Tahsin, Behzat Ç.-yə tərəf döndü.
– Susma haqqını istifadə etməsəydim yaxşı olardı, – dedi. İndi şübhələri daha betər çəkdin üstünə. – Tahsin, cavab verməsini gözləyirmiş kimi Behzat Ç.-yə baxdı. – Normalda səni işdən uzaqlaşdırmaqları lazım idi, – deyə davam etdi.
Behzat Ç.-nin ağbisi Şövkət, nazirlikdən bəzilərini araya soxmuşdu; həyatda bildiyi ən yaxşı iş araya adam soxmaq idi. Behzat Ç. açıq şüşənin önünə hava almağa getdi, bir-iki dəfə dərindən nəfəs aldı. İkinci mərtəbədən avtodayanacağa atılmağı, sonra da arxasına baxmadan Şərəfli Koçhisara doğru qaçaraq uzaqlaşmağı düşündü bir anlıq.
Qapı yüngülcə təpiklənildi. Harun açdı. Cövdət iki əliylə möhkəm-möhkəm yapışdığı çaynimçəsiylə içəri girdi. Dağıda-dağıda çayları payladı, çıxarkən Haruna dönüb:
– Keç-keç keçen il, – deyə kəkələdi. – Səudiyyə Ərəbistanına qar yağdı. Qar!
– Kəs, – Harun dedi. – Onsuz da iki gündür həddindən artıq işləyirəm, sinirlərim pozulub.
Bir müddət otağı çay qaşıqlarının cingiltisi bürüdü. Sonra ilk qurtumlar hörüldədildi.
– O qaşığı çıxar, gözünə girəcək, Hayalet, Haruna xəbərdarlıq etdi. Harun bunu çox əhəmiyyətsiz hesab etdi, özünü bildi kimi çayı içdi. Birdən ağılına bir şey gəlmiş kimi qalxdı, otağının qapısını açıb Cövdətə:
– Eyy, Allahın Ərəbindən sənə nə! – deyə qışqırdı. – Plovu əllə yeyən bir millət!
– Kiçik hərflərlə danışın lan! – Tahsin qışqırdı. – Nə olub, anasını satım!
– Hər şey qaydasındadır, amirim. – Harun, kiçik hərflərlə dedi, – qlobal istiləşmə söhbət idi.
– Hər şeyiniz yolundadır, bir qlobal istiləşmə söhbətiniz çatmır.
Harun, mövzunun ona dəxli yoxmuş kimi Cövdəti göstərdi:
– Allahın əkinçilik mühəndisindən polis düzəltsən, belə də olmalıdır.
Tahsin üzünü turşudub gözlərini qıydı, mövzuyla uzaqdan yaxından əlaqəsi olmayan bir şeyi xatırlamışdı.
– O “Toros”un halı nədir? – deyə qışqırdı.
– Nə olub amirim? Təpə lampası düşdü, bir də sol farası çıxıb.
– Sol deyil, sağ, – Tahsin dedi. Ən kiçik detalda belə haqlı olmaq istəyi duyardı. Sanki o detalda yanılsa, bütün səhvləri corab söküyü kimi gələcəkdi. Harun söhbətin uzun müddətdir danışmaq istədiyi bir məcraya axmasından məmnun idi.
– Müdirim, – deyərək damardan girdi. – Polis Şöbəsi yeni “Megene” alınacaq. Birini bizim Cinayətə şey edək.
– Siz haradan eşitdiniz? – Tahsin yalandan gileyləndi. Ağılı “müdirim” müraciətində olduğundan üzündəki təbəssümü gizlədə bilmədi.
– Biz eşidirik müdirim, bunlar danışılan şeylər. Bu xarab “Toros”larla adam qovmaq olmur.
– Elə dəmə, “Toros” yaxşı avtomobildir. İstifadə edərkən anasını ağladırsınız, sizə dözür. Sizə “Megane” versək, iki gündə parçalayarsınız.
– Onsuz da nə gəlsə, ən son Cinayətə gəlir, – Harun donquldandı. – Allahın Əxlaq Bürosu belə “CZ 75”ə keçdi, bizə çatanda anbarda qalmadı dediniz, hələ standart “14-lük”lə gəzirik.
– “CZ 75” alın, millətin alnından vurun. – Tahsin dilləndi.
