axı?!

      Ədəbiyyatçı olduğu söylənən gənc öncə cavab qaytaran adama oxşamırdı. Amma sonra ümumi bir nəşəli halın yaranmaq üzrə olduğunu görüb vəziyyəti bir az da körükləmək istədi.

      − Bəs sən? – dedi. − Bu gözəl təbiəti seyr etmək əvəzinə beynində nələr qurursan? Kim bilir, neçənci dəfədir ki, qoca dünyanı seyr etmək üçün göyün ən yüksək nöqtəsində ucalan Ayın ən şairanə

      mənzərələrlə bərabər neçə qanlı meydan savaşları gördüyünü, neçə süngüləri, necə polad ürəkləri heyfsilənmədən deşdiyini, seyr etdiyini və buna baxmayaraq hələ də o canlı gülümsəməsini qoruyub saxlaya bildiyinin hikmətinimi düşünür bəlkə mühəndis bəyimiz?

      Gənc cavabında:

      − Bu mənə aid deyil, − dedi, − romançıların mövzusudur, əzizim. Mən bu ən möhtəşəm gecədə

      belə göyə baxarkən Ayın yalnız özünü düşünürəm, onun qocalmış, bürüşmüş üzündəki gülümsəməni yox. Hətta bir ədəbiyyatçı təxəyyülü ilə danışsam, bu gülümsəmə günlərin birində lap qəhqəhəyə

      dönsə belə məni yenə maraqlandırmaz.

      Eyni yataqxanada yaşayan bütün tələbələrin, ən qədim türk tarixçəsini nəzərdə tutaraq hamısı bir ağızdan “Tonyukuk” adlandırdıqları bir tarix tələbəsi həyəcanla ortaya atıldı:

      − Bəs günlərin birində göy üzündə birdən üç yerdə Ay görünsə, onda necə, yenə maraqlanmazsan?

      Bəstəboy gənc yavaşca danışana tərəf döndü:

      − Görünür axşamkı plovdan həddindən çox yediyindən, tarixçiliyi buraxıb roman mövzuları quraşdırmağa başladın. Yoxsa bu yersiz sualı verməzdin, − dedi.

      Tonyukuk gülümsədi:

      − Tarixçiliyi buraxmadım. Amma sən də materialist olduğuna baxmayaraq gələcəkdən dəm vurmağa başladın. Həqiqətən də, bir roman yazmaq üzrəyəm. Həm də elə bir roman ki, həyatın birbaşa özünü əks etdirsin. İçində