Son qazıntı. Эмрах Сербес. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эмрах Сербес
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bişirib, satan, dinclik və güvən mühitinin təmin edildiyinə əmin olduqdan sonra piştaxtanın arxasına keçdi. İl işi "sənin ananı, arvadını…" deyərək oraya sinən selpakçı uşağı təpikləmək oldu. Ardınca, çapacaqla, taxtanın üstündə hər zamankı 2/4-lük ritmini təkrarlamağa başladı: Tıq tıkı tıq-tıq. . . Tıq tıkı tıq-tıq. . .

      Behzat Ç. kəsik-kəsik hürən “Uyuz 3”ün yanına əyildi. “Uyuz 3”, hürməsinə Behzat Ç.-dən başqa heç kəsin əhəmiyyət vermədiyini görüb yerə çökdü, pəncəsi ilə kürəyini qaşıdı. Sulu qarıyağdıqca islanıb-ağırlaşmış, təsadüfi küçə iti idi. Qulağında Baytarlıq İdarəsinin vurduğu mavi bir sırğa vardı. Adını küncdəki bufetçi qoymuşdu.

      Çiyininə kiçik bir əl toxundu.

      – “Selpak” lazımdır?

      Behzat Ç.-nin boş gözləri hələ “Uyuz 3”də idi. “Selpakçı” uşaq, bir iki dəfə daha israr etdikdən sonra əsəbiləşib "sənin ananı, arvadını…" deyərək qaçdı. “Doktor küftəçisi”nin qarşısında dayandı, Behzat Ç.-nin arxasından gəlmədiyini görüncə rahatladı. Burnunun seliyini qoluna silib başqa bir müştəri axtarmağa başladı.

      Getdikcə şiddətlənən sirena səsi əvvəlcə kokoreç birşirib-satanın taqqıltılarını, sonra digər səsləri basdırdı. Onun üstünə örtülü idman səhifəsi küləkdə açılıb-örtülürdü. 20, uzağı 21 yaşında idi. Üzündə, həyəcanlandıqda gözəlləşən gənc qızlara xas bir ifadə vardı. Kiçik burunun ucu soyuqdan qızarmış. İncə dodaqları gülümsəyirmiş kimi azca aralı idi. Təsadüfi güllə, peysər qıvrımından, tam sevgilisinin öpməsi lazım olan yerdən dəymişdi. Behzat Ç. əlini yaraya basdı. İslaq qar qanı hopdurarkən, onun baxışları on metr kənardakı bələdiyyə lövhəsinə dikilmişdi: "Ankara indi başqa cür gözəldir."

      Behzat Ç., Cinayət Büro Amirliyində baş komissar, həyata qarşı işlənən cinayətlər mütəxəssisi, islanmış qarda mürəkkəb ləkəsi kimi böyüyən qana baxdı və yenə onu gördü. Gözlərini yumdu. “Sakit ol, səhv gördün, O deyil.” Gözlərini açdı, odur. Sağ əlinin içiylə “14-lüyün” maqazinini yuvasına itələdi. Havaya iki dəfə atəş açdı. Onu vuran adamı tapmaq üçün SSK-ya doğru getdi.

      2

      Xeyri atanın yapon balıqları

      Red Kit, otuz yaşına çatdığı gün böyük axtarışına son verdi və “Tunalı Helmi”dəki məşhur terapistin qapısında nəfəsini dərdi. Qapını Səlma açdı. Xəbərdarlıq lövhəsi kimi qadın idi.

      – Burada siqaret çəkmək olmaz! – dedi.

      – Çəkən kimdir!

      Səlma, Red Kitin dodağının küncündəki “Maltepe”nin yanmadığını fərq etdi.

      – Görüşünüz dörddə idi deyilmi? – deyə soruşdu.

      – Yəqin.

      – Hələ iyirmi dəqiqə var.

      – Ola bilər.

      – Görüşlərinizə həmişə belə erkən gəlirsiniz?

      – Həmişə belə çox sual verirsən?

      Səlma girişdəki masasına kinli bir təbəssümlə döndü. Katibə idi hərhalda. Red Kit rəngli gözləmə otağında qaldı. Kreslonun küncündə oturdu, qara plaşının düyməsini açdı, sarı köynəyinin yaxasını düzəltdi. Bir-birlərini görmək üçün üçün oturduqları yerdə ikiqat olmaları lazım idi. Bir müddət sonra əyilən Səlma oldu, yanağı masaya dəymək üzrəykən soruşdu.

