Son qazıntı. Эмрах Сербес. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эмрах Сербес
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
– Qarbaçov Həsən dedi. – Silahla adam öldürən terroristə terrorist deyilir, – deyərək də TDK lüğətini yerlə bir edən tərif dedi.

      6, 5 yaşındakı Pembonun başı qarışmışdı. Zehinindəki ehtimalları ölçüb-biçdi. “Tommiks”lə “Ten-Ten”düşünüb:

      – Yəni Red Kit kimi? – deyə soruşdu.

      – Lan axmaq oğulu axmaq, – dedi Qorbaçov Həsən. Red Kit adam öldürərmi? Pembo guya fikirləşərək başını qaşıyırdı.

      – Öldürməz, – dedi məcburən. Hələ məktəbə başlamadığından cizgi-roman qəhrəmanları şəkillərindən, bir azdə “Milliyet-Uşaq” oxuyanların izah etdiklərindən bilirdi. Qorbaçov Həsən mövzunun mütəxəssisi ədasıyla:

      – Öldürməz təbii, – deyə davam etdi. “Texas Məktubu!”u oxumamısan? Red Kit, adamlar çox məcbur etsə atəş açır, o zaman da silahlarından vurur. Amma terrorist elə deyil, öldürür.

      – Kimi öldürər?

      – Körpələri öldürər. Əsgərləri öldürər.

      Pembo yaxşıca düşünüb daşındıqdan sonra:

      – “Daltonlar” kimi? – deyə soruşdu.

      – Eh, ona yaxın.

      Pembo kədərləndi. Hüznlə Red Kitə baxdı, çünki onu sevirdi. 23 apreldə “Çokomel” paylananda boyu çatmadığı üçün, götürə bilməmişdi, iki dənə alan Red Kit, birini ona vermişdi. Çarpayıları da yan-yana olduğundan, strateji ortaq olaraq gördüyü bu yoldaşıyla arasını pozmaq istəməzdi. Daha çox danışmadı.

      Red Kit isə bu terrorla mübarizə söhbəti əsnasında bir iki dəfə Qorbaçov Həsənə düşməncəsinə baxmaqla kifayətlənmişdi. Hərçənd bir ara:

      – Sən əvvəl alınındakı ləkəyə bax, – deməyi düşünmüşdü amma sonra nədənsə imtina etmişdi. Onsuz da Həsənə də Qorbaçov ləqəbinin verilməsini hələ xeyli vaxt vardı, hələlik, internatda ümumiyyətlə Bic Həsən olaraq tanınırdı.

      Red Kit, pəncərə kənarındakı dibçəyin tozunu almağa başladı. Saxsının yanında unudulmuş su stəkanını gördü, çək-çevir etdi. Kafelərdə “duble çay” istəyincə gələn milli su stəkanı idi, “Paşabahçe Palaks”.

      Qorbaçov Həsənyenidən balıqlara dönüb:

      – Bunların yemi haradadır? – deyə soruşdu.

      Problemin cavabını akvariumun altındakı şkafı qarışdırmağa başlayanda tapdı. Əlindəki yem paketini sevinclə yellədi. Beləcə üç uşaq, akvariumun içində dolanan üç Yapon balığının ətrafında toplandı.

      * * *

      İnternatın müdiri Xeyri Atanın həyatda sevdiyi üç şey vardı: Zilli, Hafiz və Yangider. Bu üçlüyü bir qısa şəkildə belə ifadə edərək, "Xeyri Ata həyatda ən çox Yapon balıqlarını sevərdi," deməyin yeri yoxdur. Çünki Xeyri Ata, hər balığının özünə xas bir xarakteri olduğunu bilərdi. Məsələn, Hafiz heç bir şeyi unutmazdı. Yangiderin onsuz da adı üstündə idi. "Bunlar havaya uçmadı axı övladım!" deyə qışqırdı.

      Üç uşaq Xeyri Atanın ətrafına düzülmüşdü. Akvariumda Yapon balığı yox idi. Xidmətçi Rakım Əfəndi:

      – Hansınız götürüb lan! Tez söyləyin!" – deyə bağırdı.

      Xeyri Ata onu bir əl işarəsiylə sakitləşdirdi. Bu müəmmanı həll etmək üçün pedaqoji incəliklərdən faydalanması lazım olduğunu anlamışdı.

