Son qazıntı. Эмрах Сербес. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эмрах Сербес
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
xətti kimi bir şey vardı.

      Harunun qarşısında oturan Cövdət:

      – Polisin yeni imici budur, – dedi.

      – Soxaram elə imicə, Harun bunu dedikdən sonra Cövdətə doğru əyildi. – Qarı kimi saç uzadacaqsa Narkotikə getsin, Cinayətdə nə işi var?

      – Niyə? Cinayətdə saç uzatmaq olmaz deyə bir qayda var?

      – Var, anasını satım. Lan bu bizim məhəllədən keçsə, ağızını burnunu əlinə verərlər. Polis olduğunu söyləsə sən necə polissən deyə bir daha döyərlər.

      Behzat Ç. jaketinin yaxasını sağa-sola çəkişdirdi. Sinəsinə bir ağırlıq çökdü, nəfəs almaqda çətinlik çəkirdi. Tac xəttindən ümidi kəsib qalxdı, avto dayanacağa baxan boz pəncərəni açdı. İlıq hava vurdu üzünə.

      – Yaydan qalma bir gün, – Cövdət köks ötürüb Çexov pyeslərindən çıxmış bir personaj ədasıyla dilləndi. İki gün əvvəl sulu qar yağırdı. İndi havaya bax. Qlobal. . . Harun söhbətin gedəcəyi istiqaməti anlayıb:

      – Qlobal istiləşmə heç umurumda deyil! – cümləsiylə Cövdətin səsini kəsdir. Ardınca bir müddətdir seyr etdiyi “Top kek”i bütöv olaraq ağızına atdı. Keksi çeynəyərkən – Qütb ayıları düşünsün, – deyə donquldandı.

      Cövdət ümidsiz bir üz ifadəsiylə Haruna baxdı. Bir insanın necə bu qədər laqeyd ola biləcəyini anlaya bilmirdi. Cinayət bürosuna, işsiz universitet məzunlarına polis olma haqqı tanıyan qanundan faydalanıb gəldiyi üçün, fikirlərinin ciddiyə alınmamasına alışmışdı. Amma az-çox mütəxəssisi sayıldığı belə bir mövzuda da – əkinçilik mühəndisi idi – susmağa niyyətli deyildi. İstixana effktindən, istilik statistikalarından və yaxud Harun onları başa düşməzsə, Ankarada son qırx bir ilin ən quraq qışının yaşandığından bəhs etməyə qərarlı idi.

      Harun, hələ Cövdət sözlərinə başlamadan sözünü kəsdi.

      – Onsuz da müfəttişlər gəlib, beynim xarab olub. Zibil qutusuna atdığı “Top kek”in qabıyan keçdikdən sonra – On il əvvəl ozon dəliyi deyirdiniz, – deyə davam etdi. – İndi onu tikdiniz, qlobal istiləşmə çıxdı ortaya.

      Cinayət və Soyğundan məsul Polis Şöbəsinin Müdir yardımçısı Tahsin, Hayaletlə birlikdə otağa girdi. Daha doğrusu əvvəl Tahsinin göbəyi girdi, bir müddət sonra yanında Hayaletin də olduğu aydın oldu. Cövdətə baxdılar. Cövdət xüsusi bir mövzunun danışılacağını anladığından, birdən qalxdı. Qalxarkən kürsünüvə ratsiya telefonu aşırtmışdı.

      – Yavaş, Harun dedi. – Yavaş! Götünlə dağları aşırtdın. Ondan sonra nə bilim qlobal istiləşmə, nə bilim qütb ayısı.

      Cövdət küskün halda çıxdı, qapını bağlayarkən Tahsin:

      – Çay varmı? – deyə soruşdu.

      – Yetər! – Cövdət dəhlizdə üsyan etdi. Səlim yanına yaxınlaşın nə olduğunu soruşdu. Cövdət – Boş ver qardaş, – deyərək səsini çıxarmadı.

      Tahsin, əvvəlki gün çəkdiyi planı Behzat Ç.-nin masasına sərmişdi.

      – Bu iş önəmlidir. Baxın bura! Dörd polis planın üstünə əyildilər. Behzat Ç. “216” qutusunu eləcə uzatdı. Hayalet götürdü, Harun iki gündə üç siqaret çəkdiyindən götürmədi,      Tahsin "Tərgitmişəm," dedi. Behzat Ç.-nin həyatda anlaya bilmədiyi iki insan tipi vardı: biri uşaq qatilləri, digəri siqareti tərgidənlər. Hərçənd birincisini peşə təcrübələrindən anlaya bilirdi bir az. Tahsinə tərs tərs baxdığı üçün, Harunun “İki gündə müfəttiş gələr?” – deyə soruşduğunu eşitmədi.

