Və kiçik Ardaya, ömrümüzə xoş gəldin…
“Bir uşaqdan qatil yaradan zülməti sorğulamadan heç nə etmək olmaz, qardaşlarım!”
Rakel Dink,
23 yanvar 2017-ci il, Hrant Dinkə vida nitqindən
1
Qarşıdurma xəbərini aldıqları zaman TED Kollecinin qarşısından Kurtuluşa1 çıxırdılar.
– Bu xəbər bir gün də doğru istiqamətdə olduğumuz zaman gəlsin, arxadaş, – Harun deyindi.
Sevgililər günü idi və sulu qar yağırdı.
Behzat Ç. “Posta” arxa səhifəsinə bükülmüş “Tekel” pivəsinin dibində qalanı başına çəkdi. İki barmağıyla çevirdiyi şüşənin bir tərəfində döşlərini qoluyla bağlamış maneken, digər tərəfində qlobal istiləşmə səbəbiylə çətin günlər keçirən qütb ayıları vardı. Ayılarla əlaqədar xəbərə göz gəzdirib şüşəni ayaqlarının arasına qoydu. Harunun sürəti azaltmadan, ağılasığmaz “U dönüşü” etməyə hazırlaşdığını anlayınca, şüşənin üstündəki dəstəkdən yapışdı. Saata baxdı: 23. 15.
Harun qazı basıb “Renault-Toros”un burnunu dönəcəyi yerə çevirdi və birdən əl əyləcindən yapışdı. Arxa tərəf mərkəzdən qaçma qüvvəsiylə axınca, maşının nəzarətdən çıxmaması üçün sükanı döngə istiqamətinin əksi istiqamətinə döndərib maşını “yığışdırdı”. “U”dan çox “V”-i xatırladan bir dönüş oldu. Güc-bəla yığdı, başqası olsa arxa oturacaq yerindən çıxardı.
Behzat Ç. normal şərtlər altında – NŞA – "Bir az yavaş!" ya da heç olmasa "Diqqətli ol!" deyə bilərdi, amma demədi. Çünki bir ildən çox idi ki, heç kəslə danışmırdı. Çox lazım olsa öz-özünə səs təlimləri edir, o anlarda da düzgün zamanı alındıra bilməyən bir dublyaj sənətçisi kimi hiss edirdi özünü. Yolu tutup Kızılay tərəfə getdiklərindən əmin olunca şüşəni açdı, mavi təpə lampasını ehtiyatla “Toros”un üstünə qoydu. Qarla yağış arasında tərəddüd edən qarışıq hava, yaş və buzlu nəfəsini yarıaçıq şüşədən içəri üfürməyə başlamışdı. Təcili yardıma yol verməyən ola bilər, amma arxadan gələn polisdirsə, bu bir az çətin məsələdir.
Yolları bağlı olan Sakarya prospektinə SSK İşhanı çiçəkçilər tərəfindən girdilər. Harun, önünə çıxan zibil maşınının solundan keçib, maşını yığışdırmağa çalışanda təpə lampası düşdü, maşının önündəki lampa uçdu. Səyyar satıcılar, üstlərinə ziqzaqlarla gələn “Toros”u görüncə, projektorlu oyuncaqları, dilçıxaran ördəkləri və bilumum zir-zibili yığıb, polis basqınından qaçırmış kimi sağa-sola dağılışdı. “Mal candan şirindir” deyən bir iki çiçəkçi gül dəstələrini içəri apardı. Sərxoşun biri diyirlənən lampanı tutub:
– Ey, qoçum mənim, – deyə Torosun arxasınca qışqırdı: – FTB-dənsiniz? Ancaq ondan sonra Harun, ayaqlarının arasında bir əyləc pedalı da olduğunu xatırladı. Əyləci basan kimi arxa təkərlər kilidləndi, bir müddət sürüşdülər və tam yerində dayandılar. Qarşıdurmanın ortasında.
Behzat Ç. saata baxdı: 23. 19.
Harun, sürət qutusunda maşının transmissiyasını arxaya keçirməyə çalışarkən– “Toros”un ən həssas yeridir, şəfqət istər – Əxlaq Bürosu belə “Megane”yə keçdi, biz hələ bu cır-cındır “Toros”larla deyə, deyinirdi.
– Aha! Akbaba da gəlib.
Akbaba, “Hosta Piknik”lə çiçəkçilər arasında qalan, yan-yörəsinə “Ankara gücü” tərəfdarlarının sprey boyayla yazılar yazdığı əcaib heykəli özünə sipər etmişdi. Hadisə yerinə ondan əvvəl çatmanın imkanı yox idi; bir adama boş yerəAkbaba deməzlər. Haruna əl edib.
– Gəlin, gəlin! – deyə qışqırdı. Ardınca havaya iki dəfə atəş etdi – At silahını! Polis! – Amma qara pencəkli adamların silahlarını atmaq niyyəti yox idi. Balıq piş taxtalarının arxasında gizlənib, SSK-nın girişinə doğru atırdılar.