      – Baxın övladım, – ən şəfqətli səsiylə dilləndi. Qorxmanıza ehtiyac yoxdur. Hara qoydunuzsa söyləyin. Sizə eyni belə bir akvarium alcağam. İçinə də üç dənə Yapon balığı qoyacağam.

      Qorbaçov Həsənlə Pembo bu vədə sevindilər. Üzlərinə axmaq bir təbəssüm yayıldı. İkisi də Red Kitdən şübhələnirdi. Qorbaçov Həsən onu göstərərək:

      – Bu götürüb Xeyri Ata, – dedi. Söyləsənə lan sən götürdün elə deyil? Bax indi Xeyri Atam, mən Pemboyla tualetə getdim, bu tək qaldı otaqda. O zaman götürmüşdür. Anası-atası terrorist deyilmi onsuz da? Bu götürüb, dəqiq.

      – Sən haradan eşitdin bu terrorist sözlərini? – Xeyri Ata dedi.

      – Siz danışarkən eşitdim Xeyri Ata. Keçən axşam. . .

      Xeyri Ata sərt bir yumruq ilişdirdi.

      – Sən gizli-gizli bizi dinləyirsən?

      Qorbaçov Həsən yanağını tutdu.

      – Yox Xeyri Ata!

      Boyu paspasa çatmayan Pembo:

      – Balıqlara da yem vermişdi itmədən əvvəl, – deyərək qızışdır.

      – Yemi haradan tapdın lan? – Xeyri ata soruşdu.

      – Oranı eşələyirdi, – Pembo barmağıyla şkafı göstərib, dedi.

      Xeyri Ata bir yumruq da ilişdirdi.

      – Gizli-gizli otağımı qarışdırırsan lan!

      Qorbaçov Həsən ağlamaya başlamışdı. Burnunu sildiyi əlini Pemboya yelləyib:

      – Lan axmaq oğulu axmaq, – dedi. Mən sənin ən yaxşı yoldaşın deyiləmmi?

      Xeyri Ata, tarazlığı təmin etmək üçün Pembo və Red Kitə də bir yumruq atdı.

      – Harada lqn bu balıqlar? Hansınız götürmüsünüz!

      Pembo qızarmış yanağını tutub:

      – Nə vurursan buşt! – dedi və müdirin qaval sümüyünü 28 nömrəli ayaqqabısının ucuyla təpiklədi. Otağa bir səssizlik çökdü, Xeyri Ata və Rakım Əfəndi çaşqın gözlərlə Pemboya baxdılar. Xeyri Ataəlinin üstüylə şalvarını çırpdı.

      Pembo əsasən müti bir uşaq idi amma qanuni müdafiə haqqına böyük əhəmiyyət verərdi. Həyatında bir dəfə gördüyü atası – keçən il bayram ziyarətinə gəlmişdi – "Heç bir şeydən qorxma," demişdi. "Biri sənə söysə söy, nə olursa olsun davadan qaçma" demişdi. Bunu o zamandan bəri həyat fəlsəfəsi halına gətirmişdi və buna görə bir ildir onu döyməyən qalmamışdı. Qorbaçovun axmaq oğulu axmaq deməsi xaricində, – amma o onsuz da hər kəsə belə xitab edərdi – heç bir söyüşə və hücuma dözümü yox idi. Əlindəki bütün imkanlarla dərhal cavab verməyə çalışırdı. Xeyri Ata ard-arda üç yumruq atınca nə baş veriyini anlaya bilmədi.

      Qorbaçov Həsən, Pembonu qucaqlayıb:

      – Vallah-billah biz götürmədik Xeyri Ata, – dedi. Çörəyə, qurana, nemətə and olsun! Red Kit susdu. Xeyri Ata, Qorbaçov Həsənlə Pembonu qolundan itələdi:

      – Siz çıxın çöldə gözləyin!

      Red Kitlə baş-başa qalanda masanın üstündən “Maltepe”sini götürdü. Paketi yoxlasa azalan siqaretləri də fərq edə bilərdi. Əli alışqana getmədən Rakım Əfəndi özünü çatdırıb yandırdı. Nikotini alın tərəfindən başının ağrısını bir az sakitləşdi.

      – Sən götürdünsə de, vallah əsəbiləşməyəcəm. Danışsana oğulum. Mən də sənin bir atan sayılaram.

      Red Kit yenə çiyinini silkələyincə Xeyri Atanın əsəbləri pozuldu. Dodağının ucundakı “Maltepe”nin