Bir səssizlik oldu. Behzat Ç. dodağına apardığı tək şəkərli çayı içmədən dayandı. Əlindəki stəkan titrəyirdi. İsti çay, stəkanı tutduğu iki barmağına töküldü bir az. Əlindəki çayı Tahsinin sifətinə atmaqdan qorxurdu. Budüşüncəni başından qovmağa çalışarkən stəkan əməlli-başlı titrəməyə başladı.
Hayalet bunu sezdi, birdən yaxınlaşdı, Behzat Ç.-nin əlindəki stəkanı götürdü. Tahsin gərginliyi sezib:
– “14-lük” yaxşı silahdır, – deyib vəziyyətdən çıxmağa çalışdı. Təhlükəsizdir. Hər şeyi ən son Cinayətə vermirik. İki ay əvvəl birinci buradan başlamadıqmı saten boyayla rəngləməyə? – Tahsin işarə barmağını hamar divara sürtdü. Barmağına boya bulaşmadığını görüncə gülümsədi və ikinci dəfə – Haaaağğğ! – dedi. Onsuz da təlaşlı biriydi, hər şeyi son dəqiqədə xatırladıqca əməlli-başlı təlaşlanırdı. – Müfəttişlər atış məsafəsini soruşsa, – dedi Haruna. – O həngamədə görə bilmədim, deyəcəksən. Çox sıxışdırsalar “on metr də ola bilər on beş metr də ola bilər” de, “Hətta iyirmi də."
– Niyə? – Harun soruşdu.
– Vurulan adamın köynəyindən atış məsafəsini təsbit etdirə bilərlər, – Tahsin açıqladı. – Onu etsələr, “qaçıb tuta biləcəyiniz adama niyə atəş açdınız? – filan deyərlər. Sən bağlı bir ifadə versən izah etdiyimiz hekayə inandırıcı olar. Görmədim, bilmirəm, deyəcəksən. Akbabaya söyləyin, o da tam görə bilmədim deyəcək. Tahsin, Hayaletə döndü, – Sən onsuz da “hadisə yerində deyildim,” deyəcəyin üçün bəri başdan “bilmirəm” deyəcəksən. İfadələriniz arasında ziddiyyət olmasın.
– Lap yaxşı, – Hayalet dedi. – Heç biriniz bu hadisəni görmədiniz deməyəcəklərmi?
– Desinlər, – Tahsin dedi. – Orası mühüm deyil. Başqa hal şahidi yoxdur. Birdən Haruna döndü – Sənin qalstukun haradadır? – deyə soruşdu.
– Nə qalstuku?
– Qalstuksuz olmaz. Bunlar müfəttişdir, d…qlı adamlardır, bir az üst-başınıza diqqət yetirin.
– Biz də arvad kimi saçmız uzadaq? – Harun dedi.
Tahsin bu sözdən sonra üzərinə müdiri əvəz etdiyini hiss etdi bütün varlığıyla. Sağa-sola əmrlər yağdırmaq, dağıdıb tökmək istəyi duydu.
– Bu düşüncəni dəyişdirin, – deyə qışqırdı. Mən elə tökülüb-itən, pinti adam istəmirəm şöbədə. Qalstuk deyirəmsə qalstuk! Gözü Behzat Ç.-nin 45 faizi ağarmış saqqalında idi. – Sən də bunu qırx, deyəcəkdi amma fikirindən daşındı. Akademiyaya Behzat Ç.-dən iki kurs sonra girmişdi. Behzat Ç. istintaqlardan düşüb vəifəsində gerilədikcə, Tahsin, vəzifə pillələrini ağır və qərarlı addımlarla qalxmışdı.
Behzat Ç. paslı siyirtməni açıb fövqəladə vəziyyətlər üçün saxladığı boz xətliqalstuku uzatdı Haruna. Harun çətinliklə bağladı, qalstuk qısa gəldi. Boyu tam olsun deyə təkrar bağladı, bu səfər də ip kimi sallandı. Hayalet güldü.
– Gül, gül, – Harun dedi. – Necəsə sən də bağlayacaqsan bu mərəti. Bax müdirim, bunlar da bağlayacaq. Yoxsa mən də bağlamaram.
– Tamam, – Tahsin dedi.
Səlim qapını açdı:
– Müfəttişlər hazır. Gözləyirlər.
Harun