Harun, “Toros”u heykəlin önündə saxladı. Avtomobildən çıxıdılar. Behzat Ç. boş “Tekel” şüşəsini zibil qabına atarkən hadisə yerini qoxladı. Çürümüş çiçək, təzə zibil, küftə, kokoreç2, dönər və güllələrdən yayılan barıt qazı qoxusu bir-birinə qarışmışdı. Akbaba, ikiqat dayansa da balqabaq kimi ortalıqda idi və daşa qənaət edən heykəltaraş Finlandiyalı idi.
Harun, Akbababadan soruşdu:
– Nə məsələdir?
– Xərac davasıdır.
– O biri qrup haradadır?
– SSK-nın önündəki bankomat var ha, ikisi oradadır. Bir adam da pivə çəlləklərinin arxasındadır.
– Aha! Hayalet də gəldi.
Hayalet, üz dərisi sümüklərinə yapışmış, gözləri içə çökük, dümağ və arıq bir adam idi. Əynində yazlıq bir pencək, pencəyin içində yüz ildir geydiyi yaşıl, qısa qollu köynəyi vardı. Polis məntəqəsinin qarşısından sivişib keçdi. Sanki görünməyən bir relsli sistemin üzərində irəliləyirdi.
Behzat Ç. şəhadət barmağını irəlini göstərdikdən sonra işarə verdi.
Harun, bir gözü komandirində, ratsiyanı götürdü:
– 45 32 – Mərkəz, – dedi.
– Mərkəz dinləyir 45 32.
– Biz heykəl tərəfi tutduq, o biri qrup hovuz tərəfdən gəlsin. Qəbul!
– Hansı hovuzun?
– Bu millətin oturub pivə içdiyi hovuz var ha…
– Hovuz var orada? Doldurdular oranı.
– Yaxşı uzatma Mərkəz! Oradan gəlsinlər.
– Aydın oldu. Qəbul.
Behzat Ç., Harunun verdiyi təlimatı başıyla təsdiqlədikdən sonra bir “216” apardı dodağının kənarına. Əli titrədiyi üçün odla tütünün qovuşması gecikdi bir az. Hələ tüstü ciyərlərinə çatmadan, kiçik bir əlin məxmər pencəyinin ətəklərinə yapışdığını hiss etdi. Döndü, altı yaşında bir uşaq idi.
– “Selpak” lazımdır? Əlindəki kağız dəsmalı qaldıra bildiyi qədər yuxarı qaldırmışdı. Burnun seliyi axmış, dodağının üstündə qurumuşdu. O anda vızıldayaraq gələn bir güllə Behzat Ç.-nin kölgəsini ürəyindən dəydi.
– Amirim bir az arxada dayan! – Harun dedi.
Behzat Ç., qoltuğunun altlarından yapışdığı “selpakçı” uşağı bir anda kokoreç dəzgahının arxasına qodu. Şəhadət barmağını yelləməklə oradan ayrılmamasını başa saldı. Geri qayıdanda üç polis də eyni yerə baxırdı.
Doldurulmuş hovuzun qarşısından qaçaraq gələn qırmızı paltolu bir qız, silah səslərindən qaçım deyərkən tam qarşıdurmanın ortasına düşmüşdü.
– Yerə yaaat! – Harun qışqırdı. – Yerə yaaaat!
Qız, iki əlini yana açaraq, donub qalmışdı. Behzat Ç. qırmızı paltolu qıza baxdı və ONU gördü. Gözlərini yumdu. Gicgahları döyünürdü. “Sakit ol, səhv gördün, O deyil.” Gözlərini açdı. Odur. Silah qoburunun “çıt-çıt”ını açdı, 14-lüyü çəkib getməyə başladı. Üç addım sonra fərqinə varmadan qaçırdı.
– Amirim, dayan! – Harun arxasınca qışqırdı.
Pivə çəlləyinin arxasından çıxan əl tətiyə basanda, qırmızı paltolu qız tirədi. Dənizə yavaş-yavaş, suyun soyuqluğuna alışa-alışa girmək istəyənlərin kürəyini islatdanda titrəyərlər, bir an donub qalarlar ha, O da elə qaldı. Sonra Behzat Ç.-yə doğru iki addım atdı, üçüncü addımda yıxıldı. Qarşıdan gələn qrup da sıxışdırınca, qara pencəkli adamlar “NETPiknik” qarşısından söküntü işləri davam edən “Yeni Səhnə”yə doğru var gücləri ilə qaçmağa başladılar. Harun, pivə çəlləyinin arxasından atəş açan adamın arxasınca SSK-ya girdi.
Behzat Ç., Onun yanında qaldı. Yavaş-yavaş izdiham yığıldı başlarına. Cib telefonları çəkməyə