      – Artıq belədir, – Tahsin dedi. Dərhal müdaxilə. Bu Erməni vurulduqdan sonar işlər qarışdı, müdirləri belə bir gündə yox edirlər. Yəni mən sizdən daha betər vəziyyətdəyəm bu an. Tahsin, müdir yardımçısı olaraq, icazəli olan Polis Şöbə Müdirini əvəz etdiyi üçün, özünü də müdirlər arasında görməyə başlamışdı.

      – Baxın. Bura SSK İşhanı. Bura da hadisənin olduğu ümumi tualetin önü. . . – Telefon zırıltısı sözünü kəsdi.

      Harun telefonu açdı.

      – Alo. Kim dedin? Kim! – Harunun dodağı qaçdı, gülümsəyib davam etdi, – Məmnun oldum, mən də Fantom. Söylə canım. – Hər zamankı vərdişlə üç dənə qələm götürdü qələm qabından, biri yazmasa o birisi yazardı. Baş barmağıyla əlindəki qələmi sıxdı. Tahsinin planını önünə çəkdi, kənarına qeyd etməyə başladı. – Hara? Kuğulupark. İt? Nə iti? Qutu? Niyə iti qutuya qoydun? Nə etdin! Basdırdın. Nə etdin! Yəni, basdırdım deyirsən. Harun 2,5 saniyə düşündü, üzündəki təbəssüm silindi. Polislər maraqla baxırdı. Harun davudu səsiylə – Oğulum sənin var ha, – deyə bağırdı. – Nömrədən yerini təsbit edərəm, kim olduğunu taparam, sonra da gəlib səni şil-küt edərəm. Telefonda avaralıq edəcəksənsə get 112-yə zəng et. Yaxşı, ağıllı ol indi.

      Harun telefonu söndürəndə Tahsinlə Hayalet "Kim o ya!" deyə birlikdə dilləndilər.

      – Red Kit.

      – Red Kit?

      – Özünə Red Kit deyən bir telefon avarası. Kuğuluparka bir qutu basdırdım, qutunun içində bir it var deyir.

      – Niyə Cinayətə zəng edib? – Hayalet soruşdu.

      – Nə bilim.

      Harun, Tahsinə dönüb:

      – Amirim, – dedi. Tahsin tutuldu bir az, “müdirim” deyilməsini istərdi.

      – Bu 155-dəki qızlara söyləyin. Hər istəyənə cinayətin telefonunu verməsinlər.

      – Nömrəyə baxaqmı? – Hayalet soruşdu.

      – Ehtiyac yoxdur, – Tahsin dedi. Akbabaya söyləyin, ətrafa bir nəzər salsın. O haradadır?

      – Harada olacaq, nümunədə.

      – Nə edir?

      – Nə edəcək, yaralama xəbərinə getdi.

      – Nəysə tamam, buraxın bunları, – Tahsin dedi. Planı qarşısına çəkdi. Siqareti tərgitdikdən sonra daşımağa başladığı təsbehin imaməsiylə vura-vura hər kəsə yerini göstərdi. – Bu böyük kvadrat SSK İşhanının həyətidir. Bura hadisənin olduğu ümumi tualetin önüdür. İndi hər kəs anlasın yerini. Sən buradasan. Sən onun arxasında. İki dəfə dayan xəbərdarlığı etdiniz. Adamın SSK-dan çıxıb kütləyə qarışma ehtimalı vardı. Hayaletya döndü:

      – Sən ortada yox idin. Bir şey görmədin.

      – Tamam, – dedilər. Qırx dəfə izah etmişdi onsuz da.

      – İndi Harun sən diqqət yetir, – Tahsin dedi. – Müfəttişlər, prokurora verdiyin ifadə elə deyil, deyə bilər. – Adamı əlimdən qaçırdım, deyəcəksən.

      – Bu bədənlə necə qaçırdın deyərlər, – Hayalet, Harunu süzüb dedi. Harun tərs-tərs baxdı Hayaletə. İki Hayaleti yan-yana və üst-üstə qoyunca yarım Harun etməzdi.

      – Şişirtməyin, – Harun dedi. Uzaqbaşı müfəttişlərdir. Elə incə düşünə bilməzlər.

      Harun, tək müfəttişin qarşısına çıxacağını ümid etdiyindən təlaşlandı.

      – Neçə