– Anladım, davam edin.
– Sonra o şəxs pivə çəlləyinin arxasından atəş açdı. Ortada qalan qız boyunundan vuruldu. Sonra vuran şəxs qaçdı.
– Qaçan şəxsin arxasınca SSK İşhanına ilk siz girdiniz?
– Bəli.
– O sırada amiriniz harada idi?
– Tam bilmirəm, hərhalda o biri qrupu qovurdu Yeni Səhnəyə doğru.
– Hansı Yeni Səhnə?
– Bu sökülən Yeni Səhnə yoxmu? Köhnə Meşəbəyilər Lokalının altı.
– Siz şəxsi harada tutdunuz?
– İşhanının dibində, ümumi tualetin qarşısında tutdum. Silahını götürdüm, vurub uzatdım.
Betti, Harunu başdan ayağa süzdü:
– Vurub uzatdınız?
– Təsirsiz hala gətirdim deyək.
Betty qımışdı, ardından ən əhəmiyyətli sualı olduğunu bəlli edən bir rəftarla:
– Amiriniz o adama silahı tuşlayanda siz harada idiniz? – dedi.
– Arxasındaydım.
– Şəxsin arxasında?
– Xeyr, amirimin.
– Necə yəni? Az əvvəl mən tutdum deyirdiniz. Prokurora verdiyiniz ifadədə şübhəlini ilk tutanın siz olduğunu söyləmisiniz.
Polis Müfəttişi Bani:
– Şəxsi buraxıb komandirinizin arxasına keçdiniz? – deyə soruşaraq Haruna köməkçi oldu. Mülki müfəttiş Betti həmkarına yeyəcəkmiş kimi baxıdı.
– Bəli, – Harun dedi. Şəxs əlimdən qaçdı. Mən də amirimin arxasına keçdim.
Narahat edici bir səssizlik oldu.
– Sizin boyunuz nə qədərdir, – Betti pozdu bu səssizliyi.
– Bir doxsan dörd.
– Kilonuz?
– Bu nə deməkdir?
– Lütfən suala cavab verin. Kilonuz neçədir?
– Bilmirəm. Yüzdən çox, yarım tondan az.
– Maşallah. Əlinizdən qaçırdığınız şəxsin boyu bir altmış beş, kilosu altmış yeddi kiloqram. Az qala sizin yarınız qədər bir adam.
– Eee?
– Əlinizdən necə qaçdı?
Harun, boz xəttli qalstuku boşaltmaq ehtiyacı duydu.
– Qandal çıxararkən…
– Komandiriniz nə vaxt silahını qaldırdı.
– Şəxs qaçında.
– Şəxsin arxasından dayan xəbərdarlı etdinizmi?
– Bəli.
– Neçə dəfə?
– İki.
– Şəxs qaçıb tuta bilməyəcəyiniz bir məsafədə idimi?
– SSK-dan çıxıb kütlənin arasına qarışma ehtimalı vardı.
– Atış məsafəsi nə qədər idi?
– Bilmirəm, – Harun dedi. O həngamədə görə bilmədim. Betti heyrətləndi:
– Necə yəni? Necə görə bilmədiniz?
– Görə bilmədim dedim. O qarışıqlıqda dayanıb atış məsafəsini ölçəcəkdim?
– Təqribən bir şey söyləyə bilərsinizmi?
– İndi, – Harun dedi. Nə söyləsəm yalan olar. On metr də ola bilər, iyirmi metr də. Otuz metr belə ola bilər.
Betti önündəki kağızları qarışdırdı, başını qaldırmadan:
– Komissar Səbri Özay da hadisə yerində idi? – deyə soruşdu.
– O kimdir?
– İllərdir birlikdə çalışdığınız yoldaşınızı tanımırsınız?
– Anlamadım. Bizim Hayaleti deyirsiniz?
– Bəli. Hayalet ləqəbiylə tanınır, yəqin.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.