      – “Nescafe” içirsiniz?

      – Hər səhər içirəm.

      Səlma iki “Nescafe” söylədi, biri kafeinsiz. Axşam Rəfiqlə – sevgilisiylə– görüşəcəkdi. Görəsən professor tez çıxmasına icazə verərdi? Səlmaya qalsa “Sevgililər günü”nü rəsmi tətil elan edərdi. Bu vaxt Red Kit, ruhi sağlamlığını pozan gözləmə otağındakı bir-iki tabloya baxdı.

      Pəncərənin önündəki qəfəsdən prospekti izləyən yaşıl-sarı tutuquşunun qulaq cırmaqlayan cıqqıltılarını dinlədi. Əyilmədən soruşdu:

      – Bu quşun adı Egocandır?

      – Xeyr, Zıpırdır.

      Vaxt keçsin deyə şüşə stolun üstündəki “Cosmopolitan”ı əlinə götürdü. Əvvəl çəkisini yoxladı, bir yarım kilo gələrdi, 75 faizi reklamdır. “Ərinizi necə əlinizdə saxlaya bilərsiniz?” “Əvvəllər sınaqdan keçirmədiyiniz 14 seks təklifi”. “Bu il qırmızı dəbdədir”. “Sapsız çantalar çox qəşəngdir”.

      “Neskafe”ylə – kafeinli – professor eyni anda gəldilər. Red Kit bir əliylə fincanı tutub, boş əliylə professorun əlini sıx idi. Professorun eynəyi yox idi, qalstuku da yox idi və hətta saçı-saqqalı da ağarmamışdı. Professorun otağına keçdikləri zaman, gözləri arxaya açılan kreslo axtardı. Onu da görə bilməyincə professorun professor olduğuna dair şübhələri əməlli-başlı artdı. Oturmağa yer axtarırmış kimi divardakı diplomu süzdü. Ardınca, masanın önündəki dərikresloda oturdu. Professor da gəlib düz qarşısında əyləşdi.

      – Siqaret çəkmək istəyirsən? – deyə soruşdu.

      – Xeyr, tərgitmişəm.

      – Nə vaxt?

      – Bu gün. Dodağımın ucunda olması səni narahat edir?

      – Xeyr. Başa düşürəm.

      – Nəyi anlayırsan?

      – Mən də xeyli çətinlik çəkmişdim tərgidəndə.

      – Bura gəlməyimi bir yoldaşım tövsiyə etdi. İndi uşaqlığımdan danışmalıyam?

      Professor ilk diaqnozunu qoymuşdu: “Bir az agressivdir. Qorxusunu zarafat edərək kompensasiya edir. ”

      Red Kit də ilk diaqnozunu qoymuşdu: “Yumşaq başlı bir tipdir. Zarafatdan çox anlamır. ”

      – Uşaqlığın harada keçib, – Professor soruşdu.

      – İnternatda. Yəni yeddi yaşından sonra orda keçib. Nə oldu? Yerli çıxdıq?

      – Haralısan?

      Red Kit güldü.

      – Mən tənha kovboyam, yuvamdan uzaqdayam.

      * * *

      İnternatın müdiri Xeyri atanın otağına təmizlik vəsaitləriylə girdilər. Red Kit, Pembo və Qorbaçov Hasan. Xidmətçi Rakım Əfəndi qapını bağlayarkən:

      – Müdir bəy gələnə qədər bura tərtəmiz olacaq!" – dedi. Red Kit toz almağa, yanğında ilk qurtarılacaq şkafın üstündəki Atatürk büstündən başladı. Pembo döşəmə silən paspası götürdü. Paspasın sapı boyundan uzun idi.

      Ortaq edilən işlərdəki fərdi qazanc payını hesablayan Qorbaçov Hasan, bunu qiymətləndirməyə qərar verdi. Onsuz da doqquz yaşında idi, digərlərinin ağbisi sayılardı. Masanın arxasındakı akvariuma yaxınlaşdı, üzünü söykədiyi şüşədə burnu yastılaşdı. Sağa-sola gedən Yapon balıqlarım seyr etməyə başladı.

      Red Kit, büstün tozunu aldıqdan sonra marağını boğa bilmədi, tərsinə çevirib içinə baxmaq istədi. Bir xeyli çətinlik çəkdi, çünki 7,5 yaşında idi. Az qalsın, üstünə